Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-342/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: tələbi təmin olunmuş icraat iştirakçısı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünsüzlüyü; proses iştirakçısı olmayan şəxs tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-47/2023 nömrəli qərarından iddiaçı və Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayon şöbəsi (filialı) tərəfindən verilmiş şikayətlər üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək qanunsuz hesablanmış 261.279,60 manat əsas borcun, əsas borca hesablanmış 197.644,01 manat maliyyə sanksiyasının, ümumilikdə 458.923,61 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə q oyulmasını xahiş etmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-11/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, 261.279,60 manat əsas borc məbləğinin iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdehin üzərinə 261.279,60 manat əsas borca tətbiq olunmuş maliyyə sanksiyalarının hesablanaraq iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi qoyulmuşdur.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
4. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(104)-684/2021 saylı qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixl i qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-1(102)-546/2022 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci tarixli, qərarı - məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, 261.279,60 manat əsas borca tətbiq edilən maliyyə sanksiyalarının hesablanaraq iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n xx.xx.2021-ci tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
7. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-47/2023 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı “məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdehin üzərinə 261.279,60 manat əsas borca tətbiq edilən maliyyə sanksiyalarının hesablanaraq iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin qoyulması” hissəsində ləğv edilmiş və cavabdehin üzərinə iddiaçının şəxsi hesab vərəqəsindən 197.644,01 manat məbləğində maliyyə sanksiyasının silinməsi öhdəliyi qoyulmuşdur.
8. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və artması davam edən və hazırda ( 548.713,64-197.644,01=351.069,63) 351.069,63 manat təşkil edən cərimə (dəbbə) pulunun qərar verilən zaman üçün dəqiqləşdirərək silinməsini xahiş etmişdir.
9. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
10. Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayon şöbəsi (filialı) həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsasl arını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. İddiaçı və Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən verilmiş şikayətlər üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
13. İPM-in 90.2-ci maddəsinin tələbindən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının i ştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
14. Yuxarıda qeyd olunduğu kimi iddiaçı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək qanunsuz hesablanmış 261.279,60 manat əsas borcun, əsas borca hesablanmış 197.644,01 manat maliyyə sanksiyasının, ümumilikdə 458.923,61 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Həmin tələbin əsas borca aid hissəsi birinci instansiya məhkəməsi tərəfindən, həmin borca tətbiq edilmiş maliyyə sanksiyasına aid hissəsi isə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam təmin olunmuşdur.
15. Digər tərəfdən, iddiaçı birinci instansiya məhkəməsinin qərarını mübahisələndirməmiş, apellyasiya instansiyası məhkəməsində icraat zamanı hazırkı (kassa siya şikayətində göstərilən) məzmunda tələbi olmamışdır.
16. Beləliklə, iddiaçının İPM-in 90.2-ci maddəsindən irəli gələn hazırkı məzmunda şikayət hüququ yoxdur.
17. Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayon şöbəsi (filialı) tərəfindən verilmiş kassasiya şikayətinə gəldikdə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-342/2024 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin “Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin (filialının) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması barədə” 2-1(114)-25/2020 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edildiyindən və Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qis mində cəlb olunmamış sayıldığından, beləliklə də həmin inzibati orqan hazırkı iş üzrə icraatın iştirakçısı olmadığından, onun İPM-in 90.2-ci maddəsindən irəli gələn şikayət hüququ yoxdur.
18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-47/2023 nömrəli qərarından iddiaçı və Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayon şöbəsi (filialı) tərəfindən verilmiş şikayətlər üzrə kassasiya mümkün sayılmır və şikayətlərin icraata qəbulundan imtina edilir.