Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-346/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqının 3 misli miqdarında mükafat, 1 misli miqdarında müavinət, hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlı əmək haqqının 15% miqdarında əlavə, dövlət qulluqçusuna ixtisas dərəcəsinə görə verilən əlavə haqq nəzərə alınmaqla pensiyasının yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi ), Dadaşov İlqar Ağababaş oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1828/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İddiaçı dövlət orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən xx.xx.1976-cı il tarixdən xx xxx xxx 1977-ci il tarixədək Bərdə rayon Partiya Komitəsində sənaye və nəqliyyat şöbəsinin müdiri, xx xxxxxx 1977-ci il tarixdən xx xxxxx 1978-ci il tarixədək ümumi şöbə müdiri vəzifələrində işləmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitənin Katibliyinin xx xxxx 1978-ci il tarixli 15 saylı qərarı ilə Bərdə Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsinə təsdiq edilmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək, pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2019-cu il tarixli **********2 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçıya xx xxxxxx 2006-cı il tarixdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. x xxxx 2018-ci il tarixdən etibarən iddiaçının pensiyası 781,5 6 manat müəyyən edilmiş və keçmiş dövr üzrə yenidən hesablanmışdır. x xxxxxxxx 2019-cu il tarixdən «Dövlət qulluqçularının vəzifə maaşının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar idarəyə daxil olmuş aylıq vəzifə maaşlarına əsasən əmək pensiyası yenidən hesablanaraq 1.047,51 manat məbləğində müəyyən edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, inzibati və yardımçı vəzifələr tutan, habelə xx xxxxxxx 1991-ci il tarixdən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə xx xxxxxxx 1991-ci il tarixədək dövlət, so vet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyalarının üzərinə qulluq stajına görə əlavə hesablanması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq siyahının 1.8-ci bəndinə əsasən, şəhər (rayon) xalq nəzarəti komitəsinin aparatında komitənin sədri vəzifəsi rayon, şəhər icra hakimiyyəti başçısı aparatının bölmə rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Həmin Fərmanın 2-ci bəndinə əsasən, bu siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən, həmin qanun icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Sözügedən Qanunun 2.5-ci maddəsinə uyğun olaraq «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunu müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təyin edilmiş əmək pensiyasının vaxtilə işlədiyi Rayon Xalq Nəzarəti Komitəs inin sədri vəzifəsinin hazırkı RİH başçısının birinci müavini vəzifəsinə uyğunlaşdırılmasını, 1996– 2002-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin işinə cəlb edildiyi dövrün dövlət qulluğu stajına daxil edilməsini, xx xxxx 1976-cı il tarixdən xx xxxxxx 1977-ci il tarixədək Bərdə Rayon Partiya Komitəsinin sənaye və nəqliyyat şöbəsinin müdiri, xx xxxxxx 1977-ci il tarixdən xx xxxxx 1978-ci il tarixədək işlədiyi 1 il 10 ay 10 gün dövr və Azərbaycan Respublikası Prezidenti yanında X2 işlədiyi xx xxxxxx 1992-ci il tarixdən xx xxxx 1992-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsini, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli 776 nömrəli Fərmanına əsasən hakimiyyət səlahiyyətlərinin icrasına gör ə vəzifə maaşının 15%-i məbləğində əlavə haqq, dövlət qulluqçularına il ərzində ödənilməli olan 4 aylıq vəzifə maaşı məbləğində mükafat, 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsinə görə əlavə pul məbləğləri nəzərə alınmaqla yenidən hesablanmasını, yenidən hesablanmış pensiyanın son məbləğinin «Dövlət qulluqçularının vəzifə maaşlarının müəyyən edilməsi haqqında» (xx xxxx 2019-cu il tarixli 1268 nömrəli) Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən pensiya hüququ qazanıldığı dövrdə qüvvədə olan qanunvericiliyin müddəaları nəzərə alınmaqla müəyyən edilməsini və 50% artırılmaqla birdəfəlik hesablanaraq ödənilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1976-cı ildən 1992-ci ilədək Azərbaycan Kommunist Partiyasının Bərdə Rayon Komitəsində şöbə müdiri, 1978-ci ildən etibarən isə Bərdə Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində fəaliyyət göstərmişdir. İşlədiyi müddətdə Rayon Partiya Komitəsinin büro üzvü və rayon Sovetinin deputatı kimi statuslara da malik olmuşdur. 2007-ci ildə 63 yaşı tamam olması ilə əlaqədar pensiyaya çıxmışdır. Lakin pensiya hesablanarkən hesablamada ədalətsizliyə yol verilmiş, 14 ilə yaxın müddətdə işlədiyi rayon XNK sədri vəzifəsi həmin dövrdəki X3 İcraiyyə Komitəsinin sədrinin birinci müavini vəzifəsinə bərabər tutulmalı olduğu halda düzgün olmayaraq RİH başçısının aparatının bölmə rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır.
6. Cavabdeh iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-323/2020 saylı qərarı il ə (hakim: R.L.Kərimli) iddia tələbi qismən təmin edilmiş, iddiaçının əmək pensiyasının dövlət qulluqçularına hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq, il ərzində ödənilməli olan 3 aylıq vəzifə maaşı məbləğində mükafat, 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsinə görə əlavə pul məbləğləri nəzərə alınmaqla yenidən hesablanması və yaranmış müvafiq fərq məbləğinin qanunla müəyyən edilmiş qaydada ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
8. İddianın təmin edilən hissəsi ilə əlaqədar olaraq birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı əlavələri, mükafatları və müavinəti tələb etməkdə haqlıdır.
9. Birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsi ilə əlaqədar ol araq qeyd etmişdir ki, iddiaçının xx xxxxxxx 1991-ci il tarixdən əvvəlki dövrdə işlədiyi rayon xalq nəzarəti komitəsinin sədri vəzifəsi Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq Siyahının 1.8-ci bəndinə görə «İnzibati və yardımçı vəzifələrin Toplusu»nda “rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı ŞİH başçısı istisna olmaqla) aparatında bölmə rəhbəri” vəzifəsinə uyğunlaşdırıldığından, həmçinin iddiaçının əmək kitabçasında əksini tapmış bütün vəzifələr pensiya təyinatı zamanı nəzərə alındığından, digər yerlərdə işləməsi öz təsdiqini tapmadığından iddiaçının pensiya məbləğində əlavə vəzifələr də nəzərə alına bilməz. Odur ki, iddia həmin hissədə təmin oluna bilməz.
10. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-1828/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və A.Ə.Hüseyn) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-323/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyas ı 2-1(103)-1828/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində qeyd edilir ki, pensiyanın hesablanmasında iddiaçının tələb etdiyi əlavələrin, mükafatların və müavinətin iddiaçı tərəfindən alınmasına dair mötəbər sübut yoxdur. Cavabdehdə qeyd edilən əlavələr və mükafatlarla bağlı heç bir məlumat olmadığı halda, ondan bu əlavə və mükafatların dövlət məvacibinin tərkib hissəsi kimi pensiya hesablanması zamanı nəzərə alınmasını tələb etmək, cavabdehin üzərinə bu barədə öhdəlik qoymaq qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillər i
15. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 18. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanun: Maddə 2.1.2. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respu blikasının vətəndaşlarının bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla dövlət pensiyası almaq hüququ vardır. Maddə 7.1. Pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır. Maddə 12.1. Dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. 19. “Dövlət qulluğu haqqında” Qanun: Maddə 22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. Maddə 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Maddə 23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Maddə 24.1. Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir.
20. Azərbaycan Respublikası P rezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi” Qaydalarının 12-ci bəndinə əsasən, ixtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçusuna hər ay vəzifə maaşına ixtisas dərəcələrinə görə əlavə haqq ödənilir.
21. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2002-ci il tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamə: Bənd
5. İşin nəticələrinə görə kollektiv mükafatlandırma zamanı mükafatın müəyyən edilməsi üçün götürülən dövrdə (hesablaşma dövrü) hamiləliyə və doğuşa görə məzuniyyətdə olma, ştatların ixtisarı ilə əlaqədar işdən azad olma, hərbi xidmətə çağırılma, ixtisasartırma kurs unda olma və digər üzürlü səbəblərdən tam işləməmiş dövlət qulluqçuları üçün onların faktiki qulluq keçdiyi dövrə görə mükafat hesablanır. Xəstəliklə əlaqədar işdə olmayan dövlət qulluqçusuna mükafat verilməsi məsələsi hər bir konkret halda onun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Bənd
12. Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.
22. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli 776 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin ic rasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilmişdir.
23. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2003-cü il tarixli 943 nömrəli “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Fərmanının 1-ci bəndinə əsasən 2003cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair xx xxx 2020-c il tarixli qərarında qeyd edilmişdir ki, “...şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığor tasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.”
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şika yət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi i lə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
27. Apelyasiya məhkəməsinin qərarı yalnız cavabdeh tərəfindən qismən – iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən- qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
29. Belə ki, hazırkı iş üzrə iddiaçı dövlət qulluqçusu kimi ona təyin edilmiş pensiyanın məbləğinin düzgün hesablanmadığını iddia edir və hesab edir ki, təyin edilən əmək pensiyası dövlət qulluqçusuna verilən ixtisas dərəcəsinə görə əlavə pul məbləği, üç vəzifə maaşı mislində mükafat və məzuniyyətə çıxarkən bir vəzifə maaşı həcmində müavinət, hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla hesablanmalıdır.
30. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçı əmək pensiyasının dövlət qulluqçularına hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq, il ərzində ödənilməli olan 3 aylıq vəzifə maaşı məbləğində mükafat, 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsinə görə əlavə pul məbləğləri nəzərə alınmaqla yenidən hesablanması və yaranmış müvafiq fərq məbləğinin qanunla müəyyən edilmiş qaydada ödənilməsi öhdəl iyinin cavabdehin üzərinə qoyulması ilə razılaşmış, həmin qərardan apelyasiya şikayəti verməmişdir. Qərarı əsassız hesab edən cavabdeh iddianın təmin edilən hissəsindən apelyasiya şikayəti versə də apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini əsaslı saymayaraq şikayətin təmin edilməsindən imtina etmiş və birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək iddianın təmin edilən hissəsini mübahisələndirir. Odur ki, hazırkı kassasiya baxışının predmetini dövlət qulluqçularına hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq, il ərzində ödənilməli olan 3 aylıq vəzifə maaşı məbləğində mükafat, 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtis as dərəcəsinə görə əlavə pul məbləğləri nəzərə alınmaqla yenidən hesablanması hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edəcəkdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud məhkəmə təcrübəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2020-c il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə əlavələrin pensiyanın tərkibində hesablanması üçün həmin əlavələr şəxsin işlədiyi dövrdə alınmalıdır.
32. Hazırkı iş üzrə iddiaçı müxtəlif vəzifələrdə, o cümlədən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Bərdə rayon Partiya Komitəsində sənaye və nəqliyyat şöbəsinin müdiri, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək ümumi şöbənin müdiri vəzifələrində işləmişdir.
33. İşə baxan apelyasiya instansiya məhkəməsi isə iddiaçının işlədiyi d övrdə qeyd edilən əlavələri, mükafatları və müavinəti alıb-almamasına dair müvafiq sübutlar olmadan və bu barədə araşdırma aparmadan qərar qəbul edilmişdir.
34. Belə olan halda, ilk növbədə, apelyasiya instansiya məhkəməsi iddiaçıya hansı dövr və hansı vəzifə üzrə dövlət məvacibindən pensiya hesablandığını müəyyən etməlidir. Daha sonra isə, həmin dövrdə iddiaçının qeyd olunan əlavələri, mükafatları və müavinəti alıb-almamasını müəyyən etməli (müvafiq sorğular verməklə), bunun əsasında qərar qəbul etməlidir.
35. Həmçinin qeyd edilməlidir ki, iddiaçının dövlət məvacibinə dair əldə edilən məlumatlarda konkretlik və dəqiqlik olmalı, dövrlər üzrə şəxsin hansı əlavələri, mükafatları və müavinətləri alması və onların alınması əsasları ətraflı əks olunmalıdır.
36. Qeyd olunanlara əsasən, apelyasiy a məhkəməsinin apardığı məhkəmə araşdırması natamam olmuş, əsaslandırılmamış qərar qəbul edilmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Qeyd edilən əsaslara görə qərar düzgün olmadığından kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində ləğv edilməklə, eyni hissədə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-1828/2020 saylı qərarı mübahisələndirilən, yəni iddianın təmin edilən hissəsində ləğv edilsin və e yni hissədə təkrar baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.