Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3660/2025 19.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü, şikayət verilməsi müddətinin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdar əsi cəlb edilməklə) “icarə müqaviləsinin bağlanılması barədə sərəncamın qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2025-ci il tarixli, 2-1(103)3840/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla icarə müqaviləsinin bağlanması barədə sərəncam qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək ünvan 1 ünvanda yerləşən və faktiki istifadədə olan icarə müqaviləsindən əlavə 140,3 kv.m torpaq sahəsinə iddiaçı ilə icarə müqaviləsinin bağlanılması barədə sərəncam ver ilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2-1(112)-2629/2025 saylı qərarı ilə (hakim X4) iddia tələbi rədd edilmişdir.
4. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 2-1(112)-2629/2025 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 15 iyul 2025-ci il tarixli, 21(112)-3053/2025 saylı qərardadı ilə İddiaçı Bakı İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2-1(112)-2629/20 25 saylı qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamış və şikayət geri qaytarılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 15 iyul 2025-ci il tarixli, 21(112)-3053/2025 saylı qərardadı qanuni qüvvəsini almış və iş materialları ilə birlikdə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
7. Daha sonra İddiaçı ötürülmüş prosessual müddətin bərpası barədə ərizə vermişdir.
8. Ərizə onunla əsaslandırılmışıdır ki, üzrlü səbəbdən ( vəkil olaraq mən, həmin dövrdə hüzr yerləri ilə əlaqədar Bakı şəhərində olmamışam, iddiaçı isə atasının xəstə olması ilə əlaqədar həmin dövrdə onun müalicəsi ilə məşğul olduğundan – atası xx.xx.2025-ci il tarixdə vəfat etmişdir ) qərardan apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət səhv hesablama nəticəsində 1 gün buraxılmışdır. B elə ki, xx.xx.2025-ci il tarixli qərardan apellyasiya şikayəti verilməsinin son günü 05 iyun 2025-ci il tarixi olduğu halda o, hesablamanı 08 may 2025-ci il tarixdən hesablamışdır. Bununla da müddətin son günü 06 iyun 2025-ci il tarixində bitdiyini güman etmişdir. 06-07 iyun 2025-ci il tarixləri Qurban Bayramı, 08-09 iyun 2025-ci il tarixləri isə qeyri-iş günləri olmuşdur. Bu səbəbdən də, apellyasiya şikayətini 07 iyun 2025-ci il tarixdə vermiş, xx.xx.2025-ci il tarixdən 07 iyun 2025-ci il tarixinə kimi, hüzrlə əlaqədar Bakı şəhərində olmamışdır. Bakı şəhərinə 07 iyun 2025-ci il tarixdə gəlmiş və dərhal da qərardan apellyasiya şikayəti vermişdir. Göstərilən səbəbdən qərardan apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət üzrlü səbəbdən buraxılmışdır.
9. Bakı Apellyas iya Məhkəməsi İnzibati Kollegiyasının 15 iyul 2025-ci il tarixli, 21(112)-3053/2025 saylı qərardadı ilə (hakimlər X1 (məruzəçi), X2 və X3) apellyasiya şikayəti üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi mümkün sayılmamışdır.
10. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 2-1(112)-2629/2025 saylı qərardadı xx.xx.2025-ci il tarixdə iddiaçının vəkili və nümayəndəsinin elektron kabinetinə yerləşdirilmişdir. İddiaçının vəkili və nümayəndəsi tərəfindən məhkəmənin qərarı xx.xx.2025-ci il tarixdə alındığı vaxtdan hesablandıqda, İPM-in 85.1-ci 22.1-ci maddələrinə müvafiq olaraq 30 günlük şikayət vermə müddətinin son günü xx.xx.2025-ci il tarixinə düşür. Lakin, iddiaçı tərəfindən işə əlavə olunmuş apellyasi ya şikayətindən görünür ki, apellyasiya şikayəti 07 iyun 2025-ci il tarixdə verilmişdir. Hətta apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılarkən Bakı Apellyasiya Məhkəməsi tərəfindən göndərilən 21 iyun 2025-ci il tarixli məhkəmə bildirişində müddətin ötürülməsi ilə bağlı üzrlü səbəblər barədə dəlillərin təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı 15 iyul 2025-ci ildə keçirilən iclasda iştirak etsə də, qeyd olunan dəlilləri məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətini mümkünsüz hesab etmişdir.
11. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Tərəflərin dəlilləri, kassasiya nın mümkünlüyü:
12. İş kassasiya instansiyasına daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət müddət ötürülməklə verilmişdir. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixini n müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. 20.3. M əhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ər izəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının dig ər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina ed ilməlidir.
15. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən 2-1(103)-3840/2025 saylı, 18 sentyabr 2025-ci il tarixli qərardadı ilə birlikdə “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” məlumatı 19 sentyabr 2025-ci il tarixdə iddiaçının elektron məhkəmə sisteminə yerləşdirilmişdir.
16. Lakin iddiaçı tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayəti xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmiş, bununla da qanunvericilikdə apellyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddəti ötürmüşdür.
17. Yuxarıda göstərilənlərdən əlavə olaraq məhkəmə kollegiyası iş materiallarına istinad edərə k bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya qərardadla birlikdə izah da göndərilmişdir. İzahda qeyd edilmişdir ki, kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları onların tələbləri təmin olunmadıqda apellyasiya instansiyası məhkəməsinin qərarından 1 ay, qərardadından isə 10 gün müddətində kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı məhkəmə aktının təqdim edildiyi gündən başlanır. “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinetlərdə yerləşdirildiyi vaxtdan təqdim edilmiş sayılır. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müdd ətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır.
18. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, məlumat kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlə nti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.
20. İzahda göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsas olduğundan, kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbulundan imtina olunmalıdır.
21. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2025-ci il tarixli, 2-1(103)-3840/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şika