Məhkəmə qərarları › İş №2-1(102)-384/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-384/2025

21.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-384/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: apellyasiya şikayəti üzrə müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin **********274400 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarının qanunsuz və əsassız olduğund an ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-560/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********274400 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ictimai iaşə xidməti ilə məşğul olmuş və xx.xx.2004-cü il tarixində Qəbələdə 10 saylı Ərazi Vergilər İdarəsində rəsmi qeydiyyatdan keçməklə ********** saylı VÖEN almışdır. İddiaçı fəaliyyəti dövründə hərhansı qanun pozuntuları törətməmiş, vergi və dövlət sosial sığorta borclarını vaxtıvaxtında ödəmişdir. Lakin iddiaçı xx.xx.2023-cü il tarixində Qəbələ rayon İcra və probasiya şöbəsinə telefon əlaqəsi ilə dəvət olunmuşdur. Qəbələ rayon İcra və probasiya şöbəsində icra məmurunun qəbulunda olarkən iddiaçıya 10 saylı Vergilər İdarəsinin **********274400 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarına əsasən 763 manat 76 qəpik əsas, 148 manat 19 qəpik faiz, 30.800 manat 68 qəpik maliyyə sanksiyası olmaqla ümumilikdə 31,712 manat 63 qəpik borcunun olduğu bildirilmişdir. İddiaçı isə həmin borcdan və hansı əsasla yaranmasından məlumatsız olmuşdur. Həmçinin, 10 ildən artıq müddətdir ki, Qəbələ rayonunda yaşamadığından və fəaliyyəti Bakı şəhərində olduğundan Qəbələ rayonundakı rəsmi ünvanına daxil olan məktublardan xəbərsiz olmuşdur. Digər tərəfdən xx.xx.2022-ci il tarixli Qərarda qeyd olunmuşdur ki, qərardan bu qərarın alındığı vaxtdan 3 ay müddətində birbaşa və ya bu qərarı qəbul etmiş orqan vasitəsilə yuxarı vergi orqanına və ya 30 gün müddətində məhkəməyə şikayət verilə bilər. Lakin iddiaçı 10 saylı Vergilər İdarəsinin **********274400 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarını rəsmən almadığından yuxarı vergi orqanı və məhkəməyə qanunvericilikdə müəyyən olunmuş müddətdə şikayət edə bilməmişdir. İddiaçı qərarı xx.xx.2023-cü il tarixində Qəbələ rayon İcra və probasiya şöbəsindən götürdüyündən yuxarı vergi orqanına xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xid mətinə məktub vasitəsilə göndərmişdir.

3. Şəki İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2- 1(116)-1279/2023 nömrəli qərarı ilə (hakim F.İsmayılzadə) iddia rədd edilmişdir.

4. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Həmin qərardan iddiaçı tərəfindən аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

6. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-560/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər: R.Rəfiyev - sədrlik edən və məruzəçi, T.Həsənov və V.Məlikov) İddiaçı Şəki İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli qə rarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi rədd edilmişdir.

7. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(116)-1279/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixdə iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, xx.xx.2023-cü il tarixdə iddiaçının müracətinə əsasən, təkrarən onun ünvanına göndərilmiş, xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza edilərək təhvil alınmışdır. Lakin iddiaçı tərəfindən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə verilmişdir. Bununla da iddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət 10 ay ötürülmüşdür.

8. İddiaçı həmin qərardaddan kassasiya şi kayəti verərək qərardadın ləğv edilməsini və iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

9. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(116)-1279/2023 nömrəli qərarı ona rəsmi qaydada verilməmiş və eyni zamanda poçt ünvanına göndərilməmişdir. Onu da bildirir ki, onun VÖEN-nin aktiv olan zaman asan imza nömrəsi olmuş və onunla hər rüb üçün müvafiq olaraq bəyannamə, hesabat verilmişdir. O, ümumiyyətlə asan imza nömrəsindən istifadə etməyi bacarmamış və onun üçün hesabatlar ixtisaslı şəxslər tərəfindən h əyata keçirilmişdir. Uzun müddət asan imza nömrəsi istifadəsiz qalaraq hesabına pul yükləmədiyinə görə bağlı qalmışdır. Ona görə də məhkəməyə ərizə ilə müraciət edərək Şəki İnzibati Məhkəməsinin 27 iyul 2023-cü İl tarixli, 2-1(116)-1279/2023 nömrəli qərarının poçt ünvanına göndərilməsini xahiş etmişdir. Lakin hal-hazıradək qərarın surəti ona göndərilməmişdir. Məhkəmənin qeyd etdiyi qərarın alınması barədə xəbərnaməyə çəkilən imza isə məxsus deyil. Ona görə də qeyd olunan səbəbə görə apellyasiya şikayəti vermə üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti üzrlü səbəbdən buraxmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsini n qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

11. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

14. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsini n “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

15. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, İPM-in 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

16. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Şəki İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2-1(116)1279/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixdə iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, xx.xx.2023-cü il tarixdə iddiaçının müracətinə əsasən təkrarən onun ünvanına göndərilmiş, xx.xx.2023-cü il tarixdə xə bərnaməyə imza edilərək təhvil alınmışdır. Lakin iddiaçı tərəfindən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə verilmişdir. Bununla da iddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət 10 ay ötürülmüşdür.

17. Nəzərə alınmalıdır ki, prosessual müddətlərin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv ə saslarla həll etmək imkanı yaradır.

18. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin rədd edilməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi haqlı olmuşdur.

19. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-560/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar