Məhkəmə qərarları › İş №2-1(102)-382/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-382/2025

21.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-382/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamının ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilməsi, bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq tam ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı “İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 16 avqust 2023-cü il tarixli 102 nömrəli sərəncamının ləğv edilməsi, iddiaçının əvvəlki vəzifə sinə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Diyallı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi, bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq tam ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-228/2024 nömrəli, 1 avqust 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 11 avqust 2020-ci il tarixli 67 nömrəli əmri ilə iddiaçıya həvalə olunmuş vəzifələri yerinə yetirmədiyinə görə “töhmət" verilmişdir.

2. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 12 noyabr 2021-ci il tarixli 125 nömrəli əmri ilə iddiaçıya həvalə olu nmuş vəzifələri yerinə yetirmədiyinə görə “töhmət", verilmişdir.

3. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın xx.xx.2023-cü il tarixli 2 nömrəli iclas protokolunun qərarından Çıxarışa əsasən RİH başçısı yanında Şura iclası İsmayıllı RİH başçısının Diyallı kənd İƏD nümayəndəsi İddiaçı barəsində intizam tənbeh tədbiri görülməsi məsələsinə baxılması barədə məsələni müzakirə edərək Komissiyasının arayışının nəzərə alınmasını, komissiyanın arayışına əsasən vəzifəsinin icrası zamanı iddiaçının işində ciddi nöqsanların olduğu, kobud pozuntulara yol verdiyi, qanunvericiliyə əməl etmədiyi, RİH başçısının öz səlahiyyəti hüdudunda verdiyi əmrləri, sərəncamları və göstərişləri yerinə yetirmədiyi, başqa dövlət qulluqçularının işini çətinləşdirən hərəkətlərə yol verdiyinin, İddiaçı vəzifə sinin icrası zamanı yol verdiyi kobud pozuntularla İsmayıllı Rayon İcra Hakimiyyətinin nüfuzunu aşağı saldığı, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1-ci, 18.0.2-ci və 18.0.4-cü maddələrinin tələblərim pozduğunun qeyd edilməsini və RİH başçısına “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” AR Qanununun tələblərini ciddi şəkildə pozduğuna görə İsmayıllı RİH başçısının Diyallı kənd İƏD nümayəndəsi İddiaçı qanunvericiliyə uyğun olaraq intizam barədə tədbir görüldüyü və nəticə çıxarması üçün cəzalandırılması məqsədəuyğun hesab edilmiş və işdən azad edilməsi barədə qərar qəbul edilməsi RİH başçısından xahiş edilmişdir.

4. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 16 avqust 2023-cü il tarixli 102 nömrəli sərəncamı ilə iddiaçının xx.xx.2023-cü il tarixind ən dövlət qulluğuna xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 16 avqust 2023-cü il tarixli 102 nömrəli sərəncamının ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə - İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Diyallı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi, bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq tam ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə bağlanan əmək müqaviləsi əsasında, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Diyallı k ənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixində iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə cavabdehin xx.xx.2023-cü il tarixli, 102 saylı sərəncamı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2- 1(116)-685/2024 nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia rədd edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı xidməti vəzifələrinin icrası zamanı qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli olduğu halda bunu etməmiş, rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməmişdir. Məhz bunun nəticəsi olaraq iddiaçıya münasibətdə “Dövlət qulluğu haqqınd a” Qanunun 25.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, 25.2.6-cı maddəsinə müvafiq olaraq dövlət qulluğundan azad edilməsi növündə intizam tənbehi tətbiq edilmiş və dövlət qulluğuna xitam verilmişdir. Göstərilən hallar iş materialları ilə də öz təsdiqini tapmışdır.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-228/2024 nömrəli, 1 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və T.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü ildə işdən azad edilməyi barədə sərəncamda mənim əvvəllər də intizam məsuliyyətinə məruz qaldığı da hallandırılmış və işdən azad edilməyinə səbəb kimi göstərilmişdir. Bu da AR Əmək Məcəlləsinin 190-cı maddəsinin tələblərinə ziddir. Yəni verilən intizam tənbehi altı ay müddətində qüvvədə olur. Həmin müddət keçdikdən sonra işçi intizam tənbehi almamış hesab edilir.

14. İsmayıllı rayon İHB tərəfindən mənə verilən töhmətlərin və işdən azad edilmənin heç birində məndən izahat alınmamış, mənim fikrim öyrənilməmiş, töhmət verilməsinə əsas göstərilməmişdir. Hətta başçı onu qəbul etməkdən də imtina etmişdir. 15. “Qızıl farel” istirahət mərkəzi əslən Cəbrayıl rayonundan məcburi köçkün olan Rəcəb adlı şəxsə məxsus olmaqla 2010-cu ildən tikinti işlərinə başlanılmışdır. Ondan bir qədər aralıda İsmayıllı RİHB yanında şuranın üzvü olmuş (ola bilər hazırda da üzvüdür) Əliyeva Lətifə xanıma və onun yaxın qohumlarına aid istirahət mərkəzi kimi fəaliyyət göstərən obyektlərin – villaların tikinti işlərinə təqribən 2019-cu ilin ortalarında başlanmışdır. Tikinti işləri başlanarkən mən şəxsən kənd bələdiyyə sədri ilə tikinti obyektlərinə getmiş və hər iki sahibkara qanunvericiliyin tələblərinə əməl olub- olmaması tövsiyə edilmiş və onlar sənədlərinin tam qaydasında olduğunu bildirmişlər. Lakin mənə məlum olduqdan sonra ki, həmin obyektlərdə bir qisim qanunsuz tikililər mövcuddur, mən bu barədə baş memara, yəni Vüsal Abdullayevə şifahi olaraq məlumat vermişəm. Bundan sonra 2023-cü ilin təqribən iyun ayının əvvəllərində RİH-nin Memarlıq şöbəsinin əməkdaşı və mənim müavinim Habil Həsənov tikintiyə baxış keçirilməsi üçün gediblər. Lakin tikintinin sahiblərindən Lətifə xanım onları obyektə hasarından içəri buraxmayıbdır. Bu barədə RİHB-nin baş memarına və baş memar tərəfindən də başçıya məlumat verilmişdir. “Qızıl farel” istirahət mərkəzində başçı ailəsi ilə birlikdə istirahət etmiş və bütün qanunsuzluqları öz gözü ilə görmüşdür. Bundan sonra xx.xx.2023-cü ildə RİHB-nin başçılığı ilə icra hak imiyyətinin inzibati binasında nümayəndələrin iştirakı ilə iclas keçirilmiş və həmin iclasda rayon ərazində bir sıra yerlərdə qanunsuz tikililərin tikilməsi müzakirə olunmuşdur. Həmin iclasda baş memar bir sıra tikililərlə yanaşı “Qızıl farel” və digər istirahət mərkəzlərində inşa edilən tikililərin qanunsuz olduğu barədə məruzə etmişdir. Başçı guya bunu birinci dəfə eşidirmiş kimi həmin iclasda mənə töhmət elan etmişdir. Mən başçının mənə verdiyi töhmətin yuxarıda qeyd etdiyim səbəblərə görə ədalətsiz olduğunu birbaşa iclasda başçıya bildirdikdən sonra başçı bundan qəzəblənmiş, bundan bir ay beş gün sonra, yəni xx.xx.2023-cü ildə işdən azad edilməyim barədə sərəncam vermişdir. Bu da başçının qəsdi-qərəzçiliyini ifadə edir. Həmçinin də, mövcud olmayan eyni bir intizam xətasına görə iki dəf ə intizam tənbehinə cəlb olunmağına, habelə baş memar tərəfindən başçıya məlumat verilməklə məlumatı olmuş bir intizam xətasına görə ardıcıl iki dəfə intizam məsuliyyətinə cəlb edilməyinə görə AR Əmək Məcəlləsinin 189-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Dövlət qulluğu haqqında” Qanun: Maddə

18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti h aqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir Maddə

33. Dövlət qulluğuna xitam verilməsi... 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə..... Maddə

25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya l azımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi..... 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbir ləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər.

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1 0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üz rə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunm uşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

22. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təs diqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. Məhkəmə kollegiyası işin faktiki hallarına əsasən qeyd edir ki, iddiaçı qulluq etdiyi dövrdə Azərbaycan Respublikası Nazirl ər Kabinetinin qərarına əsasən karantin rejimində koronavirus (“COVİD") infeksiyasının qarşısının alınması ilə bağlı fəaliyyət göstərdikləri ərazidə mübarizə tədbirlərinə ciddi əməl olunmasına lazımi nəzarəti həyata keçirmədiyinə görə iddiaçıya ismayıllı Rayon İcra Hakimiyyəti başçısının 11 avqust 2020-ci il tarixli 67 nömrəli əmri ilə töhmət verilib. Qeyd olunan tədbirlərin təşkilində maarifləndirmə işlərinin zəif aparılması rayonumuzda Covid19” virusunun sürətlə yayılmasına və vaksinasiya olunmayan sakinlərin xəstəliyi ağır keçirməsinə və ölüm hallarının artmasına səbəb olmuşdur, işində dönüş yaratması iddiaçıya dəfələrlə tövsiyə edilsə də verilən tapşırıqların icrasına laqeyd yanaşmışdır. “Covid19” virusunun qarşısının alınması istiqamətində müvafiq tapşırıqlar əsasında sakinlərin vaksi nasiyaya cəlb olunması işində maarifləndirmə və digər təbliğat tədbirlərinin zəif təşkilinə görə iddiaçıya bir daha İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 12 noyabr 2021-ci il tarixli 125 saylı əmri ilə töhmət verilib. İddiaçı yuxarıda qeyd olunan intizam tənbeh tədbirlərini mübahisələndirməmişdir. 2021-ci və 2022-ci ildə iddiaçının fəaliyyəti kafi qiymətləndirilmişdir.

26. Həmçinin İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 22 aprel 2022-ci il tarixli 45 saylı əmri ilə İƏD üzrə nümayəndəliklər və bələdiyyələrə ərazilərində qanunsuz və özbaşına tikinti işləri aparan vətəndaşlar barədə tədbirlər görülməsi, qanuna məhəl qoymayan vətəndaşlar barədə ciddi tədbir görülməklə İsmayıllı Rayon İcra Hakimiyyətinə, müvafiq dövlət qurumlarına və hüquq mühafizə orqanlarına məlumat verilməsi tapşı rılmış, lakin onun üzərinə qoyulmuş tapşırıqları yerinə yetirməmişdir. Beləliklə, o, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 5.1.1-ci maddəsinin tələbini yerinə yetirməmişdir.

27. Beləliklə İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 16 avqust 2023-cü il tarixli 102 nömrəli sərəncamı ilə iddiaçının xx.xx.2023-cü il tarixindən dövlət qulluğuna xitam verilmişdir.

28. Kollegiya məhkəmələrin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, iddiaçı xidməti vəzifələrinin icrası zamanı qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli olduğu halda bunu etməmiş, rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməmişdir.

29. Buna görə də hazırkı qərarın 16-cı bəndində qeyd olunan qanunun 25.1- ci maddəsinin tələbləri nəzərə alınmaqla, 25.2.6-cı maddəsinə müvafiq olaraq dövlət qulluğundan azad edilməsi növündə intizam tənbehi tətbiq edilmiş və dövlət qulluğuna xitam verilmişdir.

30. Belə olan halda, iddiaçı sərəncamının ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi, bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq tam ödənilməsi ilə bağlı tələb hüququna malik olmadığından apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

31. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-228/2024 nömrəli, 1 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar