Məhkəmə qərarları › İş №2-1(102)-3459/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3459/2025

22.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3459/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış binasına mülkiyyət hüququnun qeydə alınması, iddianın qeyri-mümkünlüyü, subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı "sökülmüş qeyri-yaşayış sahəsinin bərpası" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 15 aprel 2025-ci il tarixli, 2-1(107)-977/2025 nömrəli qərardadından iddiaçı tərəfind ən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanına yerləşən ümumi sahəsi 73.6 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətində, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 168.6 kv.metr torpaq sahəsi isə onun istifadəsindədir.

2. Qeyri-yaşayış binasına dair xx.xx.2019-cu il tarixli texniki pasporta əsasən 2C ünvanında yerləşən daşınmaz əmlak üzrə xidməti binanın tikintialtı sahəsi 93.5 kv.metr, beton örtüklü sahə 72.3 kv.metr olmaqla, ərazinin ümumi torpaq sahəsi 168.6 kv.metr, qeyri-yaşayış sahəsi 39.1 kv.metr əsas, 34.5 kv.metr köməkçi olmaqla, cəmi 73.6 kv.metr təşki l edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan əmlakın xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışa aid xx.xx.2016-cı il 3813/d nömrəli eskiz-layihə ilə Yasamal İH-nin xx.xx.2023-cü il tarixli 5-21/2-A-91/2023 nömrəli plan-sxeminə ƏMTX-nin xx.xx.2017-ci il, 204 nömrəli icarə müqaviləsinə aid xx.xx.2017-ci il tarixli, **********47 nömrəli təyinat göstərişinə uyğun inşa edərək bərpasına və ƏMTX-i ilə Reyestrində qanuni sənədlər əsasında icarə sahəsinə 308.3 kv.m göstərməklə çıxarışda əmlakın 308.3 kv.m olmaqla düzəliş edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ə.Haqverdiyev küç əsi 2c ünvanında yerləşən 308.3 kv.m-dən ibarət olan, dörd tərəfdən piyada yolu ilə əhatə olunan qeyriyaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh qeyri-qanuni olaraq 2 metr × 10.15 metr olan əmlakın arxası boyunca saxlama otağını və 7.1 × 17.75 metr olan yan xidmət otağını sökmüşdür. Hazırda əmlak xx.xx.2019-cu il **********№-li çıxarışa istinadən 168 kv.m-dən ibarətdir ki, onun 96.3 kv.m tikili altı, 72.3 kv.m açıq sökülmüş sahədən ibarətdir. Məhkəmə ekspert rəyinə istinadən əmlakın arxa hissəsində 48.6 kv.m mətbəx talvar kimi qeyd olunub ki, 308.3 kv.m-lik əmlakın çıxarışda texniki pasportda göstərilməyən 48.6 kv.m mətbəxlə birgə tikili altı sahə 144.9 kv.m-dən ibarətdir, sökülmüş sahə isə 163.4 kv.m-dən ibarətdir ki, çıxarış texniki pasportda sökülmüş sahə 72.3 kv.m icar ə sahəsi kimi göstərilmiş, 91.1 kv.m sahə isə göstərilməmişdir.

5. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən İddiaçı istifadəsində olan qeyri-yaşayış obyektinin tikinti-təmir işləri, eləcə də konstruktiv dəyişikliklər edilməsinə dair icazə verilməmişdir. Eyni zamanda, 2023-ci ilin aprel ayında həmin ünvanda yerləşən İddiaçı istifadəsində olan qeyri-yaşayış obyektinin arxa hissəsinin mətbəx sahəsinin çöl divarının üzlüyünün dəyişdirilməsinə dair onun müraciəti əsasında Cavabdeh icazə və nəzarəti ilə əmlakın sözügedən hissəsinin üzlüyü V.İddiaçı tərəfindən dəyişdirilmiş, müvafiq qaydada standartlara uyğun kosmetik rənglənmə işləri aparılmışdır. Qeyri-yaşayış obyekti İddiaçı təqdim etdiyi icarə müqaviləsinə əsasən 2 (iki) il müddətinə X2 icarəyə verilmişdir. X1 ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış obyektinin bayır hissəsində icazəsiz iaşə obyekti kimi istifadə etməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən rəsmi icazə almadığından qeyd olunan qurumun əməkdaşları tərəfindən öncə xəbərdarlıq edilmiş, daha sonra icarədarın fəaliyyətinin qanunamüvafiq rəsmiləşdirilməsi məqsədilə obyektinin bayır hissəsində icazəsiz iaşə obyektinin fəaliyyəti dayandırılmış və həmin qeyri-yaşayış obyekti sökülməmişdir.

6. Bakı İnzibati Məhkəməsinin (hakim: S.Salahova) 16 oktyabr 2024-cü il tarixli, 21(112)-12837/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeyd iyyatı haqqında daşınmz əmlakın dövlət reystrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanına yerləşən ümumi sahəsi 73.6 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətində, həmin qeydi yaşayış sahəsinin yerləşdiyi 168.6 kv.metr torpaq sahəsi isə onun istifadəsindədir. Qeyri-yaşayış binasına dair xx.xx.2019-cu il tarixli texniki pasportdan görünür ki, 2C ünvanında yerləşən daşınmaz əmlak üzrə xidməti binanın tikintialtı sahəsi 93.5 kv.metr, beton örtüklü sahə 72.3 kv.metr olmaqla, ərazinin ümumi torpaq sahəsi 168.6 kv.metr, qeyri yaşayış sahəsi 39.1 kv.metr əsas, 34.5 kv.metr köməkçi olmaqla, cəmi 73.6 kv.metr təşkil edir. İddiaçı hazırda həmin qeyri-yaşayış binasının ümumi sahəsinin 308.3 kv.metr olduğunu, cavabdeh tərəfindən həmin sahənin 163.4 kv.metr hissəsinin söküldüyünü bild irməklə, sökülmüş sahənin 308.3 kv.metrə çatdırılmaqla bərpa edilməsini xahiş edir. Lakin iş materialları ilə iddiaçının mülkiyyətində, yaxud qanuni istifadəsində olan qeyri-yaşayış binasının ümumi sahəsinin 308.3 kv.metr olması müəyyən edilmir. İddiaçı da bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçı çıxarışda göstərilən 73.6 kv.metr sahənin hazırda mövcud olduğunu və sökülmədiyini bildirmişdir. Belə olan halda iddiaçı hər hansı bir hüququ olmayan sökülmüş sahənin bərpası ilə bağlı hazırkı iddianı qaldımağa subyektiv hüququ yoxdur. Çünki, sökülmüş tikilinin bərpa edilməsini tələb etmək üçün iddiaçı ən azından iddia etdiyi daşınmaz əmlak üzərində qanuni istifadə hüququna malik olmalıdır. Qanuni istifadə hüququ isə qanundan, inzibati aktdan və ya müqavilədən irəli gəlməli, hüquqmüəyyənedici sənədə əsaslanmalıdır. Lakin iddiaçının mübahisəli sahə üzərində qanuni istifadə hüququna malik olduğu mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunmur (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1892/2023 saylı, 25.102023-cü il tarixli qərarı.

8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini, iddianın mümükün sayılması və işin mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və E.Ə.Əliyev) 15 aprel 2025-ci il tarixli, 21(103)-977/2025 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Mad də 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 15. “İnzi bati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bild irməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tə ləblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti mümkündür. Kassator kassasiya şikayəti v erilməsi üçün müddətin bərpa edilməsi barədə ərizə verməsinə baxmayaraq, şikayət vaxtında verildiyinə görə ərizəyə baxılmasına zərurət yoxdur. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğ v olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

20. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

21. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən sökülmüş - ona məxsus olduğunu iddia etdiyi 163.4 kv.m qeyri-yaşayış sahəsinin bərpa edilməsinə nail olmaqdan ibarətdir.

22. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.

23. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər ş ərtlər mütləq ödənilmiş olmalıdır.

24. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. 25. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. 26. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərind ən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”

27. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olması və cavabdeh tərəfindən həmin hüququn pozulması ehtimalının mövcudluğu mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın bununla bağlı mümkünlük şərtini yoxlamalıdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının üzərind ə cavabdeh tərəfindən sökülmüş - ona məxsus olduğunu iddia etdiyi 163.4 kv.m qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istədiyi sözügedən qeyri-yaşayış binasının ona məxsus olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədin, yəni iddia edilən qeyri-yaşayış sahəsinin qanunla müəyyən olunmuş qaydada onun mülkiyyətinə verilməsini təsdiq edən sənədin mövcudluğu iş üzrə materiallarla müəyyən edilmir. İddiaçı tərəfindən də bununla bağlı hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır.

29. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinə hər hansı hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur və bu baxımdan hazırkı məzmunda iddia qaldırmağa iddiaçının subyektiv hüququ mövcud dey ildir. Belə ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

31. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 15 aprel 2025-ci il tarixli, 21(103)-977/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar