Məhkəmə qərarları › İş №2-1(102)-3587/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3587/2024

26.12.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3587/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın qeyri-mümkünlüyü, şikayətvermə hüququnun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xid mətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 oktyabr 2024-cü il tarixli, 2-1(103)2478/2024 nömrəli qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, **********220200 saylı qərarının ləğv olunması və "xxxx" MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ni xahiş etmişdir.

2. İddiaçı xx.xx.2023-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, **********220200 saylı qərarının ləğv olunması, "xxxx" MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması və hesablanmış vergi borcunun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il qərardadı ilə iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3002/2024 saylı 19 mart 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

4. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 19 amrt 2 024-cü il tarixli, 2-1(112)-3002/2024 nömrəli qərardadının ləğv olunmasını və iddianın mahiyyəti üzrə baxılmasının təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2478/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3002/2024 saylı 19 mart 2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş zəruri prosessual hərəkətlərin edilməsi məqsədilə həmin məhkəməyə göndərilmişdir.

6. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

83. Şikayətin mümkünlüyü 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə

90. Kassasiya şikayəti vermək hüququ 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq o lunur. Maddə

96. Ali Məhkəmədə icraat 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

9. Bu qərardadın Tətbiq edilən hüquqda istinad olunan prosessual hüquq normalarında kassasiya şikayəti verilə bilən qərardadların dairəsi müəyyən edilmiş, inzibati məhkəmə icraatının iştirakçılarının yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququ təsbit olunmuş və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan şikayət verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.

10. Həmin normaların əlaqəli təfsiri baxımından, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin edilmədiyi, eləcə də məhkəmə qərardadlarının müstəqil şəkildə mübahisələndirilməsinin İPM-də nəzərdə tutulduğu hallarda şikayət verə bilərlər.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi əsasında iddianın mümkünlüyü ilə bağlı birinci instansiya məhkəməsi sonadək zəruri araşdırmanı aparmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla zəruri prosessual hərəkətlərin edilməsi məqsədilə həmin məhkəməyə göndərilməlidir.

12. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərardadın qəbul edilməsi inzibati məhkəmə icraatının iştirakçılarının, hazırkı mübahisəyə münasibətdə iddiaçının iddiasının təmin olunması nəticəsini doğurmur və onun tələbinin təmin olunması və bunun üzərindən cavabdehin tələbinin təmin olunmaması anlamında qiymətləndirilə bilməz. Bu baxımdan həmin məzmunda qərardad cavabdehin apellyasiya instansiyası məhkəməsinin sözügedən qərardadından kassasiya şikayəti vermək hüququnu yaratmır.

13. Məhkəmə kollegiyası gəldiyi nəticəni həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair 17 fevral 2022ci il tarixli 01/2022 nömrəli qərardadı ilə əsaslandırır.

14. Qərardadda qeyd edilir ki, İnzibati məhkəmələrin qərar və qərardadlarından şikayət vermə hüququnu nəzərdə tutan İPM-in 81.2-ci maddəsinin məzmunu iddiaçıya münasibətdə mübahisə doğurmur. Belə ki, iddiaçının irəli sürdüyü tələb təmin olunduğu təqdirdə (qismən təmin olunduğu halda isə, təmin olunan hissədə), o, həmin məhkəmə aktından apellyasiya şikayəti verə bilməz. Bu norma hüquqi müdafiə ehtiyacının başqa bir formada ifadəsidir. Əgər proses iştirakçısı birinci instansiya məhkəməsində onsuz da qalib gəlibsə, belə bir ehtiyac təbii ki, mövcud olmayacaqdır. Başqa sözlə, ona birinci instansiya məhkəməsində qalib gəldiyi təqdirdə də şikayət vermək imkanının verilməsi mənasız olardı (66-cı bənd). İcraatın digər iştirakçılarına (cavabdehə və icraata cəlb olunmuş üçüncü şəxslərə) münasibətdə bu, ondan asılıdır ki, “tələblər” ifadəsi necə təfsir edilməlidir. Bununla əsl prosessual vəsatətlər (ərizələr, şikayətlər) başa düşülsə, onda bu, o demək olardı ki, ancaq o iştirakçılar (hazırkı halda, cavabdeh və ya cəlb olunmuş üçüncü şəxslər) şikayət verə bilərlər ki, onlar formal olaraq həmin vəs atəti (ərizəni, şikayəti) vermiş olsunlar. Lakin bu cür təfsir (yanaşma) vəsatəti (ərizəni, şikayəti) verməyən, lakin qəbul edilmiş məhkəmə aktından “ziyan” görən icraat iştirakçısının hüquqi müdafiə ehtiyacının təminat altına alınmaması ilə nəticələnəcəkdir. Mütləq deyildir ki, cavabdeh və ya icraata cəlb olunmuş üçüncü şəxslər özləri bir vəsatət (ərizə, şikayət) ilə müraciət etsinlər. Onlar həm də iddia tələbinə məzmun baxımından fikir bildirməyə də borclu deyillər. Onlar, yalnız məhkəməni lazımi faktların araşdırılması zamanı dəstəkləmək öhdəliyi daşıyırlar (bax: İPM-in 12.3, 12.4, 48.2 və 60-cı maddələri). İPM-in 47.2-ci maddəsinin tələbinə gəldikdə, həmin norma iddiaya qarşı münasibətin (etirazın) məhkəməyə məhz yazılı şəkildə bildirilməli olduğunu tələb edir, lakin cavabdehin üzəri nə mütləq münasibət bildirmək (etiraz etmək) öhdəliyi qoymur (67-ci bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinadla qeyd etmişdir ki, “...istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki, hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafi q olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyrimüəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X5rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X3 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34) (68-ci bənd). Beləliklə, İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat işt irakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir (69-cu bənd). İPM-in 90.2-ci maddəsində də inzibati məhkəmələrin qərar və qərardadlarından verilmiş apellyasiya şikayətlərində, apellyasiya instansiyası məhkəməsi işə birinci instansiya məhkəməsi qismində baxdığı hallarda isə, iddia ərizələrində (ərizələrdə) ifadə olunm uş tələblərin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığı hallarda, apellyasiya şikayəti vermiş şəxsin və iddiaçının (ərizəçinin) məhkəmə aktlarından kassasiya şikayəti vermək imkanları aşkar tənzimlənmişdir. Apellyasiya icraatının digər iştirakçılarına münasibətdə isə, bu Qərardadın 69-cu bəndində nəzərdə tutulmuş prinsip rəhbər tutulmalıdır (70-ci bənd).

15. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2478/2024 saylı qərardadından verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar