Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3513/2025 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 avqust 2025-ci il tarixli, 21(103)-2270/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. 2. 0477330 nömrəli əmək kitabçasına əsasən, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək daxili işlər orqanlarında xidmət müddəti: təqvimi hesablama ilə 10 il 08 ay 24 gün, imtiyazlı hesablama ilə - 15 il 04 ay 09 gün təşkil edir.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sabiq hakim köməkçisi İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək əməkhaqqısı 21.006,68 manat təşkil etmişdir.
4. Azərbaycan Respublikası Daxil i İşlər Nazirliyinin 16 dekabr 2013-cü il tarixli əmrindən çıxarışdan görünür ki, keçmiş X1 İşlər İdarəsinin Hadrud RDİŞ-nin Dolanlar xətt milis bölməsinin milis sahə inspektoru vəzifəsində xidmət etmiş İddiaçı 25 may 1992-ci il tarixdən ştatların ixtisarı ilə əlaqədar daxili işlər orqanlarından xaric edilmişdir. 25 may 1992-ci il tarixə xidmət müddəti: təqvimi hesablama ilə - 12 il, 08 ay, 24 gün, imtiyazlı hesablama ilə - 15 il, 04 ay, 09 gün.
5. İddiaçının AT-V seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən, o, xx.xx.1981ci il tarixdən xx.xx.1985-ci il tarixədək SSR Daxili İşlər Nazirliyinin Ryazan ali məktəbində təhsil almışdır. xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək “Tyajpresmat” Səhmdar Cəmiyyətində kommersiya agenti, xx.xx.1995-xx.xx.1995-ci illərdə “Tyajpresmat” Sə hmdar Cəmiyyəti "xxxx" MMC-də kommersiya agenti, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “Рязаньагровод” (Ryazanaqrovod) açıq tipli səhmdar cəmiyyətində hüquq şöbəsinin müdiri, xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək “S və R” şirkətində hüquq məsləhətçisi, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Azdövyerqurlayihə” institutunda hüquq məsləhətçisi, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsində hüquq məsləhətçisi, xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Abşeron Ərazi İdarəsinin hüquq şöbəsində hüquq məsləhətçisi, xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində hakim köməkçisi, xx.xx.2016-c ı il tarixdən xx.xx.2018-ci il tarixədək 02 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim köməkçisi vəzifələrin işləmiş, xx.xx.2018-xx.xx.2019-cu illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmuş, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Akkreditasiya Mərkəzində hüquq məsləhətçisi vəzifəsində işləmişdir.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin xx.xx.2025ci il tarixli məktubuna əsasən, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1981-ci il tarixdə daxili işlər orqanlarında xidmətə qəbul edilmiş, xx.xx.1992-ci il tarixdə isə ştatların ixtisarı ilə əlaqədar xidmətdən xaric olunmuşdur. Daxili işlər orqanlarında xidmət müddəti təqvimi hesablama ilə 12 il, 08 ay, 24 gün, imtiyazlı hesablama ilə isə 15 il, 04 ay, 09 gün təşk il edir.
7. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının dövlət qulluğu stajı 15 ildən az təşkil etdiyindən, ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus əmək kitabçasında göstərilən, daxili işlər orqanlarında xidmət keçdiyi 15 il 04 ay 09 gün və məhkəmədə işlədiyi 06 il 03 ay 23 gün, cəmi 21 il 08 ay dövrün dövlət qulluğu vəzifəsi kimi nəzərə alınaraq, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının 03 iyul 2024-cü il tarixdən yenidən hesablanması öhdəliyinin cavabdehin üzəri nə qoyulmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1977-ci ildən 1979-cu ilin dekabr ayına qədər SSRİ Silahlı Qüvvələrində (h/h 21535) xidmət etmişdir. Sonradan, yəni 01 sentyabr 1981-ci il tarixdən 12 iyul 1985-ci il tarixə qədər SSRİ Daxili İşlər Nazirliyinin Ryazan Ali Məktəbində təhsil aldıqdan sonra, əvvəllər Rusiyada, 1991-ci il tarixdən 25 may 1992-ci il tarixə qədər Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmişdir. Bundan başqa, 09 yanvar 2012-ci il tarixdən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində, 02 may 2016-cı il tarixdən 02 may 2018-ci il tarixə qədər 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində dövlət qulluqçusu kimi işləmişdir. Qeyd edilənlərdən və əmək kitabçalarından göründüyü kimi, daxili işlər orqanlarında xidmət müddəti 15 il 04 ay 09 gün, məhkəmədə xidmət müddəti isə 06 il 03 ay 23 gün təşkil edir. 03 iyul 2024-cü il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun qulluq stajı 15 ilə qarşı 21 il 08 ay təşkil edir. Dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə bütün lazımi sənədlərin əlavə edilməsinə baxmayaraq, cavabdeh onun xahişini təmin etməyərək, dövlət qulluğu stajının 15 ildən az olduğunu bəhanə gətirməklə, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir.
10. Cavabdehin iddia tələbinə yazılı etirazı imtinaya uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, o nun dövlət qulluğu stajı 15 ildən az - 06 il 03 ay 23 gün (xx.xx.2012-xx.xx.2018-ci il tarixləri arasındakı dövr) təşkil edir. Bu səbəbdən də iddiaçıya sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: E.A.Abdullayev) 05 fevral 2025-ci il tarixli, 21(112)-3569/2025 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı məxsus əmək kitabçasında göstərilən, daxili işlər orqanlarında xidmət keçdiyi 15 il 04 ay 09 gün və məhkəmədə işlədiyi 06 il 03 ay 23 gün, cəmi 21 il 8 ay dövr dövlət qulluğu vəzifəsi nəzərə alınaraq, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının 03 iyul 2024-cü il tarixdən yenidən hesablanması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat ü zrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyin normalarına əsasən, dövlət qulluqçusunun əmək stajına onun rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti nəzərə alınır. Bu səbəbdən, məhkəmə iddiaçının daxili işlər orqanları əməkdaşı kimi dövlət qulluğunun xüsusi növündə xidmət illərinin ona pensiya təyini zamanı dövlət qulluğu stajına əlavə edilməsində hər hansı maneə görmür. İddiaya etirazın dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, dövlət qulluqçularına və xüsusi rütbəli şəxslərə əmək pensiyasının hesablanması qaydalarının fərqli olması mübahisənin mahiyyətinə hər hansı təsir göstərə bilməz. Belə ki, iddiaçı dövlət qulluğunun xüsusi növündə olan stajını nəzərə alaraq ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin olunmasını xahiş edir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: /sədrlik edən və məruzəçi G.M.Abbasova/, A.P.Oruczadə və E.Ə.Əliyev) 26 avqust 2025-ci il tarixli, 21(103)-2270/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunm asını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
17. Kassasiya şikayəti iddiaya etiraz və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Qanununa uyğun olaraq, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərin in dövlət qulluğu stajina və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablama dövlət qulluqçusu kimi pensiya təminatına şamil olunmur. Qulluq stajina görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulduğundan, iddiaçının daxili işlər orqanlarındakı xidmət illərinin dövlət qulluğu vəzifəsində qulluq stajina əlavə olunmaqla dövlət qulluğu stajının hesablanması həmin Qanunun tələbləri baxımından mümkün deyil. Həmçinin nəzərə alınmalıdır ki, Qaydanın Ümumi müddəalarına əsasən, bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-2-ci maddəsinə uy ğun olaraq hazırlanmışdır. “Dövlət qulluğu haqqında” Qanunun 22-ci maddəsi dövlət məvacibi ilə bağlı məsələləri tənzimləyir. Dövlət qulluqçularının pensiya təminatı ilə bağlı məsələlər isə Qanunun 23-cü maddəsində nəzərdə tutulmuşdur. Deməli, məhkəmələr həmin Qaydaya istinad etməklə iddianı təmin etməkdə haqlı olmamışlar. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq döv lətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; Maddə
2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir.... 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Maddə
22. Dövlət məvacibi... 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzər də tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə
23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.
2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla).... 20.11. Bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğin in 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir....
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apell yasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmə dən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olara q yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərb aycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı lazımi qaydada araşdırma aparmış, iddiaçının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına daxi l edilməli olması, beləliklə də, iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
28. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikay əti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 avqust 2025-ci il tarixli, 21(103)-2270/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.