Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-379/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxx qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yerli vergilərin ödənilməsi ilə bağlı bələdiyyə qərarının ləğvi; icraatla bağlı tələblərin pozulması; inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulması; işin hallarının araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxx qarşı “bələdiyyənin qərarının ona aid hissədə ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2-1(105)-555/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Quba rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 10/6 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçı və onun ailə üzvlərinə ayrılmış 5,40 ha torpaq sahəsinə dair Quba rayon torpaq şöbəsi tərəfindən sonuncuların adına 19 iyun 2000-ci il tarixli, JN-0028 KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir.
2. Quba rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 10/6 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün iddiaçıya və ailə üzvlərinə ayrılmış 0,11 ha torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən sonuncuların adına 07 may 2003cü il tarixli, JN-005A KOD 30322018 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. 3. 12.01.22-ci il tarixdə Quba rayon Söhüb bələdiyyəsi tərəfindən iddiaçıya tədiyyə bildirişi göndərilmiş və həmin bildirişdə iddiaçının əmlak vergisi 101.40 manat, torpaq vergisi 320,42 manat və icarə borcu 780 manat, cəmi 1201,82 manat borcu olduğu göstərilmişdir. Həmçinin göstərilən borcları Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 10(gün) müddətinə Quba rayonu Söhüb bələdiyyəsinin Azərpoçt MMC-nin Quba Filialında yerləşən hesaba ödənilməsi, əks təqdirdə “İnzibati icraat haqqında” Qanunun 2.0.1, 2.0.2, 82.2 və 87-ci maddələrinə və “İcra haqqında” Qanunun 6.1.8, 8.1-ci mad dələrinə əsasən barəsində məsuliyyət tədbirlərinin tətbiq edilməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edəcəyi bildirilmişdir.
4. Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli, 01/03 nömrəli iclas qərarına əsasən iddiaçıya, ümumilikdə, 1201,82 manat əmlak, torpaq və icarə vergisinin bələdiyyənin hesabına ödənilməsinin təmin edilməsi məqsədilə 10 gün müddət verilməsi, sonuncu tərəfindən həmin müddət ərzində göstərilən vergi borcu ödənilmədiyi halda borcun məcburi qaydada alınması məqsədi ilə Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edilməsi qərara alınmışdır.
5. Quba rayon Söhüb bələdiyyəsinin 15 fevral 2022-ci il tarixli qərarı ilə 1201,82 manat əmlak, torpaq və icarə vergisinin qanunla müəyyən edilmiş vaxtda ödənilmədiyinə görə iddiaçı barəsində məcbur i icra tədbirləri görülməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Quba rayonu Söhüb bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 28 yanvar 2022-ci il tarixli, 01/03 nömrəli qərarının ona aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli 01/03 saylı qərarı ilə müəyyən edilmişdir ki, onun bələdiyyəyə 101,40 manat əmlak vergisi, 320,42 manat torpaq vergisi və 780 manat icarə haqqı borcu vardır. Halbuki, 2019-cu ildən sonra onun icarəsində hər hansı torpaq sahəsi olmamışdır. Həmçinin, əmlak və torpaq v ergisi ilə əlaqədar hesablanan məbləğlərin hansı dövrü əhatə etdiyi və hansı meyarlar əsasında hesablandığı aydın deyildir. Bələdiyyə nəzərə almamışdır ki, qeyd olunan məbləğlər ancaq son 3 il üçün hesablana bilərdi. Hazırda qeyd olunan qərar əsasında əsassız olaraq İcra və Probasiya şöbəsi tərəfindən onun gəlirlərindən tutulmalar aparılır. İddiaçı bələdiyyənin qeyd olunan qərarını əsassız hesab edərək ləğv olunmasını tələb edir.
8. Cavabdeh tərəfindən iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddia ərizəsində mübahisələndirilən borc məbləği xx.xx.2021-ci il tarixədək bələdiyyə büdcəsinə ödənilməli olan fiziki şəxslərin əmlak və torpaq vergisi, həmçinin, 2020-ci və 2021-ci illərdə iddiaçının zəbtində olan torpaq sahəsindən istifadəyə görə icarə haqqıdır. İddiaçıya məxsus Quba rayonu n Rük kəndində 132 kv.m sahəni əhatə edən fərdi yaşayış evi vardır. Həmin sahənin 30 kv.m hissəsinə güzəşt tətbiq edilməklə, qalan 102 kv.m hissəsinin illik əmlak vergisi 10,20 manat təşkil edir. Torpaq vergisinə gəldikdə, iddiaçının istifadəsində olan 0,02 ha həyətyanı torpaq sahəsi üçün illik 1,10 manat, 5,40 ha biçənək sahəsi üçün illik 6,48 manat, zəbtdə olan 0,38 ha sahə üçün illik 19,0 manat olmaqla, cəmi illik 36,78 manat torpaq vergisi təşkil edir. İddiaçının Söhüb bələdiyyəsinə həmin vergiləri ödəmədiyi illər üzrə 101.40 manat əmlak vergisi, 320,42 manat torpaq vergisi, 2020-2021-ci illər üzrə 1,40 ha torpaq sahəsinin icarə haqqı olaraq 780 manat olmaqla, ümumilikdə 1201,82 manat borcu yaranmışdır. Bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixdə tədiyyə bildirişi göndərilməsinə baxma yaraq həmin şəxs tərəfindən vergi borc ödənilmədiyindən xx.xx.2022-ci il tarixdə iclas keçirilmiş, 01/03 nömrəli qərar qəbul edilmişdir. Qərarın surəti iddiaçıya 01 fevral 2022-ci ildə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə qərar icra olunması üçün Quba rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bundan başqa Söhüb bələdiyyəsinə aid 140 ha torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilərək digər şəxslərə icarəyə verməsi ilə əlaqədar bələdiyyə tərəfindən Quba rayon Prokurorluğuna məlumat verilmiş və müvafiq araşdırma aparılmışdır.
9. Sumqayıt İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2-1(118)-308/2023 nömrəli qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilərək Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli, 01/03 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı təqdim edilən sübutlarla iddiaçının mülkiyyətində torpaq sahəsi və fərdi yaşayış evinin olması öz təsdiqini tapmamış, cavabdeh tərəfindən də iddiaçının mülkiyyətində və ya istifadəsində başqa əmlakın olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Belə ki, cavabdeh bələdiyyə iddiaçının 60.0 ha torpaq sahəsini zəbt etməsi və başqa şəxsə icarəyə verməsini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Bundan başqa, hüquqmüəyyənedici sənəd olmadan vətəndaşa vergi hesablanması qanunsuzdur. Bələdiyyə öz qərarında əmlak və torpaq vergisinə görə yaranan borcun iddiaçının mülkiyyətində və ya istifadəsində olan hansı əmlaka (torpağa, evə və s.) hesablandığını qeyd etməmişdir.
11. Cavabdeh h əmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2023cü il tarixli, 2-1(105)-555/2023 nömrəli qərarı ilə (hakimlər: H.Babayeva - sədrlik edən, Z.Məmmədov və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 10/6 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinə ayrılmış 0,11 ha həyətyanı torpaq sahəsi və 5,40 ha kə nd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur. Mübahisələndirilən qərardan isə torpaq vergisinin hansı torpaq sahəsinə münasibətdə hesablanması aydın deyildir. Belə ki, həmin qərarda iddiaçı barəsində vergi məbləğinin hesablanmasına əsas olmuş torpaq sahəsi ilə bağlı, ümumiyyətlə, heç bir məlumat qeyd edilməmişdir.
14. Həmçinin qeyd edilmişdir ki, bələdiyyə tərəfindən mübahisələndirilən qərar (inzibati akt) qəbul edilərkən inzibati icraat aparılmamışdır. Halbuki, inzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibatı aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. İşdən görünür ki, hazırkı iş üzrə bələdiyyə tərəfindən isə mübahisələndirilən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin normaları pozularaq qərar qəbul edilmiş, inzibatı icraat aparılmamış, iddiaçının dinlənilmə hüququ təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmiş, iddiaçı iş materialları ilə tanış edilməmişdir. Məhkəməsi araşdırması zamanı iddiaçı barəsində mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliklə müəyyən edilən inzibati icraatla bağlı qaydalara və tələblərə cavabdeh tərəfindən əməl olunmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir.
15. Apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 24, 64, 67-ci maddələrinə istinad etmişdir.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Bələdiyyələrin əsas gəlir mə nbəyi fiziki şəxslərdən tutulan torpaq və əmlak vergiləri, icarə haqlarıdır. Fiziki şəxslərin istifadəsində olan əmlak və torpaq sahələri bələdiyyə vergilərinin vergitutma obyektidir. İşdən də aydın olur ki, iddiaçının istifadəsində əmlak və torpaq vardır. Lakin Məhkəmələr tərəfindən belə qərarın qəbul edilməsi nəticəsində bələdiyyə qanunla nəzərdə tutulan vergilərin ödənilməsini təmin etməkdən məhrum olur. Bu isə bələdiyyənin fəaliyyətini faktiki olaraq məhdudlaşdırır.
18. İddiaçıya göndərilən bildirişdə lazım olan bütün rekvizitlər əks olunmuşdur. Həmin sənəddə ödənişin təyinatı, məbləğ və s.-dən bu ödənişlərin məcburi ödəmələr olduğu və yerli büdcəyə köçürülən fiziki şəxslərin torpaq vergisi olduğu aydındır. Belə olan təqdirdə torpaq sahəsinin həcminin göstərilməməsi əsası ilə iddianın təmin edilməməsi qənaətinə gəlinməsi ilə qanunsuzdur. Bu barədə digər zəruri sübutlar araşdırılması üçün tələb oluna bilərdi.
19. Kassator hesab edir ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikası İPM-nin 12, 68.2-cı maddələrinin tələbləri pozulmuş, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21, 67-ci maddələri düzgün tətbiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Respublikasının Qanunu Maddə
2. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə qanunvericilik Azərbaycan 2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Maddə
3. Yerli vergilər və ödənişlər 3.1. Yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. 3.2. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. 3.3. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticəl əri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. 3.4. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. … Maddə
7. Bələdiyyələrin vergi xidməti orqanları, onların hüquq və vəzifələri 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Maddə
8. Yerli vergilərin tərkibi 8.0. Yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.0.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi;
22. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
8. Yerli vergilər (bələdiyyə vergiləri) 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşa ğıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi;... Maddə
203. Torpaq vergisi 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 203.2. Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uç ota durmalıdırlar. Maddə
204. Verginin ödəyiciləri Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir Maddə
205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Maddə
206. Vergi dərəcələri 206.1. Bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir.... 206.3. Bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:... digər şəhərlər və rayon mərkəzləri...yaşayış fondlarının həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla) – 0,6 manat 23. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə
6. İcra sənədləri 6.1. Aşağıdakılar icra sənədləri sayılır:... 6.1.8. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar; 24. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə: 3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: 3.1.1. yerli (bələdiyyə) ver gilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; 3.1.2. yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir;... 3.2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək;... 5.3. Azərbaycan Respublikasının Verg i Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin səd rinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. 5.5. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsa slandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəm əsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏ MƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli, 01/03 saylı qərarının “torpaq sahəsinin istifadəsinə görə iddiaçıya hesablanmış 780 manat icarə haqqı borcunun ləğv edilməsi” hissəsində əsaslıdır.
29. Belə ki, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında yaranmış icarə münasibətləri xüsusi hüququn nizamasalma predmetinə aiddir, publik hüquqla tənzimlənmir, bu münasibətlərdə tərəflər bərabər hüquqludur.
30. Lakin məhkəmə kollegiyası apellyasiya məhkəməsinin əmlak və torpaq vergisinə münasibətdə mövqeyi ilə razılaşmayaraq hesab edir ki, həmin hissədə qərar ləğv edilməlidir.
31. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
32. Hazırkı işin araşdırılmış hallarına görə, JN-0028 “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 10/6 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçı və ailə üzvlərinə ayrılmış 5,40 ha torpaq sahəsi, eləcə də JN-005A “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən AİK-nin həmin qərarı ilə fərdi yaşayış evi tikintisi üçün iddiaçı və ailə üzvlərinə ayrılmış 0,11 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir.
33. İddiaçının istifadəsində olan torpaq sahəsinə görə 2022-ci il üzrə 780,00 manat icarə haqqı, onun mülkiyyətində olan torpaq sahəsinə görə 320,42 manat torpaq vergisi və 101,40 manat əmlak vergisi ödəmədiyind ən cavabdehin 28 yanvar 2022-ci il tarixli, 01/03 nömrəli protokol qərarına əsasən, borc öhdəliklərinin icra olunması üçün Quba Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alınmışdır.
34. Hazırda iddiaçının hüquqi marağı cavabdehin yuxarıda qeyd olunan qərarının ləğvinə yönəlmişdir.
35. Apellyasiya məhkəməsi iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən iki dəlil irəli sürmüşdür: 1. iddiaçının istifadəsində 0,11 ha həyətyanı torpaq sahəsi və 5,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var, lakin torpaq vergisinin hansı torpaq sahəsinə münasibətdə hesablanması aydın deyildir və 2. bələdiyyə tərəfindən mübahisələndirilən qərar (inzibati akt) qəbul edilərkən inzibati icraat aparılmamışdır.
36. Məhkəmə kollegiyası apellyasiya məhkəməs inin mövqeyini aşağıdakı səbəblərə görə əsaslı hesab etmir. Belə ki, cavabdeh iddiaya dair etirazında qeyd etmişdir ki, iddiaçıya məxsus Quba rayonun Rük kəndində 132 kv.m sahəni əhatə edən fərdi yaşayış evinə 30 kv.m hissəsinə güzəşt tətbiq edilməklə, qalan 102 kv.m hissəsinin illik əmlak vergisi 10,20 manat, iddiaçının istifadəsində olan 0,02 ha həyətyanı torpaq sahəsi üçün illik 1,10 manat, 5,40 ha biçənək sahəsi üçün illik 6,48 manat, zəbtdə olan 0,38 ha sahə üçün illik 19,0 manat olmaqla, cəmi illik 36,78 manat torpaq vergisi təşkil edir.
37. Göründüyü kimi, cavabdeh tərəfindən hansı torpaq sahələrinə və hansı məbləğdə verginin hesablanmasını aydın şəkildə izah edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı qərarın 21 və 22ci bəndlərində qeyd olunan madd i hüquq normalarının tələblərinə görə torpaq və əmlak vergilərinin ödənilməsi fiziki şəxslərin öhdəliyi kimi göstərilmiş və həmin vergilərin tam və vaxtında ödənilməsinə nəzarət edilməsi bələdiyyələrin vergi xidməti orqanlarının vəzifəsi kimi göstərilmişdir.
39. İşin hallarından müəyyən olunur ki, iddiaçının mülkiyyətində və istifadəsində 5.4 ha kənd təsərrüfatı təyinatlı və 0.11 ha həyətyanı torpaqlar üzrə vergi öhdəliyi yerinə yetirilməsi müəyyən olunmur. Halbuki, Vergi Məcəlləsinin 203.2-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqa nında 1 ay ərzində uçota durmalıdırlar.
40. Apellyasiya məhkəməsinin cavabdeh tərəfindən inzibati icraatın aparılmamasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçıya tədiyyə bildirişi göndərərək onu bələdiyyə borcunun olması ilə bağlı məlumatlandırmış və 10 gün müddətində həmin borcun ödənilməsi zərurəti iddiaçının nəzərinə çatdırılmışdır.
41. Həmin borcun ödənilməməsi səbəbindən cavabdeh 28 yanvar 2022-ci il tarixli, 01 saylı protokolunun 03 saylı qərarı ilə ödənişin həyata keçirilməsi üçün iddiaçıya yenidən 10 gün vaxt verilmişdir. Bundan sonra, cavabdehin 15 fevral 2022-ci il tarixli qərarı ilə əmlak, torpaq və icarə vergisinin qanunla müəyyən edilmiş vaxtda ödənilmədiyinə görə iddiaçı barəsində məcb uri icra tədbirləri görülməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edilmişdir.
42. Göstərilən hallar, cavabdehin vergilərin yığılması istiqamətində həyata keçirdiyi hərəkətlərin və qəbul etdiyi qərarların ümumən icraatın özünün aparılmasına dair tələblərə riayət edilməklə aparıldığını təsdiq edir. Bununla bağlı olaraq həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 70.2-ci maddəsinə əsasən inzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edilə bilər. Odur ki, təkrar baxışda məhkəmə, yalnız yekun qərarın mahiyyətinə təsir edəcək xarakterli pozuntuların qərarın icraatla bağlı tələblərə riayət edilməmə əsası ilə ləğvinə səbəb ola biləcəyini nəzərə almalıdır.
43. Belə ki, Quba rayon Söhüb bələdiyyəsi tərəfindən iddiaçıya tədiyyə bildirişi göndərilmiş və həmin bildirişdə iddiaçının əmlak vergisi 101.40 manat, torpaq vergisi 320,42 manat və icarə borcu 780 manat, cəmi 1201,82 manat borcu olduğunu göstərilmişdir. Həmin bildirişdə həmçinin göstərilən borcları Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 10(gün) müddətinə Quba rayonu Söhüb bələdiyyəsinin Azərpoçt MMC-nin Quba Filialında yerləşən hesaba ödənilməsi, əks təqdirdə “İnzibati icraat haqqında” Qanunun 2.0.1, 2.0.2, 82.2 və 87-ci maddələrinə və “İcra haqqında” Qanunun 6.1.8, 8.1-ci maddələrinə əsasən barəsində məsuliyyət tədbirlərinin tətbiq edilməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.
44. Bildirişdə göstərilən vergi borcları iddiaçı tərəfindən ödənilməmə si səbəbindən Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli, 01/03 nömrəli iclas qərarına əsasən iddiaçıya, ümumilikdə, 1201,82 manat əmlak, torpaq və icarə vergisinin bələdiyyənin hesabına ödənilməsinin təmin edilməsi məqsədilə 10 gün müddət verilməsi, sonuncu tərəfindən həmin müddət ərzində göstərilən vergi borcu ödənilmədiyi halda borcun məcburi qaydada alınması məqsədi ilə Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edilməsi qərara alınmışdır.
45. Quba rayon Söhüb bələdiyyəsinin 15 fevral 2022-ci il tarixli qərarı ilə 1201,82 manat əmlak, torpaq və icarə vergisinin qanunla müəyyən edilmiş vaxtda ödənilmədiyinə görə iddiaçı barəsində məcburi icra tədbirləri görülməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edilmişdir.
46. Məhkəmə kollegiyası qeyd etməyi zər uri hesab edir ki, iddiaçının 5.4 ha və 0.11 ha torpaq sahələrinin mülkiyyətində olması işin mübahisəsiz halıdır və iddiaçının Vergi Məcəlləsinin 203, 204, 205, 206-cı maddəsinə uyğun olaraq torpaq vergisinin vaxtı vaxtında, hər hansı bir inzibati icraatdan asılı olmayaraq, ödəməni həyata keçirməyi öhdəliyi olmuşdur.
47. Buna baxmayaraq bələdiyyə vergisi ilə bağlı cavabdeh tərəfindən “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 3.2.1-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya tədiyyə bildirişi göndərmiş, həmin bildirişi alınmasını iddiaçı təsdiq etmiş, lakin iddiaçı cavabdehin bildirişini cavabsız saxlamış və öz növbəsində vergi öhdəliklərini yerinə yetirilməsi üçün bələdiyyə vergisinin əsasları ilə bağlı maraqlanmayaraq hərəkətsizliyə yol vermişdir.
48. Apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşaraq cavabdehin hərəkətlərinə “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulması kimi qiymət verərək qərarı qüvvədə saxlamışdır.
49. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
50. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq, mübahisələndirilən bələdiyyə qərarının Vergi Məcəlləsinin 205 və 206-cı, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 3.2.1, 5.3, 5.4, 5.5, 5.6 və “İcra haqqında” Qanunun 6.1, 6.1.8-ci maddələrinin tələblərinə uyğun olub-olmadığını yoxlayaraq, daha sonra həmin qərarın qəbul edilməsi ilə bağ lı cavabdehin hərəkətlərinin qanunauyğunluğuna münasibət bildirilməli və nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul edilməlidir.
51. Bununla yanaşı qeyd olunmalıdır ki, 5.4 ha və 0.11 ha torpaq sahələri iddiaçının və onun ailə üzvlərinin birgə paylı mülkiyyətindədir. İşə təkrar baxan apellyasiya məhkəməsi torpaq və əmlak vergisinin məbləğini iddiaçının payına münasibətdə olan hissəsinə qiymət verməlidir. Belə ki, torpaq və əmlak vergisinə münasibətdə ödəyici yalnız iddiaçı deyil, həm də adları şəhadətnamədə göstərilən digər şəxslərdir.
52. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1, 12.2 və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən qismən ləğv edilməli, iş təkrar baxılması və h əmin normaların və hazırkı qərarın 21-24-cü bəndlərində qeyd olunan maddi hüquq normalarının tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2-1(105)-555/2023 nömrəli qərarı qismən, yəni Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli, 01/03 nömrəli qərarı əmlak və torpaq vergisinə münasibətdə ləğv edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.