Məhkəmə qərarları › İş №2-1(102)-381/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-381/2023

11.04.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-381/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ehtiyata buraxılma barədə əmrin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “cavabdehin 120 Ş/H saylı xx.xx.2018-ci il tarixli əmrinin ləğv edilərək, ehtiyata buraxılması istiqamətində işlərin görülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli, 2-1(103)2414/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1992 - 2018-ci il tarixlərdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində hərbi xidmətdə olmuş, sonuncu xidmət yeri Heydər Əliyev adına X3 Sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsi olmuşdur.

2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti İdarəsindən verilmiş xx.xx.2018-ci il tarixli təqdimatda polkovnik-leytenant İddiaçı xidmət etdiyi müddət ərzində özünü orta səviyyəli hərbi qulluqçu kimi göstərməsi, verilən tapşırıqların icrasına səhlənkar yanaşaraq xidmətində nöqsanlara yol verməsi, son zamanlar özünə və tabeliyində olanlara qarşı tələbkarlığının azalması, tabeliyində olan şəxsi heyətin ictimaisiyasi hazırlığının, hərbi intizamının, mənəvi vəziyyətinin yüksəldilməsi istiqamətində işlər aparmaması və buna təşəbbüskarlıq göstərməməsi, bunun da Sərhəd Nəzarəti rəhbərliyinin onun xidmətindən narazılığına səbəb olması qeyd edilmişdir. Təqdimatda həmçinin polkovnik-leytenant İddiaçı hərbi nizamnamələrin, “Dövlət Sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun, xidməti təlimatların tələblərini bilməsinə və gündəlik fəaliyyətində onların tələblərini rəhbər tutmağa çalışmasına baxmayaraq, verilmiş göstərişləri müzakirə etməyi xoşlaması, rəislərinə qarşı qeyri-səmimi olması, ona tutulan iradları qərəzli şəkildə qəbul etməsi və işində təşəbbüskarlığının, həmçinin icraçılıq keyfiyyətinin aşağı olması göstərilmişdir. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə polkovnik-leytenant İddiaçı dinlənilərək problemləri öyrənilmiş, xidmətində dönüş yaratması üçün müvafiq göstəriş və tövsiyələr verilməsinə baxmayaraq, eyni nöqsanları yenidən təkrar etmişdir. Bu səbəbdən də, polkovnik-leytenant İddiaçı xidməti fəaliyyəti, işgüzar keyfiyyətləri Sərhəd Nəzarətinin rəhbərliyi tərəfindən müzakirə olunmuş, onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır.

3. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 120 ş/h saylı əmri i lə İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, H.X2 Sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə göndərilmişdir. Onun təqvimi xidmət illəri - 25 il, 06 ay, 07 gün; güzəştli xidmət illəri - 12 il, 01 ay, 14 gün; cəmi, xidmət illəri - 37 il, 07 ay, 21 gün təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə m əhkəməyə müraciət edərək, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018ci il tarixli, 120 ş/h nömrəli əmrinin ləğv edilməsi və öz raportuna əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsi ilə (öz arzusuna əsasən) ehtiyata buraxılması barədə müvafiq əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ehtiyatda olan polkovnik leytenantdır. 1992-2018-ci illər (1992-1995-ci il tarixlərdə əsgər, 1995-2018-ci il tarixlərdə gizir və zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur) ərzində Dövlət Sərhəd Xidmətində sıravi əsgər kimi həqiqi hərbi xidmətə başlayaraq şöbə rəisi vəzifəsinədək yüksəlmişdir, müharibə və silahlı qüvvələr veteranıdır. Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və DSX-nın rəhbərliyi tərəfindən dəfələrlə dövlət mükafatları ilə, müxtəlif medallar və fəxri fərmanlarla təltif edilmişdir. Son xidməti yeri və vəzifəsi DSX-nin X4 X2 üzrə Sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsi olmuşdur. 10 yanvar 2018-ci il tarixdə vəzifələrini təhvil verərək növbəti məzuniyyətə gedərkən öz arzusu ilə tərxis olunmaq istəyini yuxarı rəhbərliyə məruzə etmiş, ehtiyata buraxılması barədə Q/37 nömrəli tərxis raportunu aidiyyəti üzrə təqdim etmişdir. 30 yanvar 2018-ci il tarixdə məzuniyyətdən geri çağırılaraq heç bir araşdırma aparılmadan və baş vermiş hadisədə təqsirli olub-olmaması sübut edilmədən, xx.xx.2018-ci il tarixdə “xidməti uyğunsuzluq” maddəsi ilə həqiqi hərbi xidmətdən tərxis edilərək Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. xx.xx.2018-ci il tarixli, 120 ş/h nömrəli əmri əsassız sayır, bu əmr mövcud qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, sözügedən əmrlə onu “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə görə (xidməti uyğunsuzluğa görə) vəzifədən azad etmişlər. Hərbi qulluqçunun bu maddə ilə hərbi xidmətdən tərxis edilməsi üçün ilk öncə onun bu xidmətə uyğun olmayan hər hansı hərəkətinin, vəzifəsində buraxdığı ciddi səhvlərinin olması və törətdiyi nöqsanlar sübut edilməlidir. Yuxarıda qeyd etdiyi kimi, xidmət dövründə ciddi nöqsanları olmamış, dəfələrlə dövlət və Dövlət Sərhəd Xidmətinin mükafatlarına layiq görülmüş, hətta xx.xx.2018-ci il tarixli məlum əmrdən bir neçə gün öncə Dövlət Sərhəd Xidmətinin medalı ilə təltif olunmuşdur. X7 Xidmətində tutduğu vəzifədən öz arzusu ilə azad ol unaraq tərxis edilməsi barədə dəfələrə rəhbərliyə raportu olmuşdur. Göstərilənləri nəzərə alaraq hesab edir ki, “Hərbi vəzifə və hərbi xidmət haqında” Qanunun 41.0.6-cı maddəsi ilə deyil, həmin Qanunun 41.0.9-cu maddəsinə əsasən ehtiyata buraxılmalıdır.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçı B.A.X6 Xidməti rəisinin müvafiq əmri ilə xx.xx.2015-ci il tarixdə Dövlət Sərhəd Xidməti X4 X1 Sərhəd nəzarəti şöbəsinin 1-ci sərnişin sərhəd nəzarəti bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixdən isə Heydər X2nda sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsinə təyin edilərək polkovnik-leytenant hərbi rütbəsində xidmət etmişdir. DSX-nin Sərhəd Nəzarəti İdarəsindən verilmiş xx.xx.2018-ci il tarixli təqdimatda polkovnik-leytenant İddiaçı xidmət etdiy i müddət ərzində özünü orta səviyyəli hərbi qulluqçu kimi göstərməsi, verilən tapşırıqların icrasına səhlənkar yanaşaraq xidmətində nöqsanlara yol verməsi, son zamanlar özünə və tabeliyində olanlara qarşı tələbkarlığının azalması, tabeliyində olan şəxsi heyətin ictimai-siyasi hazırlığının, hərbi intizamının, mənəvi vəziyyətinin yüksəldilməsi istiqamətində işlər aparmaması və buna təşəbbüskarlıq göstərməməsi, bunun da Sərhəd Nəzarəti rəhbərliyinin onun xidmətindən narazı olmasına səbəb olması göstərilmişdir. Qeyd olunan təqdimatda polkovnik-leytenant İddiaçı hərbi nizamnamələrin, “Dövlət Sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun, xidməti təlimatların tələblərini bilməsinə və gündəlik fəaliyyətində onların tələblərini rəhbər tutmağa çalışmasına baxmayaraq, verilmiş göstərişləri müz akirə etməyi xoşlaması, rəislərinə qarşı qeyri-səmimi olması, tutulmuş iradları qərəzli şəkildə qəbul etməsi və işində təşəbbüskarlığının, həmçinin icraçılıq keyfiyyətinin aşağı olması göstərilmişdir. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Sərhəd Nəzarətində polkovnik-leytenant İddiaçı dinlənilərək problemləri öyrənilmiş, xidmətində dönüş yaratması üçün müvafiq göstəriş və tövsiyələr verilməsinə, tutulmuş iradlara və verilmiş tövsiyələrə baxmayaraq eyni nöqsanları yenidən təkrar etmişdir. Bu səbəbdən də, polkovnik-leytenant İddiaçı xidməti fəaliyyəti və işgüzar keyfiyyətləri Sərhəd Nəzarətinin rəhbərliyi tərəfindən müzakirə olunmuş, onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-856/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının öz arzusu ilə tərxis olunmaq istəyini yuxarı rəhbərliyə məruzə edərək, ehtiyata buraxılması barədə Q/37 nömrəli tərxis raportunun mövcud olması sübuta yetirilməmişdir. Cavabdeh, iddiaçının ümumiyyətlə 2018-ci il ərzində Sərhəd Nəzarətinin rəhbərliyinə raportla müraciət etmədiyini bildirmişdir. Eləcə də, iddiaçı barəsində əmrin verilməsinə əsas Sərhəd Nəzarətinin rəhbərliyi tərəfindən iddiaçı barəsində təqdimat tərtib edilərək, yuxarı komandanlıq qarşısında vəsat ət qaldırılması olmuşdur. Göstərilənlərə əsasən, iddiaçının hazırki tələbi əsassız olduğundan iddia təmin edilməməlidir.

9. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-532/2020 saylı, 12 avqust 2020-ci il tarixli qərarı (hakimlər: H.Həmidov-sədrlik edən və məruzəçi, E.Nağıyeva və V.Məmmədov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-856/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)51/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli (hakimlər K.Bədəlov-sədrlik edən və məruzəçi, N.Rəsulbəyova və İ.Hüseynov) qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-532/2020 saylı, 12 avqust 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, təqdimatda iddiaçının müəyyən nöqsanlara yol verdiyi qeyd olunsa da, bu hallara dair hər hansı aktlaşdırılmış sənəd, izahat, sübut təqdim edilməmiş, iddiaçıya hərbi xidmətdən buraxılmamışdan öncə hər hansı xəbərdarlıq edilməsinə və ya töhmət verilməsinə dair sənəd cavabdeh tərəfindən təqdim edilməmiş, təqdimat ümumi ifadələrdən istifadə edilməklə tərtib edilmiş, əsaslandırılmamış, təqdimata qeyd olunan halları təsdiq edən sübutlar əlavə edilməmiş, bunun əsasında da mübahisələndirilən əmr verilməklə əsaslandırılmamış inzibati akt qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı məzuniyyətdən geri çağırılaraq onunla hər hansı söhbət aparılmadan, ondan izahat alınmadan “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılmış, işə baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan hallara qiymət vermədən, işin hallarını öz xidməti vəzifəsinə uyğun olaraq araşdırmadan, iş üzrə sübutları hərtərəfli qiymətləndirmədən qərar qəbul etmişdir.

15. Həmçinin məhk əmə kollegiyası hesab etmişdir ki, “İddiaçının ikinci tələbi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə əsasən ehtiyata buraxılması istiqamətində işlərin görülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmaları zamanı iddiaçının öz arzusu ilə tərxis olunmaq istəyinin yuxarı rəhbərliyə məruzə edilərək ehtiyata buraxılması barədə Q/37 nömrəli tərxis raportunun mövcud olması sübuta yetirilməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi cavabdehin məktubuna istinadla iddiaçının tərxis raportu vermədiyini qeyd etmiş, bununla da İPM-in 12.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, bununla bağlı, məhkəmə ilk növbədə sənədlərin qeydiyyatı jurnalını tələb edib baxış keçirməl i olduğu halda, bunu etməmişdir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, iddiaçının tərxis raportu təqdim etməməsi halı iddia tələbinin birinci hissəsinə (əmrin qanuniliyinə qiymət verilməsi ilə bağlı) hüquqi qiymət verilməsinə maneə təşkil etmir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1427/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərardadı (hakimlər: X.Cəmilova-sədrlik edən və məruzəçi, M.Tağızadə və C.Yusifov) ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-856/2019 saylı, 22 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. birinci instansiya məhkəməsində i kinci icraat

17. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq “Heydər X2” sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə” Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 120 ş/h saylı əmrinin ləğv edilməsi və öz raportuna əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması üçün müvafiq əmrin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbu l olunmasını xahiş etmişdir.

18. Bakı İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli, 2-1(112)-4308/2022 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, “İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq “Heydər X2” sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə” Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 120 ş/h saylı əmri ləğv edilmiş, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən öz arzusu ilə ehtiyata buraxılması barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaq la baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmuşdur.

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı “xidməti uyğunsuzluğa görə” hərbi xidmətdən buraxılması ilə razılaşmır və bunu qanunsuz hesab edir. Bundan əlavə, iddiaçı qeyd edir ki, mübahisələndirilən əmr verilməmişdən öncə, o, öz arzusu ilə hərbi xidmətdən buraxılması ilə əlaqədar müvafiq raportla cavabdehə müraciət etmişdir. İddiaçının hüquqi marağını iki hissəyə bölmək olar: 1) “xidməti uyğunsuzluğa görə” hərbi xidmətdən buraxılmasının qanunsuz hesab edilməsi; 2) mübahisələndirilən əmrin verilməsindən əvvəl təqdim etdiyi hərbi xidmətdən öz arzusu ilə buraxılması barədə ərizəsinin icra edilməsi. Birinci, söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin, maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasına görə hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olunmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi-həkim komissiya sının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. Gözlənilən buraxılma ilə bağlı söhbətlər polkovnikleytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla hərbi hissədə - bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən aparılır. Həqiqi hərbi xidmətdən buraxılası hərbi qulluqçularla söhbət zamanı yerində həll edilməsi mümkün olmayan suallar qoyularsa, söhbət aparan rəis həmin sualların həllinə lazım ola biləcək məlumatlarla birlikdə bu barədə yuxarıdakı bilavasitə rəisə məlumat verir. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblə r nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır.

20. İddiaçı barəsində DSX-nin Sərhəd Nəzarəti İdarəsindən verilmiş xx.xx.2018-ci il tarixli təqdimatda polkovnik-leytenant İddiaçı xidmət etdiyi müddət ərzində özünü orta səviyyəli hərbi qulluqçu kimi göstərməsi, verilən tapşırıqların icrasına səhlənkar yanaşaraq xidmətində nöqsanlara yol verməsi, son zamanlar özünə və tabeliyində olanlara qarşı tələbkarlığının azalması, tabeliyində olan şəxsi heyətin ictimai-siyasi hazırlığının, hərbi intizamının, mənəvi vəziyyətinin yüksəldilməsi istiqamətində işlər aparmaması və buna təşəbbüskarlıq göstərməməsi, bunun da Sərhəd Nəzarəti rəhbərliyinin onun xidmətindən narazı olmasına səbəb olması göstərilmişdir. Qeyd olunan təqdimatda polkovnik-leytenant İddiaçı hərbi nizamnamələrin, “Dövlət Sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun, xidməti təlimatların tələblərini bilməsinə və gündəlik fəaliyyətində onların tələblərini rəhbər tutmağa çalışmasına baxmayaraq, verilmiş göstərişləri müzakirə etməyi xoşlaması, rəislərinə qarşı qeyri-səmimi olması, tutulmuş iradları qərəzli şəkildə qəbul etməsi və işində təşəbbüskarlığının, həmçinin icraçılıq keyfiyyətinin aşağı olması göstərilmişdir. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Sərhəd Nəzarətində polkovnik-leytenant İddiaçı dinlənilərək problemləri öyrənilmiş, xidmətində dönüş yaratması üçün müvafiq göstəriş və tövsiyyələr verilməsinə, tutulmuş iradlara və veri lmiş tövsiyyələrə baxmayaraq, eyni nöqsanları yenidən təkrar etmişdir. Bu səbəbdən də, polkovnik-leytenant İddiaçı xidməti fəaliyyəti və işgüzar keyfiyyətləri Sərhəd Nəzarətinin rəhbərliyi tərəfindən müzakirə olunmuş, onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Lakin təqdimat verən vəzifəli şəxslər qeyd olunanları hansı qaydada və nəyə əsasən müəyyən etdiklərini göstərməmişlər. Belə ki, iddiaçının barəsində şəxsi heyət arasında hər-hansı bir sorğu aparılmadığı halda, onun “özünü orta səviyyəli hərbi qulluqçu kimi göstərməsini” müəyyən etmək mümkünsüzdür, ümumiyyətlə hərbi qulluqçunun “səviyyəsinin orta yaxud yüksək” olması meyarlarının hansı kriteriyalarla ölçərək belə nəticəyə gəlinməsi məlum deyil. Bundan başqa, tutulmuş iradların qərəzli şəkildə qəbul etməsinin hansı əsaslara söykənməsi, iddiaçıya konkret olaraq hansı iradların və nə üçün tutulması, bu barədə konkret hansı tədbirlərin görülməsi göstərilməmişdir. Cavabdeh orqan məhkəməyə təqdimatın mətnində iddiaçı barəsində göstərilən digər neqativ halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda, iddiaçının hansı nöqsanlarına və əməlinə görə tərxis edilməsi əsaslandırılmamışdır. Bununla yanaşı, iddiaçı barəsində vəzifəsində işlədiyi zaman vəzifələrinin icrası ilə bağlı barəsində xidmət etdiyi qurumun rəhbərliyinə hər hansı bir şikayət daxil olmamış, heç bir nö qsana yol verməmiş və bu barədə ona hər hansı bir irad bildirilməmişdir. İddiaçı qeyd edir ki, hərbi xidmətdən ehtiyata buraxılanadək ondan heç bir izahat alınmamışdır. Cavabdehin 16/2973 saylı, xx.xx.2022ci il tarixli məktubundan da görünür ki, İddiaçı şəxsi işində onun ehtiyata buraxılması ilə əlaqədar Sərhəd Nəzarətinin rəisi tərəfindən verilmiş təqdimat mövcud olsa da, ehtiyata buraxılmasından əvvəl onun barəsində verilmiş təqdimatda nöqsanlara yol verdiyini təsdiq edən aktlaşdırılmış sənəd, onunla aparılmış söhbət vərəqəsi, onun izahatı, ona xəbərdarlıq edilməsinə dair sənədlər mövcud deyildir.

21. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

22. Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2414/2022 saylı, 6 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və M.Tağızadə) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4308/2022 saylı, 5 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

24. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apellyasiya şikayətinin məzmununu təkrarlayır. Şikayətdə qeyd olunmuşdur ki, iddiaçının hazırkı tələbi əsassızdır. Belə ki, iddiaçı işləd iyi vəzifənin icrasını düzgün təşkil etməməsinə, korrupsiya faktının baş verməsi ilə nəticələnən cinayətləri, hərbi xidmətlə bir araya sığmayan hərəkətləri vaxtında aşkar etməməsinə, o cümlədən tabeliyində olanların fəaliyyətinə nəzarət olunmaması, onlar tərəfindən müvafiq təlimatların və nizamnamələrin tələblərinə riayət edilməsi istiqamətində işləri lazimi səviyyədə aparmamasına, işinə laqeyd yanaşmasına, korrupsiya faktlarına yol açan əməllərə şərait yaratmasına və işinə səhlənkar yanaşmasına görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6.-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Lakin məhkəmə yuxarıda qeyd edilmiş hallara düzgün qiymət verməmiş, İddiaçı xidmət etdiyi dövrdə yol verdiyi nöqsanları g özardı etmiş, onun xidməti dövründə aldığı təltifləri əsas götürərək, iddiaçının qeyd olunan maddə ilə ehtiyata buraxılmasını əsassız saymışdır. Halbuki xidmət dövründə təltif olunması hərbi qulluqçunun bütün xidmət dövrü üçün sığortası demək deyildir. İddiaçı xidmət illərində orden və medallarla təltif oluna bilər, amma bu hal onda arxayınlıq, işə qarşı laqeydlik, tələbkarlığın olmaması hallarını yaratmamalıdır. Əksinə, daha da təşəbbüskar olmalı, öz vəzifəsinə nizamintizamla yanaşmalıdır. Ancaq işin hallarından görünür ki, İddiaçı ona olunan qayğını suiistifadə halına gətirmiş, onda arxayınçılıq yaranmış və nəticədə yuxarıda qeyd edilən neqativ hallar baş vermişdir.

26. Tələbin ikinci hissəsi ilə bağlı məhkəmə qərarında qeyd olunur ki, iddiaçı dəfələrlə, hətta məzuniyyətə getməzdən əvvəl işdən öz arzusu ilə tərxis olunması barədə raportla yuxarı rəhbərlik qarşısında məruzə etmişdir. Halbuki iş materiallarından da görünür ki, belə bir raport Dövlət Sərhəd Xidmətinə daxil olmamışdır. Lakin məhkəmə Sərhəd Nəzarətinin qeydiyyat kitabının məhv edilməsini cavabdehin əleyhinə qəbul edərək cavabdehin üzərinə öhdəlik qoymuşdur. Hesab edirik ki, məhkəmə bu iddia tələbi üzrə diskresion səlahiyyətdən düzgün istifadə etməmiş, hüquq və azadlıqlarını əsassız məhdudlaşdırmışdır. Qeyd olunanlardan da görünür ki, məhkəmə kollegiyası maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Buna görə də İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Lakin məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulm uş işin hallarının araşdırılması prinsipinə riayət etməyərək əsassız qərar qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. 41.0. Ehtiyatda olm ağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; (-); 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (-); 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. 29. 3 oktyabr 1997-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamə 156-cı maddənin e) bəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) bəndinə əsasən, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. 162-ci maddəsinə əsasən, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. 163-cü maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının m üayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. 165-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Həmin Əsasnaməyə 6 saylı Əlavədə nəzərdə tutulmuş “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müd dətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidməti bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları”na əsasən: 1. təqdimat blankda tərtib edilir, hərbi hissə komandiri tərəfindən imzalanır və komanda üzrə bu məsələ ilə bağlı son qərar qəbul etmək səlahiyyəti olan komandirə (rəisə) göndərilir. Təqdimat müvafiq qurumlar vasitəsilə göndərilir. Məxfilik qrifi təqdimatın məzmunundan asılı olaraq müəyyən edilir. 3. “Təqdimatın əsaslandırılması” adlı İİ bölmədə göstərilir: v) həqiqi hərbi xidmətdən buraxılmağa təqdim edilərkən: hərbi xidmətə yararlılıq dərəcələri - nə vaxt və hansı hərbi-həkim komissiyası tərəfindən müayinə edilib, nə vaxt və hansı hərbi-həkim komissiyası t ərəfindən xəstəlik haqqında şəhadətnamə təsdiq edilib, onun dəqiq nömrəsi, xəstəlik haqqında təsdiq edilmiş şəhadətnamədən hərbi xidmətə yararlılıq dərəcəsi haqqında dəqiq ifadə. Əgər hərbi qulluqçu tibbi müayinəyə göndərilməyibsə, bunun səbəbi göstərilir; q) nə vaxt və kim tərəfindən buraxılma haqqında söhbət aparılıb, hərbi qulluqçu xidmət illərinin hesabı ilə tanış edilibmi, onun buraxılmaya münasibəti; 9. təqdimatla birlikdə söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin “v”, “q”, “e”, “ə” bəndləri, 158-ci maddəsinin “b” bəndi ilə buraxıldıqda); ailə vəziyyəti ilə əlaqədar buraxılmanın (qadın hərbi qulluqçuların və həqiqi hərbi xidmət hərbi qulluqçularının) zəruriliyini təsdiq edən sənədlər göndərilir. 30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.0.7 Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Maddə 14.1 İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2 Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3 Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.2 Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.

31. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

33. Apellyasiya instansiyası məhk əməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrini n şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından və hazırkı mübahisəyə kassasiya qaydasında baxmış Ali Məhkəmənin göstərişləri nəzərə alınmaqla iddiaçının xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

38. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

39. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəl illərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

40. Bu qərarın 28-ci bəndində istinad olunan normaya görə zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ehtiyata buraxılma həmin normada ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılması əsaslarına aid edilmişdir. 41. ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-163-cü maddələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılma ilə bağlı icraat qaydaları və icraat çərçi vəsində ehtiyata buraxılma ilə bağlı həyata keçirilməli olan zəruri tədbirlər (buraxılma haqqında hərbi qulluqçuların, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilməsi, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbətin aparılması, birinci söhbətin buraxılmağa təqdim olunmazdan qabaq aparılması və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin, maddi-məişət təminatının güzəştləri və üstünlüklərinin izah olunması, digər məsələlər üzrə zəruri izahatların verilməsi və sair) nəzərdə tutulmuşdur. Həmin tələblər imperativ xarakter daşıyır və zabit heyətinə aid hərbi vəzifəli şəxslərin həqiqi hə rbi xidmətdən ehtiyata buraxılması ilə bağlı hallarda onlara riayət olunmalıdır.

42. Həmin Əsasnaməyə 6 saylı Əlavədə nəzərdə tutulmuş “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidməti bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları”nda həqiqi hərbi xidmətdən buraxılmağa təqdim olunarkən tərtib edilən təqdimatın məzmunu və bunu təsdiq edən sənədlər barədə müvafiq məlumatların nəzərdə tutulması ilə bağlı tələblər təsbit edilmişdir. Təqdimat, xüsusilə də xidmət i uyğunsuzluğa görə ehtiyata buraxılma barədə təqdimat həmin tələblər nəzərə alınmaqla tərtib olunmalı və təqdimata orada qeyd edilən məlumatları təsdiq edən müvafiq sənədlər əlavə edilməlidir.

43. Hazırkı mübahisəyə münasibətdə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağa təqdim olunması ilə bağlı yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş qaydalara və tələblərə cavabdeh tərəfindən əməl olunduğu iş üzrə materiallarla təsdiq olunmur. Bundan əlavə, iddiaçının xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə cavabdehin təqdimatında, eləcə də kassasiya şikayətində iddiaçı barəsində qeyd edilmiş və onun ehtiyata buraxılmasına səbəb olmuş halların mövcudluğu da işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiqini tapmır. İddi açının xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmasını zəruri edən qüsurlu davranışa yol verdiyini təsdiqləyən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.

44. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hərbi vəzifəli şəxsin, həm də təqvimi 25 il, 06 ay, 07 gün xidmət etmiş, ehtiyata buraxılmaya qədər xidmətdə fərqlənməyə görə dəfələrlə mukafatlandırılmış hərbi vəzifəli şəxsin xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ciddi əsaslara söykənməli və həmin əsaslar müvafiq qaydada rəsmiləşdirilmiş sənədlərlə təsdiq olunmalıdır. Hazırkı mübahisəyə münasibətdə qeyd edilən əsasların və onları təsdiq edən müvafiq sənədlərin mövcudluğu iş üzrə materiallardan görünmür.

45. Kassasiya şikayətinin Sərhəd Nəzarətinin qeydiyyat kitabının məhv edilməsinin ap ellyasiya məhkəməsi tərəfindən cavabdehin əleyhinə qəbul edilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə görə, məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər.

46. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya məhkəməsinin qərarı əsaslı və qanunvericiliyin tələblərinə uyğun sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli, 21(103)-2414/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar