Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-380/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranları üçün nəzərdə tutulmuş Prezident təqaüdünün təsis edildiyi tarixdən müvafiq vəsiqənin verildiyi tarixədək olan dövr üzrə ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “Müharibə veteranları üçün nəzər də tutulmuş Azərbaycan Respublikası Prezidenti təqaüdünün xx.xx.2019-xx.xx.2023-cü il tarixləri üzrə hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2-1(107)-462/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş xx.xx.1997-ci il tarixli, 256 nömrəli əmrə əsasən yaradılmış müvafiq Komissiyanın xx.xx.1997-ci il tarixli, 8 nömrəli iclas protokolundan çıxarışa görə, iddiaçıya “Müharibə veteranı” adının verilməsi qərara alınmışdır. 2. xx.xx.2023-cü il tarixdə iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 037126 nömrəli “Müharibə veteranı” vəsiqəsi verilmiş və cavabdeh tərəfindən də həmin tarixdən ona müharibə veteranları üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuşdur.
3. İddiaçı cavabdehə müraciət edərək, sözügedən Prezident təqaüdünün xx.xx.2019-xx.xx.2023-cü il tarixləri üzrə hesablanaraq ödənilməsini xahiş etmiş, cavabdeh isə müvafiq təqaüdün veteran vəsiqəsinin verildiyi tarixdən təyin edilməli olduğunu əsas gətirərək iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməs inə müraciət edərək, Azərbaycan Respublikası Prezidenti tərəfindən xx.xx.2019-cu ildən veteran adı almış şəxslərə təyin olunan 80 manat təqaüdün, xx.xx.2019-cu ildən 2023-cü ilin mart ayının 14-nə kimi ona düşən, lakin almadığı hissəsinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə “Müharibə veteranı” vəsiqəsi verilmiş, həmin tarixdən də ona müvafiq təqaüd təyin olunmuşdur. İddiaçı həmin təqaüdün xx.xx.2019-cu il tarixdən hesablanaraq ona ödənilməsi barədə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Buna görə də hazırkı mübahisə yaranmışdır.
6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya vetera n vəsiqəsi 2023-cü il mart ayının 14-də verilmişdir. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsində qeyd olunur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi verildikdə həyata keçirilir. Bu onu göstərir ki, iddiaçının təqaüd almaq hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. İddiaçının həmin veteran vəsiqəsi əsasında da cavabdeh orqan ona xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş, əvvəlki illər üzrə ödənişin verilməsindən isə əsaslı olaraq imtina etmişdir. Sözügedən Fərmanın 2.1.1-ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzi nə verilir. Bu səbəblə həmin Fərmanın qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət yox, Prezident təqaüdü təyin edilir. Müharibə veteranları üçün nəzərdə tutulan müavinəti Prezident təqaüdündən fərqləndirmək vacibdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Hazırkı iş üzrə isə iddiaçının cavabehə müraciət etdiyi tarixdə Prezidentin sözügedən Fərmanı qüvvədə olduğu üçün onun sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək hüququ olmuşdur və o, bu imkandan yararlanmışdır. Bu səbəblə, iddiaçının sosial müavinətlər üçün nəzərdə tutulan 3 illik dövrü tələb etmək hüququ yoxdur. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmaması xahiş edilmişdir.
7. Şəki İnzibati Məhkəməsinin (hakim: Vüqar Musayev) 23 may 2024-cü il tarixli, 2-1(116)-974/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya xx.xx.2019 – xx.xx.2023-cü illər üzrə Azərbaycan Respublikası Prezidenti tərəfindən xx.xx.2019-cu ildən veteran adı almış şəxslərə təyin olunmuş 80 manat təqaüdün hesablanaraq ödənilməsi öhdəliyi qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin olunmuş 80 manat təqaüdün xx.xx.2019-xx.xx.2023-cü illər üzrə ödənilməsinə nail olmaqdır. İddiaçıya münasibətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 037126 nömrəli “Müharibə veteranı” vəsiqəsinin xx.xx.2023- cü il tarixdə verilməsinə baxmayaraq, iş materiallarında ona “Müharibə veteranı” statusunun daha əvvəl, yəni xx.xx.1997-ci il tarixdən verilməsinə dair sübut mövcuddur. Məhkəmə qeyd edir ki, “Müharibə veteranı” vəsiqəsi bu statusu verən inzibati akt deyil, yalnız şəxsin belə bir statusa malik olmasını təsdiq edən sənəddir. xx.xx.2019-cu il tarixli Fərmanda müharibə veteranlarına Prezident təqaüdünün verilməsinin 2019-cu ilin aprelin 1-dən tətbiq edilməsi qeyd edildiyindən, iddiaçı da İ Qarabağ müharibəsində iştirakına görə hələ 1997-ci ildə “Müharibə veteranı” adına layiq görüldüyündən, təqaüdün 2019-cu ilin aprelindən ödənilməli olması barədə tələbində haqlı olmuşdur.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. ape llyasiya instansiyası məhkəməsində icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rövşən Rəfiyev /sədrlik edən və məruzəçi/, Vəzirxan Məlikov və Tural Həsənov) 28 avqust 2024cü il tarixli, 2-1(107)-462/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilməmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının xx.xx.1997-ci il tarixdən veteran statusuna malik olması ilə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı “Müharibə veteranı” adını və vəsiqəsini xx.xx.2023-cü il tarixdə almışdır və xx.xx.2019-cu il tarixindən sonra “Müharibə veteranı” statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Re spublikası Prezidentinin təqaüdü verilə bilər. Bu təqaüd də onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Belə olan vəziyyətdə iddiaçının tələbinin təmin edilməsi üçün heç bir hüquqi və faktiki əsas yoxdur. Belə ki, müraciət edilməzdən əvvəlki üç il üçün ödənilmə o halda tətbiq edilə bilər ki, şəxsə veteran vəsiqəsi xx.xx.2019-cu il tarixdən əvvəl verilsin. Bu halda həmin şəxslərə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Ona görə də cavabdeh inzibati o rqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı 1992-ci ildə İ Qarabağ müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyü – Şuşa, Qubadlı, Tərtər uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, bu səbəbdən də ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən “Müharibə veteranı” adı verilmişdir. Lakin müvafiq protokoldan çıxarışın tapılmadığı əsas gətirilərək ona veteran vəsiqəsinin ver ilməsi mümkün olmamışdır. İddiaçının çoxsaylı müraciətləri əsasında, nəhayət 2023-cü ilin mart ayında arxiv sənədlərinin içərisində onun adının da əks olunduğu protokoldan çıxarış tapılmış və xx.xx.2023-cü il tarixdə ona veteran vəsiqəsi verilmişdir. Göründüyü kimi, iddiaçı vəsiqəni sözügedən inzibati orqanın təqsiri ucbatından xx.xx.2023-cü il tarixdə almışdır. Qeyd edilənlərə əsasən, ona müharibə veteranları üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdü xx.xx.2019-xx.xx.2023-cü il tarixləri üzrə də hesablanaraq ödənilməlidir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Vet eranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə
3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Maddə
7. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. 16. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı 1. “Müharibə vete ranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə... verilir;
5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməs i üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunm uş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmalıdır.
22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
23. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının həqiqi hüquqi marağı və məqsədi ona müharibə veteranları üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidenti təqaüdünün əvvəlki 3 illik müddət üçün deyil, həmin təqaüdü almaq hüququ daha əvvəl yarandığından Azərbaycan Respublikası Prezidenti təqaüdünün təsis olunduğu tarixdən (xx.xx.2019-cu il tarixdən) təyin olunaraq ödənilməsinə nail olmaqdan ibarətdir.
24. Birinci instansiya məh kəməsinin iddianı əsaslı sayaraq təmin etməsinə rəğmən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq iddianı təmin etməmişdir. Bu zaman apellyasiya instansiyası məhkəməsi iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin xx.xx.2023-cü il tarixdə verildiyinə, müraciət edilməzdən əvvəlki üç il üçün ödəmənin isə şəxsə veteran vəsiqəsinin xx.xx.2019-cu il tarixdən əvvəl verildiyi halda mümkün olduğuna istinad etmişdir. Məhkəmə iddiaçının tələbinin təmin edilməsi üçün heç bir hüquqi və faktiki əsasın mövcud olmadığına əsaslanmışdır.
25. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağını və məqsədini düzgün müəyyən etməmiş, həmçinin iş üzrə material lara əlavə olunmuş sənədlərin hüquqi təbiətini və mahiyyətini düzgün qiymətləndirməmişdir.
26. Belə ki, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq Komissiyasının xx.xx.1997-ci il tarixli, 8 nömrəli protokol qərarı ilə iddiaçıya “Müharibə veteranı” adı verilmişdir. xx.xx.2023-cü il tarixdə isə iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 037126 nömrəli “Müharibə veteranı” vəsiqəsi verilmiş və cavabdeh tərəfindən də həmin tarixdən iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuşdur.
27. Göründüyü kimi, iddiaçıya “Müharibə veteranı” statusu daha əvvəl, yəni xx.xx.1997-ci il tarixdə verilmişdir və bununla bağlı səlahiyyətli dövlət orqanı tərəf indən müvafiq qərar qəbul olunmuşdur (i.v. 60). Yəni iddiaçı “Müharibə veteranı” statusuna ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 037126 nömrəli “Müharibə veteranı” vəsiqəsinin verildiyi xx.xx.2023-cü il tarixdən deyil, bu barədə qərarın qəbul olunduğu xx.xx.1997-ci il tarixdən malik olmuşdur.
28. Bununla bağlı nəzərə almaq lazımdır ki, “Müharibə veteranı” vəsiqəsi (ümumiyyətlə vəsiqə) statusu müəyyən edən inzibati akt deyil, inzibati aktla şəxsə verilmiş statusu təsdiq edən sənəddir. Bu baxımdan həmin statusa malik şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması üçün müvafiq vəsiqənin verildiyi tarix deyil, şəxsə həmin statusun verilməsi barədə qərarın qəbul edildiyi tarix həlledici əhəmiyyət daşıyır və “Veteranlar haqqında” Qanunun 7-ci mad dəsi də məhz bu mənada təfsir olunmalıdır. Hazırkı halda da, müvafiq statusun iddiaçıya xx.xx.1997-ci il tarixli qərarla verildiyi nəzərə alınmalı və ona təqaüd həmin tarixdən təyin olunmalıdır. İddiaçının statusunu təsdiq edən vəsiqənin xx.xx.2023-cü il tarixdə verilməsi onun həmin statusa xx.xx.1997-ci il tarixdən malik olmasını aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Bu qayda müharibə veteranları üçün nəzərdə tutulmuş güzəştlərə də eynilə şamil olunur.
29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, təqaüd və güzəştlər hər ikisi sosial dəstək forması olmasına rəğmən, mahiyyətinə görə fərqlənirlər. Güzəştlər müəyyən kateqoriyadan olan şəxslərə tanınan imtiyaz kimi qiymətləndirməlidir. Təqaüdün isə müəyyən şərtlər daxilində şəxsə ödənilən pul ödənişi olduğu və müəyyən xərclərin ko mpensasiyası kimi və ya minimum yaşayış səviyyəsinin təmin olunması kimi məqsədlərə xidmət etdiyi nəzərə alınmalıdır.
30. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanında Prezident təqaüdünün müharibə veteranlarına 2019-cu ilin aprelin 1-dən verilməsi nəzərdə tutulduğundan və iddiaçıya da “Müharibə veteranı” adı xx.xx.1997-ci il tarixli qərarla verildiyindən, iddiaçı hazırkı tələbində haqlı sayılmalıdır.
31. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şik ayəti təmin edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2-1(107)-462/2024 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. İddiaçıya müharibə veteranları üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidenti təqaüdünün xx.xx.2019-xx.xx.2023-cü il tarixləri üzrə hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulur. Qərar qətidir.