Məhkəmə qərarları › İş №2-1(102)-3697/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3697/2025

11.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3697/2025 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz sökülmüş tikilinin ona təhvil verilməsi və ona dəymiş maddi və mənəvi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “qanunsuz sökülmüş anbar binasının tikilib ona təhvil verilməsi və ona dəymiş 100000 (yüz min) manat maddi və 50000 (əlli min) manat mənəvi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına ona ö dənilməsi” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(108)-28/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən Bakı şəhəri, Abşeron rayonu, Masazır kənd sakini İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, onun Şahbuz qəsəbəsi, S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 37,2 kv.m olan anbar binası olmuşdur. Həmin anbarın mülkiyyətində olmasına aid sənədlər mövcuddur. Lakin həmin anbarın sökülməsinə, söküntüyə görə hər hansı bir kompensasiya ödənilməsinə dair heç bir rəsmi sənəd yoxdur. Məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edi lir.

2. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 3 reyestr nömrəli, 94 qeydiyyat nömrəli “Mülkiyyət hüququ haqqında Şəhadətnamə”nin surətindən məlum olur ki, İddiaçı Şahbuz qəsəbəsi, S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 37,2 kv.m olan anbar binasının Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir.

3. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 04/1082 nömrəli məktubuna görə, İddiaçı məxsus olmuş, Şahbuz şəhəri, Səməd Vurğun küçəsində yerləşən ümumi sahəsi 37,2 kv.m anbar binasının hazırkı bazar dəyərinin müəyyənləşdirilməsi üçün Xidmətin informasiya bazasında Şahbuz şəhəri üzrə uyğun qeyri-yaşayış obyektlərinə dair 2024-cü ildə notarial qaydada bağlanılmış alqı-satqı müqavilələri mövcud deyil. 2023-cü ildə Şahbuz şəhərində uyğun qeyri-yaşayış binalarının alqı-satqısına notariat ofislərində bağlanılmış müqavilələrə əsasən qeyri-yaşayış binalarının 1 kv.m-in bazar qiyməti 620-630 manat arasında dəyişilir. Qərardadda göstərilən anbar binasının 2023-cü ildə bazar qiyməti yuvarlaq olaraq 23000 (iyirmi üç min) manat dəyərində müəyyənləşdirilə bilər.

4. İddiaçı sifarişi əsasında Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş MB-18/0832 nömrəli Şahbuz şəhəri, Səməd Vurğun küçəsində yerləşmiş qeyriyaşayış obyektinin satış və icarə bazar dəyəri haqqında ekspert rəyində göstərilmişdir ki, qiymətləndirməyə təqdim edilmiş Şahbuz şəhəri, Səməd Vurğun küçəsində yerləşmiş, ümumi sahəsi 37.2 kv.m olan q eyri-yaşayış obyektininin 2007-ci il üzrə bazar dəyəri 24 800 AZN, hazırkı tarixə bazar dəyəri 104 000 AZN, 2007-ci il üzrə icarə bazar dəyəri 225 AZN, hazırkı tarixə icarə bazar dəyəri 700 AZN təşkil edir. Apellyasiya icraatı zamanı daxil olmuş sənədlər:

5. Cavabdeh xx.xx.2025-ci il tarixli, 5-27/2-153/2025 nömrəli məktubuna əlavə edilmiş məlumatda göstərilmişdir ki, Abşeron rayon, Masazır kənd sakini İddiaçı Cavabdehnə müraciət edərək ümumi sahəsi 37.2 m olan anbar binasının 2007-ci ildə Şahbuz şəhər ərazisində həyata keçirilən abadlıq quruculuq işləri aparılan zaman söküldüyünü bildirərək ona dəymiş 100000 (yüz min) manat maddi və 50000 (əlli min) manat mənəvi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsini Cavabdehnə həvalə edilməsi tələbi düzgün deyil. Muxtar Respublikanın digər rayonlarında olduğu kimi Şahbuz rayonunda da mülkiyyət hüququ pozulan 30 nəfər vətəndaşa müvafiq köməkliklər göstərilmişdir. Həmin vətəndaşlara uyğun yerlərdən torpaq sahələri ayrılmış, həyata keçirmək istədikləri layihələrin icrasına lazımi dəstək verilmişdir. Mülkiyyət hüququ pozulmuş vətəndaş kimi İddiaçı rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul olunaraq ona müvafiq izahatlar verilmiş və Şahbuz şəhərinin 28 May küçəsində 300 k.m, Heydər Əliyev prospektində 160 k.m torpaq sahəsinin ayrılması, torpaq sahəsinə görə güzəştli şərtlərlə ödəniləcək rüsumun Cavabdeh tərəfindən həyata keçirilməsi təklif olunmuşdur. Lakin o, bu təklifdən imtina edərək Şahbuz şəhərində yerləşən, hal-hazırda istifadə olunmayan 2 (iki) mərtəbəli Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəli yin köhnə inzibati binasının bir hissəsini ailəvi kafe kimi istifadə etməsi üçün icarəyə götürməyinə köməklik göstərilməsini təklif etmişdir. Bu məqsədlə Cavabdeh tərəfindən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat Nazirliyinə məktub ünvanlanmışdır. Lakin sonradan edilən təklifdən imtina edərək Şahbuz şəhərində sökülmüş 37.2 k.m olan anbar binasının yenidən tikilməsini və ya kompensasiyanın verilməsi tələbinin üzərində dayanmışdır. Şahbuz Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 5-27-23/2-21/2025 nömrəli məktubunda İddiaçı Şahbuz Rayon İstehlak Cəmiyyətinin (Şahbuz Rayon Kooperativlər Cəmiyyətinin) satış sənədi xx.xx.2000-ci il tarixli 11 nömrəli sərəncamla, Şahbuz Rayon Kooperativlər Cəmiyyəti İdarə Heyətinin xx.xx.2000-ci il tarixli 11 nömrəli protokol qərarı, X1 xx.xx.2000-c i il tarixli 33 nömrəli protokol qərarı ilə Şahbuz qəsəbə sakini İddiaçı satılması bildirilmişdir. Cavabdeh tərəfindən 37.2 k.m olan anbar binasının sökülməsinə dair hər hansı qərar və ya sərəncam olmamışdır.

6. Şahbuz Rayon Dövlət Arxivinin Cavabdehnə göndərdiyi xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Şahbuz Rayon Dövlət Arxivində mühafizə olunan Şahbuz Rayon İstehlak Cəmiyyətinin (Şahbuz Rayon Kooperativlər Cəmiyyəti) satış sənədlərinə baxdıqda xx.xx.2000-ci il tarixli, 11 N9-1 nömrəli sərəncamla, Şahbuz Rayon Kooperativlər Cəmiyyəti İdarə Heyətinin 24 iyul 2000-ci il tarixli, № 11 №-li protokol qərarı və X1 xx.xx.2000-ci il tarixli protokol № 33 və qərarı ilə Şahbuz qəsəbə ərazisində yerləşən ayaqqabı mağazasının anbarının Şahbuz qəsəbə sakini İddiaçı satılması müəyyən ed ilmişdir.

7. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 04/551 nömrəli məktubunda göstərilmişdir ki, Şahbuz şəhəri, Səməd Vurğun küçəsində ümumi sahəsi 37,2 kv.m olan anbar binasına dair Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2003-cü il tarixli, 171 nömrəli Sərəncamı əsasında İddiaçı adına “Mülkiyyət hüququ haqqında" Şəhadətnamə verilmişdir. Lakin həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

8. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı iddia etdiyi, Şahbuz şəhəri, Səməd Vurğun küçəsində yerləşən, ümumi sahəsi 37,2 kv.m olmuş anbarın 2007-2019-cu illərə dair bazar dəyərinin müəyyə nləşdirilməsi üçün Xidmətin informasiya bazasında saxlanılan, uyğun ərazidə yerləşən qeyri- yaşayış sahələrinin 2007- 2019-cu illərə dair alqı-satqı müqavilələri aparılmışdır. Həmin müqavilələrə əsasən 2007- 2019-cu illərdə bəhs olunan ərazidə qeyri-yaşayış sahələrinin 1 kv.m-nin bazar qiyməti 122- 542 manat arasında dəyişmişdir. Qeyd edilənlərə əsasən İddiaçı iddia etdiyi, ümumi sahəsi 37,2 kv.m olmuş anbarın 2007-2019-cu illərə dair bazar qiyməti yuvarlaq olaraq 4500 (dörd min beş yüz)-20200 (iyirmi min iki yüz) manat aralığında müəyyənləşdirilə bilər.

9. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı Heydər Əliyev prospektində 225 kv.m və Azərbaycan küçəsində isə 305 kv.m yaşayış kateqoriyalı, qeyri-yaşayış təyinatlı torpaq sahəsinin ayrılması təklif olunsa da v ətəndaş razılaşmayıb ona dəymiş ziyana görə kompensasiyasının ödənilməsini tələb etmişdir.

10. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, qeyd edilən torpaq sahələrinin bazar dəyərinin müəyyən edilməsi məqsədilə Xidmətin informasiya bazasında saxlanılan, uyğun ərazidə yerləşən torpaq sahələrinin alqı-satqı müqavilələrinə baxılmışdır. 2024-2025-ci illərdə notariat ofislərində bağlanılmış alqı-satqı müqavilələrinə əsasən Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən torpaq sahəsinə uyğun torpaq sahələrinin 1 kv.m-nin bazar qiyməti 28-31 manat, Şahbuz şəhəri, Azərbaycan küçəsində yerləşən torpaq sahəsinə uyğun sahələrinin 1 kv.m-nin bazar qiyməti isə 19-30 manat arasında dəyişmişdir. Qeyd edilənlərə əsasən Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən 225,0 kv.m torpaq sahəsinin hazırkı dövrdə bazar qiyməti 6300 (altı min üç yüz)-7000 (yeddi min) manat, Şahbuz şəhəri, Azərbaycan küçəsində yerləşən 305,0 kv.m torpaq sahəsinin hazırkı dövrdə bazar qiyməti isə 5800 (beş min səkkiz yüz)-9200 (doqquz min iki yüz) manat aralığında müəyyənləşdirilə bilər.

11. Cavabdeh başçısı tərəfindən məhkəməyə sonuncu dəfə göndərilmiş xx.xx.2025ci il tarixli, 5-27/2-425/2025 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı Heydər Əliyev prospektində 160 kv.m və Azərbaycan küçəsində isə 300 kv.m yaşayış kateqoriyalı, qeyriyaşayış təyinatlı torpaq sahəsinin ayrılması təklif olunmuş, vətəndaş ona dəymiş ziyana görə öz köhnə sökülmüş mağazasının yerində tikilməsini və ya kompensasiyanın ödənilməsini tələb etmişdir. İddiaçı sökülmüş mağazasının yeri Şahbuz şəhərinin mərkəzi hissəsində yerləşir. Həmin ərazidə abadlıq işləri aparılaraq gülkarlıq və əhalinin gedişgəlişi üçün səki salınmışdıır. Ərazinin magistral və şəhər daxili yola olan məsafəsi yolun mühafizə zonasına düşdüyündən kiminsə mülkiyyətinə və ya istifadəsinə verilməsi mümkün deyildir. Cavabdeh tərəfindən İddiaçı təklif edilən torpaq sahələrinin yerini müəyyən etməyə imkan verən sənədlər (plan-ölçü, fotoşəkillər) məktuba əlavə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuş və cavabdeh tərəfindən qanunsuz sökülmüş an bar binasının əvəzinə Şahbuz qəsəbəsi, Səməd Vurğun küçəsində ümumi sahəsi 37.2 kv.m olan anbar binasının tikilib ona təhvil verilməsi və ona dəymiş 100000 (yüz min) manat maddi və 50000 (əlli min) manat mənəvi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Qeyri dövlət hüquqi şəxslərinin və fiziki şəxslərin əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi haqqında” xx.xx.1997-ci il tarixli, 602 saylı Fərmanına uyğun olaraq, Şahbuz rayon Kooperativlər Cəmiyyətinin idarə heyətinin xx.xx.2000-ci il tarixli 11 saylı və bu qərarın təsdiqi barədə X1 xx.xx.2000-ci il tarixli 33 saylı qərarı ilə Şahbuz qəsəbəsi, S əməd Vurğun küçəsində yerləşən, ümumi sahəsi 37,2 kv.m olan anbar binası ******* (üç milyon dörd yüz yetmiş altı min) manata ona satılmış, Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş 000094 №-li (3 №-li reyestr kitabında 94 №-li qeydiyyat aparılmışdır) “Mülkiyyət hüququ haqqında” Şəhadətnamə ilə Şahbuz qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən, ümumi sahəsi 37,2 kv.m olan anbar binasına xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan anbar binasını 2000-2006-cı illərdə sahibkarlıq fəaliyyəti məqsədi ilə istifadə etməklə ailəsinin maddi tələbatını təmin etmişdir. 2007-ci ildə xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan anbar binası cavabdeh tərəfindən qeyri-qanuni formada sökülmüşdür. Belə ki, cavabdeh qanunvericiliyin tələblərinə əhəmiyyət verməyərək, həmin anbar binasının onun xüsusi mülkiyyətində olduğunu bilə-bilə, əvvəlcədən məlumat vermədən, dəyərini bazar qiymətinə uyğun hesablayıb əvvəlcədən ona kompensasiya şəklində ödəmədən və ya əvəzində hər hansı bir əmlak vermədən, “Naxçıvan MR Ali Məclisinin keçmiş sədrinin göstərişidir, sökülməlidir!” - deməklə, bir günün içərisində illərlə çəkdiyi əziyyət hesabına aldığı həmin anbar binasını uçurub dağıtmışdır. Həmin vaxtlar cavabdeh tərəfindən təminat verilən xüsusi mülkiyyət hüququnu kobud surətdə pozan qeyd olunan qanunsuz hərəkətləri ilə bağlı şikayətlər etdiyinə görə cavabdehin rəhbər vəzifəli şəxsləri Naxçıvan MR Ali Məclisinin keçmiş sədrinin adından onu qanunsuz azadlıqdan məhrum etməklə, öldürməklə hədələdiklərinə görə ailəsini götürüb Naxçıvan MR Şahbuz ray onundan Abşeron rayonuna köçməyə məcbur qalmışdır. Daha sonra, bir neçə dəfə pozulmuş xüsusi mülkiyyət hüququnun bərpası ilə bağlı Naxçıvan MR-in səlahiyyətli dövlət orqanlarına, o cümlədən Cavabdehnə etdiyi müraciətlərinə heç bir rəsmi cavab verilməməklə yanaşı, yenidən eyni hədələrlə hədələnmişdir. Özünün və ailə üzvlərinin həyatından narahat olduğundan xüsusi mülkiyyət hüququnun pozuntusuna susmağa məcbur qalmışdır. 2022-ci ilin sonlarında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında keçirilən əməliyyatdan və 2022-ci ilin dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin istefasından sonra, hüquqları pozulmuş Naxçıvan Muxtar Respublikası sakinlərinin müraciətləri arasında onun müraciəti də dinlənilmiş və ona hüquqla rının bərpası ilə bağlı hazırkı iş üzrə cavabdehə müraciət etməyi tövsiyə olunmuşdur. Həmin tövsiyə əsasında xx.xx.2023-cü il tarixdə pozulmuş xüsusi mülkiyyət hüququnun bərpası ilə bağlı hazırkı iş üzrə cavabdehə müraciət etmişdir. Qeyd olunan müraciətə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmək tövsiyə edilmişdir.

14. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 21(122)-16/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim – E.Hüseynov).

15. Məhkəmə hesab etmişdir ki, Şahbuz qəsəbəsi, Səməd Vurğun küçəsində ümumi sahəsi 37.2 kv.m olan anbar binasının iddiaçının mülkiyyətində olması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Lakin iddiaçı sözügedən tikilinin onun mülkiyyətində olmasını sübut etsə də, həmin əmlakın cavabdeh tərəfindən sökülməsinə dair mötəbər dəlillərə istinad etməmiş, bu hallar məhkəmə araşdırması zamanı da təsdiqini tapmamışdır. Digər yandan, iddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan anbar binasının 2007-ci ildə cavabdeh tərəfindən söküldüyünü bildirsə də, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun inzibati şikayətlər üzrə icraatla bağlı 7-ci fəslində nəzərdə tutulmuş qaydalara uyğun olaraq həmin müddətdə hər hansı şikayət instansiyasına inzibati şikayət verməmişdir ki, bu hal iddiaçıya məxsus olmuş anbar binasının cavabdeh tərəfindən sökülmədiyinə dəlalət edir. İşdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi təsdiq olunmamış, İPM-in 14-cü maddəsinin tələbləri baxımından iddianın əsasını təşkil edən mümkün və mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda da iddiaçı maddi zərərin əvəzini tələb etmək hüququna malik olmamışdır. Tələbin digər hissəsi, yəni 100000 (yüz min) manat maddi və 50000 (əlli min) manat mənəvi ziyan ödənilməsi hissəsi birinci hissəsindən asılı tələb olduğundan, iddianın birinci hissəsinin əsaslı olması barədə məhkəməyə hər hansı dəlil təqdim olunmadığından həmin hissədə də iddia təmin edilməməklə həmin tələblərə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Naxçıvan Muxtar Respu blikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(108)-28/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(122)-16/2025 nömrəli qərarı iddiaçıya dəymiş 100000 (yüz min) manat maddi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində qismən ləğv edilmiş və həmin hissədə yeni qərar qəbul edilmişdir. İddia tələbi iddiaçıya dəymiş 100000 (yüz min) manat maddi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində qismən təmin edilərək, həmin hissədə tələbin əvəzləşdirilməsi yolu ilə torpaq sahəsinin plan ölçüsündə göstərilmiş Şahbuz şəhəri, Azərbaycan küçəs ində yerləşən ümumi sahəsi 300.39 kv.m olan yaşayış kateqoriyalı, qeyri-yaşayış təyinatlı torpaq sahəsinin iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bu hissəyə münasibətdə tələbin qalan hissəsi əsassız olduğundan rədd olunmuşdur.

18. Bundan başqa, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(122)-16/2025 nömrəli qərarı xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuş və cavabdeh tərəfindən qanunsuz sökülmüş anbar binasının tikilib iddiaçıya təhvil verilməsi, 50000 (əlli min) manat mənəvi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissələrinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaş mayaraq bildirmişdir ki, hazırkı iddia tələbi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuş və cavabdeh tərəfindən qanunsuz sökülmüş anbar binasının əvəzinə Şahbuz qəsəbəsi, Səməd Vurğun küçəsində ümumi sahəsi 37.2 kv.m olan anbar binasının tikilib iddiaçıya təhvil verilməsi, iddiaçıya dəymiş 100000 (yüz min) manat maddi ziyanın və 50000 (əlli min) manat mənəvi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi üzrə üç hissədən ibarətdir. Cavabdeh tərəfindən qanunsuz sökülmüş anbar binasının əvəzinə Şahbuz qəsəbəsi, Səməd Vurğun küçəsində ümumi sahəsi 37.2 kv.m olan anbar binasının tikilib iddiaçıya təhvil verilməsi tələbinə münasibətdə kollegiya qeyd etmişdir ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, 5-27/2-425/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı məxsus olmuş və ha zırda sökülmüş mağazanın yerləşdiyi ərazi Şahbuz şəhərinin mərkəzi hissəsində, yəni şəhərin intensiv istifadə olunan hissəsində yerləşir. Sözügedən ərazidə artıq abadlıq işləri aparılmış, gülkarlıq salınmış və əhalinin sərbəst hərəkətini təmin etmək məqsədilə səki düzəldilmişdir. Ərazinin magistral və şəhərdaxili yola yaxın yerləşməsi səbəbindən, həmin hissə yolun mühafizə zonasında yerləşdiyindən, onun kiminsə mülkiyyətinə və ya istifadəsinə verilməsi qanunvericiliyə uyğun olaraq mümkün deyildir. Göstərilənlərdən aydın olur ki, həmin torpaq sahəsi artıq faktiki olaraq ictimai məqsədlərlə istifadə edilir və bu ərazinin əvvəlki vəziyyətinə qaytarılması, yəni ümumi sahəsi 37.2 kv.m olan anbar binasının tikilib iddiaçıya təhvil verilməsi texniki və hüquqi baxımdan mümkün hesab olunmur. Ona gö rə də iddia tələbi həmin hissədə təmin oluna bilməz.

20. İddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair – konkret olaraq, 50.000 (əlli min) manat məbləğində kompensasiyanın dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edilmişdir ki, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, mənəvi zərər – şəxsin anadangəlmə və ya qanunla tanınmış qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, o cümlədən əmlak hüquqlarının pozulması nəticəsində onun keçirdiyi mənəvi sarsıntı və iztirablarda ifadə olunur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il t arixli, 7 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Kollegiya qeyd etmişdir ki, iddiaçı ona mənəvi zərər dəyməsini sübut edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə də əsassız hesab olunur.

21. Bundan belə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçıya məxsus olmuş anbar binasının cavabdeh tərəfi ndən sökülmədiyindən ona maddi zərər vurulmaması barədə gəldiyi nəticəni əsaslı hesab etməyərək bildirilmişdir ki, rayon icra hakimiyyətinin idarəçiliyində olan ərazilərdə şəhərsalma məqsədləri baxımından abadlaşdırma işlərinin aparılması və şəhərsalma fəaliyyəti ilə bağlı digər tədbirlərin, o cümlədən həmin fəaliyyət çərçivəsində müəyyən söküntü işlərinin həyata keçirilməsi və bunun rəsmiləşdirilməsi rayon icra hakimiyyətlərinin məsuliyyət sferasına aiddir. Bu baxımdan cavabdehin rayonda keçirilən hər hansı tədbirdə, o cümlədən konkret mübahisəyə münasibətdə hər hansı obyektin sökülməsi ilə bağlı işlərdə iştirak etməsi və söküntü prosesini etiraz etmədən müşayiət etməsi həmin söküntünün icra hakimiyyəti orqanının razılığı ilə və onun tərəfindən həyata keçirildiyi anlamında qəbul edilməlid ir. Qanunvericiliyin tələblərinə əsasən inzibati orqanlar qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar.

22. Kollegiya iddia tələbinin digər hissəsi olan 100000 (yüz min) manat maddi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın həmin hissəsinə münasibətdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, cavabdeh tərəfindən təklif olunan Şahbuz şəhəri, Azərbaycan küçəsində yerləşən ümumi sahəsi 300.39 kv.m olan yaşayış kateqoriyalı, qeyri-yaşayış təyinatlı torpaq sahəsinin iddiaçıya məxsus olmaqla sökülmüş 37.2 kv.m ölçüdə olmuş anbar binasının əvəzinə ona veriləcəyi təqdirdə bu kompensasiya onun üzləşdiyi ma ddi ziyana mütənasib olmaqla üzərinə fərdi və həddən artıq yük qoyulmuş olmur. Bu halda, kompensasiya tədbiri kimi maddi zərərin torpaq sahəsi verilməsi formasında əvəzləşdirilməsi mütənasiblik prinsipinə də zidd hesab edilmir.

23. Bundan savayı, birinci instansiya məhkəməsi iddia tələbində göstərilən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuş və cavabdeh tərəfindən qanunsuz sökülmüş anbar binasının tikilib təhvil verilməsi, ona dəymiş 50000 (əlli min) manat mənəvi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi hissələrinə münasibətdə iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlsə də, iddia tələbinin maddi zərərin ödənilməsi hissəsinə münasibətdə düzgün nəticəyə gəlməmişdir. İddiaçının sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş MB-18/0832 nömrəli Şahbuz şəhəri, Səməd Vurğun küçəsində yerləşmiş 37,2 kv.m qeyri-yaşayış obyektinin satış və icarə bazar dəyəri haqqında ekspert rəyinə münasibətdə qeyd edilməlidir ki, həmin ekspert rəyi iş materiallarına uyğun olmadığından sübut kimi qəbul edilə bilməz. Belə ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş Şahbuz şəhəri, Səməd Vurğun küçəsində yerləşmiş, ümumi sahəsi 37,2 kv.m olmuş anbar binasının bazar dəyəri, həmçinin Şahbuz rayon Notariat Ofisində rəsmiləşdirilmiş uyğun qeyriyaşayış sahələrinin alqı-satqısı zamanı müəyyən edilən qiymətlər, təqdim edilən ekspert rəyində göstərilən qiymətlərlə uyğunluq təşkil etmir.

24. Kollegiya iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş telefon danışığının əks olunduğu audio diskə münasibətdə qeyd etmiş dir ki, Azərbaycan Respublikası MPMin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Belə ki, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatda da telefon danışığı səs yazısının qeydə alınması üçün digər tərəflərin razılığının alınmadığı, onların xəbərdar edilmədiyi bildirilmişdir. Belə olan halda həmin audio disk iş materiallarına əlavə edilsə də, sübut kimi qiymətləndirilə bilməz.

25. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası zərəri düzgün müəyyən etməmiş, əldən çıxmış faydanı real zərər kimi qəbul etmişdir. Halbuki iddia tələbində real zərərin əvəzi kimi, sökülmüş obyektin yerində eyni ölçüdə yeni obyektin tikilib iddiaçıya təhvil verilməsi, əldən çıxmış fayda kimi isə obyektinin qanunsuz sökülməsi ilə bağlı keçən müddət ərzində adi mülki dövriyyə şəraitində (həmin obyektin qeyd olunan illər ərzində icarə haqları) əldə edəcəyi gəlir kimi 100000 manat tələb edilmişdir. Göründüyü kimi, məhkəmə kollegiyası qeyd olunan normanın tələbini düzgün tətbiq etməmişdir. İddiaçının konstitusion norma ilə qorunan cavabdeh tərəfindən pozulmuş mülkiyyət hüququnun bərpasına dair qaldırdığı hazırkı iddiasına baxan məhkəmə kollegiyasının qərarı əslində, həmin hüququn bərpası deyil, pozu ntunun leqitimləşdirilməsidir. İşə baxan məhkəmə kollegiyası qəbul etdiyi qərarla pozulmuş hüququn bərpasından daha çox iddiaçının mülkiyyət hüququnu kobud surətdə pozan cavabdehin hərəkətlərinə haqq qazandırmağa çalışmışdır. Məhkəmə kollegiyasının həmin qərarda ifadə etdiyi ədalət anlayışı hüquqi düşüncənin deyil, qərəzli və qeyri-obyektiv mövqenin məhsuludur. Cavabdehin açıq-aşkar mülkiyyətin toxunulmazlığı və dövlət tərəfindən müdafiəsi ilə bağlı konstitusion normanın tələblərini pozan hərəkətlərinə inzibati məhkəmə icraatı çərçivəsində düzgün hüquqi qiymət verilməmiş, əksinə, həmin normanın tələbi məhkəmənin özü tərəfindən də üzərinə düşən vəzifənin düzgün icra edilməməsi ilə kobud surətdə pozulmuşdur. Həmin konstitusion normanın tələbi qaydasında, dövlətin mülkiyyətin müdafiəsi ilə bağlı funksiyasını icra edən məhkəmə kollegiyası əslində ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yol verdiyi qərəzli və müstəqil olmayan mövqeyi ilə ədalət mühakiməsinə də xələl gətirmiş, məhkəmə-hüquq sisteminin nüfuzunu sarsıtmışdır. Məhkəmə kollegiyasının mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inamına əsas olmuş səbəblər göstərilməmiş, göstərilmiş əsaslar isə ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı prinsiplərin pozulmasına gətirib çıxarmışdır. Məhkəmə kollegiyası qərarında cavabdehin mübahisəli məktubunda sökülmüş mağazanın yerləşdiyi ərazinin yolun mühafizə zolağına düşməsi ilə bağlı məlumatlarını, dövlət orqanlarından məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın qiyməti ilə bağlı məktublarda qeyd olunanları hansı səbəbdən yox lamadan sübut kimi qəbul etdiyini, eləcə də iddiaçının daşınmaz əmlakın hazırkı bazar dəyəri və icarə bazar dəyəri ilə bağlı məhkəməyə təqdim etdiyi qiymətləndirmə hesabatını qəbul etmədiyini faktlar və sübutlarla əsaslandırmamışdır. Məhkəmə kollegiyası sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Məhkəmə kollegiyası cavabdehin təqdim etdiyi məlumatları yoxlamadan sübut kimi qəbul etmişdir.

27. Apellyasiya instansiya məhkəməsinin qərarının iddianın təmin olunmayan xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuş və cavabdeh tərəfindən qanunsuz sökülmüş anbar binasının tikilib iddiaçıya təhvil verilməsi hissəsi ilə bağlı qeyd etmiş ki, həmin hissədə qərar əsaslandırılmamış, cavabdehin məhkəmə kollegiyasına təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunanlara istinad olunmuş, həmin məlumatların doğruluğu yoxlanılmadan sübut kimi qəbul olunmuşdur. Halbuki həmin məlumatların doğru olmadığı iddiaçının məhkəmə kollegiyasının iclasında iştirak edən nümayəndəsi tərəfindən məhkəmə tərkibinin diqqətinə çatdırılmışdır. Həmin məktubda qeyd olunanlara əsasən iddiaçıya məxsus olmuş və hazırda sökülmüş mağazanın yerləşdiyi ərazi Şahbuz şəhərinin mərkəzi hissəsində, yəni şəhərin intensiv istifadə olunan hissəsində yerləşir. Sözügedən ərazidə artıq abadlıq işləri aparılmış, gülkarlıq salınmış və əhalinin sərbəst hərəkətini təmin etmək məqsədilə səki düzəldilmişdir. Ərazinin magistral və şəhərdaxili yola yaxın yerləşməsi səbəbindən, həmin hissə yolun mühafizə zonasında yerləşdiyin dən, onun kiminsə mülkiyyətinə və ya istifadəsinə verilməsi qanunvericiliyə uyğun olaraq mümkün deyildir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “göstərilənlərdən aydın olur ki, həmin torpaq sahəsi artıq faktiki olaraq ictimai məqsədlərlə istifadə edilir və bu ərazinin əvvəlki vəziyyətinə qaytarılması, yəni ümumi sahəsi 37.2 kv.m olan anbar binasının tikilib iddiaçıya təhvil verilməsi texniki və hüquqi baxımdan mümkün hesab olunmur.” Halbuki qeyd olunan məktuba nə sökülmüş mağazanın yerləşdiyi ərazinin magistral və şəhərdaxili yolun mühafizə zonasında yerləşməsini təsdiq edən hər hansı bir sübut əlavə edilmiş, nə məhkəmə kollegiyası tərəfindən bununla bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, nə də yerində baxış keçirilərək qeyd olunanların doğruluğu yoxlanılmışdır. İddiaçın ın nümayəndəsinin məhkəmə iclasında sökülmüş mağazanın yerləşdiyi ərazinin magistral və şəhərdaxili yolun mühafizə zonasına düşməməsi barədə bildirdiklərinə baxmayaraq, cavabdeh məktubunda qeyd etdiklərini birbaşa sübut kimi qəbul etmişdir. Reallıqda isə sökülmüş mağazanın yerləşdiyi ərazi yolun hərəkət hissəsinin mərkəzindən 30 metr məsafədən sonra olan hissədə, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR Ərazi İdarəsinin Şahbuz rayon şöbəsi ilə avtomobil yolunun 30 metrlik mühafizə zonası arasında yerləşir.

28. Bundan əlavə, işə baxan məhkəmə kollegiyası iddiaçının xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuş və cavabdeh tərəfindən qanunsuz sökülmüş anbar binasının tikilib ona təhvil verilməsinin texniki və hüquqi cəhətdən mümkün olmamasını əsaslandırmam ışdır. Əksinə, sökülmüş mağazanın yerləşdiyi ərazinin yaxınlığından keçən yol yaşayış məntəqələrinin hüdudlarında yerləşdiyindən avtomobil yolunun (respublika və yerli əhəmiyyətli olan magistral və şəhərdaxili yol olmasından asılı olmayaraq, yolun həmin hissəsində qorunma (mühafizə) zolaqları müəyyən edilməmişdir. Hətta qeyd olunan yolun həmin hissəsində qorunma (mühafizə) zolaqları müəyyən edilmiş olsaydı və sökülmüş mağazanın yerləşdiyi ərazi mühafizə zonasına düşsəydi belə, avtomobil yolları haqqında qanunvericiliyin, o cümlədən “Avtomobil yolları haqqında” Qanunun tələbləri iddianın həmin hissədə təmin olunmasının mümkün olduğunu deməyə əsas verir. Həmin yolun iddiaçının sökülmüş mağazasının yerləşdiyi ərazinin yaxınlığından keçən hissəsi yaşayış məntəqələrinin hüdudlarında yerləşir. Ona görə də, yolun həmin hissəsində respublika əhəmiyyətli olmasına baxmayaraq, “Avtomobil yolları haqqında” Qanunun 15-1-ci maddəsinə əsasən, qorunma (mühafizə) zolaqlarının müəyyən edilməsi istisna edilir. Bu, öz təsdiqini həmin yol boyunca və yaşayış məntəqələrinin hüdudlarında yerləşən hissədə inşa edilmiş sosial, ticarət, ictimai iaşə və digər xidmət obyektlərinin yerləşmə məsafəsində də tapır. Belə ki, həmin yol boyunca yaşayış məntəqələrinin hüdudlarında inşa edilmiş bütün obyektlərdə yolun qorunma (mühafizə) zolağına dair tələblər, o cümlədən 30 m məsafə tələbi gözlənilməmiş, obyektlərin demək olar ki, hamısı yolun hərəkət hissəsinin mərkəzindən 15-20 metr məsafədə inşa edilmişdir. Bununla yanaşı, hətta yolun həmin hissəsində qorunma (mühafizə) zolağı müəyyən edilmiş olsaydı belə, iddianın xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuş və cavabdeh tərəfindən qanunsuz sökülmüş anbar binasının tikilib ona təhvil verilməsi hissəsində təmin edilməsi, “Avtomobil yolları haqqında” Qanunun tələblərinin pozulmasına gətirib çıxarmazdı. Yuxarıda qeyd olunanlar, “Avtomobil yolları haqqında” Qanunun sadalanan normaları və işin faktiki halları qarşılıqlı təhlil olunduqda aydın görünür ki, işə baxan məhkəmə kollegiyasının qərarı iddianın xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuş və cavabdeh tərəfindən qanunsuz sökülmüş anbar binasının tikilib ona təhvil verilməsinin təmin edilməməsi hissəsində qanunsuzdur və maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə qəbul olunmuşdur.

29. İşə baxan məhkəmə kollegiyasının qərarı iddianın mənəvi z iyanın ödənilməsinin təmin edilməməsi hissəsində də qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmə kollegiyası iddiaçıya məxsus olmuş obyektin sökülməsi ilə bağlı cavabdehin qanunsuz hərəkətlərinin və hərəkətsizliyinin olduğu qənaətinə gəlmiş olsa da, həmin qanunsuz hərəkətlərin və hərəkətsizliyin nəticəsində iddiaçıya mənəvi ziyanın dəymədiyi, iddiaçının belə ziyanın dəydiyini sübut edə bilmədiyi qənaətinə gəlmişdir. Hər bir halda, məhkəmə kollegiyası həmin hissədə də mövqeyini əsaslandıra bilməmişdir. İşə baxan məhkəmə kollegiyasının qərarını iddianın qismən təmin olunan hissəsində də əsassız və qanunsuz hesab edirlər. İlk öncə, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası real zərərlə, əldən çıxmış faydanı müəyyən etməmiş, əldən çıxmış fayda kimi tələb olunan 100000 (yüz min) manat zərəri r eal zərər kimi qəbul etmiş və həmin zərərin kompensasiyası kimi, tələbin əvəzləşdirilməsi yolu ilə torpaq sahəsinin plan ölçüsündə göstərilmiş Şahbuz şəhəri, Azərbaycan küçəsində yerləşən ümumi sahəsi 300.39 kv.m olan yaşayış kateqoriyalı, qeyri-yaşayış təyinatlı torpaq sahəsinin iddiaçıya verilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. İddianın təmin olunan hissəsində qərarın qanunsuzluğu ilə bağlı bildirilməlidir ki, iddiaçı tələbin əvəzləşdirilməsinə hər hansı bir formada (nə məhkəməyə təqdim olunmuş yazılı ərizədə, nə də məhkəmə iclaslarında şifahi formada) razılığını bildirməmişdir. Belə olan halda, iddiaya baxan məhkəmə kollegiyasının iddia tələbini əvəzləşdirmə yolu ilə qismən təmin etməsi qanuni hesab oluna bilməz. Belə ki, iddia tələbini dəqiqləşdirmək, dəyişdirmək (iddia tələb inin həcmini azaltmaq və ya artırmaq), iddiaçının hüququ olduğu halda, iddia tələbinə qanunauyğun qaydada baxmaq və qərar qəbul etmək isə işə baxan məhkəmənin vəzifəsi idi. Digər tərəfdən, işə baxan məhkəmə kollegiyası hazırkı qərarla oxşar işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsindən fərqli mövqe ifadə etdiyindən (vahid məhkəmə təcrübəsini dəyişdiyindən) həmin qərara xüsusi nişan (⁎-4) təyin etməli və Elektron Məhkəmə İnformasiya Sistemində bununla bağlı izah yerləşdirməli idi. İşə baxan məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyasının qərarı eyni zamanda, iddiaçının tələbinin əvəzləşdirilməsinə hər hansı razılığı olmasa da, iddianın təmin olunan hissəsində o zaman ədalətli hesab oluna bilərdi ki, əvəz edən tələb (300 kv.m torpaq sahəsi) əvəz olunan tələbə (dəyəri iddiaçı tərəfindən 100000 manat qiymətləndirilən ümumi sahəsi 37.2 kv.m obyektə) bərabər və ya yaxın olsun. İşə baxan məhkəmə kollegiyasının cavabdeh tərəfindən iddiaçıya təklif olunan 300 kv.m (ümumi dəyəri təxminən 1500 (100 kv.m = 500 manat) manat olan) torpaq sahəsini dəyəri iddiaçı tərəfindən 100000 manat qiymətləndirilən ümumi sahəsi 37.2 kv.m olan obyektə münasibətdə ağlabatan hesab etməsi və həmin torpaq sahəsinin iddiaçıya məxsus olmuş tikintinin əvəzinə veriləcəyi təqdirdə üzləşdiyi məhdudiyyətlərə tam şəkildə mütənasib olmaqla onun üzərinə fərdi və həddən artıq yük qoyulmuş olmaması qənaətinə gəlməsi, hakimin ya ədalət anlayışından xəbərsiz olduğunu, yaxud da cavabdehdən asılı olmaqla, birbaşa onun q anunsuz göstərişini icra etdiyini aydın şəkildə göstərmiş olur. Qeyd olunan hər iki hal, ədalət mühakiməsinə xələl gətirməklə yanaşı, ölkədə aparılan məhkəmə hüquq islahatlarına kölgə salmış olur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz mübahisələndirilən qərara uyğun əsaslandırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

31. Azərbaycan Respublikası Konstitusiyası: İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləy aqəti əleyhinə istifadə edilə bilməz.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 1100 Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyula bilər Maddə 1096.1. Mülk i hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir)

33. İnzibati icraat haqqında Azərbaycan Respublikasının qanunu: Maddə 89 İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2 bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə d air işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhk əmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması t əmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

39. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

40. İlk öncə bildirilməlidir ki, əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

41. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətind ən məhrum edilə bilməz. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və prosedurlara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməzdən öncə hazırkı işlə analoji olan digər işlərə ba xılması zamanı iddia tələbinə qiymət verərkən məhkəmələr tərəfindən diqqət edilməli olan halları qeyd etməyi zəruri hesab edir.

43. Bu zaman ilkin olaraq iddianın mümkünlük şərti baxımından iddiaçının subyektiv hüququnun mövcudluğu yoxlanılmalıdır. Subyektiv hüquq dedikdə isə şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Bu məqamda xüsusi ilə bildirilməlidir ki, iddiaçının subyektiv hüquqa malik olması iddianın mütləq təmin edilməsi üçün əsas olmadığından iddiaçının iddia etdiyi tikiliyə münasibətdə hansı hüquqmüəyyənedici sənədlərə sahib olması aydınlaşdırılmalıdır. Bu konteksdə qeyd olunmalıdır ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər.

44. İşin mahiyyəti ilə bağlı isə məhkəmələr ilk öncə iddia edilən tikilinin əvvəllər həqiqətən mövcud olub-olmaması, olduğu təqdirdə sökülüb-sökülməməsi, sökülmüşdürsə, nə vaxt sökülməsi, eləcə də mümkün olduğu halda tikilinin əvvəlki vəziyyətini müəyyənləşdirməlidir.

45. Bu hallara qiymət verildikdən sonra isə bu söküntünün məhz cavabdeh tərəfindən həyata keçiril ib-keçirilməməsi aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, Mülki qanunvericiliyin tələbinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (maddə 1100). Həmçinin İnzibati İcraat haqqında qanunvericiliyin tələbindən bilindiyi kimi, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə m üəyyən olunmuş qaydada məsuliyyət daşıyır (maddə 89). İnzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da faktiki hərəkət və ya hərəkətsizlik edilməsi); həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması.

46. Zərərlə (real zərər, əldən çıxmış fayda) bağlı isə məhkəmələr nəzərə almalıdır ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozul masaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Vurulmuş ziyanın ödənilməsi zamanı ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda sökülmüş əmlakın real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sair xüsusatlar nəzərə alınmalıdır.

47. Əldən çıxmış fayda ilə bağlı iddia tələbinə qiymət verərkən məhkəmələr nəzərə almalıdır ki, cavabdehdən tutulmalı olan zərər məbləğini müəyyənləşdirərkən iddiaçının zərər vurulma anınadək faktiki əldə etdiyi və ya bağla dığı əqdlər əsasında əldə edəcəyi gəlirlərə dair sübutlar mövcud olmalıdır.

48. Mənəvi zərərlə bağlı isə məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu zaman isə mənəvi zərərin dəyməsi barədə mötəbər sübutların təqdim edilməsi iddiaçının üzərinə düşür.

49. Məhkəmə kollegiyası xüsusi ilə vurğulayır ki, cavabdeh tərəfindən iddiaçıya məxsus əmlakın ictimai maraqlar və ictimai rifah naminə, o cümlədən şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sökülməsi belə, ədalətli kompensasiyanı istisna edən və ya onun məbləğinə təsir edən (azaldılmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz

50. Bundan başqa, iddia tələbinin sökülmüş tikilinin bərpası və bu tələbin mümkünsüzlüyü ilə bağlı nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və sair) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyula bilər (MM 1115-ci maddə). Göründüyü kimi, iddiaçının sökülmüş əmlakının əvvəlki vəziyyətdə bərpa edilməsini tələb etməyə subyektiv hüququ olsa da, məhkəmə işin hallarını nəzərə alaraq zərərin naturada bərpa yolu aradan qaldırılmasının mümkünlüyünü araşdırmalıdır. Bu zaman məhkəmələr tərəfindən iddia edilən əmlakın əvvəlki vəziyyətinə qaytarılmasının mümkünsüzlüyü barədə nəticəyə gəldikdə isə həmin əmlaka əvəz olaraq adekvat əmlak müəyyən edilə bilər.

51. Məhkəmələr tərəfindən yuxarıda qeyd olunan göstərişlərə əməl edilməyərək həmin hallara qiymət vermədən gəldiyi nəticə iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki halların müəyyən olunmaması kimi qiymətləndirilməsinə səbəb olacaqdır.

52. Hazırkı işə münasibətdə iddiaçının hüquqi marağı “qanunsuz sökülmüş anbar binasının əvəzinə eyni yerdə yeni anbar binasının tikilib ona təhvil verilməsi, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi”nə nail olmaqdan ibarətdir.

53. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının Şahbuz qəsəbəsi, S.Vurğun küçəsi ndə yerləşən ümumi sahəsi 37,2 kv.m olan anbar binasının qanuni əsaslarla mülkiyyətçisi olması, tikilinin cavabdeh tərəfindən abadlaşdırma məqsədilə sökülməsi işin mübahisəsiz hallarını təşkil etmişdir.

54. Məhkəmə kollegiyası ilk öncə tələbin qanunsuz sökülmüş anbar binasının əvəzinə anbar binasının tikilib ona təhvil verilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı saydığını bildirir.

55. Belə ki, yuxarıda qeyd olunduğu kimi mülki qanunvericilikdə zərərin vurulmasına görə məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və sair) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyula bilər. İddiaç ının bu hüququnun olmasına baxmayaraq məhkəmə işin hallarını nəzərə alaraq zərərin naturada bərpa yolu aradan qaldırılmasının mümkünlüyünü araşdırmalıdır.

56. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçıya məxsus olmuş və hazırda sökülmüş mağazanın yerləşdiyi ərazi Şahbuz şəhərinin mərkəzi hissəsində, yəni şəhərin intensiv istifadə olunan hissəsində yerləşir. Sözügedən ərazidə artıq abadlıq işləri aparılmış, gülkarlıq salınmış və əhalinin sərbəst hərəkətini təmin etmək məqsədilə səki düzəldilmişdir.

57. Göründüyü kimi, sökülmüş obyektin altındakı torpaq sahəsi artıq faktiki olaraq ictimai məqsədlərlə istifadə edildiyindən bu ərazinin əvvəlki vəziyyətinə qaytarılması, yəni ümumi sahəsi 37.2 kv.m. olan anbar binasının tikilib iddiaçıya təhvil verilməsinin texni ki və hüquqi baxımdan mümkün olmaması iş materialları ilə müəyyən edilmişdir.

58. İddia tələbinin digər hissəsi olan mənəvi zərərlə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı, kassasiya şikayətinin “məhkəmə buna dair mövqeyini əsaslandıra bilməməsi” dəlilini isə əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, iş materiallarından göründüyü kimi, iddiaçı ona mənəvi zərər dəyməsini sübut edən hər hansı mötəbər sübutları təqdim etməmişdir. Göründüyü kimi, kassasiya şikayətindəki bu dəlillər ancaq subyektiv mülahizə olmuşdur.

59. Bundan başqa, maddi zərərin ödənilməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri də əsassızdır. Mübahisələndirilən qərardan göründüyü kimi, iddia tələbi bu hissədə qismən təmin edilməklə sökülmüş qeyri yaşayış sahəsinin dəyəri nəzərə alınmaqla tələ bin əvəzləşməsi yolu ilə cavabdeh tərəfindən təklif edilən daha çox ölçüdə olan torpaq sahəsinin iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

60. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubu əsasından müəyyən edilmişdir ki, iddia edilən Şahbuz şəhəri, Səməd Vurğun küçəsində yerləşən, ümumi sahəsi 37,2 kv.m olmuş anbarın 2007-2019-cu illərə dair bazar qiyməti yuvarlaq olaraq 4500- 20200 manat aralığında müəyyənləşdirilə bilər.

61. Bundan başqa, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin digər məktubu əsasında o da müəyyən edilmişdir ki, Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən 225,0 kv.m torpaq sahəsinin hazırkı dövrdə bazar qiyməti 630 0-7000 manat, Şahbuz şəhəri, Azərbaycan küçəsində yerləşən 305,0 kv.m torpaq sahəsinin hazırkı dövrdə bazar qiyməti isə 5800-9200 manat aralığında müəyyənləşdirilə bilər.

62. Göründüyü kimi, tələb edilən əmlaka adekvat əmlak təklif edilmişdir. Odur ki, hazırkı halda kompensasiya tədbiri kimi maddi zərərin torpaq sahəsi verilməsi formasında əvəzləşdirilməsi mütənasiblik prinsipinə zidd hesab edilməməlidir.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən təklif olunan Şahbuz şəhəri, Azərbaycan küçəsində yerləşən ümumi sahəsi 300.39 kv.m olan yaşayış kateqoriyalı, qeyri yaşayış təyinatlı torpaq sahəsinin sökülmüş 37.2 kv.m ölçüdə olmuş anbar binasının əvəzinə iddiaçıya veriləcəyi təqdirdə, bu kompensasiya onun üzləşdiyi maddi ziyana mütənasib olmaqla üzərinə fərdi və həd dən artıq yük qoyulmuş olmur.

64. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin satış və icarə bazar dəyəri haqqında ekspert rəyinin iş materiallarına uyğun olmadığından sübut kimi qəbul edilməməsi mövqeyini də əsaslı hesab edərək bildirir ki, iş materiallarından göründüyü kimi Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş Şahbuz şəhəri, Səməd Vurğun küçəsində yerləşmiş, ümumi sahəsi 37,2 kv.m olmuş anbar binasının bazar dəyəri, həmçinin Şahbuz rayon Notariat Ofisində rəsmiləşdirilmiş uyğun qeyri-yaşayış sahələrinin alqı-satqısı zamanı müəyyən edilən qiymətlər, təqdim edilən ekspert rəyində göstərilən qiymətlərlə uyğunluq təşkil etməmişdir.

65. Kassasiya şikayətinin “əvəzləşdirmənin əsassızlığı” dəlilinə müna sibətdə məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə qanunsuz sökülmüş anbar binasının əvəzinə həmin ərazidə yeni anbar binasının tikilib ona təhvil verilməsinin mümkünsüz olması müəyyən edildiyindən və tələbin əvəzləşdirilməsi mütənasiblik prinsipinə zidd olmadığından əvəzləşdirmə ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi də əsaslı hesab edilməlidir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1115-ci maddəsi zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəməyə seçim imkanı verir. Buna görə, məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə qoya bilər. Hazırki işdə d ə məhkəmə məhz bu qaydada davranmışdır və belə davranış işin halları nəzərə alındıqda mütənasib və ağlabatan olmaqla fərdi və ümumi maraqlar nəzərə alındıqda iddiaçının üzərinə həddən artıq yük qoyulması vəziyyəti yaratmır.

66. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyas ının xx.xx.2025-ci il tarixli, 2-1(108)-28/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar