Məhkəmə qərarları › İş №2-1(102)-3683/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3683/2025

28.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3683/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin sökülməsinə görə kompensasiyanın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)-851/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında b axaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi X1 tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, 27-ci məhəllə ünvanda yerləşən qeyri-yaşayış binası mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.1998-ci il tarixdə 084 nömrəli reyestr kitabında qeydə alınmışdır

2. Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, Rayon İcra Hakimiyyəti tərəfindən ona məxsus olmuş obyektin sökülməsi məqsədilə hər hansı normativ akt qəbul olunmamışdır, həmin obyektin sökülməsi barədə Rayon İcra Hakimiyyətində məlumat mövcud deyildir. xx.xx.2013-cü il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsin in tələblərinə əsasən tikinti obyektlərinin sökülməsi barədə qərar qəbul edilməsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilmişdir. Burada müvafiq icra hakimiyyəti orqanı dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulmur. 3. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən İddiaçı məxsus olan, hazırda söküntüyə məruz qalmış Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə ünvanındakı 1 mərtəbəli qeyri-yaşayış binasının bazar dəyəri 95000,00 manat, 2014-cü il tarixdən hazırkı dövrədək əldən çıxmış faydanın məbləği 33420.0 manat olmaqla ümumi dəymiş ziyanın məbləği 128420.0 manat təşkil edir.

4. Cavabdeh 16 may 2025-ci il tarixli, 5-29/2-1327/2025 nömrəli məktubundan görünür ki, iddiaçıya məxsus hər hansı tikili Rayon İcra Hakimiyyəti (bundan sonra RİH) tərəfindən sökülməmişdir. Həmin obyektin qonşuluğunda kimlərə məxsus obyekt olması və hansı obyektə kompensasiya ödənilməsi ilə bağlı RİH-də məlumat yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh şifahi göstərişi əsasında qanunsuz sökülən onun şəxsi mülkiyyətində olması rəsmi sənədlərlə təsdiqlənən mağazasının (qeyri-yaşayış sahəsinin) dəyərinin 95000 AZN və 10 il ərzində itirilmiş faydanın 33420 manat cəm olaraq 128420 manat həcmində vəsaitin ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1998-ci il tarix li müqavilə əsasında Xırdalan qəsəbəsi (ardıcıl mətndə Xırdalan şəhəri adlandırılacaq) 20 yanvar küçəsi ev 6 ünvanında yaşayan Lalə firmasının təsisçiləri - X3 və X2 məxsus Abşeron rayonlararası texnikli inventar bürosunun xx.xx.1988-ci il tarixli arayışına və 084 saylı qeydiyyat vəsiqəsi ilə təsdiqlənən Xırdalan şəhər 27-ci məhəllədə (həmin məhəllədə yerləşən 13 nömrəli 5 mərtəbəli binasının cənub hissəsi) sahəsi 23.2 kv metr olan qeyri-yaşayış sahəsinin əvvəlki Azərbaycan manatı ilə 2 milyon dörd yüz min manata alaraq Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiqlətdirmiş, həmin sahəyə texniki pasport və eskiz layihəsi alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İB-nin Abşeron rayon Texniki inventarlaşdırma büro sunun xx.xx.1998-ci il tarixli 084 nömrəli qeydiyyat vəsiqəsi əsasında şəxsi mülkiyyətinə qəbul etmişdir. Elə həmin tarixdə mülkiyyətində olan qeyri-yaşayış sahəsində kənd təsərrüfatı məhsullarının satışını təşkil etmək üçün eskiz layihədə göstərildiyi qaydada yenidən qurma işləri apararaq, şəhərin ansamblına uyğun eksteryer və interyer dizayn yaradılmasına şəxsi vəsait xərcləyərək qeyri-yaşayış sahəsini 23.2 kv metrdən 34.71 kv metrə çatdıraraq 2013-cü ilin sonlarınadək mağaza kimi istifadə edərək kənd təsərrüfatı məhsullarının satışı təyinatı ilə işlətmiş, kiçik sahibkar kimi fəaliyyət göstərmiş, ailəsinin maddi durumunu yaxşılaşdırmasını qismən təmin etmişdir. Cənab Prezidentin sahibkarların mənafeyini müdafiə etdiyini bilərək, öz fəaliyyətini genişləndirmək üçün fermerlərin istehsal etdiyi kənd təsərrüfatı məhsullarını yerində onlardan qəbul edərək bazar qiymətlərindən xeyli aşağı qiymətə satmaqla rəqabət yaradaraq alıcı kontinentinə yardım göstərmək arzusu var idi. Lakin 2013-cü ilin ortalarından başlayaraq 2013-cü ilin sonuna Xırdalan şəhəri ərazisində “abadlıq işləri’’adı altında 100-dən çox obyekt, o cümlədən ona məxsus mağaza həmin zaman kəsiyində icra hakimiyyətinin başçısı vəzifəsini icra edənin sifarişi əsasında sökülmüş, onun bilavasitə tapşırığı əsasında Memarlıq və Tikinti Şöbəsinin müdiri, Xırdalan şəhəri sabiq icra nümayəndəsin ona 80 min kompensasiya ödənilməsi üçün tədbirlər görülməsi tapşırılsa da, onlar tapşırığa əməl etməmişdir. Sökülən obyektlər sırasında sənədi olmayan obyektlərə kompensasiya ödənilsə də ona və onun kimi sənədi olan bir neçə sahibk arlara kompensasiya ödənilməmişdir. Dəfələrlə Abşeron rayon rəhbərliyinə şifahi və yazılı müraciət edərək şəxsi əmlakının qanunsuz sökülməsi ilə əlaqədar kompensasiya ödənilməsi tələbinə rayon rəhbərliyi cavab məktublarında mağazanın sökülməsi barədə məlumatı olmadığını bildirilmişdir. Sonuncu yəni, xx.xx.2023-cü il tarixli müraciətində Abşeron rayon İH-nin başçısının müavini imzaladığı xx.xx.2023-cü il tarixli, 5-29/2-Q-213-129/2023 saylı cavab məktubunda ona məxsus əmlakın sökülməsi barədə Rayon İcra Hakimiyyətində məlumat olmadığı qeyd edərək kompensasiya ödənişindən imtina edilmişdir. Mağazanın məhkəməyə təqdim etdiyi eskiz layihəyə uyğun, yəni müasir şəhərsalma tələblərinə cavab verən eksteryer və interyerə malik mağazam “şəhərin ümumi ansamblının pozulması” bəhanəsi ilə sökülsə də, m ağazanın yerində 2021-ci ilin avqust ayında şəhər şəhərsalma qaydalarına zidd olan köşk qoyulmuşdur. Rayon İH-nin icazəsi olmadan belə bir köşkün qoyulması mümkünsüzdür. Ona məxsus mağazanın dəyərinin və itirilmiş faydanın məbləğinin müəyyən edilməsi üçün “məhkəmə ekspertiza xidmətləri“ MMC-yə rəsmi müraciət edərək əmlakının sökülməsinə dair mütəxəssis rəyinin təmin olunması üzrə hazırlanmış rəyin 9-cu səhifəsində sökülən mağazanın yerində qoyulan köşk, 10-cu səhifəsində mağazanın xəritədə yerləşəməsi və 11-ci səhifəsində fasad görnüşü öz əksini tapmaqla yanaşı mağazanın dəyəri və əldən çıxmış fayda rəsmi olaraq təsdiqlənmişdir.

7. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, tələbdə iddiaçı xx.xx.1998-ci il tarixli, 084 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən mülkiyyətində olan Abşeron Ra yonu Xırdalan şəhərində yerləşən qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən 2013-cü ilin sonlarında söküldüyünü, lakin bu günə kimi kompensasiya təmin olunmadığını bildirir. İddiaçının mülahizələri əsasında tərtib olunmuş iddia tələbində işin hallarını təsdiq edəcək hər hansı sübut yoxdur. İddiaçının müraciətləri araşdırılmış və ona dəfələrlə yazılı şəkildə məlumat verilərək həmin qeyri-yaşayış sahəsinin sökülməsi barədə RİH-də məlumatın olmadığı və söküntü işləri barədə tərəflərindən hər hansı inzibati akt qəbul olunmadığı bildirilmişdir. İşin hallarından da göründüyü kimi, iddia tələbini sübut edəcək hər hansı sübut mövcud deyildir

8. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-571/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim – L.Mirzəyeva).

9. Məhkəmə h esab etmişdir ki, araşdırma zamanı iddiaçının əsas hüquqi marağı yuxarıda qeyd edilən qeyri-yaşayış obyektinin sökülməsi ilə bağlı iddiaçıya dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsindən ibarət olması müəyyən edilmişdir. Lakin iddiaçı mübahisə predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının Cavabdeh tərəfindən sökülməsi ilə bağlı məhkəməyə hər hansı sübut və ya sənəd təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehə q anunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin imtinası maddi hüquq normalarının tələbləri çərçivəsində olmuşdur. Belə olan halda cavabdehin imtinası qanuni olmuşdur.

10. İddiaçı həmin qərardan apellyasiya şikayət i verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Apellyasiya icraatı zamanı iddiaçının “23.2 kv.metr mağazanın (qeyri-yaşayış sahəsinin) sökülməsinə görə 21.991 manat məbləğində kompensasiyanın Cavabdehnən tutularaq ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin olunmuşdur.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)-851/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-571/2025 nömrəli qərarı ləğv edilərək iddia tələbi təmin edilmişdir (sədrlik edən – G.Cabbarova, hakimlər – V.Əz izova, İ.Quliyev).

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçı ilə eyni vəziyyətdə olan şəxs (hazırkı inzibati iş üzrə mübahisə predmeti olan əmlakın yerləşdiyi torpaq sahəsi ilə qonşu torpaq sahəsində yerləşən əmlakın mülkiyyətçisi) tərəfindən məhz Cavabdehnə qarşı “qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar kompensasiya ödənilməsinə dair iddia tələbi irəli sürülmüş, həmin iddia tələbi qismən təmin edilərək, kompensasiya məbləğinin ödənilməsi öhədliyinin qoyulması qərara alınmışdır.

14. Eyni zamanda qeyd edilməlidir ki, sözügedən əmlakların bir-biri ilə qonşuluqda yerləşməsi halı eyni ünvanda və eyni ərazidə olması halı ilə də təsdiq olunur, habelə əmlakın sökülməsi də məhz eyni tarixlərdə baş vermişdir. Gö ründüyü kimi hazırkı inzibati iş üzrə iddiaçı qismində çıxış edən şəxslə eyni vəziyyətdə olan şəxs barəsində artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə sözügedən əmlakların yerləşdiyi ərazidə söküntü işlərinin aparılmasının məhz cavabdeh tərəfindən həyata keçirilməsi halı müəyyən edilmiş, habelə cavabdehin hərəkətləri nəticəsində vurulmuş zərərin əvəzi olaraq həmin şəxsə kompensasiya ödənilməsi öhdəliyi qoyulmuşdur.

15. Kollegiya hesab etmişdir ki, eyni ünvanda yerləşən qonşu şəxsə məxsus olan əmlakın məhz cavabdehin hərəkətləri nəticəsində sökülməsi halına qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verildiyindən və bu hərəkətlərin icrasının yalnız cavabdehin hakimiyyət səlahiyyətinin daşıyıcısı kimi ona qanunla ona verilmiş səlahiyyətlərin icrası çərçivəsində mümkünlüyü vu rğulandığından, indiki halda da iddiaçı məhz həmin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş işin halları ilə eyni vəziyyətdə olan şəxs qismində çıxış etdiyindən, iddiaçıya məxsus əmlakın sökülməsinin də məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi halı öz təsdiqini tapır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işə təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ziyanın cavabdeh tərəfindən vurulması halının hansı sübutlarla və faktlarla təsdiq edildiyini öz qərarında göstərə bilməmişdir. İddiaçı da eyni zamand a iddia tələbində işin hallarını təsdiq edəcək hər hansı sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. İddiaçıya məxsus qeyriyaşayış sahəsinin cavabdeh tərəfindən sökülmədiyi, söküntü işləri barədə cavabdeh tərəfindən hər hansı inzibati akt qəbul olunmadığı halda məhkəmə öz mülahizəsinə görə iddia tələbini əsassız olaraq təmin etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Maddə

29. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkil əşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 20. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

58. Bazar qiyməti... 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa b orcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının t ələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı qeyri-yaşayış sahəsinin söküntüsünə görə kompensasiya ödənilməsinə nail olmaqdan ibarətdir.

29. Apellyasiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı müvafiq ünvanda yerləşən ümumi sahəsi 23,2 kv.m. olan qeyri-yaşayış sahəsini alqı-satqı müqaviləsi əsasında satın almış, daha sonra 084 nömrəli qeydiyyat vəsiqəsi əsasında həmin əmlak üzərində onun adına mülkiy yət hüququ xx.xx.1998-ci ildə qeydiyyata alınmışdır. Sözügedən əmlakın sökülməsi halı işin mübahisəsiz halı kimi çıxış edir.

30. Mübahisələndirilən məhkəmə qərarında istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2(102)-3222/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı ilə eyni vəziyyətdə olan şəxs (hazırkı inzibati iş üzrə mübahisə predmeti olan əmlakın yerləşdiyi torpaq sahəsi ilə qonşu torpaq sahəsində yerləşən əmlakın mülkiyyətçisi) tərəfindən məhz Cavabdehnə qarşı “qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar kompensasiya ödənilməsinə dair iddia tələbi irəli sürülmüş, həmin iddia tələbi qismən təmin edilərək, kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

31. Göründüyü kimi apellyasiya instansiya mə hkəməsi tərəfindən aparılmış araşdırılmanın nəticəsində iddiaçıya söküntüyə görə 21.991 (iyirmi bir min doqquz yüz doxsan bir) manat məbləğində kompensasiyasının ödənilməsi barədə əsaslı nəticəyə gəlinmişdir.

32. Cavabdehin kassasiya şikayətinin yeganə dəlili olan “ziyanın cavabdeh tərəfindən vurulması halının sübutlarla və faktlarla təsdiq edilməməsi” ilə bağlı məhkəmə kollegiyası bildirir ki, apellyasiya məhkəməsinin söküntünün cavabdeh tərəfindən edilməsinin hazırkı iş ilə oxşar olan işdəki əmlakla qonşuluqda yerləşməsini, əmlakın sökülməsinin eyni tarixlərdə baş verməsini və bu hərəkətlərin icrasının yalnız cavabdehin hakimiyyət səlahiyyətinin daşıyıcısı kimi ona qanunla ona verilmiş səlahiyyətlərin icrası çərçivəsində mümkünlüyünü əsas götürərək söküntünün məhz cavabdeh tərəfindən həy ata keçirilməsi barədə mövqeyi əsaslı olmuşdur. Cavabdeh isə apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyini hər hansı tutarlı dəlillərlə təkzib edə bilməmiş, yalnız ümumi xarakterli cümlələrlə kifayətlənmişdir. Bu səbəbdən də həmin dəlillər mübahisələndirilən qərarın ləğv üçün əsas ola bilməz.

33. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti t əmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(105)-851/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar