Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3502/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vətəndaşlıq mənsubiyyətinin tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı sənədlərinin birbaşa icraata qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 31 iyul 2025-ci il tarixli, 2-1(105)598/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: АЗБ-T 257211 nömrəli 04.04.24-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, ata qrafasında X15, ana qrafasında X7 qeyd olunmuşdur.
1. Natamam orta təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 1988-ci il tarixdə C.Məmmədquluzadə adına 2 №-li Naxçıvan şəhər orta məktəbini bitirmişdir.
2. Naxçıvan şəhər Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli 4/477 saylı arayışında qeyd edilmişdir ki, 1978-1983-cü illərə dair heç bir məktəb sənədinə rast gəlinməmiş dir. Daha sonra təhsil aldığı Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin məktəb sənədlərinə baxış keçirilən zaman 25 may 1988-ci il tarixli, 39 nömrəli əmrdə yekunda bütün fənlərdən müvəffəq qiymət aldığı və buraxılış imtahanına buraxılma qeyd edilmişdir.
3. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 13/1523 saylı arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı 1986-1987-ci tədris ilində məktəbdən azad olunan şagirdlərin adlı siyahısında adının qeyd edilməsi sənədlərdə göstərilmişdir.
4. Naxçıvan şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil İstismar İdarəsinin xx.xx.2024-cü il tarixli 05 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.1971-ci il tarixdə anadan olmuş İddiaçı vətəndaş (Puşkin ) İstiqlal küçəsi bina 73 mənzil 36 ünvanında yaşamışdır. İddiaçı haqqında hüquqi sənə d əldə etmək mümkün olmamışdır.
5. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023cü il tarixli 3-38-33/2-4252/23 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatlar qeydə alınmışdır.
6. Azərbaycan Respublikasına qayıtmaq haqqında 46/07 saylı şəhadətnamənin surəti, BMT QAK tərəfindən 10 avqust 2023-cü il tarixdə verilmiş və 31 avqust 2024-cü il tarixədək qüvvədə olan himayə sənədinin surəti iş materiallarına əlavə edilmişdir.
7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2005-ci il tarixli xx/xx-7722 saylı arayışında qeyd edilmişdir ki, Naxçıvan şəhərində anadan olmuş, təvəllüdü 26 dekabr 1971-ci il olan İddiaçı «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» xx.xx.1998-ci il tarixli AR Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı sayılır.
8. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli Qərarı ilə xx.xx.1971-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır.
9. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-37/2-R-9675-xx-xx-29267/2023 arayışında qeyd edilmişdir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, xx.xx.1971-ci il təvəllüdlü Mushfig Rahimova (himayə sənədi № ***-*******9) ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən 10 avqust 2023-cü il tarixindən 31 avqust 2024-cü il tarixinədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır.
10. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli arayışı ilə təqdim edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin F-413 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinə əsasən İddiaçı Azərbaycan dilini bilməsinin mövcud səviyyəsinin yoxlanılmasına dair müsahibənin nəticəsini əks etdirən 21 iyun 2024- cü il tarixli protokolun surətindən görünür ki, yekun qiymətləndirmə balı 23/36-məqbul müəyyən edilmişdir.
11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-33218/2024 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.1971-ci ıl təvəllüdlü İddiaçı barədə məlumat aşkar olunmamışdır.
12. İddiaçıya Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi tərəfindən 29 avqust 2024-cü il tarixdə himayə sənədi verilmişdir. Sənəd 31 avqust 2025-ci il tarixədək qüvvədədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəməyə müraciət edərək, “ondan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, pasport və ya digər sərhədkeçmə sənədi və ya “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi tələb edilmədən onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı sənədlərinin birbaşa icraata qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1971-ci il tarixdə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Onun doğumu xx.xx.1972-ci il tarixdə Naxçıvan şəhər Nikah Evi tərəfindən 101 nömrəli aktla qeydə alınmışdır və buna müvafiq olaraq doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. X1 Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur (anasının hansı tarixdə doğulduğunu bilmir). Münaqişələr başlayandan sonra - 1989-cu ildə anası Naxçıvanda yaşadığı evi satıb Türkiyəyə getmişdir. Həmin vaxt o, Sumqayıt şəhərində analığı X3 yanında yaşayı rdı. Sonradan əldə etdiyi məlumata görə anası Türkiyədən Rusiya Federasiyasına gedib. Hazırda anasının harada yaşaması və hansı ölkənin vətəndaşı olması barədə məlumatı yoxdur. Atası X22 (Mirzə-Ağa) oğlu xx.xx.1930-cu il tarixdə Bakı şəhərində anadan olub. O. Azərbaycan SSR-nin vətəndaşı olub. Atası xx.xx.1984-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölümü Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1984-cü il tarixdə 590 nömrəli aktla qeydə alınmışdır. Qardaşı xx.xx.1961-ci il təvəllüdlü X9, bacıları - X8, X2, X12 və X13 Azərbaycan Respublikasının vətəndaşlarıdır. 1987-ci ilə qədər Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə oxumuşdur. Sonra təhsilini Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbdə davam etdirmişdir. xx.xx.1988-ci il tarixdə 2 nömrəli tam orta məktəbin 8-ci sinfin i bitirmişdir. Daha sonra təhsilini davam etdirməmişdir. 1988-ci ildə Naxçıvan şəhər İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən SSRİ vətəndaşının pasportu ilə təmin edilmişdir. Həmin vaxt ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. 1988-ci ildə orta məktəbi bitirdikdən sonra Sumqayıt şəhərinə gəlmişdir və orada yaşamağa davam etmişdir. xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhər Hərbi Komissarlığı (indiki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi) tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti Almaniyada keçmişdir. 1992-ci ilin may ayında hərbi xidmətdən tərxis olunmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra Sumqayıta geri dönmüşdür və hərbi qeydiyyata alınmaq üçün Sumqayıt şəhər Hərbi Komissarlığına müraciət etmişdir. Lakin Sumqayıt şəhər Hərbi Komissarlığı hərbi qeydiyyata almaqdan imtina etmişdir və bildirilmişdir ki, Naxçıvanda yaşayış yeri üzrə qeydiyyatda olduğu üçün orada hərbi qeydiyyata alınmalıdır. Lakin həmin vaxt Naxçıvana gedə bilməmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra təxminən bir il Sumqayıtda maşın rəngsazı kimi çalışmışdır. Daha sonra bir müddət kiçik bizneslə (ticarət) məşğul olmuşdur və həmin ərəfədə mal gətirmək üçün Gürcüstana gedib-gəlirdi. Gürcüstanda Gürcüstan Respublikasının vətəndaşı X5 ilə tanış olmuşdur. Təxminən 1994-cü ildə ailə qurmuşdur, iki il sonra isə nikaha daxil olmuşdur. Birgə nikahdan bir qızı (X4) doğulmuşdur. Gürcüstanda hər dəfə 5 il müddətinə olmaqla iki dəfə (xx.xx.1998-xx.xx.2003; xx.xx.2003-xx.xx.2008) yaşamaq icazəsi ilə təmin edilmişdir və Gürcüstanda həmin icazə əsasında yaşamışdır. Həmin müddətdə Azərbaycana da gəlib-gedirdi. Gürcüstanda yaşadığı zaman qaynanası Azərbaycana geri dönməsin deyə sənədlərini məhv etmişdir. Bu səbəbdən də Azərbaycana Azərbaycan Respublikasının Gürcüstan Respublikasının Tbilisi şəhərindəki Konsulluğu tərəfindən verilmiş qayıdış şəhadətnaməsi əsasında qayıtmışdır. Belə ki, onun pasportunu qaynanası məhv etdiyindən “Azərbaycan Respublikasına qayıtmaq haqqında Şəhadətnamə” ilə təmin edilmək üçün Azərbaycan Respublikasının Gürcüstan Respublikasının Tbilisi şəhərindəki Konsulluğuna müraciət etmişdir. Onun müraciəti əsasında Azərbaycan Respublikasının Tbilisi şəhərindəki Konsulluğu özü barədə təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Kons ulluq İdarəsinə sorğu göndərmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi də öz növbəsində onun Azərbaycan Respublikasının vətəndaşı hesab olunub-olunmadığını müəyyənləşdirmək üçün xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Pasport, Qeydiyyat İdarəsinə (indiki Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi) sorğu vermişdir. Həmin sorğuya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Pasport, Qeydiyyat İdarəsi xx.xx.2005-ci il tarixli məktubu ilə cavab olaraq onun Azərbaycan Respublikasının vətəndaşı hesab olunduğunu bildirmişdir. Bundan sonra Azərbaycan Respublikasının Tbilisi şəhərindəki Konsulluğu tərəfindən qayıdış şəhadətnaməsi ilə təmin edilmişdir və həmin sənədlə xx.xx.2007-ci il tarixdə Azərbaycana qayıtmışdır. Azərbaycana qayıtdıqdan sonra doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi mümkün olmamışdır. Şəxsiyyət vəsiqəsi olmadığından Naxçıvana da gedə bilmədi, bu səbəbdən doğum haqqında təkrar şəhadətnamə də ala bilmədi. Həmin vaxtdan etibarən Sumqayıt şəhərində müxtəlif ünvanlarda kirayədə və sənədsiz şəxs kimi yaşayır. Hazırda ünvan 4 ünvanında yaşayır. Azərbaycana qayıtdıqdan sonra X5 ilə aralarında olan nikaha Gürcüstanda xitam verilmişdir, lakin hansı tarixdə olduğunu bilmir, bu barədə keçmiş arvadının vəkili məlumat verib. xx.xx.2023-cü il tarixdə doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmək üçün Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün Sumqayıt şəhər Qeydiyyat Şöbəsi müraciətini təmi n etməmişdir. Bundan sonra o, doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməyi vəzifəsinin Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə həvalə edilməsi tələbi ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-446/2024 saylı. xx.xx.2024-cü il tarixli qərarı ilə iddiası təmin edildi. Həmin qərar əsasında xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmişdir. Doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməyi vəzifəsinin Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə həvalə edilməsi tələbinə dair iş üzrə məhkəmə icraatının davam etdiyi ərəfədə Sumqayıt şəhər Qeydiyyat Şöbəsi onu doğum haqqında arayışla təmin etmişdir. Həmin arayışı aldıqdan sonra Azərbaycan Respublikasının və təndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bundan sonra Gürcüstan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etmişdir. Həmin müraciətinə cavab olaraq Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 01/4939 nömrəli arayışda Gürcüstan Respublikasının vətəndaşı hesab olunmadığı qeyd edilmişdir. Hazırda heç bir bir ölkənin vətəndaşı deyil. 52 yaşı var. La kin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi yoxdur. Bu səbəbdən də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi qeyri-müəyyən vəziyyətdə Azərbaycanda yaşayır. Hazırda şəxsiyyət vəsiqəsi ilə təmin etməsi üçün vətəndaşlıq əldə etməyi zəruridir. Bu səbəbdən də xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikasının ərazisində doğulduğunu, hazırda heç bir ölkənin vətəndaşlığına mənsub olmadığını, 2007-ci ilin aprel ayından sonra Azərbaycan Respublikasının ərazisini heç vaxt tərk etmədiyini və həmin vaxtdan etibarən Azərbayca n Respublikasında daimi yaşadığını, habelə qardaşının və bacılarının Azərbaycan Respublikasının vətəndaşı olmasını nəzərə alıb onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyinə yardım etmələrini xahiş etmişdir. Həmin müraciətinə cavab olaraq Dövlət Miqrasiya Xidməti özünün xx.xx.2024-cü il tarixli 3-37/2-R-2151-26-108-3752/2024 nömrəli məktubu ilə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası"nın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığın a mənsubiyyəti tanınmamışdır. Bu barədə Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı ilə aidiyyəti üzrə məlumat verilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikasının ərazisində doğulduğunu, hazırda heç bir ölkənin vətəndaşlığına mənsub olmadığını, sonuncu dəfə 2007-ci ildə Azərbaycana qayıtdıqdan sonra Azərbaycan Respublikasının ərazisini heç vaxt tərk etmədiyini və həmin vaxtdan etibarən Azərbaycan Respublikasında daimi yaşadığını, habelə qardaşının və bacılarının Azərbaycan Respublikasının vətəndaşı olmasını və şəxsiyyətini təsdiq edən sənədinin olmadığını nəzərə alıb, ondan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, pasport və va digər sər hədkeçmə sənədi və ya “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi tələb edilmədən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyi üçün sənədlərinin birbaşa icraata qəbul edilməsinin təmin edilməsini xahiş etmişdir. Həmin müraciətə Dövlət Miqrasiya Xidməti özünün xx.xx.2024-cü il tarixli 3-37/2-R- 5591-26-1087403/2024 nömrəli məktubu ilə (həmin cavab məktubu rəsmi şəkildə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir) aşağıdakı məzmunda cavab vermişdir: “Qeyd olunan məsələ ilə bağlı bildirirlər ki, xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya X idmətinə daxil olmuş sorğu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətiniz araşdırılmış və Sizin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 8-1 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətiniz tanınmamışdır”. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, Azərbaycana qayıtdıqdan sonra doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi mümkün olmamışdır. Həmçinin şəxsiyyət vəsiqəsi olmadığından Naxçıvana da gedə bilməmişdir, bu səbəbdən də həmin vaxt doğum haqqında təkrar şəhadətnamə də ala bilməmişdir. İşin yuxarıda qeyd olunan hallarından o da aydın olur ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)446/2024 saylı. xx.xx.2024-cü il tarixli qərarı əsasında xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Gürcüstan Respublikasının Tbilisi şəhərindəki Konsulluğu tərəfindən Azərbaycan Respublikasına qayıtmaq haqqında şəhadətnamə Azərbaycan Respublikasının vətəndaşı hesab olunduğu üçün verilmişdir. Hazırda hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi yoxdur, bu səbəbdən də vətəndaşlığı olmayan şəxs kimi BMT QAK tərəfindən himayəyə götürülmüşdür. Azərbaycan Respublikasının ərazisində doğulmuş, onun vəziyyətində olan - heç bir dövlətin vətəndaşı olmayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına qə bulla bağlı vəsatətlərinin Dövlət Miqrasiya Xidməti tərəfindən birbaşa icraata qəbul edilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinin çoxsaylı inzibati praktikası mövcuddur. Bu səbəbdən də xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək ondan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, pasport və ya digər sərhədkeçmə sənədi və ya Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi tələb edilmədən onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyi üçün sənədlərinin birbaşa ic raata qəbul edilməsinin təmin edilməsini xahiş etmişdir. Dövlət Miqrasiva Xidməti isə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında müəyyənləşdirildiyini və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmadığını və bununla bağlı məlumat verildiyini qeyd etmişdir. Bundan başqa, Dövlət Miqrasiya Xidməti cavabında qeyd edir ki, Dövlət Miqrasiya Xidmətinə xx.xx.2024-cü il tarixdə daxil olmuş müraciətinə baxılmış və nəticəsi barədə ona xx.xx.2024-cü il tarixli 3-37/2-R-2151-26-1-08-3752/2024 nömrəli məktubla məlumat verilmişdir. Bununla bağlı qeyd edir ki, cavabdehə xx.xx.2024-cü il tarixdə etdiyi müraciət Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı olmayıb. Onun müraciəti Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün sənədlərinin ondan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, pasport və ya digər sərhədkeçmə sənədi və ya Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi tələb edilmədən icraata qəbul edilməsi ilə bağlı olmuşdur. Yəni onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasından xəbərdardır və bununla bağlı onda Dövlət Miqrasiya Xidmətinin qərarı var. Elə məhz bu səbəbdən cavabdeh tərəfindən onun Azərbaycan Res publikasının vətəndaşlığına mənsubiyyəti tanınmadığından (Azərbaycan Respublikasının vətəndaşı hesab edilmədiyindən) cavabdehə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün sənədlərinin icraata qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə, yuxarıda da qeyd etdiyi kimi xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyinə yardım edilməsini xahiş etmişdir. Həmin müraciətinə də Dövlət Miqrasiya Xidməti xx.xx.2024-cü il tarixli məktubu ilə cavab olaraq bildirmişdir ki, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında araşdırılmış və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Göründüyü ki mi, Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün sənədlərinin birbaşa icraata qəbul edilməsini xahiş etmişdir. Dövlət Miqrasiya Xidməti isə müraciətinə aidiyyəti üzrə cavab verməmişdir. Bununla da, Dövlət Miqrasiya Xidməti onun müraciəti ilə bağlı hərəkətsizliyə yol vermişdir. Cavabdehin hərəkətsizliyi nəticəsində onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün vəsatət qaldırmaq hüququ pozulur. Belə ki, işinin hallarından görünür ki, Azərbaycan Respublikasının ərazisində doğulmuşdur. Azərbaycan Respublikasının ərazisində yaşayır, doğumu Azərbaycanda qeydə alınıb, Azərbaycanda doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir, Azərbaycanda təhsil almışdır. Azərbaycanda SSRİ vətəndaşının şəxsiyyətini təsdiq edən paspo rtla təmin edilmişdir. Azərbaycanda müvafiq hərbi komissarlıq tərəfindən hərbi xidmətə çağırılmışdır. Qardaşı xx.xx.1961-ci il təvəllüdlü X9, bacıları - X8, X2, X12 və X13 Azərbaycan Respublikasının vətəndaşlarıdır. Yəni bütünlüklə mənşə ölkəsi Azərbaycan Respublikasıdır. Azərbaycandan kənarda Gürcüstan Respublikasının ərazisində yaşasa da, Gürcüstan Respublikasının vətəndaşlığını əldə etməmişdir və Gürcüstan Respublikasının vətəndaşı hesab edilmir. Bununla yanaşı qeyd edir ki, sonuncu dəfə Azərbaycana Azərbaycan Respublikasının Gürcüstan Respublikasının Tbilisi şəhərindəki Konsulluğu tərəfindən verilmiş qayıdış şəhadətnaməsi ilə qayıtmışdır. Həmin qayıdış şəhadətnaməsi ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat İdarəsinin (indiki Baş Pasport Qeydiyyat və Miq rasiya İdarəsi) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə ünvanladığı “Azərbaycan Respublikasının vətəndaşı hesab olunduğunu” təsdiq edən arayış əsasında verilmişdir. “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında” Əsasnamənin birinci bəndinə əsasən, xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çalmış Azərbaycan Respublikası vətəndaşının, habelə Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətd ə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşağının Azərbaycan Respublikasına qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir. Lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Hazırda, başqa bir ölkənin də vətəndaşı deyil. Heç bir dövlətin vətəndaşı deyil. Onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı sənədlərinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılması, müsbət rəy verildiyi təqdirdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməyi üçün ilk növbədə təqdim etdiyi sənədlərin Azərbayca n Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən icraata qəbul edilməlidir. Bununla bağlı qeyd edir ki, yuxarıda da qeyd etdiyi kimi Azərbaycan Respublikasının ərazisində doğulmuş, onun vəziyyətində olan - heç bir dövlətin vətəndaşı olmayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vəsatətlərinin Dövlət Miqrasiya Xidməti tərəfindən birbaşa icraata qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin çoxsaylı inzibati praktikası mövcuddur. Belə olan halda haqlı olaraq cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün sənədlərinin icraata qəbul edilməsini xahiş etmişdir. Yuxarıda göstərilənlərdən də görünür ki, ondan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, pasport və ya digər sərhədkeçmə sənədi və ya Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi tələb edilmədən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyi üçün sənədlərinin birbaşa icraata qəbul edilməsi üçün kifayət qədər əsas var. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün sənədlərinin icraata qəbul edilməməsi, onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vəsatətinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən baxılmaması ilə nəticələnir ki, bu da nəticə etibari ilə onun A zərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməməyinə səbəb olur. Nəticədə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlə təmin edilməyi mümkün olmur. Şəxsiyyətini təsdiq edən sənədinin olmaması isə (xüsusən “fin kod” tələb edilən) bir çox dövlət və qeyri-dövlət xidmətlərinə çıxışının məhdudlaşdırılmasına səbəb olur, nəticədə hüquqlara çatımlılığı itirir - hüquq subyekti kimi qəbul edilmir. Göründüyü kimi, Dövlət Miqrasiya Xidmətinin hərəkətsizliyi nəticəsində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün sənədlərinin icraata qəbul edilməməsi qanuna ziddir və hüquqlarının pozulması ilə nəticələnir. Hesab edir ki, onun müraciəti ilə bağlı cavabdehin hərəkətsizliyi anasının etnik mənsubiyyəti ilə əlaqədardır. Anasının etnik mənsubiyyətinə görə e rməni olması onun vətəndaşlığı və şəxsiyyəti təsdiq edən sənədi olmayan şəxs kimi yaşamağına səbəb olmamalıdır.
15. Sumqayıt İnzibati Məhkəməsinin (hakim A.O.Axundova) xx.xx.2025-ci il tarixli, 21(118)-2254/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” AR Qanunun “Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət” adlanan 5-ci maddəsinə və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasına istinad edərək iddiaçıya münasibətdə Qanunun 5-ci maddəsinin 1 və 2-ci bəndlərinin tətbiq edilməsinin mümkün olmadığını qeyd etmişdir.
17. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-2254/ 2025 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (sədrlik edən: İ.R.Quliyev, hakimlər: V.E.Əzizova və G.İ.Cabbarova) 31 iyul 2025-ci il tarixli, 2-1(105)-598/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinin dördüncü hissəsində “2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələn şəxslər" dedikdə Azərbaycan Respublikasında doğ ulmayıb, Azərbaycan Respublikasına xaricdən gələn şəxslər nəzərdə tutulduğundan həmin norma ona münasibətdə tətbiq edilə bilməz. İstinad edilən normada iddiaçının hüquqi vəziyyətini onun dediyi formada istisna edən əsas müəyyən edilməmişdir. İddiaçı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının vətəndaşı olmamasını qəbul edir və vətəndaşlığı olmayan şəxs kimi Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsini istəyir. İddiaçı eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının ərazisində doğulmuş, onun vəziyyətində olan - heç bir dövlətin vətəndaşı olmayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vəsatətlərinin Dövlət Miqrasiya Xidməti tərəfindən birbaşa (Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqınd a Əsasnamənin 2-ci bəndində nəzərdə tutulan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi tələb edilmədən) icraata qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin çoxsaylı inzibati praktikası mövcuddur. İddiaçı tərəfindən qeyd edilən hallarla bağlı məhkməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan əlavə cavabdeh inzibati orqan müraciət edənləri Azərbaycan Respublikası vətəndaşlığına qəbul edən orqan deyil və eyni zamanda Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmənin imperativ əsası qanunvericilik ilə müəyyən edilməmiş, bununla bağlı səlahiyyətli inzibati orqana qanunvericiliklə müəyyən edilmiş diskression səlahiyyət verilmişdir. Hər bi r halda iddiaçının qanunvericilikdə nəzərdə tutulmayan tənzimləmənin ona şamil edilməsini tələb etməsinin hər hansı hüquqi əsası olmamış, beləliklə də, iddiaçının tələbi əsassız olmuşdur.
19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinə əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. uyğun TƏTBİQ EDİLƏN HÜQUQ “Azərbaycan Respublikasının Respublikasının Qanunu: vətəndaşlığı haqqında” Azərbaycan Maddə
5. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları say ılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər.... Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətənd aşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə
6. Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2-1) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. Maddə
11. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi əsasları Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşın dan doğulduqda;... Maddə
16. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi üçün əsaslar Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir: 1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində; 2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş digər əsaslar olduqda. Maddə
18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü ə ldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 19. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəll əsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çər çivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil e dir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi tələb edilmədən onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı sənədlərinin birbaşa icraata qəbul edi lməsi
31. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsində Azərbaycan Respublikasının vətəndaşlığına qəbulun əsasları tənzimlənərək qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşl ığına qəbul edilə bilər.
32. İşin apellasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ondan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, pasport və ya digər sərhədkeçmə sənədi və ya “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi tələb edilmədən onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı sənədlərinin birbaşa icraata qəbul edilməsini istəyir. Qeyd olunanları tələb edərkən iddiaçı Azərbaycan Respublikasının ərazisində doğulması, Azərbaycan Respublikasının ərazisində yaşamas ı, doğumunun Azərbaycanda qeydə alınaraq, Azərbaycanda doğum haqqında şəhadətnamə ilə təmin edilməsi və Azərbaycanda təhsil alması hallarına istinad etmişdir.
33. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarına əsasən İddiaçı 28 oktyabr 2023cü il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciət etmişdir. İddiaçının xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edildiyindən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Dövlət Miqrasiya Xidmətinin onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarı ilə razılaşdığı üçün həmin qərardan şikayət verməmişdir. O, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasından xəbərdardır və bununla bağlı ona Dövlət Miqrasiya Xidmətinin qərarı təqdim edilib. O, həmin qərarla razılaşmışdır.
34. Azərbaycan Respublikası Prezidentinin 30 avqust 1999-cu il tarixli, 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamənin 2-ci bəndinin tə ləbinə əsasən Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir: 4 ədəd 3x4 sm. ölçüdə fotoşəkil; dövlət rüsumunun ödənilməsi haqqında sənəd; Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Elm və Təhsil Nazirliyindən arayış. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin və ya qaçqın statusu almış şəxslərə verilən qaçqın vəsiqəsinin surəti (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaş lığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslərdən bu sənəd tələb olunmur); pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (həmin sənədlərə malik olmayan qaçqın statusu almış şəxslər, habelə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslər istisna olmaqla); qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.) Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin beşinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti.
35. Beləliklə, iddiaçının kassasiya şikayəti heç bir hüquqi əsasa söykənmir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
36. Bu səbəbdən yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 31 iyul 2025-ci il tarixli, 21(105)-598/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.