Məhkəmə qərarları › İş №2-1(102)-372/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-372/2023

03.02.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-372/2023 03.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi və Baş X10 İdarəsinin 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X7 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin ödənilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi və Baş X10 İdarəsinin 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X3rşı “iddiaçının sahibliyində olan 10KL339 dövlət qeydiyyat nişanlı mersedes markalı minik avtomobilinin texniki baxışdan keçirilməməsi ilə bağlı ona təyin edilmiş cərimə qərarlarının qanunsuz sayılması barədə Abşeron rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarına və Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyul 2021-ci il tarixli yekun qərarına uyğun olaraq, cavabdehin üzərinə həmin məlumatların uyğun informasiya sistemindən silinməsi və avtomobilin texniki baxışdan keçirilməsi öhdəliyinin qoyulması, cavabdehin davamlı və kütləvi xarakter alan qanunsuz hərəkətləri nəticəsində ona vurulan mənəvi ziyanın əvəzi kimi cavabdehlərdən onun xeyrinə 10.000 manat kompensasiyanın tutulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2-1(105)-481/2022 nömr əli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən ** KL *** dövlət nömrə nişanlı Mersedes markalı minik avtomobilinin texniki baxışdan keçirilməməsi ilə bağlı BDYPİ-nin 05 sentyabr 2019-cu il tarixli, N 016- 17373Q saylı və 13 sentyabr 2019-cu il tarixli, N 016-77406Ə saylı qərarlarını, o cümlədən BDYPİ-nin 05 aprel 2019-cu il tarixli, EQ 965906 saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin 12 may 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (qərarı): BDYPİ-nin 15 iyun 2019-cu il tarixli. EQ ******* saylı inzibati cə rimə protokolu (qərarı): BDYPİ-nin 07 iyul 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolu (qərarı): BDYPİ-nin 17 avqust 2019-cu il tarixli, EQ ******* saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin 08 sentyabr 2019-cu il tarixli. EQ ******* saylı inzibati cərimə protokolu (qərarı); BDYPİ-nin EQ ******* saylı inzibati cərimə protokolu (bu protokolla bağlı ona göndərilən SMS mesajda başqa məlumatlar qeyd olunmayıb, bu səbəbdən, yalnız nömrəsi göstərilir) qanunsuz olduqları üçün ləğv edilməsi, BDYPİ-nin yuxarıda qeyd olunan qərarlarını qanunsuz saymaqla yanaşı, bütün cərimələr ödənilmədən avtomobilin texniki baxışdan keçirilməsindən imtinanın və həmin müddətdə ona yeni inzibati cərimələr yazılmasının qanunsuz olduğunu məhkəmə qərarında xüsusi vurğulanması barədə qərar qəb ul edilməsini xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 3(012)-335/2021 nömrəli qərarı ilə şikayət təmin edilmiş inzibati cərimə qərarları ləğv edilmiş və başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-432/2021 nömrəli 16 iyul 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir.

3. İddiaçı 7 dekabr 2021-ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət edərək 10KL339 dövlət qeydiyyat nişanlı Mersedes markalı minik avtomobilinin texniki baxışdan keçirilməməsi ilə bağlı ona təyin edilmiş cərimə qərarlarının qanunsuz sayılması barədə Abşeron rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarına və Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyul 2021-ci il tarixli yekun qərarına uyğun olaraq həm in cərimələrin silinməsini, avtomobilin texniki baxışdan keçirilməsini və 3 ildən çox davam edən qanunsuz hərəkətləri nəticəsində ona vurulan mənəvi zərərə görə 10.000 manat kompensasiyanın ödənilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi sonradan iddia tələbinə dəyişiklik edilməsi barədə ərizələr ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək son olaraq iddia tələbinə dəyişiklik edilməsi barədə ərizə təqdim edərək, 1) BDYPİ-nin ** KL *** dövlət nömrə nişanlı Mersedes markalı minik avtomobilinin 2018-ci ildə texniki baxışdan keçirilməməsi ilə bağlı pozuntuya görə təyin etdiyi inzibati cərimə qərar və protokollarının qanunsuz sayılması və iş üzrə icraata xitam verilməsi barədə Sumqayı t Şəhər Məhkəməsinin 25 aprel 2019-cu il tarixli və Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021ci il tarixli qanuni qüvvəyə minmiş qərarlarına uyğun olaraq, BDYPİ-nin həmin pozuntu ilə bağlı inzibati tənbeh haqqında elektron protokolları barədə bütün məlumatların qurumun informasiya sistemindən silinməsi və avtomobilin texniki baxışdan keçirilməsi öhdəliyinin qoyulmasını, 2) cavabdehlərin üzərinə ** KL *** dövlət nömrə nişanlı Mersedes markalı minik avtomobilinin 2018-ci ildə texniki baxışdan keçirilməməsi ilə bağlı pozuntuya görə təyin olunmuş cərimələrin mövcudluğunu əsas göstərməklə həmin avtomobili texniki baxışdan keçirməkdən imtinadan çəkinmək öhdəliyi qoyulmasını, 3) 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X5 üzərinə ** KL *** dövlət nömrə nişanlı Mersedes markalı minik avtomobilini n özgəninkiləşdirilməsi məqsədilə onu müayinədən keçirməkdən imtina qanunsuz sayılması və avtomobili müayinədən keçirmək öhdəliyi qoyulmasını 4) Cavabdehlərin davamlı və kütləvi xarakter alan qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulan mənəvi ziyanın əvəzi kimi onlardan xeyrinə müştərək qaydada 10.000 (on min) AZN kompensasiya tutulması barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. iddiaçının əsaslandırması:

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, BDYPİ 2018-ci ildə baş vermiş bir inzibati xətaya (avtomobilin texniki baxışdan vaxtında keçirilməməsinə görə) görə, İXM-in tələblərini kobud şəkildə pozmaqla ona çox sayda inzibati cərimə protokolu (qərarı) yazıb. Sumqayıt Şəhər Məhkəməsi 25 aprel 2019-cu il tarixli qərarı ilə BDYPİ-nin kobud qanun pozuntuları ilə təyin etdiyi aşağıdakı qərarları və elektron protokolları ləğv edib və inzibati xəta haqqında iş üzrə icraata xitam verib: 12 yanvar 2019-cu il tarixli, 016- 133487Q saylı qərarı o cümlədən, 27 oktyabr 2018-ci il tarixli, EQ 095595 saylı inzibati cərimə protokolunu; 12 noyabr 2018-ci il tarixdə EQ 241279 saylı inzibati cərimə protokolunu. Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qərarından şikayət verilməyib, o, qanuni qüvvəyə minib. Həmçinin, Abşeron Rayon Məhkəməsi 26 aprel 2021-ci il tarixli qərarı ilə BDYPİ-nin kobud qanun pozuntuları ilə təyin etdiyi aşağıdakı qərarları və elektron protokolları ləğv edib və inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.

6. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından sonra həmin inzibati işə xitam verilməli, həmin xəta ilə bağlı təyin olunmuş bütün cərimə protokolları ləğv olunmalı və BDYPİ-nin informasiya sistemindən silinməli idi. Lakin BDYPİ özbaşınalığı davam etdirərək qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasından imtina edib. Belə ki, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarının qüvvəyə minməsindən sonra bir neçə dəfə avtomobili texniki baxışdan keçirmək məqsədilə 1 saylı Rayonlararası Qeydiyyat-imtahan və X7 müraciət etmiş, amma orada hər dəfə ona bildirilib ki, avtomobilin vaxtında texniki baxışdan keçirməməsi ilə bağlı sistemdə adına çox sayda inzibati cərimə protokolu qalmaqda davam etdiyi üçün bu, mümkün deyil. Sonradan məlum olmuşdur ki, bu sənədlərdən 4-ü (EQ 3134545, EQ 2985119, EQ ******* və EQ ******* saylı) avtomobilin texniki baxışdan keçirilməməsi, biri isə (EQ ******* saylı) yol n işanının tələblərinin pozulması ilə bağlıdır. Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdikdən sonra istifadəsində olan həmin avtomobilin (** KL ***) öz adına keçirilməsi məqsədilə iki dəfə BDYPİ-nin 1 saylı Rayonlararası Qeydiyyat-imtahan və X2muş, hər iki dəfə ona bildirilib ki, qeyd olunan avtomobilin texniki baxışdan keçirilməməsi ilə bağlı BDYPİ-nin ona təyin etdiyi inzibati cərimə protokolları (qərarları) barədə məlumatlar həmin qurumun uyğun informasiya sistemindən silinmədiyi və bu səbəbdən avtomobili texniki baxışdan keçirmək mümkünsüz olduğu üçün, qeyd olunan avtomobilin adına keçirilməsi mümkün deyil. Belə ki, 1 saylı Rayonlararası Qeydiyyatimtahan və X5 avtomobili özgəninkiləşdirilməsindən imtina cavabını aldıqdan sonra 1 saylı Rayonlararası Qeydiyyat-imtahan v ə X5 minik avtomobilinin addan-ada keçirilməsindən (özgəninkiləşdirilməsindən) qanunsuz əsaslarla imtinasından 10 mart 2022-ci il tarixdə BDYPİ-yə şikayət vermişdir. Həmin qurumun məhkəməyə və iddiaçıya təqdim etdiyi məktubda bildirilib ki, BDYPİ Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarında göstərilən inzibati cərimə protokolları (qərarları) barədə məlumatları informasiya sistemindən silib. Bundan başqa: BDYPİ inzibati cərimə protokollarının surətlərini təqdim etsə də onlarla bağlı tələb olunan digər sübutları (onların mesajla və kağız formasında iddiaçıya çatdırılması, bu barədə məlumatların X1 yerləşdirilməsi, inzibati icraat barədə ərizənin məlumatlandırılması və s.) yenə də məhkəməyə təqdim etməyib; BDYPİ-nin məhkəməyə təqdim etdiyi inzibati xəta tənbehi barədə el ektron protokollar arasında 9 fevral 2022-ci il tarixli məktubunda adı çəkilməyən və informasiya sisteminə salınmayan daha bir sənəd - EQ ******* saylı, 18 oktyabr 2021-ci il tarixli protokol da var. BDYPİ məhkəmə qərarları ilə qanunsuzluğu tanınmış inzibati cərimələrin qurumun informasiya sistemindən vaxtında silinməməsinə, eyni qanunsuz əsaslarla təyin olunmuş və iş üzrə icraata xitam verilməsinə baxmayaraq beş qanunsuz inzibati tənbeh barədə qərarı (protokol) barədə məlumatı sistemdən silməkdən imtina etdiyinə görə məsuliyyət daşıdığı halda, 1 saylı Rayonlararası Qeydiyyat- imtahan və X4 bu quruma sorğuya cavab verməkdən imtina etdiyinə, avtomobilinin özəlləşdirilməsi ilə vacib olan, bu qurumun səlahiyyətinə aid edilən və avtomobilin nə texniki baxışdan keçirilməsi (o cümlədən həmin avt omobillə bağlı BDYPİ-nin informasiya sistemində ödənilməmiş cərimələrlə), nə də dövlət qeydiyyatına alınması bağlılığı olan - avtomobilin müayinədən keçirilməsi barədə müraciəti qanunsuz olaraq icra etməkdən və bu barədə ona rəsmi cavab verilməsi barədə sorğuna cavab verməkdən imtina etdiyinə görə birgə cavabdeh kimi prosesə cəlb olunmalıdır.

7. İnzibati orqanların qanunsuz hərəkətləri nəticəsində vurulan ziyanın əvəzi kimi ödənilən kompensasiyaya mənəvi ziyana görə ödənişin də daxil olduğu həm yerli məhkəmə, həm də Avropa insan Hüquqları Məhkəməsinin praktikasında təsbit olunub. Belə ki, Ali Məhkəmə 9 iyun 2021-ci il tarixli qərarında (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iş üzrə) bu məsələ ilə bağlı mövqeyini aydın şəkildə ortaya qoyub. Konstitus iya Məhkəməsinin və Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarlarına görə mənəvi zərər müəyyən edilərkən hər bir işin konkret halı nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır.

8. İddiaçının istifadəsində olan avtomobilin texniki baxışdan keçirilməməsi ilə bağlı ona təyin olunan inzibati cərimə protokollar ının (qərarlarının) qanunsuzluğu ayrı-ayrı vaxtlarda qaldırılmış iki şikayət əsasında Sumqayıt Şəhər Məhkəməsinin və Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarları səviyyəsində tanınıb, lakin BDYPİ qanunsuz olaraq onları uzun müddət icra etməkdən imtina edib, qanunsuz sayılan cərimə qərarları barədə məlumatı özünün informasiya sistemindən silməyib, 4 ilə yaxın müddətdə avtomobilini texniki baxışdan keçirməkdən imtina edib; avtomobilinin qanunsuz cərimələrlə yüklənməsi səbəbindən iddiaçı ondan normal yararlana bitməmiş, onu öz adına rəsmiləşdirə (özgəninkiləşdirə) bilməmiş; qanunsuz inzibati cərimələri ödəməməyi əsası ilə məhkəmə yolu ilə 6 aylığa sürücülük hüququndan məhrum edilmiş (sonradan həmin qərar da ləğv edilib) və digər mərhumiyyətlər və çətinliklərlə üz- üzə qalmışdır; bu müddət ərzində dövlət qurumlarına saysız-hesabsız şikayət və ərizələrlə müraciət etmiş (onlar ya cavablandırılmayıb, ya da rədd edilib), 30-dan çox məhkəmə prosesinə qatılmaq məcburiyyətində qalmış, avtomobili texniki baxışdan keçirmək cəhdi ilə 10 dəfədən artıq texniki baxış şöbələrinə baş çəkmiş, çox sayda BDYPİ-də olmuşdur. Bütün bunlar onda ciddi mənəvi sarsıntılara səbəb olub və cavabdeh dövlət qurumu onu kompensasiya etməlidir. BDYPİ-nin bu hissədə iddia tələbinin mümkünsüz sayılaraq rədd edilməsi barədə tələbi qanunsuzdur. İddia növləri və iddia tələbləri ilə bağlı bu işdə iddia tələblərindən biri cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icra etməyə məcbur olunması ilə bağlı idi. Cavabdeh qanuni qüvvəyə minmiş birinci məhkəmə qərarını - Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qərarını onun qanuni qüvvəyə minməsindən 2 il 9 ay, ikinci qanuni qüvvəyə minmiş qərarını - Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarını isə təxminən 8 ay sonra icra edib. BDYPİyə 7 dekabr 2021-ci il tarixli pretenziya məktubu ilə müraciətindən sonra bu qurum məhkəmə qərarlarında adı keçən cərimələr barəsində məlumatları nəhayət sistemdən silsə də, hər iki qanuni qüvvəyə minmiş məhkəmə qərarı səviyyəsində iş üzrə icraata xitam verilməsinə baxmayaraq, digər qanunsuz cərimələri oradan silməkdən imtina edib. Bu qanunsuzluq bir tərəfə, BDYPİ inzibati Xətalar Məcəlləsinin tələblərinə zidd olaraq həmin pozuntular barədə vətəndaşı məlumatlandırmadan və digər hüquqlarını təmin etmədən, keçmişdə baş vermiş yeni- yeni xətalar barədə məlumatları informas iya sisteminə əlavə edib, avtomobili texniki baxışdan keçirməkdən və onu özgəninkiləşdirməkdən (dövlət qeydiyyatından keçirməkdən) imtina etməklə 1) məhkəmə qərarlarının qüvvəsini heçə endirir, 2) vətəndaşı təkrar-təkrar həmin qanunsuz qərarları məhkəmə qaydasında mübahisələndirmək məcburiyyəti qarşısında qoyur. Halbuki İXM-in 38.6-ci maddəsi həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarın və onun əlavəsinin (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində nəqliyyat vasitəsinin istifadəçisinin internet informasiya resursunda yaradılan elektron kabinetində yerləşdirilmədiyi halda şəxsin inzibati məsuliyyətə cəlb olunmasını qadağan edir. Eyni zamanda BDYPİ-nin 3 ildən çox davam edən qanunsuz hərəkətlər i nəticəsində məruz qaldığı mənəvi zərərə görə 10.000 manat kompensasiya ödənilməsi barədə qərar da qəbul edilməlidir. Cavabdehin etirazları:

9. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı idarə etdiyi Mersedes-Benz minik markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə müxtəlif vaxtlarda yol hərəkəti qayda pozuntusu etdiyinə görə xüsusi texniki vasitə ilə aşkar edilmiş və Azərbaycan Respublikası DİN BDYPİ-nin X1 inteqrasiya edilmişdir. Həmin elektron qərardan bir neçəsi Abşeron Rayon Məhkəməsinin qərarı ilə xitam verilmiş, lakin bir neçəsi qüvvədə olduğundan qanunla müəyyən edilmiş qaydada avtomobilin texniki müayinədən keçirilməsi MİS-tərəfindən qəbul edilmir. İddiaçı iddia ərizəsində bildirir ki, onun barəsində elektron qərarlar qəbul edilərkən İnzibati Xət alar Məcəlləsinin bir sıra maddələrinin tələbləri pozulmuşdur, həmçinin qanunsuz olaraq avtomobilini texniki müayinədən keçirilməsindən imtina edilmişdir. İnzibati İcraat haqqında Qanununun 3.1-ci maddsəinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Bu Qanun inzibati orqanların: cinayət təqibi üzrə cinayət prosessual fəaliyyətinə; inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li qərarında göstərilmişdir ki, İnzibati icraat haqqında Qanunun 3.2, 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydası nda inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Eyni zamanda birinci instansiya məhkəməsi icraatına daxil olan iddia ərizəsi üzrə ilk növbədə iddianın mümkünlüyünü yoxlamalıdır. Bunun üçün o iddia ərizəsinin İPMnin 46-cı maddəsinə uyğun tərtib edildiyini araşdırmalı, mübahisələndirmə haqqında iddialarda İPM-nin 32-ci, məcburetmə haqqında iddialarda İPM-in 33-cü, öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialarda İPM-in 34-cü, müəyyən etmə və ya tanınma haqqında iddialarda İPM-in 36-cı, iddia müddətləri ilə bağlı İPM-in 38 və 39-cu maddələrinə riayət edilib-edilmədiyini müəyyən etməlidir. Bundan sonra həmin məhkəmə iddianın qeyd edilən məcəllənin 35-ci maddəsinin tələbləri baxımından mümkünlüyünü yoxlamaqla və həmin məcəllənin 13, 46.3, 51-ci maddələrinin tələblərini də nəzərə almaqla iddianın mümkünlüyü ilə bağlı müvafiq nəticəyə gəlməlidir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(118)-1136/2022 nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia qismən təmin edilərək, "Mersedes Benz" markalı 10 KL-339 dövlət qeydiyyat nişanlı avtomobilin texniki baxışdan keçirilməsi və həmin minik avtomobilinin 2018-ci ildə texniki baxışdan keçirilməməsi ilə bağlı pozuntuya görə təyin olunmuş cərimələrin mövcudluğunu əsas göstərməklə texniki baxışdan keçirməkdən imtinadan çəkinmək öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin üzərinə qoyulması, "Mersedes Benz" markalı 10 KL-339 dövlət qeydiyyat nişanlı avtomobilin müayinədən keçir ilməsi öhdəliyinin Baş X10 İdarəsinin 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X7 həvalə olunması qərara alınmış, iddia tələbinin qalan hissədə təmin edilməmişdır.

11. İddianın təmin olunan hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, 2018-ci il üçün nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməməsi ilə bağlı İXM-nin 339.1-1-ci maddələri tərtib edilmiş və texniki baxışın həyata keçirilməməsi ilə bağlı açılmış inzibati iş üzrə icraata Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarı ilə xitam verildiyinə görə iddiaçının nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsindən imtina üçün heç bir əsas yoxdur. Yerdə qalan 1 inzibati xəta haqqında (EQ ******* saylı, 31 oktyabr 2019-ci il tarixli) protokol üzrə cərimə iddiaçı tərəfindən ödənildiyinə görə nəqliyyat vasitəsinin tex niki baxışdan keçirilməsi üçün bütün məhdudiyyətlər aradan qaldırlmışdır. Ona görə də iddiaçının sahibliyində olan "Mersedes Benz" markalı 10 KL-339 dövlət qeydiyyat nişanlı avtomobili BDYPİ tərəfindən texniki baxışdan keçirilməlidir.

12. Məhkəmə iddianın təmin olunmayan hissəsi ilə bağlı qeyd etmişdir ki, mənəvi ziyanla bağlı tələb edilən kompensasiya İPM-nin 2.2.7-ci maddəsində nəzərdə tutulmuşdur və həmin tələbin hüquqi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrində öz əksini tapmışdır. Qeyd olunan Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsi ilə bağlı (mənəvi ziyanla bağlı fiziki və mənəvi iztirabların keçirilməsi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarının olmasına baxmayaraq, hazırkı mübahisəyə qeyd olunan müddəanın tətbiq edilməsi həyata keçirilə bilməz. Məhkəmə qeyd etmişdir ki, inzibati orqan olan BDYPİ iddiaçının tələbinin yerinə yetirilməməsi üçün hüquqi əsasa söykənmiş, avtomobilin texniki baxışdan keçirilməməsi üçün iddiaçının barəsində “yol nişanlarının tələblərinə riayət edilməməsi ilə bağlı İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında (EQ ******* saylı, 31 oktyabr 2019-ci il tarixli) protokolun mövcud olması “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin Vİ-İ hissəsinin 4-cü bəndinə əsasən nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməməsi üçün əsas hesab edilir. Başqa sözlə İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş cərimə iddiaçı tərəfindən ödənilmiş olsaydı cavabdeh təşkilata qarşı mənəvi ziyanla bağlı tələbə baxılması məqəsədəmüvafiq hesab edilə bilərdi.

13. İddiaçı apellyasiya şikayəti ve rərək iddianın təmin olunmayan hissədə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2-1(105)-481/2022 nömrəli qərarı ilə (hakimlər Z.Məmmədov – sədrlik edən və məruzəçi, H.Babayeva və F.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(118)-1136/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. İddiaçı kassasiya şik ayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

18. İddiaçının kassasiya şikayətində qeyd edir ki, məhkəmələrin istinad etdiyi EQ ******* saylı, 31 oktyabr 2019-ci il tarixli qərarı Abşeron Rayon Məhkəməsinin 02 iyun 2022-ci İl tarixli qərarı ilə qanunsuz sayaraq həmin İş üzrə icraata xitam verib. Həmin qərardan şikayət verilməyib və o, qanuni qüvvəyə minib. Həmin qərarın surəti Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edilib və işə baxan hakimlər həmin inzibati tənbehin qanunsuz təyin olunduğunu bilirdilər. Bu səbəbdən, ona kompensasiya tələbinin rədd edilməsi üçün hüquqi əsas kimi istinad edilməsi aşkar qanunsuzluqdur. EQ ******* saylı, 31 oktyabr 2019-ci il tarixli elektron protokolu da iddiaçıya təqdim edilməyib, onun mövcudluğundan 2022-ci ili aprel ayında (birinci instansiya məhkəməsində) xəbər tutub.

19. Sumqayıt Apellyasiya Məhkəməsi qərəzli olaraq kompensasiya tələbini yalnız avtomobilin texniki baxışdan keçirilməməsi ilə bağlı vurulan mənəvi ziyanla əlaqələndirib. Belə ki, mənəvi ziyan tələbi təkcə avtomobilin texniki baxışdan keçirilməməsi ilə bağlı olmayıb, həmçinin dövlət orqanının yol verdiyi digər kobud qanun pozuntuları ilə bağlı olub ki, onları iddia ərizəsində ətraflı əks etdirib.

20. İddiaçı hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən "İnzibati icraat haqqında" Qanunun 89.1-ci maddəsi və Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1100-cu maddəsinin tələbləri pozulmuşdur. b. K assasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

23. Mülki Məcəllə Maddə 21.1 Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ö dənilməsi nəzərdə tutulmasın Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi z ərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı. 25. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq i təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarı: 2-ci bənd. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. 8-ci bənd. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanun suz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

26. İnzibati Prosessual Məcəllə a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.

4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

27. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, x üsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə apellyasiya şikayətlərinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Bununla yanaşı, məhkəmə ko llegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

34. Hazırkı iddia tələbi dörd hissədən ibarətdir: 1) BDYPİ-nin ** KL *** dövlət nömrə nişanlı Mersedes markalı minik avtomobilinin 2018-ci ildə texniki baxışdan keçirilməməsi ilə bağlı pozuntuya görə təyin etdiyi inzibati cərimə qərar və protokollarının qanunsuz sayılması və iş üzrə icraata xitam verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2019-cu il tarixli və Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qərarlarına uyğun olaraq, BDYPİ-nin həmin pozuntu ilə bağlı inzibati tənbeh haqqında elektron protokolları barədə bütün məlumatların qurumun informasiya sistemindən silinməsi və avtomobilin texniki baxışdan keçirilməsi öhdəliyinin qoyulmasını, 2) cavabdehlərin üzərinə ** KL *** dövlət nömrə nişanlı Mersedes markalı minik avtomobilinin 2018-ci ildə texniki baxışdan keçirilməməsi ilə bağlı pozuntuya görə təyin olunmuş cərimələrin mövcudluğunu əsas göstərməklə həmin avtomobili texniki baxışdan keçirməkdən imtinadan çəkinmək öhdəliyi qoyulmasını, 3) 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan və X5 üzərinə ** KL *** dövlət nömrə nişanlı Mersedes markalı minik avtomobilinin özgəninkiləşdirilməsi məqsədilə onu müayinədən keçirməkdən imtina qanunsuz sayılması və avtomobili müayinədən keçirmək öhdəliyi qoyulmasını 4) Cavabdehlərin davamlı və kütləvi xarakter alan qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulan mənəvi ziyanın əvəzi kimi onlardan xeyrinə müştərək qaydada 10.000 (on min) AZN kompensasiya tutulması.

35. İş materialları ilə müəyyən olunur ki, iddia tələbi qismən, y əni mənəvi zərərin ödənilməsi tələbi istisna olmaqla qalan hissədə təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mənəvi zərərin ödənilməsi tələbinin təmin edilməməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının avtomobilini texniki baxışdan keçirməkdən imtinası yalnız məhkəmə qərarları ilə qanunsuz sayılaraq ləğv edilmiş texniki baxışdan keçirilməmə ilə bağlı elektron qaydada tərtib edilmiş inzibati xəta haqqında protokollarla deyil, həm də iddiaçının barəsində həmin vaxt mövcud olmuş İXM-nin 327.1ci maddəsi ilə inzibati xəta haqqında EQ ******* saylı protokolla da bağlı olmuşdur ki, bu hal da cavabdeh inzibati orqanın hər-hansı qanunsuz qərarı (inzibati aktı) və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçıya mənəvi zərər vurulması “İnzibati i craat haqqında” qanunun və Mülki Məcəllənin tələbləri baxımından istisna olunur.

36. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı qərarın 24-cü bəndində qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki,..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

37. İddiaçı cavabdehin onu n avtomobilini texniki baxışdan keçirməkdən imtina etməsi nəticəsində ciddi mənəvi sarsıntılarla keçirdiyini bildirmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

39. Konkret halda isə qeyd olunan meyarlar baxımından, iddiaçı tərəfindən ona dəymiş mənəvi zərər əsaslandırılmamışdır. Odur ki, mənəvi zərərin ödənilməsi hissəsində iddianı rədd etməklə məhkəmə haqlı olmuşdur.

40. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

41. Beləliklə cavabdehin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 21(105)-481/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilə nlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2-1(105)-481/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar