Məhkəmə qərarları › İş №2-1(102)-346/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-346/2024

09.02.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-346/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi; tibb müəssisəsi tərəfindən verilmiş göndərişdəki məlumatların mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının xx.xx.2023-cü il tarixli, 2-1(104)-381/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. TSEK müayinələrinə dair altsistemdən çıxarışa əsasən, “Durğunluq ürək çatmamazlığı, QDÇ-İİİ F.S (NYHA). [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İl mərhələ” diaqnozuna əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. 2. xx.xx.2022 və xx.xx.2022-ci il tarixli göndərişlər üzrə iddiaçıya əlilliyin təyin edilməsindən “əlavə müalicəyə ehtiyacın olması-səbəb: xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmağa ehtiyacı var" və “Göndərişin natamam doldurulması - Səbəb: xəstənin aktiv əmək müqaviləsi var, lakin xəstəlik vərəqi günləri qeyd edilməyib, əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin" səbəbləri ilə imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ümumi xəstəliyi ilə əlaqədar ona 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixində sinəsində küt xarakterli dözülməz ağrı və təngnəfəslik hiss etdiyi üçün Mərkəzi Klinikaya müraciət etmiş, KAQ olunduqdan sonr a koronar damarlarında ciddi daralmalar aşkar edilmiş, ona UİX Miokard infarktı (y/k mərhələdə-120.8) diaqnozu qoyulmuş və cərrahi konsiliumun rəyinə əsasən cərrahi əməliyyat məsləhət görülmüşdür. İddiaçı cərrahi əməliyyatla razılaşaraq, burada açıq ürək əməliyyatı olunmuş və xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək klinikada stasionar müalicədə olmuşdur. Müalicəsinə ambulator şəraitdə davam olunması üçün nefroloqun nəzarəti altında ev müalicəsinə davam etmişdir. Daha sonra xx.xx.2016-ci ildən xx.xx.2016-cı ilədək Akademik C.M.Abdullayev adına Kardiologiya institutunda müalicə almışıdır. Səhhəti ilə əlaqədar ona əllilik təyin edilməsi üçün Tərtər Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 0318003AADZA saylı, xx.xx.2016-ci il tarixli göndərişlə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına müraciət etmiş, müraciəti xx.xx.2017-ci il tarixdən rəsmiləşdirilmiş və ona "Durğunluq ürək çatışmazlığı, QDÇ-İİİ ürək çatışmazlığı ilə müəyyən olunan ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik" diaqnozu qoyularaq, 5 il müddətinəxx.xx.2022-ci il tarixinə qədər ikinci qrup əlillik təyin edilmişdir. O vaxtdan etibarən o, əlilliyə görə pensiya almışdır. Yenidən müayinə tarixinə (xx.xx.2022) qədər iddiaçı yenidən 16 fevral 2022-ci ildə Akademik C.M.Abdullayev adına Kardiologiya institutunda müayinə olunmuş, vəziyyəti ağır olaraq qiymətləndirilmiş və ona "UİX stabil gərginlikli stenokardiyası İllfs - Ağır formada ürək çatışmazlığı" diaqnozu qoyulmuşdur. İddiaçı pensiyasının davam etdirilməsi ilə bağlı cavabdehə müraciət etsə də, müraciətinə müsbət cavab verilməmiş, Tibbi Sosial Ekspert Komissiyasına göndərdiyi № 0319003AAJ2A saylı göndərişlə ona xx.xx.2022-ci il tarixdə əlillik təyin olunmasından imtina edilmişdir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyəti Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış, "Səbəbi: Ümumi xəstəlik, X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30-152 - Ürəyin digər xəstəlikləri => 150 - Ürək çatmamazlığı => 150.0 - Durğunluq ürək çatmamazlığı, Diaqnozun mətni: Durğunluq ürək çatmamazlığı, QDÇ-İİİ F.S (NYHA).[Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəli yi İl mərhələ." "Meyar:2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı ( 101-109,111.0, 113-113.2, 120-125,…" səbəbi ilə beş il müddətinə verilmişdir.

6. Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 120-125 -Ürəyin işemik xəstəlikləri => 125 - Ürəyin xroniki işemik xəstəliyi => 125.2 - Əvvəllər keçirilən miokard infarktı, Diaqnozun mətni: 125.2 Əvvəllər keçirilən miokard infarktı, ÜİX infarktdan sonraki kardioskleroz. Ağırlaşma 120.8 Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyasi -İİİ F.S Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞ X2 C/Ə əməliy yatindan (xx.xx.2016) sonraki vəziyyət. Ağırlaşma 150.0 Durğunluq ürək çatmamazlığı, QDÇ -İİ F.S (NYHA)- EF 40% Yanaşı xəstəliklər E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, ŞD İl TİP, insulin tələbli ağir forma., Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmağa ehtiyacı var." səbəbi ilə imtina verilmişdir.

7. Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında Diaqnozun mətni: 125.2 Əvvəllər keçirilən miokard infarktı, ÜİX infarktdan sonraki kardioskleroz Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞX2 C/əməliyyatından (xx.xx.2016) sonraki vəziyyət. 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədəl ənməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [yi], hipertoniya xəstəliyi iii mər.iv risk amili 150.0 Durğunluq ürək çatmamazlığı, QDÇ İİ F.S (NYHA)-EF-40%, Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: xəstənin aktiv əmək müqaviləsi var lakin xəstəlik vərəqi günləri qeyd edilməyib, əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin," səbəbi ilə imtina verilmişdir.

8. Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında Diaqnozun mətni: Əvvəllər keçirilən miokard infarktı, ÜİX infarktdan sonraki kardioskleroz, Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Son 5 ildə müalicəsi yetərli deyil. Xəstənin vəziyyəti və ekspertiza üçün əhəmiyyətli olan funksional pozğunluqlar ətraflı qeyd edilsin" səbəbi ilə imtina verilmişdir.

9. Göründüyü kimi iddiaçının sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi "Göndərişin natamam doldurulması - Səbəb: Son 5 ildə müalicəsi yetərli deyil. Xəstənin vəziyyəti və ekspertiza üçün əhəmiyyətli olan funksional pozğunluqlar ətraflı qeyd edilsin" olmuşdur. İddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1162/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci-ci il tarixdən ikinci dərəcə əlill iyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin, yəni xx.xx.2017-ci il tarixli təyinat vərəqindən və sonrakı imtina qərarlarından görünür ki, iddiaçıya təyin edilmiş diaqnoz söz ifadəsi olaraq eynidir. Bundan əlavə, xx.xx.2022-ci il tarixdə əlavə müalicəyə ehtiyacın olması əsası ilə imtina edilmiş, lakin növbəti, yəni xx.xx.2022-ci il tarixli müayinə zamanı xəstənin aktiv əmək müqaviləsi olması əsası ilə təyinatdan imtina edilmişdir. Halbuki, ilkin təyinat zamanı iddiaçıya “xüsusi yaradılmış şəraitdə işləyə bilər” əmək zəmanəti verilmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixli imtina qərarından görünür ki, iddiaçıya təyin edilmiş diaqnozun kodu “İ20-İ25” müəyyən edilmişdir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndinə əsasən ikinci dərəcə əlillik təyinatına əsas verir. Eyni zamanda, qanunvericiliyin tələblərinə əsasən göndərişin natamam və yanlış doldurulması əlilliyin müəyyən olunmasından imtinaya deyil, altsistemin xüsusi bölməsində müvafiq qeyd aparılmaqla bu barədə bildirişin göndərişi rəsmiləşdirilmiş komissiyaya göndərilməsinə əsas verir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(1 04)-381/2023 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi “Göndərişin natamam doldurulması - Səbəb: Son 5 ildə müalicəsi yetərli deyil. Xəstənin vəziyyəti və ekspertiza üçün əhəmiyyətli olan funksional pozğunluqlar ətraflı qey d edilsin” olmuşdur. İddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurulduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilməyi mümkün hesab olunmuşdur. Nəticə etibarilə, müvafiq poliklinikanın göndərişi natamam və keyfiyyətsiz doldurması və diaqnozu təsdiq edəcək müayinələrin tam aparılmaması səbəbindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Diaqnozun da nəticəsindən aydın olduğu kimi, iddiaçı barəsində əlillik təyin edilməsi üçün lazım olan əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır.

17. Agentlik yalnız göndərişdə əlillik üçün əsaslar olduqda əlillik təyin etmək səlahiyyətinə malikdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün di skresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnziba ti Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslan dırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırı lmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlam aqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya mə hkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya təyin edilmiş diaqnozun kodu “İ20-İ25” müəyyən edilmişdir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndinə əsasən ikinci dərəcə əlillik təyinatına əsas verir.

27. Cavabdeh imtinanın əsası kimi, həmçinin iddiaçının son 5 ildə müalicəsinin yetərli olmadığını qeyd etsə də, həmin nəticənin əsası kimi Göndərişdə qeyd olunanları qeyd-şərtsiz təkzib edən hər hansı sübuta istinad etməmiş, qərarını əsaslandırmamışdır.

28. Belə olan halda, TSEK-dəki müayinədən fərqli olaraq, tibb müəssisələri tərəfindən stasionar və ambulator müalicə proseslərində əldə edilmiş və Göndərişdə təsbit olunan məlumatların mötəbərliyi qəbul edilməlidir.

29. Bu qənaət, ilk növbədə “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiz a müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir...

30. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbihəkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir.

31. Qeyd olunan qənaət, həmçinin “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin məzmunundan irəli gəlir. Həmin normanın tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən ə lavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

32. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil olub-olunmaması cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

33. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunma ması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 34. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

35. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata k eçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

36. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-381/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar