Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-349/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya şikayətinin mümkünlüyü; şikayətin vəkil tərəfindən tərtib edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "sosial yardımın təyinatından imtina edilməsi barədə qəbul edilmiş qanunsuz qərarın ləğv edilməsi” və "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 375 manat məbləğin hesablanıb **********309 nömrəli "Ərizə-bəyannamə" ilə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən hər ay üçün 1 il müddətinə aztəminatlı ailəsinə təyin edilməsi və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2-1(107)-191/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddi a ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, "sosial yardımın təyinatından imtina edilməsi barədə qəbul edilmiş qanunsuz qərarın ləğv edilməsi” və "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 375 manat məbləğin hesablanıb **********309 nömrəli "Ərizəbəyannamə" ilə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən hər ay üçün 1 il müddətinə aztəminatlı ailəsinə təyin edilməsi və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2-1(116)-597/2022 nömrəli qərarı ilə (hakim V.Qasımov) iddia təmin edilməmişdir.
3. İddiaçı apellyasiya şika yəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
4. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 21(107)-191/2022 nömrəli qərarı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmşıdır.
5. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin həmin qərarının ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. İnzibati Prosessual Məcəllə (İPM) Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda, Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin q ərarı və ya qərardadı qanuni qüvvəyə minir.
7. Mülki Prosessual Məcəllə (MPM) Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi... əlavə olunur. KASSASİYA İNSTANS İYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
8. Məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
9. İPM-in 90.3-cü və MPM-in 67.1, 407.3 və 407.4-cü maddələrinin tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə vəkilin orderi əlavə olunmalıdır. Kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.
10. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilmədiyi, imzalanmadığı və şikayətə vəkilin orderinin əlavə olunmadığı müəyyən edilmişdir.
11. Bununla bağlı mövcud çatışmazlıqlar konkret qeyd edilməklə iddiaçıya rəsmi bildiriş və sms xəbərdarlıq göndəril miş, ona 20 fevral 2023-cü il tarixədək həmin prosessual pozuntuların aradan qaldırılması tövsiyə olunmuşdur. Eyni zamanda, iddiaçıya qeyd olunan pozuntuların aradan qaldırılmamasının hüquqi nəticələri izah olunmuş, ona şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
12. Məhkəmə tərəfindən iddiaçıya xəbərdarlıq edilməsinə və çatışmazlıqların aradan qaldırılması üçün müddət müəyyən olunmasına baxmayaraq, həmin müddət ərzində qeyd olunan çatışmazlıqlar iddiaçı tərəfindən aradan qaldırılmamış, vəkil tərəfindən tərtib edilmiş və imzalanmamış kassasiya şikayəti, eləcə də vəkilin orderi məhkəməyə təqdim olunmamışdır.
13. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 5 oktyabr 2022-ci il tarixli, 21(107)-191/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Kassasiya şikayətinin qəbulundan imtina edilir.