Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3488/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliklə bağlı məlumatların altsistemə daxil edilməsi) 22.01.2026 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyi ilə bağlı məlumatların altsistemə daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-370/2025 nömrəli 12 avqust 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7 saylı Zona TSEK-in xx.xx.2000-ci il tarixli, 3381 nömrəli arayışından görünür ki, İddiaçı Şamil oğlunun hərbi xidmət dövrü, ÇAES qəzasının ləğvi ilə əlaqədar İİ qrup əlilliyi müəyyən edilmişdir. 2.24.08.2000-ci il tarixdə verilmiş 208178 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Şamil oğlu ikinci dərəcəli ÇAES müharibə əlilidir. 3.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyi 7 saylı Zona TSEK-in xx.xx.2008-ci il tarixli, 3381 nömrəli müayinə aktından çıxarışdan görünür ki, İddiaçı Şamil oğlunun əlillik qrupu “İİ qrup”, “müddətsiz”, əlilliyin səbəbi isə “Çernobıl qəzasının ləğvi ilə əlaqədar, hərbi xidmət dövründə” kimi qeyd edilmişdir. 4.Azərbaycan Respublikası DSMF-nin Gəncə şəhəri Kəpəz rayonu şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli arayışdan görünür ki, İddiaçı Şamil oğlu ikinci dərəcə ÇAES görə 117,16 manat məbləğində pensiya alır. 5.Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2008-ci il tarixli, 213 nömrəli qərarından görünür ki, İddiaçı Şamil oğluna İİ qrup ÇAES əlilliyinə görə aylıq 70 manat məbləğində ömürlük müavinət təyin edilmişdir.
6. Sonradan “Sosial müavinətlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli Fərmanına əsasən İddiaçı Şamil oğluna ömürlük 85 manat məbləğində müavinət təyin edilmişdir. 7.Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 139 nömrəli arayışdan görünür ki, baş leytenant 1959-cu il təvəllüdlü İddiaçı Şamil oğluna, ondan ötrü ki, o, həqiqətən xx.xx.1986-cı il tarixdən xx.xx.1986-ci il tarixə kimi SSRİ Silahlı Qüvvələrində N saylı hərbi hissənin tərkibində xidməti zamanı Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsində 30 km zonada iştirak etmişdir və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsində qeydiyyatdadır. 8.Xəstəliklərin və əlilli yin peşə xarakterinin Çernobıl AES-də qəzanın ləğvi işləri ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının 14 03.2019cu il tarixli ekspert rəyindən görünür ki, xəstəlik və ya əlilliyin Çernobıl AES-də qəzanın ləğvi işləri ilə əlaqədar olaraq təqdim olunmuş sənədlərə əsasən İddiaçı Şamil oğluna “radiasiyon toksiki ensefalopatiya, kəskin asteno-nevrotik vəziyyət. Radiasiyon mielopatiya” diaqnozu qoyulmuş və xəstəliyin Çernobıl AES-də qəzanın ləğvi işləri zamanı radioaktiv şüalanma ilə əlaqədar olması müəyyən edilmişdir. 9.MN Mərkəzi Hərbi Komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 345 nömrəli qərarına əsasən, Gəncə şəhəri Nizami RHK tərəfindən 1986-cı ildə hərbi toplanışa çağırılmış, vətəndaş İddiaçı 1986-cı ildə Çernobıl faciəsinin nəticələrini n aradan qaldırılması üzrə iş dövründə aldığı, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqələndirilə bilən və xx.xx.2019-cu ildə Xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert şurası tərəfindən təyin edilmiş xəstəlik diaqnoz “Radiasion toksiki ensefalopatiya, kəskin ifadə olunmuş asteno-nevrotik vəziyyət. Radiasion mielopatiya” (Azərbaycan Respublikası SHXÇDX-nin Nizami rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 922 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli, 147 nömrəli arayışı. Xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert şurası tərəfindən verilmiş 14 03.201 9-cu il tarixli ekspert rəyi, MN MHHK-nın həkim mütəxəssis nevropatoloqun rəyi ilə təsdiq edilir), “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”. 10.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialının sosial müavinət, təqaüd və kompensasiya təyinatları üzrə xx.xx.2021-ci il tarixli, 330 nömrəli qərarından görünür ki, İddiaçı Şamil oğluna CAES əlillərinə verilən 2021-ci il üzrə birdəfəlik 237 manat məbləğində müavinət təyin edilmişdir. 11.Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı Şamil oğlunun əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdiril miş elektron informasiya sisteminin “Əlillik” altsistemində məlumat və göndəriş (Forma 088) aşkar edilməmişdir. Nəzərinizə çatdırırıq ki, vətəndaşın müayinə aktı Agentliyin arxiv protokolları ilə üzləşdirilərkən əlillik səbəbinin Çernobıl AES-də hərbi xidmət dövrü ilə əlaqədar səbəbi ilə olduğu məlum olmuşdur. Lakin Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə reyestrində əlillik səbəbi Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar qeyd edilmişdir. Bundan irəli gələrək, şəxsin əlillik məlumatlarının “Əlillik” altsisteminə daxil edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində məlumatın Agentliyin alt sisteminə daxil edilməsi, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan güzəşt və kompensasiyaların təmin edilməsi, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 40000 manat məbləğində, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən 40000 manat məbləğində mənəvi zərərin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 13.İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli, 21(114)- 409/2024 nömrəli qərardadı ilə ilkin iddia tələbi “əlilliyi ilə bağlı məlumatların altsistemə daxil edilməsi” tələbinə dəyişdirilmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, SSRİ-nin Silahlı Qüvvələrində hərbi x idmət zamanı Çernobıl AES qəzasının ləğvində baş leytenant rütbəsində iştirak etmişdir. Həmin fakt həm şəxsi işi, həm də RF SSR Müdafiə Nazirliyinin Baş Arxiv İdarəsindən alınmış arayışla təsdiq olunur. İİ qrup əlilliyi xx.xx.2000-ci il tarixdə müayinə aktı əsasında təsdiqlənmişdir. O, Prezident təqaüdçüsüdür. Hər il “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq verilən pul kompensasiyalarını və sanator-kurort putyovkalarını 2022-ci ilədək almışdır. Növbəti dəfə kompensasiya və putyovka almaq üçün Gəncə 8 nömrəli TSEK-ə müraciət etmiş və ona bildirmişlər ki, onun Çernobıl qəzasının ləğvində iştirak etməsi və radiasiya ilə əlaqədar aldığı xəst əliyi Agentlik tərəfindən təsdiq olunmalıdır. O, həmin sənədləri xx.xx.2022-ci il tarixdə Gəncə 8 nömrəli TSEK-ə təqdim etmişdir. Lakin ona bildirmişlər ki, xx.xx.2022-ci il tarixdə X1 düşməsi üçün **********5 saylı müayinə aktı və digər sənədlər Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinə baxmayaraq kompüter alt sisteminə daxil edilməmişdir.
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-118/2025 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmiş, İddiaçı 2-ci dərəcə müddətsiz ÇAES səbəbi ilə təyin edilmiş əlilliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
16. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, 2000-ci ildə iddiaçıya müddətsiz ikinci dərəcəli ÇAES görə əlillik statusu verilmişdir. Həmin əlillik statusu ləğv edilməmiş, qüvvədən düşməmiş və ya məhkəmə tərəfindən qərar etibarsız sayılmamışdır. Bununla belə, cavabdeh inzibati orqan, əlilliyin təyini ilə bağlı iddiaçıya verilmiş müddətsiz ikinci dərəcəli əlillik barədə məlumatın olmadığına istinad edir. Halbuki, cavabdehin üst qurumu, başqa sözlə desək tabe olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) aidiyyəti üzrə yerli şöbəsi uzun müddət ərzində həmin əlillik əsasında iddiaç ıya pensiya ödəmişdir. Bu halda, DSMF-nin uzun müddət ərzində iddiaçıya məhz ikinci dərəcəli müddətsiz əlillik əsasında pensiya ödənişlərini həyata keçirməsi, cavabdehin üst qurumunun özü tərəfindən bu statusun faktiki olaraq tanındığını göstərir. Belə bir hüquqi vəziyyətdə cavabdeh tərəfin iddiaçının əlilliyini qəbul etməməsi faktiki olaraq Nazirliyinin tabeçiliyində olan struktur orqanlar arasında daxili uyğunsuzluğun olduğuna dəlalət edir. Məhkəmə eyni zamanda onu da vurğulamağı zəruri hesab etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilm iş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Lakin hazırkı iş üzrə iddiaçıya ehtimal olunan əlilliyin əsassız olması ilə bağlı 1 il müddətində əlilliyin ləğvi və ya əlilliyə görə səhv təyin olunmuş pensiya ödənişinin dayandırılması istiqamətində də hər hansı tədbir görülməmişdir.
17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)- 370/2025 nömrəli, 12 avqust 2025-ci il tarixli qərarı ilə (hakimlər: A.Bayramov /sədrlik edən və məruzəçi/, Ş.Rzaquliev və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 20.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
21. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, MHHK qərarında müəyyən edilən xəstəlik səbəbi və müavinətlərin verilmə səbəbləri fərqlidir. Həmin arayışlar qanunvericiliyin tələblərinə uyğun ola raq komissiya üzvlərinin qəbul etdiyi, gücləndirilmiş elektron imzası ilə imzalanmış qərarı kimi qəbul edilə bilməzdi. Apellyasiya şikayətinin dəlillərindən birini təşkil etmiş bu istiqamətdə də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma aparılmamışdır. Apellyasiya şikayətini təmin etməyən məhkəmə kollegiyası qeyd etmişdir ki, uzun müddət ərzində iddiaçıya ikinci dərəcəli müddətsiz əlillik əsasında pensiya ödənilmişdir, bu da iddiaçının bu statusunun faktiki olaraq tanınmasının göstəricidir. Bu mövqeyə münasibətdə qeyd edilməlidir ki, elə məhkəmə kollegiyasının özünün də qərarın 30-cu paraqrafında istinad etdiyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin də Nizamnaməsi təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nö mrəli Fərmanı “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanının icrası ilə əlaqədar olmuşdur. Məhz istinad edilən sonuncu Fərmanla hazırkı iş üzrə cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaranmışdır. Başqa sözlə, ən azından hazırkı iş üzrə cavabdeh inzibati orqanın yaradıldığı tarix baxımından iddiaçının əlillik statusu cavabdeh tərəfindən statusun tanınmasının göstəricisi kimi qəbul edilə bilməzdi. Nədənsə məhkəmə kollegiyası bu kimi vacib məqamlara diqqət yetirməmiş, nəticə etibarı ilə düzgün olmayan qərar qəbul olunmuşdur. 22.Eləcə də məhkəmə kollegiyası qeyd etmişdir ki, əlilliyə dair sənədlərdə əlilliyin səbəblə ri arasında fərqlərin mövcudluğu iddiaçının ziyanına şərh edilə bilməz, Belə ki, iddiaçının əlilliyinə dair sənədlər bu sahədə müvafiq səlahiyyətli orqanlar tərəfindən tərtib edildiyindən həmin sənədlərdəki ziddiyyətlərə görə də həmin orqanlar məsuliyyət daşıyır. Qeyd olunan ziddiyyətli məqamların aydınlaşdırılması cavabdeh inzibati orqanın üzərinə düşür. Lakin məhkəmə kollegiyası bu mövqeyini konkret olaraq hər hansı bir maddi və prosessual hüquq normasına istinadla əsaslandıra bilməmiş, formal mülahizə ilə kifayətlənməyi üstün tutmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 23.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublik ası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hər bi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3 Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icr aat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyuişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 24.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bi lər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tut ulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilməd iyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən halla r məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 25.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 26.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 27.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. İş materiallarından aydın olur ki, iddiaçıya ikinci dərəcəli müddətsiz əlillik müəyyən edilmiş, bu əsasla ona müvafiq pensiya (müavinət) təyin olunmuş və uzun müddət ərzində ödənişlər həyata keçirilmişdir. Həmçinin iddiaçı həmin statusa uyğun olaraq sosial təminat tədbirlərindən, o cümlədən sanatoriya-kurort göndərişlərindən istifadə etmişdir. 31.Cavabdeh inzibati orqan iddiaçının əlillik məlumatlarının “Əlillik” altsistemində mövcud olmamasını əsas gətirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin də düzgün qeyd etdiyi kimi, iddiaçının əlillik statusunun ləğv edilməsi, qüvvədən düşməsi və ya etibarsız sayılması ilə bağlı hər hansı inzibati akt və ya məhkəmə qərarı mövcud olmamışdır. 32.Bununla yanaşı, cavabdehin tabe olduğu Dövlət Sosial Müdafiə Fondu tərəf indən iddiaçıya uzun müddət ərzində məhz ikinci dərəcəli müddətsiz əlillik əsasında pensiya ödənişlərinin həyata keçirilməsi həmin statusun dövlət orqanları tərəfindən faktiki olaraq tanındığını təsdiq edir. Belə olan halda, cavabdehin sonradan həmin statusu yalnız texniki fərqlərə istinad etməklə inkar etməsi əsaslı hesab edilə bilməz. 33.Məhkəmə kollegiyası razılaşır ki, əlillik səbəbinin sənədlərdə “hərbi xidmət dövrü ilə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” kimi fərqli ifadə olunması iddiaçının hüquqi vəziyyətinin pisləşdirilməsi üçün əsas ola bilməz. Həmin sənədlər səlahiyyətli dövlət orqanları tərəfindən tərtib edildiyindən, mövcud ziddiyyətlərin aradan qaldırılması və məlumatların dəqiqləşdirilməsi vəzifəsi də inzibati orqanın üzərinə düşür. 34.Eyni zamanda, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit olunmuş etimad hüququnun və 67.12-ci maddəsində nəzərdə tutulmuş hüquqi sabitlik və müddət təminatlarının pozulduğu müəyyən edilir. İddiaçıya münasibətdə qanunsuz inzibati aktın ləğvi və ya dəyişdirilməsi üçün qanunla müəyyən edilmiş bir illik müddət ərzində hər hansı tədbir görülməmişdir. 35.Bu baxımdan, kollegiya bildirir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh inzibati orqanın hərəkətsizliyini və iddiaçının əlillik statusunun altsistemə daxil edilməsindən imtinasını qanunsuz hesab etməkdə düzgün nəticəyə gəlmişdir. 36.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tər əfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 37.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 38.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-370/2025 nömrəli 12 avqust 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.