Məhkəmə qərarları › İş №2-1(102)-3397/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3397/2025

04.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3397/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Naxçıvan MR Nazirlər Kabinetinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati aktın mübahisələndirilməsi, iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Naxçıvan MR Nazirlər Kabinetinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(108)-86/2025 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Naxçıvan MR Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 41 saylı qərarından məlum olur ki, müəyyən olunmuş fəaliyyət sahələri ilə məşğul olmadığı üçün Naxçıvan "xxxx" X10 Cəmiyyətinin ləğv olunması, Cəmiyyətin balansında olan Naxçıvan şəhəri, Nizami küçəsi 41 ünvanında yerləşən məişət evi və Xətai küçəsində yerləşən kimyəvi təmizləmə məntəqəsi binalarının dövlət ehtiyaclarının ödənilməsi məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin balansına verilməsi, Naxçıvan Muxtar Respublikasının büdcəsinə “Dövlət əmlakının özəlləşdirilməsindən” daxil olan vəsaitdən əmlakın bazar qiymətini təşkil edən 41000 (qı rx bir min) manatın Cəmiyyətin hesabına köçürülməsi və müvafiq qaydalara uyğun olaraq səhmdarlara ödənilməsi qərara alınmışdır.

2. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 74 nömrəli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetin xx.xx.2008-ci il tarixli, 41 saylı qərarının icrası rəhbərliyə alınmış, ünvan 2 ünvanında yerləşən məişət evi və Xətai küçəsində yerləşən kimyəvi təmizləmə məntəqəsi binaları dövlət ehtiyaclarının ödənilməsi məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. 3. 18.04.2008-ci il tarixli aktın surətindən məlum olur ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 17 aprel 2008-ci il tarixli, 74 nömrəli sərəncamına əsasən, "xxxx" ATSC-yə məxsus Nizami küçəsi 41 ünvanında yerləşən balans dəyəri 598924,0 manat olan iki mərtəbəli məişət evini, Xətai küçəsində yerləşən balans dəyəri 38224,0 manat olan birmərtəbəli idarə binasını və kimyəvi təmizləmə sexi İddiaçı1 da bilavasitə iştirakı ilə komissiya üzvlərinin imzası ilə təhvil götürülmüşdür.

4. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 11 fevral 2025-ci il tarixli, 06/7-Q-32/1-5/2025 nömrəli məktubunda göstərilmişdir ki, Naxçıvan MR Dövlət Əmlak Komitəsinin 02 sentyabr 1997-ci il tarixli 188 nömrəli Sərəncamına əsasən Naxçıvan MR-in Əhaliyə Məişət Xidməti "xxxx" Assosiasiyası ləğv edilərək onun bazasında "xxxx" ATSC təsis edilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin müvafiq sərəncamları əsasında cəmiyyətin səhmlərinin 69,8 %-i əmək kollektivinə güzəştli satışda və çek hərraclarında satılmışdır. Cəmi yyətin dövlət mülkiyyətində qalan 30,2% səhmi isə Naxçıvan MR iqtisadi inkişaf Nazirliyi tərəfindən 30 sentyabr 2005-ci il tarixdə keçirilən 28-ci pullu hərracda satılaraq 100% özəlləşdirilmişdir. Naxçıvan MR Nazirlər Kabinetinin 08 aprel 2008-ci il tarixli 41 nömrəli Qərarına əsasən Naxçıvan "xxxx" ATSC ləğv edilmiş, Cəmiyyətin balansında olan, Naxçıvan şəhəri, Nizami küçəsi 41 ünvanında yerləşən məişət evi və Xətai küçəsində yerləşən kimyəvi təmizləmə məntəqəsi binaları dövlət ehtiyaclarının ödənilməsi məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Naxçıvan MR büdcəsinə dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitdən əmlakların bazar qiymətini təşkil edən 41000,0 (qırx bir min) manat vəsait Cəmiyyətin hesabına köçürülərək səhmdarlara ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı2 və İddiaçı1 (bundan sonra – “iddiaçılar”) Naxçıvan MR Nazirlər Kabinetinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarının ləğv olunması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ATSC 26 sentyabr 1997-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 1-97/C qərarı ilə qeydiyyatda keçmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 02 oktyabr 1997-ci il tarixli, 214 saylı sərəncamı ilə X2 "xxxx" ATSC-nin idarə heyətinin sədri vəzifəsinə təyin edilmişdir. Səhmdar Cəmiyyətin idarə heyətinin üzvləri isə X5, X6, X1 və X3 olmuşdur. Həmin c əmiyyət Naxçıvanda ilk yaradılan (özəlləşdirilən) şirkətlərdən biri olmuş və 60 nəfər səhmdarı olmuşdur. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 08 aprel 2008-ci il tarixli. 41 saylı qərarı ilə "xxxx" ATSC müvafiq Vergi Xidmətinin qeydiyyat sistemində ləğv edilmişdir. Qərar qanuni olmadığı üçün və Təsis qərarı olmadığı üçün Mərkəzi Bank və Depozit Mərkəzində ATSC olaraq ləğv edilməmişdir. Həmin qərarla cəmiyyətin balansında olan Naxçıvan şəhəri, Nizami küçəsi 41 ünvanında yerləşən məişət evi və Xətai küçəsində yerləşən kimyəvi təmizləmə məntəqəsi Naxçıvan şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarında "xxxx" ATSC-nin ləğvi üçün əsas həmin şirkətin təyinatına uyğun olmayan fəaliyyət sahələri ilə məşğul olmaqla əhalinin məişət xidmətinə olan tələbatına ödənilməsində rolunu itirməsi qeyd edilmişdir. Lakin "xxxx" ATSC-nin hansı təyinatına uyğun olmayan fəaliyyət sahələri ilə məşğul olması barədə Dövlət Vergi Xidmətinin və ya hüquq-mühafizə orqanlarının hər hansısa araşdırmasının nəticəsi barədə hüquqi sənəd mövcud olmamışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin 01 aprel 2024-cü il tarixli məktubunda qeyd edilir ki, Araz Səhmdar Cəmiyyəti (VÖEN: **********) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarı ilə xx.xx.2008-ci il tarixində ləğv edilmiş və kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Mərkəzi Bankın 19 mart 2024-cü il tarixli məktubunun 2-ci səhifəsində qeyd edilir ki, qiymətli kağızların dövlət reyestrində olan məlum ata əsasən, 31 iyul 1998-ci il tarixdə qeydiyyata alınmış, AZ********** qeydiyyat nömrəli, nominal dəyəri 2 (iki) manat olan 72504 (yetmiş iki min beş yüz dörd) ədəd səhmi hal hazırda da mövcuddur. Qiymətli kağızların dövlət reyestrindən çıxarılması ilə bağlı (“Milli Depozit Mərkəzində”) hər hansı məlumat mövcud deyil. Qeyd edilənlərdən göründüyü kimi, cəmiyyət qanunsuz və əsassız olaraq kommersiya qurumlarının dövlət reyestrindən çıxarılsa da, səhmləri ləğv edilməmiş qalmışdır. Lakin hüquqi ardıcıllıq ilkin olaraq səhmin ləğvini, sonra isə şirkətin kommersiya qurumlarının dövlət reyestrindən çıxarılması şəklində olmalı idi. Təbii ki, bunu edə bilməmələrinin də səbəbi, özəl şirkətin qanunsuz ləğvi (ləğv üçün hüquqi əsas verməyən orqan və sənədlə ləğv olunması) idi. “Şərq qapısı” qəzetinin 23 aprel 2024-cü il tarixli, 1/53.2024 sayılı cavab məktubundan görünür ki, "xxxx" ATSC-nin ləğvi barədə Naxçıvan MR Nazirlər Kabinetinin qərarı 08 aprel 2008-ci il tarixli, 41 saylı rəsmi dövlət qəzetində də dərc edilməmişdir (bu sənədin nəinki bizə verilməsi və ya tanış olma imkanımız məhdudlaşdırılmış, hətta bu barədə Naxçıvan “rəhbərliyi” çox ciddi qadağalar qoymuş və onlara qarşı təqiblər tətbiq etmişdir). Əlavə olaraq bildirir ki, Naxçıvan MR Nazirlər Kabinetinin 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarı barədə məlumatı 04 aprel 2024-cü il tarixindən həmin idarədən ona göndərilən rəsmi məktubdan sonra əldə etmişdir. Bundan başqa, inzibati aktın ləğv olunması tələbi ilə Nazirlər Kabinetinə ünvanladıqları 18 yanvar 2025-ci il tarixli müraciətlər cavabsız qalmışdır. Naxçıvan MR Nazir lər Kabineti ona ünvanlanmış müraciəti aidiyyəti olmadığı halda müxtəlif dövlət orqanlarına ünvanlamışdır. Naxçıvan şəhər İcra Hakimiyyətinin 18 fevral 2025-ci il tarixli cavab məktubu ilə ərizəmizə faktiki olaraq imtina məktubu verilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin 12 fevral 2025-ci il tarixli cavab məktubunun ilk səhifəsinin 4-cü abzasında Naxçıvan MR Nazirlər Kabinetinin qərarının normativ-hüquq akt olması qeyd edilməklə hüquqi səhvə yol verilmişdir. Qeyd etmək istəyir ki, Nazirlər Kabinetinin qəbul etdiyi 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarın ləğvi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etsələr də, məhkəmə (xx.xx.2024-cü il tarixli qərardadı ilə) həmin qərarı normativ sənəd saymamışdır. Naxçıvan MR Konstitusiyasının 40-ci maddəsinin İİ bəndinin v ə 49-cu maddəsinin İV bəndindən aydın olur ki, Nazirlər Kabinetinin aktları, qərarları başqa qayda müəyyən edilməmişsə, dərc edildiyi gündən qüvvəyə minir. Hazırkı işdə Nazirlər Kabinetinin 08 aprel 2008-ci il tarixli qərarı, Naxçıvan MR-in rəsmi qəzeti olan “Şərq qapısı” qəzetində ümumiyyətlə dərc edilməmişdir. Naxçıvan MR Konstitusiyasının 39-cu maddəsinin məzmununda MR Nazirlər Kabinetinin səlahiyyətli qeyd edilmişdir. Həmin səlahiyyətlər arasında hər hansısa hüquqi şəxsin ləğvi yoxdur. Beləliklə, hesab edirlər ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 134-cü maddəsinin V bəndi, 148-ci maddəsinin İİİ bəndi, Azərbaycan Respublikası Konstitusiya Qanunu ilə qəbul edilmiş Naxçıvan MR Konstitusiyasının 39-cu, 40-cı maddəsinin İİ bəndi, 49-cu maddəsinin İV bəndi, Azərbaycan Respublikası Mülki Məcəllənin 59-cu, 60-cı və 61-ci maddəsinin tələblərinə ziddir. Naxçıvan MR Nazilər Kabinetinin 08 aprel 2008-ci il tarixli, 41 sayılı qərarının qüvvədən düşməsi barədə şikayət ərizəsi ilə 2024-cü ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmişlər. Konstitusiya Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayət icraata qəbul edilməmişdir. Ərizənin icraata qəbul edilməməsi barədə əsas olaraq həmin qərardadın 2-ci səhifə 6-cı abzasında qeyd edilir ki, Naxçıvan MR Nazilər Kabinetinin 08 aprel 2008-ci il tarixli.41 savıh qərarı normativ-hüquqi akt deyildir. Bu səbəbdən də hesab edirlər ki, həmin qərardada inzibati mübahisə çərçivəsində baxılmalı və qə rar ləğv edilməlidir.

7. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 21(122)-793/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim – E.Hüseynov).

8. Məhkəmə hesab etmişdir ki, iddiaçılar hazırda mübahisələndirdiyi qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişlər. Belə ki, iddiaçılar mübahisələndirilən inzibati aktın qəbul olduğu vaxtdan 17 ilə yaxın müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmış, bununla da qanunla müəyyən edilmiş prosessual müddəti üzrsüz səbəbdən ötürmüş və prosessual müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı hər hansı mümkün və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

9. İkincisi və ən əsası isə iddiaçıların həmin iddia t ələbi üzrə subyektiv hüquqlarının olmaması ilə bağlıdır. Hazırkı iş üzrə iddiaçılar 17 ilə yaxın müddət keçdikdən sonra ləğv olunmuş və həmin hüquqi şəxsin müqəddəratını həll etmiş sərəncamın mübahisələndirilməsi barədə subyektiv hüququn sahibi kimi də qəbul edilə bilməz

10. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadının ləğv edilməsini və müddətin ötürülməməsi ilə bağlı ərizənin təmin edilməsini xahiş etmişlər b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(108)-86/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 21(122)-793/2025 nömrəli qərardadı dəyişdirilmədən saxla nılmışdır (sədrlik edən – Y.Qurbanov, hakimlər – S.Qarayev, S.Novruzov).

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin subyektiv hüququnun olmaması barədə mövqeyini qəbul etməsə də, iddia müddətinin ötürülməsi barədə mövqeyi ilə razılaşmışdır.

13. Qərarda qeyd olunmuşdur ki, iddianın mümkün sayılmaması nəticəsinə gələrkən, həm iddia müddətinin ötürülməsini, həm də iddiaçıların iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmadığını əsas kimi göstərmişdir. Lakin iş materiallarından aydın olur ki, Naxçıvan MR-in Əhaliyə Məişət Xidməti "xxxx" Assosiasiyası ləğv edilərək onun bazasında "xxxx" ATSC təsis edilmiş, həmin Cəmiyyətin dövlət mülkiyyətində qalan 30,2% səhm payı isə Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi tərəfindən 30 sentyabr 2005-ci il tarixində keçirilmiş 28 -ci pullu hərracda satılaraq 100% özəlləşdirilmişdir. Bundan əlavə, iş materiallarına əlavə olunmuş 17 oktyabr 2006-cı il tarixli qiymətli kağız sahiblərinin reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən "xxxx" ATSC-nin İdarə Heyətinin sədri, hazırda iddiaçı olan İddiaçı1 olmuşdur. Eləcə də, xx.xx.1998-ci il tarixinə fiziki şəxslər üzrə "xxxx" ATSC-nin səhmdarlarının reyestrindən çıxarışda 3-cü və 15-ci sıralarda müvafiq olaraq iddiaçıların adlarının qeyd olunması, onların bu hüquqi şəxsdə pay sahibi olduqlarını təsdiq edir. Yuxarıda göstərilənlərə əsasən Kollegiya belə nəticəyə gəlir ki, iddiaçıların inzibati aktı mübahisələndirməkdə subyektiv hüquqları mövcud olmuşdur, bu səbəbdən birinci instansiya məhkəməsinin iddiaçıların iddia qaldırmaqda subyektiv hüquqlarının olm aması barədə qənaəti əsassız sayılır.

14. Lakin eyni zamanda, iş materiallarından aydın olur ki, iddiaçılar tərəfindən qanunda nəzərdə tutulmuş məhkəməyə müraciət etmə müddətinə əməl edilməmişdir. Beləliklə, iddianın mümkün sayılmaması üçün hüquqi əsas məhz iddia müddətinin ötürülməsi olmuşdur. Bu baxımdan kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin keçməsi əsası ilə iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir.

15. Məhkəmə kollegiyası iddiaçıların mübahisələndirilən həmin qərardan məlumatlı olmamaları barədə dəlillərini əsassız hesab edərək bildirmişdir ki, işdə olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 17 aprel 2008-ci il tarixli, 74 nömrəli sərəncamının surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarı icra üçün rəhbərliyə alınmış, ünvan 2 ünvanında yerləşən məişət evi və Xətai küçəsində yerləşən kimyəvi təmizləmə məntəqəsi binaları dövlət ehtiyaclarının ödənilməsi məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin balansına verilməsi məqsədilə komissiya yaradılmışdır. İşə əlavə edilmiş 18 aprel 2008-ci il tarixli aktın surətindən məlum olur ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin yuxarıda qeyd edilən 17 aprel 2008-ci il tarixli, 74 nömrəli sərəncamına əsasən komissiya üzvlərinin və "xxxx" ATSC-nin sədri hazırda iddiaçı olan İddiaçı1 da bilavasitə iştirakı ilə akt tərtib edilərək Cəmiyyətə məxsus Nizami küçəsi 41 ünvanında yerləşən balans dəyəri 598924,0 manat olan iki mərtəbəli məişət evi, və Xətai küçəsində yerləşən balans dəyəri 38224,0 manat olan birmərtəbəli idarə binası və “kimyəvi təmizləmə” sexi təhvil götürülmüşdür. Göründüyü kimi, həmin təhvil-təslim aktı, məhz Naxçıvan MR Nazirlər Kabinetinin 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarının icrası məqsədilə tərtib olunmuşdur. Həmin vaxt iddiaçının təhvil-təslim prosesində iştirak etməsi və bunun sənədlə təsdiqlənməsi, onun həmin qərarın qəbul edilməsindən və nəticələrindən xəbərdar olduğunu birbaşa sübut edir. Həmçinin Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iddiaçıların vəkilinə ünvanlanmış 01 aprel 2024-cü il tarixli məktubda göstərilmişdir ki, ”Araz” səhmdar cəmiyyəti Naxçıvan MR Nazirlər Kabinetinin 08 aprel 2008-ci il tarixli 41 nömrəli qərarına əsasən xx.xx.2008-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Həmin məktuba qoşma olaraq "xxxx" ATSC-nin ləğvi bildirişi, ona məxsus olan möhürün təhvil verilməsi aktı və Naxçıvan MR Nazirlər Kabinetinin adı çəkilən qərarı göndərilmişdir. Göründüyü kimi, ləğv edilmiş "xxxx" ATSC-yə məxsus əmlakların, eləcə də Cəmiyyətə məxsus möhürün təhvil verilməsi və nəticədə Cəmiyyətin fəaliyyət göstərməməsi faktı iddiaçıların Cəmiyyətin ləğv edilməsi barədə qəbul edilmiş yuxarıda qeyd olunan qərardan həmin vaxt məlumatlı olmalarını bir daha təsdiq edilmişdir.

16. İddiaçılar həmin qərardaddan kassasiya şikayətləri verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmaqla yenidən baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏR İ a. Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, Naxçıvan MR Ali Məclisinin və cavabdehin rəsmi mətbuat orqanı olan “Şərq qapısı” qəzetinin 23 aprel 2024-cü il tarixli, 1/53.2024 saylı cavab məktubundan görünür ki, "xxxx" ATSC-nin ləğvi barədə cavabdehin 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarı rəsmi dövlət qəzetində dərc edilməmisdir. Dolayısı ilə dərc olunmadığı üçün hələ qüvvəyə minmiş hesab olunmayan qərardan iddia müddəti ötürülmüş hesab oluna bilməz. Hamıya məlum olan haldır ki, 1995-ci ildən 2023-cü ilədək özəl əmlaklar Naxçıvan MR Ərazisində qanunsuz və özbaşına olaraq sökülmüş, ələ keçirilmiş və idarə edilmişdir. Onların hüquqi müdafiəsi üçün heç bir real imkanı olmamışdır. Minlərlə insan 2023-cü ildən başlayaraq arxivlərə üz tutub və sənədlərini tapan kimi (bir çox sənəd kökündən yox edilib) əvvəlcə orqanlara, sonra məhkəməyə müraciət etmişdir (hazırda da bu davam etməkdədir). Cavabdeh həmin qərarı gizlətməklə, onlara dəlixana və zor tətbiq ediləcəyi hədəsi ilə qorxudub dövləti (təqsiri olan həmin vəzifəli şəxsləri) məhkəməyə verməkdən geri çəkindirmişlər. Bununla da, həmin dövrlərdə Vasif Talıbova tabe olan cavabdeh Avropa İnsan Hüquqları Konvensiyasının 13-cü maddəsinin tələblərini də pozmuşdur. Hazırkı işdə iddiaçıların əmlakına müdaxilə baş vermişdir. Belə ki, əmlaklar dövlət tərəfindən götürülmüş və onlardan biri (Kimyəvi təmizləmə mərkəzi) tam sökülmüş, digəri qismən sökülmüş, onların altındakı torpaq sahələri özgəninkiləşdirilmiş və şirkət dövlət tərəfindən ləğv edilmişdir. Bu müdaxilə 1 saylı Protokolun 1-c i maddəsinin ikinci cümləsinin mənasında “əmlakdan məhrumetmə” hesab olunur. İddiaçıların əmlaklarının özgəninkiləşdirilməsi və şirkətlərinin qanuni şəkildə cavabdehin mübahisələndirilən qərarına əsasən “ictimai ehtiyaclar üçün alındığına” dair hökumət tərəfindən qeyd olunan mövqeni qəbul etmək mümkün deyil.

18. Əvvəla, cavabdehin mövqeyi çaşdırıcıdır. Onlar qeyd edirlər ki, bu, ictimai ehtiyaclar üçün edilib və əvəzi ödənilib. Əgər bu belə idisə, bəs niyə qərarda bazar qiyməti ilə kompensasiya yazılmamışdır (hətta yazılmış olan da həqiqətən ödənilməmişdir), sökülən kimyəvi təmizləmə məntəqəsinin (mərkəzinin) torpağı başqa sahibkara verilmiş, Məişət evinin saxlanılmış (sökülməmiş) hissəsi isə hələ də dövlət reyestrində qeydiyyata alınmamış, özəl şirkət kimi özgəninkiləşdirilməmişdir. Hər b ir halda bu qərardan binanın sökülməsinə, bir qisminin ələ keçirilməsinə və şirkətin ləğv edilməsinə haqq qazandırmaq üçün istifadə edildiyindən, iddiaçıların özəlləşdirmə ilə şirkətə və onun əmlaklarına mübahisəsiz mülkiyyət hüququ əldə etdikdən sonra bu qərara iddiaçıların xüsusi mülkiyyətinə (və şirkətlərinə) müdaxilənin qanuni əsası kimi çıxış etməsinin mümkünlüyünü müəyyənləşdirmək zəruridir. Cavabdehin həmin qərarı özlüyündə sözü gedən xüsusi mülkiyyətdə olan əmlakların özgəninkiləşdirilməsinə və şirkətin ləğvinə açıq şəkildə icazə verən hüquqi sənədə bərabər tutula bilməz. Cavabdehin xüsusi mülkiyyətdə olan əmlakı özgəninkiləşdirmək, özəl şirkəti öz kommersiya hüquqi şəxsi kimi ləğv etmək səlahiyyəti yoxdur. Beləliklə, cavabdeh 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarı iddiaçılar ın mülkiyyətinin özgəninkiləşdirilməsi və şirkətlərinin ləğv edilməsi üçün hüquqi əsas hesab oluna bilməzdi. İddiaçıların əmlaklarının bir qisminin sökülməsi, bir qisminin ələ keçirilməsi, şirkətlərinin ləğv edilməsindən əvvəl səlahiyyətli dövlət orqanının özgəninkiləşdirmə ilə bağlı hər hansı qanuni sərəncamının mövcud olması sübut edilməməkdədir. Belə olan halda, iddiaçıların mülkiyyətinə (şirkət paylarına) müdaxilə əmlakdan de facto məhrumetmə formasında həyata keçirilmişdir.

19. Nəzərə alınmalıdır ki, əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. MM-in 384.0.4-cü maddəsi m ülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdi. “Şərq qapısı” qəzetindən alınmış 23 aprel 2024-cü il tarixli cavab məktubundan görünür ki, cavabdehin 08 aprel 2008-ci il tarixli qərarı bu günə qədər rəsmi dərc edilməmişdir. İş materiallarından görünür ki, həmin qərar təxminən 17 ilə yaxın müddət ərzində iddiaçılara da təqdim edilməmişdir. Halbuki məhkəmə işə formal yanaşaraq Nazirlər Kabinetinin qərarının qəbulunda 17 ilə yaxın müddət keçməsini məhkəməyə müraciət hüququnun olmaması kimi qəbul etmişdir. Lakin müddətin keçməsi iddiaçının deyil, cavabdehin səhvindən olmuş və subyektiv hüququn olmaması dey il müddətin üzrsüz olaraq ötürülməsi üçün əsas olaraq qəbul edilə bilərdi. Hüquqi şəxsin ləğv MM-in 59-61-ci maddələrinə uyğun olaraq təsisçilərin qərarı və məhkəmənin qərarı ilə mümkündür. Onların iradəsindən kənar hakimiyyətin icra qolu tərəfindən hüquqi şəxsin ləğvinin mübahisələndirilməsinə təsisçilərin subyektiv hüququnun olmaması qənaəti qəbul edilə bilməz və formal yanaşmadır.

20. Bundan başqa, 2008-ci ildə İPM hələ qəbul edilməmiş, “İnzibati İcraat haqqında” Qanun da məhkəmə icraatlarını deyil, inzibati orqanlardakı inzibati şikayətlər üzrə mübahisələri tənzimləmişdir. Məhkəmə mübahisələri isə MPM və Mülki Məcəllə ilə tənzimlənirdi. Xüsusi ilə də iddia müddətləri Mülki Məcəllə ilə tənzimlənirdi. Mülki Məcəllənin 384.0.4. və 384.0.5-ci maddələrinə görə mülkiyyətlə bağlı iddialar ü zrə iddia müddəti tətbiq olunmur. Məhkəmə qərarının 6-cı səhifə 1-ci abzasında isə MPM-in hazırda qüvvədə olmayan 298-ci maddəsinə əsaslanmaqla məhkəmə səhvə yol vermişdir. İddiaçılar ilk olaraq Naxçıvan MR Nazirlər Kabinetinin qərarının normativ-hüquqi akt olması əsası ilə Konstitusiya Məhkəməsinə müraciət etmişlər. Yəni faktiki olaraq onlar hərəkətsiz qalmamışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli qərardadını (poçt vasitəsi ilə) aldıqdan sonra Nazirlər Kabinetinin qərarının qeyri-normativ hüquqi akt olması ortaya çıxmışdır. Bu zaman iddiaçılar dərhal həmin qərarın inzibati icraat qaydasında ləğvi barədə müraciət etmiş və cavabdehə müraciətə Naxçıvan MR Ədliyyə Nazirliyi əlaqəsiz və yayındırıcı cavab vermiş, daha sonra cavabdehə təkrar müraci ət edilmiş və həmin müraciətə cavab məktubu isə tərəflərə 18 fevral 2025-ci il tarixində çatmışdır. Bir ay ərzində isə iddiaçılar cavabdehin qərarını mübahisələndirmişlər. İddia müddəti tətbiq olunmuş olsa belə, mübahisələndirilən məsələ üzrə iddiaçı həm AR Konstitusiyasının, həm İnzibati İcraat haqqında qanunun, həm də İPM-in tələblərinə uyğun hərəkət etmişdir. Bundan başqa, inzibati aktın ləğv olunması tələbi ilə Nazirlər Kabinetinə ünvanladığı şikayətlərə (sonuncu 16 yanvar 2025-ci il tarixli şikayətə) cavabsız qalmışdır. Yəni, şikayət üzrə hələ də müvafiq qərar verilməmişdir, şikayətlərinin mahiyyəti üzrə cavabdeh tərəfindən yazılı cavab verilməmişdir. Qeyd edilir ki, iddiaçılar tərəfindən xx.xx.2025-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ünvanladığı məktub a 11 fevral 2025-ci il tarixində AR Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, xx.xx.2025-ci il tarixində AR Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, xx.xx.2025-ci il tarixində isə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə cavablar göndərilmiş və onlar tərəfindən 10 mart 2025-ci il tarixində məhkəməyə müraciət olunmuşdur. Dolayısı ilə 30 günlük müddət iddiaçılar tərəfindən buraxılmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses işti rakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmi n şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (20 aprel 2012ci il tarixli Qanunla edilmiş dəyişikliklərə qədər qüvvədə olmuş redaksiyada) “Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hər əkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat” adlanan 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiym ətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin e dilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgü n tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Hazırkı mübahisədə iddiaçıların hüquqi marağı cavabdehin 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarın ləğvinə yönəlmişdir. Bu baxımdan, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.

32. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

33. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

34. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş mü ddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir.

35. Hazırkı mübahisə üzrə mübahisələndirilən qərara münasibətdə nəzərə almaq lazımdır ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.

36. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respub likasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsi ilə, 2011-ci il 1 yanvar tarixindən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 37. 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.

38. Məhkəmə kollegiyası bildirir ki, iş materiallarında olan 18 aprel 2008-ci il tarixli aktın surətindən məlum olur ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin yuxarıda qeyd edilən 17 aprel 2008-ci il tarixli, 74 nömrəli sərəncamına əsasən komissiya üzvlərinin və "xxxx" ATSC-ni n sədri hazırda iddiaçı olan İddiaçı1 da bilavasitə iştirakı ilə akt tərtib edilərək cəmiyyətə məxsus Nizami küçəsi 41 ünvanında yerləşən balans dəyəri 598924,0 manat olan iki mərtəbəli “məişət evi” və Xətai küçəsində yerləşən balans dəyəri 38224,0 manat olan birmərtəbəli idarə binası və “kimyəvi təmizləmə” sexi təhvil götürülmüşdür.

39. Apellyasiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, adıçəkilən təhvil-təslim aktı, məhz cavabdehin 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarının icrası məqsədilə tərtib olunmuşdur. Bu aktla isə həmin vaxt iddiaçının təhvil-təslim prosesində iştirak etməsi və bunun sənədlə təsdiqlənməsi, onun həmin qərarın qəbul edilməsindən və nəticələrindən xəbərdar olduğunu birbaşa sübut edilmişdir.

40. Bundan başqa, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Ve rgi Xidməti tərəfindən iddiaçıların vəkilinə ünvanlanmış 01 aprel 2024-cü il tarixli məktubda göstərilmişdir ki, ”Araz” səhmdar cəmiyyəti Naxçıvan MR Nazirlər Kabinetinin 08 aprel 2008-ci il tarixli 41 nömrəli qərarına əsasən xx.xx.2008-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Həmin məktuba qoşma olaraq "xxxx" ATSC-nin ləğvi bildirişi, ona məxsus olan möhürün təhvil verilməsi aktı və Naxçıvan MR Nazirlər Kabinetinin adı çəkilən qərarı göndərilmişdir.

41. Beləliklə, ləğv edilmiş "xxxx" ATSC-yə məxsus əmlakların, eləcə də cəmiyyətə məxsus möhürün təhvil verilməsi və nəticədə cəmiyyətin fəaliyyət göstərməməsi faktı iddiaçıların cəmiyyətin ləğv edilməsi barədə qəbul edilmiş yuxarıda qeyd olunan qərardan həm in vaxt məlumatlı olmalarını bir daha təsdiq etmişdir.

42. Hazırkı iş üzrə mübahisə predmeti qismində cavabdehin 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarının çıxış etdiyini diqqətə çatdıraraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

43. Beləliklə, hər bir hal da iddiaçıların sözügedən qərarın mübahisələndirilməsi imkanını 2011-ci il 1 yanvar tarixinədək itirdikləri nəzərə alınmalıdır.

44. Qeyd olunmalıdır ki, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan, iddiaçılar mübahisələndirdikləri qərar barədə məlumat aldıqları zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmalarına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışlar. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan, şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.

45. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

46. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.

47. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

48. Məhkəmə kollegiyası əlavə olaraq bildirir ki, kassasiya şikayətinin dəlili olan “mübahisələndirilən aktd an həmin zaman xəbərdar olmaması” barədə dəlilini haqlı hesab edilsə belə, iddiaçılar tərəfindən iddia müddəti yenə də buraxılmış hesab ediləcəkdir.

49. Belə ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 08 aprel 2008-ci il tarixli, 41 nömrəli qərarının göndərilməsini təsdiq edən poçt zərfinin surətindən, eləcə də iddia ərizəsindən görünür ki, mübahisə predmetini təşkil edən inzibati akt iddiaçılara xx.xx.2024-cü il tarixində rəsmi qaydada təqdim edilmişdir. Buna baxmayaraq iddiaçılar 18 mart 2025-ci il tarixində inzibati aktın ləğv edilməsi barədə məhkəməyə müraciət etmişlər.

50. Bundan başqa, məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş xx.xx.2024cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının qərardadını vurğulayaraq bildirir ki, iddiaçılar xx. xx.2024-cü il tarixdən əvvəl artıq inzibati aktı əldə etmiş və məhz bu müraciət əsasında qeyd olunan xx.xx.2024-cü il tarixli qərardad qəbul edilmişdir.

51. Belə olduğu təqdirdə də, iddiaçılar tərəfindən İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia qaldırılması üçün müəyyən edilmiş 30 günlük iddia müddəti də buraxılmış olacaqdır.

52. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində... qaldırıla bilər.

53. Bundan başqa, məhkəmə kollegiyası iddiaçıların qərarın qanuni qüvvəyə minməməs i dəlilinə münasibətdə bildirir ki, iş materiallarından göründüyü kimi həmin aktdan iddiaçılar məlumatı olmuş və akt icra edilmiş, iddiaçılar isə 17 ildən sonra məhkəməyə müraciət etmişlər.

54. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(108)-86/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar