Məhkəmə qərarları › İş №2-1(102)-3466/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3466/2025

26.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3466/2025 26.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə (üçüncü şəxs: Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi, kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə (üçüncü şəxs: Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi) qarşı “1994-2022-ci illər üzrə almadığı yemək x ərci üçün aylıq müavinətin yenidən hesablanmaqla birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(106)-493/2025 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı “1994-2022-ci illər üzrə almadığı yemək xərci üçün aylıq müavinətin yenidən hesablanmaqla birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-3853/2024 saylı qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

3. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1212/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim – Ş.Musayev).

4. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması haqqında qərar çıxarılmasını xahiş etmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(106)-493/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1212/2025 nömrəli qərarı ləğv edilmiş və iddia təmin edilmişdir. 2011-2022-ci illər üzrə vahid aylıq müavinətin (çörək pulunun) verilməsi üçün İddiaçı adının adl ı siyahıya daxil edilməsi öhdəliyi cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur (sədrlik edən – S.Həsənov, hakimlər – C.Quliyev, Y.Həşimov).

6. Bundan başqa, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025ci il tarixli, 2-1(106)-493/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1212/2025 saylı qərarı 19942010-cu illər üzrə iddianın təmin edilməyən hissəsində ləğv edilmiş və 1994-2010-cu illər üzrə iddia tələbi mümkün sayılmamışdır (sədrlik edən – S.Həsənov, hakimlər – C.Quliyev, Y.Həşimov).

7. Üçüncü şəxs qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və yeni qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının İnzib ati Prosessual Məcəlləsi Maddə 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. Maddə 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası üçüncü şəxsin kassasiya şikayətinin geri götürülməsinə dair iradəsinin mövcud olduğunu, eləcə də şikayətin verilməsi və baxılması məsələsində dispozitivlik prinsipinə uyğun olaraq üçüncü şəxsin iradəsinin həlledici əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edir ki, üçüncü şəxsin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilməli, kassasiya şikayəti üzrə icraata xitam verilməlidir.

10. Eyni zamanda, kassasiya şikayətinin geri götürülməs inin hüquqi nəticələri ilə bağlı üçüncü şəxsə izah edilir ki, hazırkı qərardadın 7-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.

11. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə (üçüncü şəxs: Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi) qarşı “1994-2022-ci illər üzrə almadığı yemək xərci üçün aylıq müavinətin yenidən hesablanmaqla birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(106)-493/2025 nömrəli qərarından üçüncü şəxsin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəs i təmin edilsin. Kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar