Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-351/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi; operativ vergi nəzarəti; əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi; sabit qəbzin olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibd ə, İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)460/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********4215 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan obyektdə (Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, fəaliyyət növü: şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********5440 nömrə li, xx.xx.2021ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021 tarixədək 20.000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzr ə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********5440 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri X17 Departamentində fiziki şəxsin sahibkarlıq uçotuna alınmışdır. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Telnov küçəsində yerləşən «Narzan» adlı obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş və DVX seriyalı 004713 saylı akt tərtib edilmişdir. Daha sonra cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən «Narzan» adlı obyektdə 10 nəfər şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə, xidmətlərin gö stərilməsinə cəlb edilməsi əsası ilə ona xx.xx.2021-ci il tarixli, **********5440 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. xx.xx.2021-ci il tarixdə “Narzan” kafesinə daxil olan cavabdeh orqanın əməkdaşları guya 10 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən çalışdığını müəyyən etmişlər. Qeyd olunan 10 nəfər fiziki şəxslə qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılmışdır. Cavabdeh orqanın əməkdaşları isə öz subyektiv fikirlərinə əsaslanaraq onlara əmək müqavilələrini sistemdən çıxarıb təqdim etmək üçün şərait yaratmadan akt tərtib etmişlər. xx.xx.2021-ci il tarixli **********5440 qərarda izahatları alınmış şəxslərin əmək müqaviləl əri və ya xidmət müqavilələri bağlamadıqlarını etiraf etmələri qeyd edilmişdir, lakin belə əmək müqavilələri mövcuddur və sistemdə qeydə alınmışdır.
5. Cavabdeh orqanının onu Vergi Məcəlləsinin 58.10-cu maddəsi ilə məsuliyyətə cəlb etməsi üçün münasibətlər əmək münasibətləri olmalıdır. Həmin şəxslərin gəlirlərinin gizlədilməsinə şərait yaratdığına görə məsuliyyət daşımalıdır. Qeyd olunan şərtlərin heç biri gözlənilmədən onun maliyyə sanksiyasına məruz qalmağı kobud qanun pozuntusudur. Əgər işəgötürən şəxs əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş olsa belə, fəaliyyət sferası uyğun gəlirsə və xidmət müqaviləsi bağlamışdırsa, bu yolla onların sayını, gəlirlərini gizlətməmişdirsə, bununla bağlı vergi ödəməkdən yayın ma hallarına yol verməmişdirsə, o cümlədən vergi orqanı belə bir halı aşkar etməmişdirsə, vergi orqanı həmin şəxs barəsində maliyyə sanksiyasını tətbiq etməkdə haqlı deyildir.
6. Belə ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin əməyə cəlb edilməsi inzibati xəta tərkibini yaradır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmin inzibati xətalar haqqında işlərə baxılması isə vergi orqanlarının deyil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə aiddir. Vergi orqanı şəxsləri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə görə deyil, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlə rinin gizlədilməsinə şərait yaratmasına görə məsuliyyətə cəlb edə bilər. Bu hal isə vergi orqanının qərarında təsdiqini tapmaqla, aydın və anlaşılan formada əsaslandırılmalıdır. Lakin cavabdeh orqanının tərtib etdiyi xx.xx.2021-ci il tarixli aktda və onun əsasında qəbul edilən xx.xx.2021-ci il tarixli qərarda belə bir halın mövcud olması göstərilməmiş və bununla bağlı heç bir əsaslandırılma aparılmamışdır. Belə ki, qeyd olunan aktda və qərarda yalnız əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. Vergi orqanı onun əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratma ğını araşdırmamış, bu barədə hər hansı sübut əldə etməmiş, yalnız əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işə cəlb edilməsini göstərməklə kifayətlənmiş və bununla da əmək müfəttişlərinin vəzifə səlahiyyətlərinə aid olan məsələni həll etmişdir.
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, araşdırma zamanı cavabdehin xx.xx.2021-ci il tarixli **********4215 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2021-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmə dən 10 (on) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10- cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 004713 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ v ergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi və aktın iddiaçı tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********5440 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı öz izahatında Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən “Narzan” restoranında ictimai iaşə fəaliyyəti ilə məşğul olduğunu, qeyd olunan 10 nəfər işçi ilə əmək müqaviləsi bağlamadığını və tez bir zamanda onlarla əmək müqaviləsi bağlayacağını bildirmişdir. Göründüyü kimi, iddia ərizəsində yazılanın əksinə operativ vergi nəzarətinin h əyata keçirildiyi vaxtda 10 nəfər işçidən heç birinin əmək müqaviləsi hüquqi qüvvəyə minməmişdir. Operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1467/2022 nömrəli, 2 iyun 2022-ci il tarixli qərarı (hakim P.Hüseynov) ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********5440 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ qərarı qismən, yəni İddiaçı 2000 (iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş şəxslər siyahısında qeyd olunan X6 fərdi sahibkar kimi vergi orqanında uçotdadır (VÖEN **********) və o, iddiaçıya məxsus olan obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən vergi orqanına verdiyi izahatında vergi orqanında uçotda olduğunu, lakin sabit qəbz üzrə vergi ödəmədiyini bildirmişdir. Belə olan halda həmin şəxslə əlaqədar iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qeyd olunan hissədə ləğv edilməlidir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın təmin edilmiş hissədə ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın qismən ləğv edilməsini və iddia tələbinin təmin edilməyən hissəsində iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-460/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.Oruczadə /sədrlik edən və məruzəçi/, X.Cəmilova və R.Səmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən - iddia tələbinin təmin edilən hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi təmin edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi ödəyicisinin uçot-baza məlumatlarına əsasən müəyyən olunmuşdur ki, X6 xx.xx.2019-cu il tarixindən vergi orqanında uçotda olsa da, xx.xx.2019-cu il tarixində fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə vergi orqanına arayış təqdim etmiş və nəticədə xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək fəaliyyə ti dayandırılmışdır.
14. Həmçinin işçi Elnarə Cəfərova etirafedici izahatında xx.xx.2021-ci il tarixindən iddiaçıya məxsus “Narzan” adlı kafedə ofisiant vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqaviləsi bağlanmadığını bildirmişdir. Eyni zamanda İddiaçı izahatında da X4 əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini etiraf etmişdir.
15. Eyni zamanda Bakı şəhəri X17 üzrə Baş İdarəyə sorğu ünvanlanaraq xx.xx.2021ci il tarixində keçirilmiş operativ vergi nəzarəti zamanı X1 qəbzinin olub-olmaması barədə hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab məktubunda X6 (VÖEN **********) tərəfindən qeydiyyata alındığı tarixdən halhazıradək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ö dənilməsi haqqında qəbz” alınması ilə bağlı 12 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət olunmaması bildirilmişdir.
16. Məhkəmənin sadəcə Elnarə Cəfərovanın vergi orqanında uçotda olmasını əsas gətirərək 2000 manat maliyyə sanksiyasının ləğv edilməsi ilə bağlı qərar çıxarması əsassızdır, belə ki, fiziki şəxsin vergi orqanında uçotda olması onun əmək müqaviləsi əsasında işə cəlb olunmasını istisna etmir.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçıya məxsus Bakı şəhəri, Telnov küçəsində yerləşən “Narzan” adlı obyektdə opera tiv vergi nəzarəti həyata keçirilən zamanı guya 10 nəfər işçinin əmək müqaviləsi bağlanmadan əmək fəaliyyətinə cəlb olunduğu nəticəsinə gəlməkdə haqlı olmamışdır. Məhkəmə nəzərə almamışdır ki, vergi orqanı tərəfindən qeyd olunan akt tərtib edilərkən formalizmə yol verilmiş, həmin vaxt orada olduqları müəyyən edilmiş şəxslərin iddiaçı ilə həqiqətən əmək münasibətlərində olub-olmamaları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Məhkəmə belə bir nəticəyə gələrkən cavabdeh tərəfindən alınmış bəsit izahatlara istinad etməklə kifayətlənmiş, həmin şəxslərin iddiaçı ilə əmək münasibətlərində olmamalarına dair məhkəmədə verdikləri izahatlarını inandırıcı hesab etməmişdir.
19. Belə ki, Vergi orqanı iddia etmişdir ki, yoxlama tədbiri keçirilən zaman həmin şəxslərdən izahatlar alınarkən onlar əmə k müqaviləsi bağlanılmadan işlədiklərini etiraf etmişlər.
20. Halbuki, həmin şəxslərin bir qisminin izahatları vergi orqanı tərəfindən təhrif olunmuş formada yekun nəticə kimi məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən də həmin izahatlara cavabdehin xeyrinə hüquqi qiymət verilmişdir. Vergi orqanına izahat vermiş X20 xx.xx.2021-ci il tarixində aşpaz, X6 xx.xx.2021-ci il tarixindən ofisiant vəzifəsinə və X7 17 iyun 2021-ci il tarixindən qabyuyan vəzifəsinə işə götürüldüyünü və onlarla əmək və ya xidməti müqaviləsi bağlanmadığını bildirmişlər.
21. Qeyd olunan şəxslər birinci instansiya məhkəməsində verdikləri izahatlarında iddiaçı ilə əmək münasibətlərində olmamaları barədə izahat vermişlər. Həmin şəxslərin kafedə olmaları heç də onların kafenin işçilərinin olması demək deyildir. Həqiqətə n də həmin-şəxslərin qeyd olunan tarixlərdə “Narzan” adlı kafedə işə götürülmələri barədə iddiaçı ilə aralarında söhbətlər olmuşdur. Onlar gələcəkdə kafedə müəyyən işləri görəcəkləri ilə bağlı sınağa gəlmiş, hər üçü eyni vaxta kafeyə dəvət edilmişlər ondan ötür ki, onların əl qabiliyyəti, iş stajları, əvvəllər harada işlədikləri, köhnə müştərilərini və ya tanışlarını kafeyə cəlb edə bilib- bilməyəcəkləri, xidmət haqları, habelə iş rejimi, iş şəraiti və s. barədə məsələləri qarşılıqlı şəkildə yerində müzakirə edərək onlarla gələcəkdə əmək müqaviləsi bağlamaq məsələləri üzrə razılaşsınlar. Lakin onlar faktiki olaraq işə başlamamış, kafedə hər hansı bir iş görməmiş, müştəriyə və heç kimə hər hansı bir xidmət göstərməmişlər. 2021-ci ilin iyun ayının sonlarından yay mövsümünün başlanması ilə əl aqədar müştərilərin çox olacağı təqdirdə tələbatdan asılı olaraq rəsmi işə götürüləcəkləri barədə aralarında razılaşma olmuşdur. Məhz ona görə də xx.xx.2021-ci il tarixində iddiaçı ilə işçi X20 arasında, 17 iyun 2021-ci il tarixində X7 ilə işə götürülmə barədə şifahi razılaşma olsa da faktiki olaraq onlar görəcəkləri işlə tam ətraflı məlumatlandırılması məqsədilə kafeyə gəlmələri nəzərə alınmamışdır. İddiaçı ilə işçi Faiq Əliyev arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlansa da, əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixində, iddiaçı ilə Rübabə Şixiyeva arasında əmək müqaviləsi xx.xx.2021-ci il tarixində, həmçinin X11 ilə də həmin ərəfədə əmək müqaviləsinin bağlanılması və onların qeyd olunan tarixlərdən əmək fəaliyyətinə başlayacaqları məhkəmə tərəfindən nəzərə alınm amışdır.
22. Bundan başqa, məhkəmə X8, X19, X3 musiqiçi kimi fəaliyyət göstərməklə iddiaçı ilə əmək münasibətlərində olmalarını da əsaslı hesab etməkdə haqlı olmamışdır.
23. Belə ki, məhkəmə nəzərə almamışdır ki, X8, X19 və X9 işçi kimi iddiaçı tərəfindən onlara əmək haqqı ödənilməsi şərti ilə deyil, öz istəkləri ilə musiqiçi kimi fəaliyyətə başlamaq istəmişlər. Yay mövsümünün başlanması ilə əlaqədar həmin şəxslərlə də yay mövsümü başlandıqdan sonra onların musiqiçi kimi fəaliyyətə başlamaları nəzərdə tutulduğuna görə iddiaçı ilə R.Adıgözəlov və P.Abıyeva arasında xx.xx.2021-ci il tarixində, iddiaçı ilə E.Əsədov arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanmış, elektron informasiya sistemində qeydiyyata almışlar.
24. Məhkəmə qərarında iddiaçının nə iddia ərizəsində, nə də ki a pellyasiya şikayətinin dəlillərində xx.xx.2021-ci il tarixli **********5440 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qanunsuz olmasına dair sübutlar təqdim edə və əsaslandıra bilməməsini göstərmişdir.
25. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş operativ vergi nəzarətinin həyata keçirildiyi obyektin müşahidə kameraları ilə çəkilmiş görüntülərdən də görünür ki, həmin şəxslər kafenin həyətində və zalda olsalar da onların konkret olaraq hansısa müştəridən sifariş qəbul etməsi, xidmət göstərməsi, müştəri ilə söhbət edib haqq-hesab aparması və s.. halı olmamışdır. Məhkəmə araşdırması zamanı həmin şəxslər şahid qismində məhkəmədə izahatlarında operativ nəzarət tədbirinin həyata keçirildiyi zaman iddiaçı ilə əmək mü nasibətlərində olmadıqlarını bildirmişlər. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 50.1. operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasını n Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sah ibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə niş anlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir.
28. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”: 1.4. Operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslan dırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 1.6. Operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaş ı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. 1.10. Operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna ol maqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. 1.13. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanla nma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 2.1. Operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39 və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 2.2. Operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. 2.4.Operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iş tirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. 2.5. Tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. 2.6. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır.
10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi ha qqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: 10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. 10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ö dəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi ha qqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. 10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və mə cburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. 10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. 1 0.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. 10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur.
29. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin t ələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti forma l baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının vergi məsuliyyətinə cəlb olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apelyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh o lunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
35. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
37. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şə xsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edir və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır.
38. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyası vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də əmək müqaviləsi qüvvəsini almadan işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsidir.
39. Görün düyü kimi, operativ vergi yoxlaması zamanı vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsi əsaslarından biri də məhz əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsidir. Əlbəttə, “əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi” anlayışı əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsində təsbit olunur. Əmək müqaviləsi (kontraktı) dedikdə, işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi anı isə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından asılıdır. Qanunvericilik imperativ qaydada işəgötürən və işçi arasında əmək müqaviləsinin bağlanmasını, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasını və tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsi qaydasını nəzərdə tutur ki, vergi ödəyicisi tərəfindən bu hallara əməl olunmadığı təqdirdə, onun vergi qanunvericiliyinin tələbləri baxımından maliyyə sanksiyasına cəlb olunması istisna olunmur.
40. Digər tərəfdən nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicinə maliyyə sanksiyasının tətbiqi ve rgidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, VM-in 58.10cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur.
41. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyici si sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir.
42. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının iş materiallarında olan etirafedici izahatından, eləcə də digər şəxslərin iş materiallarına əlavə edilmiş izahatlarından müəyyən olunur ki, İddiaçı AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qay dada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən sözügedən fiziki şəxsləri işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da Əmək Məcəlləsinin tələblərini pozduğundan AR Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən barəsində maliyyə sanksiyası tətbiq edilmişdir.
43. Bundan başqa apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianı qismən, yəni X5 münasibətdə təmin edərkən, onun fərdi sahibkar kimi vergi orqanında uçotda olmasına istinad edərək həmin şəxslə əlaqədar iddiaçının AR Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən vergi məsuliyyətinə cəlb edilməsinin əsassız olduğunu bildirmişdir.
44. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, vergi ödəyicisinin uçot-baza məlumatlarına ə sasən X6 xx.xx.2019-cu il tarixindən vergi orqanında uçotda olsa da, xx.xx.2019-cu il tarixində fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə vergi orqanına arayış təqdim etmiş və nəticədə xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək fəaliyyəti dayandırılmışdır. Həmçinin işçi Elnarə Cəfərova etirafedici izahatında xx.xx.2021-ci il tarixindən iddiaçıya məxsus “Narzan” adlı kafedə ofisiant vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqaviləsi bağlanmadığını bildirmişdir. Eyni zamanda iddiaçı da izahatında X4 əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini etiraf etmişdir.
45. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən Bakı şəhəri X17 üzrə Baş İdarəyə sorğu ünvanlanaraq xx.xx.2021-ci il tarixində keçirilmiş operativ vergi nəzarə ti zamanı X1 qəbzinin olub-olmaması barədə hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilmiş və həmin sorğuya cavab məktubunda X6 tərəfindən qeydiyyata alındığı tarixdən hal-hazıradək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınması ilə bağlı 12 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət olunmaması bildirilmişdir.
46. Beləliklə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı ilə X10 arasında əmək münasibətləri olmasına baxmayaraq, onlar arasında əmək müqaviləsi bağlanmamış və tərəflərində inzibati icraat zamanı qeyd olunan halı etiraf etmələri iş materialları ilə sübuta yetirilmişdir.
47. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul edildiyindən, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, kassasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-460/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.