Məhkəmə qərarları › İş №2-1(102)-370/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-370/2022

08.02.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-370/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina, qanuni əsaslarla tərxis olunma. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-N630/202N nömrəl i, 28 oktyabr 202N-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir.

2. Cavabdeh N/V-N0576 nömrəli, N4 avqust 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Mərkəzi Arxivin N5.NN.20N7-ci il tarixli, 9/2-20523 nömrəli arayışına əsasən, N8NN0(70N) nömrəli hərbi hissədə oktyabr, noyabr, dekabr N99N-ci ilin nizami hissə üzrə əmrlər kitabında İddiaçı xidməti haqqında məlumat olmadığından ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabde hə qarşı məhkəmədə iddia qaldıraraq, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. Müharibə veteranı adı və vəsiqəsi almaq üçün Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Halbuki, o, döyüş zamanı yaralanmışdır. Onun döyüşlərdə iştirak etdiyini və yaralandığını təsdiq edən döyüş yoldaşları var. Bu hal, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının N7 yanvar 20N8-ci il tarixli, 294 saylı Qərarı ilə də təsdiq edilir. Həmin qərarda göstərilib ki, onun aldığı xəsarət “Hərbi travmadır, Azərbaycan Respubliaksinin Müdafıəsi zamanı alınmışdır”. Lakin bütün bunlara baxmayaraq, Müdafiə Nazirliyi ona müharibə veteranı adı və vəsiqəsi verməkdən imtina etmişdir.

5. Cavabdeh iddiaya etiraz təqdim etmişdir. Etirazda imtina məktubunda qeyd edilən əsaslara istinad edilmiş və əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş, ******* nömrəli hərbi biletin (kserosurət) 7-ci və N3-cü səhifələrində xidməti barədə aparılmış yazı qeydlərində dəqiq olaraq harada və hansı hərbi hissələrdə, eləcə də hansı illərdə xidmət keçməsi barədə məlumatlar müəyyən edilmir. Bu səbəbdən də iddia tələbi əsaslı sayılaraq təmin edilə bilməz.

6. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N770/202N saylı, 24 fevral 202N-ci il tarixli qərarı ilə (hakim: A.P.Oruczadə) iddia tələbi rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından, iddiaçının belə bir mötəbər sübut kimi istinad etdiyi hərbi biletdə əks olunan məlumatlar AR Müdafiə Nazirliyinin Mərkəzi arxivinin və xidmət etdiyini irəli sürdüyü hərbi hissənin sair rəsmi aktları ilə dəstəklənmədiyindən, iddia s übuta yetirilmiş sayıla bilməz.

8. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-N630/202N nömrəli iş üzrə 28 oktyabr 202N-ci il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N770/202N saylı, 24 fevral 202N-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. N0. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. NN. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməsinə dair qəra r qəbul olunmasını və ya işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri N2. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə faktiki olaraq cavabdeh inzibati orqanın həyata keçirdiyi qərəzli hüquqi mövqeyi əsas götürərək, iddia tələbini təmin etməmiş, iddia tələbini hansı əsasla rədd etdiyini əsaslandıra bilməmiş, işin faktiki hallarını formal olaraq qərara köçürməklə, məsələnin hüquqi tərəflərinə münasibət bildirməmişdir. Bütün məhkəmə iclaslarında təqdim edilən sənəd və sübutlar onu göstərmişdir ki, iddiaçının müharibə iştirakçısı olması, orada yaralanaraq, sağlamlığını itirmə si işin mübahisəsiz halıdır. Məhkəmə cavabdeh orqanın öz etirazında istinad etdiyi Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin müddəalarını sadalayaraq (hansı ki, iddiaçının xeyrinə qərar qəbul edilməsi üçün kifayətdir), sonradan, yəni 28.09.20N8-ci il tarixdə həmin normaya edilmiş dəyişikliklərə əsasən hərbi biletlə yanaşı arxiv arayışının olmasının vacibliyini vurğulayır. Halbuki, iddiaçının arxiv arayışları da vardır. Eyni zamanda, iddiaçının hüququnun yaranma anına diqqət yetirilmir. 20N8-ci il tarixdə edilmiş dəyişiklik N99N-ci ildə yaranmış və bu günə kimi davam edən hüquqa ağırlaşdırımış hal olaraq tətbiq edilə bilməz. L akin bütün bunlardan sonra məhkəmənin gəlmiş olduğu nəticə bütün hüquq normalarının pozulmasından başqa bir şey deyildir. Çünki verilən izahatlardan və təqdim edilən sübutlarda da göründüyü kimi, iddiaçının müharibə iştirakçısı olması, yaralanması təkzib edilə bilməz Hər hansı qanun pozuntularının və ya qanuna edilmiş dəyişikliyinin iddiaçının hüququnun pozulmasına heç bir aidiyyəti olmamalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri N3. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ N4. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar:.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilmə si. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına t ərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. N5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd N. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N9 94cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının v ə ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edə n hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000- ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. N6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə N4.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu kon kret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Ma ddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ N7. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. N8. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ N9. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

20. Belə ki, kassasiya şikayətində qeyd edilir ki, məhkəmədə verilən izahat və təqdim edilən sübutlarla iddiaçının müharibə iştirakçısı olması və yaralanması faktı təsdiq edilir. Bu zaman iddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının N7 yanvar 20N8-ci il tarixli, 294 saylı Qərarına istinad olunur. Həmin qərarda qeyd edilir ki, iddiaçının bədənində odlu qəlpə yaraları var. 2N. Məhkəmə tərkibi iddiaçının mövq eyi ilə razılaşmayaraq bildirir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının N7 yanvar 20N8-ci il tarixli, 294 saylı Qərarı hazırkı iddianın təmin edilməsi üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin qərarın qəbul edilməsinə əsas olan müayinə aktı tibb və hərbi hissə sənədləri əsasında deyil, iddiaçının öz sözlərindən istifadə olunmaqla tərtib edilmişdir və eyni zamanda, rentgen müayinəsinin nəticələrinə görə, iddiaçının bədənində kəllə, hər iki əl, sol baldır sümüklərində travmatik dəyişikliklər, metal qəlpə tapılmamışdır. (Ekspertiza qarşısında qoyulmuş suallara tam və hərtərəfli cavab vermək üçün İddiaçı 08.0N.20N8-ci il tarixli N3 saylı göndərişlə MN MHP-na rentgenoloq və travmotoloqun müayinəsinə göndərilm işdir. MN MHP-nin Rengenologiya şöbəsinin rentgenoloqunun 08.0N.20N8-ci il tarixli müayinəsi: R-qr.No792: Kəllə, hər iki əl, sol baldır sümüklərində travmatik dəyişikliklər tapılmadı. Metal qəlpə tapılmadı).

22. Bundan əlavə iş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi cavabdehə 04 oktyabr 202N-ci il tarixdə 2-N(N03)-N630/202N saylı sorğu göndərərək bildirmişdir ki, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının Qərarı ilə iddiaçının “odlu qəlpə yaralanması nəticəsində aldığı travma” - “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi şəhadətləndirilmiş, lakin Nazirliyin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya tərəfindən ona “müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdi r. Bu iki hal bir-birinə zidd olduğundan bu hal aydınlaşdırımalıdır.

23. Verilmiş sorğuya cavab olaraq cavabdeh 22 oktyabr 202N-ci il tarixli, NN/5060 saylı məktubla qeyd etmişdir ki, iddiaçının “...Hərbi- travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi - şəhadətləndirilməsinə baxmayaraq, onun N () nömrəli hərbi hissənin tərkibində N99N-ci ilin oktyabr ayından N992-ci il N9 fevral tarixinədək hərbi xidmət keçməsi arxiv sənədləri ilə təsdiq edilmədiyindən, həmçinin, yaralanmadan sonrakı müddətlərdə onun yenidən hərbi xidmətə qayıtması barədə məlumatlar olmadığından müraciət barədə müsbət qərar qəbul edilməmişdir.

24. Məhkəmə tərkibi bildirir ki, cavabdehin qeyd etdiyi həmin hallar iş materiallarına əlavə olunmuş arxiv arayışı və iddiaçının hərbi biletinin qeydləri, h abelə hərbi prokurorluğun və cavabdehin birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq ünvanladığı məktublarda təsbit olunan məlumatlarla da öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş N5 noyabr 20N7-ci il tarixli № g/r-20523 saylı və 02.N0.2020-ci il tarixli 9/2-9855 nömrəli arxiv arayışında aşağıdakılar təsbit olunur: -“N () nömrəli hərbi hissə komandirinin N9.02.N992-ci il tarixli 38 №-li əmrilə (əsas: N səh.5, sıra-N7) İddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq tutduğu vəzifəsindən azad edilmiş; N () nömrəli hərbi hissə komandirinin oktyabr-noyabrdekabr N99N-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.”

25. Eyni zamanda, cavabdehin bir inci instansiya məhkəməsi tərəfindən verilən sorğuya 9/2-9796 nömrəli 30 sentyabr 2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Könüllü xidmətə gəlmiş İddiaçı N №-li hərbi hissənin N99N-ci il tarixli adlı siyahılar qovluğunda (əsas: səh-N30, sıra-2, məlumatda atasının adı Məhyətdin yazılmışdır) 26 Bakı Komissarlığından çağırılmış şəxsi heyətin siyahısında N967-ci il təvəllüdlü sıravi İddiaçı adı qeyd edilmişdir. N () №-li hərbi hissə komandirinin N9 fevral N992-ci il tarixli 38 №-li əmrilə (əsas: səh 5, N, sıra N7) İddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq tutduğu vəzifədən azad edilmişdir. N №-li hərbi hissə komandirinin oktyabr-dekabr N99N-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçı barəsi ndə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır...”

26. Həmçinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin 2N oktyabr 2020-ci il tarixli 539 nömrəli məktubunda qeyd edilmişdir: “Hərbi uçotda olan N967-ci il təvəllüdlü İddiaçı 20.NN.N985ci il tarixdən N7.NN.N987-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, N9.09.20NN-ci il tarixdə idarə tərəfindən hərbi qeydiyyata götürülmüşdür. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirakı barədə arxiv-uçot sənədlərində məlumat aşkar edilməmişdir. Vətəndaş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidməti barədə məlumatı Azərbaycan Respublikası nin Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən alınması tövsiyyə olunmuşdur.”

27. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən, könüllü hərbi xidmətə gəlmiş İddiaçı adı N №-li hərbi hissənin şəxsi heyətinin qovluğuna daxil edilsə də, sonradan, N992-N993-cü illərdə hərbi hissənin şəxsi heyət əmrlərində onun xidməti barədə məlumatlar aşkar edilməmişdir. Odur ki, istinad edilən arxiv arayışından da göründüyü kimi, iddiaçı hərbi hissə komandirinin N9 fevral N992-ci il tarixli 38 №-li N №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq tutduğu vəzifədən azad edilmişdir.

28. Bundan əlavə, iddiaçının işə əlavə olunmuş hərbi biletinin surətindən də görünür ki, hərbi biletin “döyüş əməliyyatlarında iştirakına dair” qrafasında onun hərb i hissədən qanuni əsaslarla ehtiyata buraxıldığını göstərən heç bir qeyd mövcud deyil.

29. Qeyd edilənlərin məntiqi nəticəsidir ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun məhkəmənin sorğusuna ünvanladığı 06 noyabr 2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, iddiaçının adı – Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun İstintaq İdarəsində Müdafiə Nazirliyinin 70N nömrəli hərbi hissəsinin şəxsi heyətinin qrup halında fərarilik etməsi və silah-sursatın itirilməsi faktı üzrə istintaq olunaraq icraatı dayandırılmış 200N55 №-li cinayət işinin materiallarında fərarilik etmiş hərbi qulluqçuların siyahısında qeyd olunmuşdur.”

30. Bu qərarın N4-N5-ci bəndlərində istinad edilən qanunvericilik aktlarının tələblərindən göründüyü kimi, müharibə veteranı adı şəxsin hərbi xidmətdə olduğu orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 3N. İddiaçının həm hərbi biletinə və Müdafiə Nazirliyinin arxiv arayışına əsasən, onun N994-cü ilin may ayının N2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi və qanuni əsaslarla ehtiyata buraxıldığı «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamədə təsbit edilən sənə dlərlə öz təsdiqini tapmır. Əksinə, onun mübahisələndirilən 70N saylı hərbi hissəni özbaşına tərk edib qayıtmadığı sübuta yetirilir. Halbuki, İPM-in N4.3-cü maddəsinin tələbi baxımından müharibə veteran adı verilməsi barədə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. Belə olan halda, cavabdeh tərəfindən N4.08.2020-ci il tarixli imtina məktubu ünvanlayaraq ona veteran statusunun verilməsindən imtina olunması tam əsaslıdır. Belə olan halda isə cavabdehin iddiaçıya veteran statusunun verilməsindən imtinası sonuncunun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İPM-nin 73.N-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qo yur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsi faktlar nöqteyi-nəzərindən işin hallarına və maddi hüquq normalarına uyğun nəticədir.

32. Beləliklə də, məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Odur ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-N630/202N saylı iş üzrə 28 oktyabr 202N-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar