Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-361/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafi ə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 mart 2023-cü il tarixli, 54 nömrəli qərarının ləğv edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyasının 2024-cü il 04 sentyabr tarixli, 2-1(108)-92/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 23 aprel 1981-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 23 aprel 1981-ci ildən 31 may 1983-cü ilədək (2 il 1 ay 8 gün) hərbi xidmət keçmişdir. 2. 11 iyul 1985-ci il tarixli, 974541 nömrəli dipl omun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1 sentyabr 1983-cü ildən 11 iyul 1985-ci ilədək Rusiya Federasiyasının Voronej Vilayətinin Qeorqiy-Dej şəhərinin X8 texniki peşə məktəbində “elektrovoz maşınist” peşəsi üzrə təhsil almışdır. 3. 29 iyun 1983-cü il tarixli, ******* nömrəli əmək kitabçasından görünür ki, 1962-ci ildə doğulmuş İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Culfa rayon Kommunal Müəssisələr Kombinatının abadlıq sahəsində fəhlə işləmiş (7 ay 15 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Rusiya Federasiyasının Voronej Vilayətinin Qeorqiy-Dej şəhərinin X8 texniki peşə məktəbində “elektrovoz maşınist” peşəsi üzrə təhsil almış (1 il 10 ay 10 gün), xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Voronej Vilayətinin X1 maşınist köməkç isi (1 il 1 ay 25 gün), xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Azərbaycan Dəmir Yolları X4 ilkin olaraq maşınist köməkçisi, daha sonra maşınist (4 ay 1 gün), xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək X6 üzrə növbətçi (2 il 11 ay 26 gün), xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixədək isə maşınist köməkçisi (9 il 11 ay 11 gün), xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X2 Ekspedisiyasında xəndək qazan (2 ay), xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək həmin Ekspedisiyada 2-ci dərəcəli yol fəhləsi (8 ay), xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Culfa rayon Kommunal Müəssisələr Kombinatının təmizlik sahəsində sürücü (5 il 11 ay 1 gün) vəzifələrində işləmişdir.
4. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Culfa Rayon Şöbəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 01 mart 2023cü il tarixli, 54 nömrəli qərarından görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən onun qanuna əsasən tələb olunan 25 il əmək stajının olmaması əsası ilə imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı vəkili ilə birlikdə iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 mart 2023-cü il tarixli, 54 nömrəli qərarının ləğv edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Resp ublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Culfa Rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Naxçıvan MR İnzibati Məhkəməsinin 2023-cü il 17 oktyabr tarixli, 2-1(122)477/2023 nömrəli qərardadı ilə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ona "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizə ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Culfa rayon ş öbəsinə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Culfa rayon şöbəsinin 01 mart 2023-cü il tarixli, 54 nömrəli qərarı ilə müvafiq ərizənin təmin edilməsindən imtina edilmişdir. Mübahisələnən qərarda müvafiq pensiyanın təyin edilməsindən imtinanın əsası kimi X4 işlədiyi 1993-cü ildə 02-ay, 1996-cı ildə 02-ay, 1997-ci ildə 08-ay, 1998-ci ildə 10-ay, 1999cu ildə 02-ay, 2000-ci ildə isə 03-ay əmək haqqı almadığı, dolayısı ilə həmin aylar üzrə sosial sığorta haqqının ödənilmədiyi üçün qeyd edilən müddətləri əmək stajı kimi nəzərə almadığı, bununla da 25 il ümumi əmək stajının olmadığı göstərilmişdir. İddiaçı qeyd edir ki, cavabdehin qərarında iddiaçının ümumi əmək stajı ilə bağlı mübahisələnən münasibətləri tənzimləyən maddi hüquq normalarının tətbiqi məsəl əsinə aydınlıq gətirilməlidir. Mübahisələnən qərardan göründüyü kimi, iddiaçının mübahisələnən əmək stajı 1993-cü ildən 2000-ci ilədək dövrü əhatə edən müvafiq müddətləri əhatə edir. Belə olan halda hüquqda normanın zaman baxımından tətbiqi prinsipi əsas alınaraq hazırki mübahisəyə xx.xx.2006-cı il tarixədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı” haqqında Qanunun müddəalarına, həmçinin həmin tarixədək qüvvədə olan hüquqi aktlara uyğun həll edilməlidir. Cavabdeh orqanın iddiaçıya müvafiq pensiyanın təyin edilməsindən imtinanın əsası kimi göstərdiyi - 1993-cü ildə 02-ay, 1996-cı ildə 02 ay, 1997-ci ildə 08 ay, 1998-ci ildə 10 ay, 1999-cu ildə 02 ay, 2000-ci ildə isə 03 ay sosial sığorta haqqının ödənilmədiyinə görə həmin dövrün əmək stajına aid edilməməsi dəlili hər hansı hüquq normas ı ilə dəstəklənmir. Mübahisələnən qərarda əmək stajına daxil edilməyən müvafiq illər üzrə müddətlərdə onun işdən azad olunmasına dair hər hansı əmr mövcud deyildir, qeyd edilən dövrlər üzrə əməkhaqqı cədvəllərinin məsul şəxslər tərəfindən lazımi qaydada saxlanılmaması, arxivləşdirilməməsi onun əmək stajının itirilməsinə səbəb və əsas olaraq göstərilə və qəbul edilə bilməz.
8. İş üzrə təqdim edilmiş iddiaçının əmək kitabçasında əmək fəaliyyətinə dair göstərilən məlumatlar, eləcə də, həmin məlumatları təsdiq edən arxiv arayışları ilə İddiaçı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olduğu təsdiqlənir ki, bu hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin dispozisiya şərtlərini əhatə edir. İddiaçı qeyd olunan xüsusatları və Azərbaycan Respublika sı İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 70.1 və 70.3-cü maddələrini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 mart 2023-cü il tarixli, 54 nömrəli qərarının ləğv edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X9 şəxsin Culfa Rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı:
9. İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrə əmək kitabçasındakı iş illəri, təhsil və hərbi xidmət müddəti nəzərə alınmaqla 19 il 10 ay 22 gün ümumi, 15 il 2 ay 26 gün xüsusi iş stajı, 2011-ci il tarixdən 2017-ci il tarixədək isə 5 il 11 ay 1 gün olmaqla, cəmi 25 il 9 ay 24 gün ümumi iş stajı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə əsasən pensiya sektorunun məsləhətçisi zəruri hesab olunan hallarda sənədləri yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 13/181 nömrəli arayışında iddiaçının X10 Lokomotiv Deposunda işlədiyi dövr ərzində 1993-cü və 1996-cı illərdə 2 ay olmaqla cəmi 4 ay, 1997-ci ildə 8 ay, 1998-ci i ldə 10 ay, 1999-cu ildə 2 ay və 2000ci ildə 3 ay olmaqla, ümumilikdə 27 ay, yəni 2 il 3 ay əmək haqqı almadığı göstərilmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışa əsasən Azərbaycan Dəmir Yolu X6nun 1997-ci il tarixli əmrlər kitabında İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək 9 ay 15 gün növbəti məzuniyyətdə olduğu göstərilmişdir. Beləliklə, yuxarıda sadalanan halları ümumiləşdirərək Fondun Culfa rayon şöbəsi hesab etmişdir ki iddiaçının əmək kitabçasında qeyd edilən iş illəri arxiv sənədləri ilə öz təsdiqini tapmadığı üçün və bu səbəbdən də iddiaçının ümumi 25 il iş stajı olmadığından ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilməlidir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Naxçıvan MR İnzibati Məhkəməsinin (hakim H.Muradov) 2024-cü il 24 iyun tarixli, 2-1(122)-49/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 mart 2023-cü il tarixli, 54 nömrəli qərarı ləğv edilmiş, iddia qalan hissədə (İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində) rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin birinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 mart 2023-cü il tarixli, 54 nömrəl i qərarı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, cavabdeh inzibati orqanın nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan da göründüyü kimi, iddiaçının müraciəti əsasında orqan tərəfindən hər hansı inzibati icraat aparılmadan, sübutlar tələb edilmədən və toplanılmadan elə həmin gün mübahisəli qərar qəbul edilmişdir. Bu hal isə öz-özlüyündə mübahisələndirilən qərarın qanuni əsaslarla qəbul edilməsini şübhə altına alır. Həmçinin mübahisələndirilən qərarda iddiaçının işlədiyi müvafiq illər üzrə əməkhaqqı almaması əsas gətirilərək, ümumi iş stajının azaldığına görə ona pensiyanın təyin edilməsində imtina edilsə də, sonradan məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasının mötəbərliyi qəbul edilmiş, iddiaçının xüsusi iş stajı ilə bağlı mübahisə olduğu meydana çıxmışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq araşdırma aparılmadan qəbul edilmiş 01 mart 2023-cü il tarixli, 54 nömrəli qərar ləğv edilməlidir.
12. İddia tələbinin ikinci hissəsinə münasibətdə isə qeyd olunmalıdır ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: 1. iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla 60 yaşı tamam olmalı; 2. ən azı 25 il ümumi iş stajına malik olmalı; 3. ümumi stajın azı 12 il 6 ayını axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə çalışmalıdır. 13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ilkin şərt olan yaş həddi tələbi iddiaçıya münasibətdə ödənilmişdir. Belə ki, iddiaçının şəxsiyyət vəsiqəsindən də göründüyü kimi xx xxxxxx 1962-ci ildə anadan olmuş və 30 noyabr 2022-ci ildə 60 yaşı olmuşdur. İkinci tələb isə iddiaçının 25 il ümumi iş stajına malik olması ilə bağlıdır. İddiaçının əmək kitabçasındakı qeydlərdən də göründ üyü kimi, İddiaçı 1980-ci ildən əmək fəaliyyətinə başlamış, 2017-ci ilədək müvafiq vəzifələrdə işləmiş və 25 il 9 ay 23 gün ümumi iş stajına malik olmuşdur. Bununla da qanunvericilikdə nəzərdə tutulmuş 2-ci tələb ödənilmişdir.
14. Qanunvericilikdə nəzərdə tutulmuş üçüncü tələbə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh inzibati orqanın ilkin araşdırması zamanı iddiaçının 15 il 2 ay 26 gün xüsusi iş stajının olduğu müəyyən edilmişdir. Lakin sonradan məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 1987-1990-cı illərdə işlədiyi depo növbətçisi vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən iş və istehsalatların siyahısına aid deyildir. İlk öncə, “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş arayışda depo növbətçisi vəzifəsinin xüsusi iş stajına daxil edildiyi qey d edilsə də, sonradan məhkəməyə ünvanlanmış 26 fevral 2024-cü il tarixli məktubda əvvəlki arayışda səhvə yol verildiyi qeyd edilərək, depo növbətçisi vəzifəsinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda olmadığı və dəmir yolunun magistral sahələrində qatarların qəbulu, göndərilməsi və buraxılması ilə məşğul olan birinci dərəcəli və dərəcədənkənar (yüksək sinifli) stansiyaların siyahısına aid olmadığı qeyd edilmişdir. Bununla da iddiaçının 15 il 2 ay 26 gün xüsusi iş stajından 3 il çıxıldıqda onun 12 il 2 ay xüsusi iş stajının olduğu müəyyən edilmişdir.
15. Bundan sonra iddiaçı tərəfindən onun xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Rusiya Federasiyasının Voronej Vilayətinin Qeorqiy-Dej şəhə rinin X8 texniki peşə məktəbində “elektrovoz maşınist” peşəsi üzrə təhsil aldığı müddətin güzəştli şərtlərlə pensiya hüququ verən iş illərinə daxil edilməsi tələb edərək, tələbini həmin müddətdə təhsil alarkən işləməsi və əməkhaqqı alması ilə əsaslandırmışdır. Məhkəmə tərəfindən bu istiqamətdə aparılmış araşdırma müsbət nəticə verməmiş, həmin müddət iddiaçının ümumi iş stajına daxil edilsə də, xüsusi iş stajı kimi nəzərə alınmamışdır. Bu hal məhkəmənin müvafiq sorğusuna cavab olaraq "X7” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış məktubda onun “elektrovoz maşınist” peşəsi üzrə təhsil aldığı müddətin güzəştli şərtlərlə pensiya hüququ verən iş illərinə daxil edilmədiyi qeyd edilmişdir. Bununla da iddiaçının qanunvericiliklə tələb onun mimumum 12 il 6 ay xüsusi iş stajına malik olması ilə bağlı tələb ödənilməmişdir.
16. Göründüyü kimi, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi iş stajı ilə bağlı tələb ödənilmədiyindən ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyil, buna görə də iddia tələbinin ikinci hissəsi əsassız olduğundan rədd edilməlidir.
17. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin təmin edilməyən hissədə təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyasının (hakimlər: Y.Qurbanov/sədrlik edən və məruzəçi/, M.Həsənov və S.Novruzov) 2024-cü il 04 sentyab r tarixli, 2-1(108)-92/2024 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2024-cü il 24 iyun tarixli, 2- 1(122)-49/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı tərəfindən təqdim edilən kassasiya şikayətinə qarşı cavabdeh tər əfindən yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında ”Azərbaycan Respublikası Qanununun”: -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayara q 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək f əaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxil edilir.
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya in stansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinə dair etirazın və apellyasiya şikayətinin dəlillərind ən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin iddiaçıya münasibətdə ödənilib-ödənilməməsi məsələsi apellyasiya instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır.
29. Kollegiya qeyd edir ki, şəxsin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmasına aid olan tələb iddiaçıya münasibətdə ödənilməmişdir.
30. Belə ki, iddiaçının 24 iyul 1987-ci ildən 20 iyul 1990-cı ilədək işlədiyi Lo komotiv deposu üzrə növbətçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında nəzərdə tutulmamışdır. 31. “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 26 fevral 2024-cü il tarixli, 13-1-10/2-53/2024 nömrəli və 08 avqust 2023-cü il tarixli, 13-1-10/2- 164/2023 nömrəli məktublarda göstərilmişdir ki, Lokomotiv Deposunun növbətçisi verilən sifariş əsasında, lokomotiv briqadalarının vaxta uyğun işə çağırılmasını, eləcə də lokomotivlərin təyinatı üzrə xəttə buraxılmasını təşkil edir. İddiaçı 24 iyul 1987-ci ildən 20 iyul 1990-cı ilədək X4 işlədiyi növbətçi vəzifəsinin adı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda mövcud deyildir və dəmir yolunun magistral sahələrində qatarların qəbulu, göndərilməsi və buraxılması ilə məşğul olan birinci dərəcəli və dərəcədənkənar (yüksək sinifli) stansiyaların siyahısına aid deyildir.
32. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyasının 2024-cü il 04 sentyabr tarixli, 21(108)-92/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.