Məhkəmə qərarları › İş №2-1(102)-3630/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3630/2024

19.12.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3630/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentiyi haqqında şəhadətnamə verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 sentyabr 2024-cü il tarixli, 2-1(105)-828/2024 nömrəli qərarından iddiaçı tərəf indən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək “Rusiya Federasiyasında “Rusiya Federasiyası mülki müdafiə, fövqəladə hallar və fəlakət nəticələrinin aradan qaldırılması işləri üzrə Nazirliyinin Dövlət Yanğın Xidmətinin Sankt-Peterburq Dövlət Universiteti” tərəfindən iddiaçının adına verilmiş 107805 ******* nömrəli, xx.xx.2021-ci il tarixli diplomun tanınması və ekvivalentiyi haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2-1(118)-1149/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı adına Rusiya Federasiyasında “Rusiya Federasiyası mülk i müdafiə, fövqəladə hallar və fəlakət nəticələrinin aradan qaldırılması işləri üzrə Nazirliyinin Dövlət Yanğın Xidmətinin SanktPeterburq Dövlət Universiteti” tərəfindən verilmiş 107805 ******* nömrəli, xx.xx.2021-ci il tarixli diplomun tanınması və ekvivalentiyi haqqında şəhadətnamə verilməsi vəzifəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə vəzifə olaraq qoyulmuşdur.

3. Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 2-1(105)-533/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-1( 118)-1149/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Qərardan narazı qalan cavabdeh ondan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 2-1(102)-779/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2-1(105)533/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 sentyabr 2024-cü il tarixli, 2-1(105)-828/2024 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-1(11 8)-1149/2023 nömrəli qərarı ləğv edilərək iddia rədd edilmişdir.

8. İddiaçının həmin qərardaddan kassasiya şikayəti vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasın ın Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı ba rədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. … Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl pro ses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmi n sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti aşağıda qeyd olunan səbəblərdən mümkün sayılmamalıdır.

12. İlk növbədə kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.

13. Kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.

14. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları ara şdırılarkən kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.

15. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvaf iq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

16. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinin tələblərinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş işdə iştirak edən şəxslərə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilməklə çatdırılmalıdır.

17. Göründüyü kimi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu və tərəflərin “elektron kabinet”inin mövcud olduğu məhkəmələrdə məhkəmə aktlarının tərəflərə məxsus elektron kabinetdə yerləşdirilməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 20.3-cü maddəsində nəzərdə tutulmuş təqdim etməni özündə ehtiva e dir. Başqa sözlə, məhkəmə aktının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış tərəflərə məxsus elektron kabinetə yerləşdirilməsi həmin aktın təqdim edilməsi kimi qəbul edilir.

18. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı iddiaçının elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Həmçinin qərarla birlikdə “İnzibati işlər üzrə apelyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” məlumatı da göndərmişdir.

19. Həmin izahda qeyd edilmişdir ki, kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları onların tələbləri təmin olunmadıqda apelyasiya instansiyası məhkəməsinin qərarından 1 ay, qərardadından i sə 10 gün müddətində kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı məhkəmə aktının təqdim edildiyi gündən başlanır. “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinetlərdə yerləşdirildiyi vaxtdan təqdim edilmiş sayılır. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır.

20. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun ic raata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, məlumat kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.

22. Lakin iddiaçı kassasiya şikayəti verərkən məlumat və izahd a göstərilən tələbə (kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir) əməl etməmiş, mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməsinə baxmayaraq, həmin qərardan kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə apellyasiya məhkəməsinə elektron qaydada təqdim edilmişdir.

23. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti prosessual müddətin ötürülməsi ilə verildiyindən və müddətin bərpasına dair ərizə təqdim edilmədiyindən hazırkı iş üzrə kassasiya icraatı mümkün sayıla bilməz.

24. İPM-nin 96.3-cü maddəsinə əsasən, şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

25. Yuxarıda qeyd olun anlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 sentyabr 2024-cü il tarixli, 2-1(105)-828/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar