Məhkəmə qərarları › İş №2-1(102)-340/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-340/2023

07.04.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-340/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vətəndaşlığın tanınması) (iş № 2-1(102)-340/2023) Bakı şəhəri 07 aprel 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07.04.2023 Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “məktubun qanunsuz hesab edilməsi və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2370/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)8295/2015 saylı qətnaməsi ilə X2 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində bir oğlan usağı (X10) doğması faktı müəyyən edilmişdir. 2. 22.12.2015-ci il tarixli Doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur, anası Yaqubova Ərkinaz, atası X6r (Valideynlər arasında nikah olmadığına görə doğum haqqında akt qeydində uşağın atası haqqında məlumatlar ananın göstərişinə əsasən yazılmışdır).

3. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət edərək, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilmə sini xahiş etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubla “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanuna istinadən müraciətin təmin edilməsindən imtina olunduğunu bildirmişdir.

4. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə eyni məzmunlu ərizə ilə təkrar müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanunun 12-ci maddəsinə istinadən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsini və Azərbaycan Respublikasının vətəndaşı kimi tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehin imtinası onun konstitusion hüquqlarını pozur. Belə ki, o, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” 1998-ci il tarixli Qanunun 11-ci maddəsinə əsasən də Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Qanunun ilkin redaksiyasına əsasən, vətəndaşlığı təsdiq edən sənədlərdən biri doğum haqqında şəhadətnamədir. Göründüyü kimi, həmin Qanunun ilkin redaksiyasının müddəalarına və Konstitusiyaya əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşı kimi tanınmalıdır. Lakin, cavabdeh Qanuna xx.xx.2014-cü il tarixdə edilmiş d əyişikliklərə istinad etməklə onun vətəndaşlığını tanımaqdan imtina edir ki, bu da “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun müddəalarına, o cümlədən Konstitusiyanın 149-cu maddəsinin Vİİ bəndinə ziddir.

7. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə görə, iddiaçı Azərbaycan Respublikası vətəndaşı kimi tanına bilməz. Belə ki, iddiaçının valideyni X1 vətəndaşıdır, digər valideyni X9 barəsində isə hər hansı məlumat aşkar edilməmişdir. Gürcüstan Respublikasının qanunvericiliyinə əsasən uşağın valideynlərindən biri həmin ölkənin vətəndaşlığına malikdirsə, uşağın harada doğulmasından asılı olmayaraq o həmin ölkənin vətəndaşı sayılır. İddiaçı vətəndaşlıq məsələsinin həll i ilə bağlı Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə müraciət etməli və həmin ölkənin vətəndaşlığını əldə etdikdən, həmçinin Azərbaycan Respublikasında 2 il müvəqqəti və 5 il daimi əsaslarla yaşadıqdan sonra vətəndaşlığa qəbul edilməklə bağlı təkrar müraciət edə bilər.

8. Bakı İnzibati Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2-1(112)-4478/2022 nömrəli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia rədd edilmişdir.

9. Məhkəmə Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanunun 11-ci maddəsinə, 12.1-ci maddəsinin 1-ci hissəsinə istinad edərək hesab etmişdir ki, cavabdehin imtinası qanuni olmuşdur.

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. apellyasiya instansi yası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2370/2022 nömrəli qərarı ilə (hakimlər A.Ə.Hüseyn - sədrlik edən və məruzəçi, A.S.Hüseynov və S.İ.Bəktaşi) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən aparılan icraat zamanı iddiaçının hər iki valideyninin əcnəbi olması müəyyən edilmişdir.

13. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiy a şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

52. Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. 17.“Azərbaycan Respublikasının vətəndaşlığı Respublikasının xx.xx.1998-ci il tarixli Qanunu haqqında” Azərb aycan Maddə

5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun;.... Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə

11. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi əsasları Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallar da əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Maddə

12. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində doğulmuş uşaqlarının vətəndaşlığı Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan ş əxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə

13. Valideynləri naməlum uşaqların vətəndaşlığı Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaq Azərbaycan Respublikasının vətəndaşıdır.

18. İnzibati Prosessual Məcəllə Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqın da və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasit əsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkə məsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

22. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

23. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

24. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret i şin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

25. Nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun yuxarıda istinad edilən normalarının tələbinə əsasən, bu qanu nun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş və bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. Həmin normalara əsasən, Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır.

26. İşin məhkəmələr tərəfindən araşdırılmış halları ilə iddiaçının anası X3 Gü rcüstan Respublikasının vətəndaşı və vətəndaşı olduğu həmin ölkənin pasportuna sahib olduğu müəyyən edilsə də, iddiaçının atası barədə hər hansı məlumat aşkar edilməmişdir. Bundan başqa, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun qüvvəyə minənədək iddiaçının Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə də iş materiallarında hər hansı məlumat mövcud deyildir.

27. Halbuki, yuxarıda istinad olunan normaların tələbləri baxımından qeyd edilən halların araşdırılması iddiaçının vətəndaşlıq mənsubiyyəti barədə qanunauyğun qərarın qəbul edilməsi üçün xüsusi əhəmiyyət daşıyır.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

29. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə əsaslılıq tələbinə riayət olunmaması ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

30. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli və iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

31. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 21(103)-2370/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar