Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3843/2025 12.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayət üzrə kassasiyanın qeyri-mümkünlüyü, şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının 2024-cü il 07 avqust tarixli, 2-1(104)-402/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin (Hakim: G.T.Əliyeva) 2023-cü il 21 sentyabr tarixli, 2-1(114)-3487/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
3. Qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
4. Gəncə Apellyasi ya Məhkəməsi İnzibati Kollegiyasının (hakimlər: A.V.İsgəndərova /sədrlik edən və məruzəçi/, A.V.Bayramov və R.Z.Mamedov) 2024-cü il 07 avqust tarixli, 2-1(104)-402/2024 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin 2023cü il 21 sentyabr tarixli, 2-1(114)-3487/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. Bundan sonra iddiaçı tərəfindən Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2024-cü il 07 avqust tarixli, 2-1(104)-402/2024 nömrəli qərarından kassasiya şikayəti verilmiş, həmçinin prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellya siya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
8. Bu qərardadın 6-cı bəndin də istinad olunan normaya görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
9. İş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarı elektron imza ilə təsdiq edilməklə xx.xx.2024-cü il tarixdə AZEMİS-də iddiaçıya məxsus şəxsi elektron kabinetə yerləşdirilməklə ona rəsmi qaydada təqdim olunmuş, iddiaçı tərəfindən kassasiya şikayəti isə xx.xx.2025-ci il tarixdə verilmişdir.
10. Eyni zamanda, bu qərardadın 6-cı bəndində istinad olunan normaya görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan bur axıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
11. İddiaçı tərəfindən təqdim edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizədə prosessual müddətin buraxılmasının üzürlü səbəbdən olduğu qeyd edilmiş və ərizə onunla əsaslandırılmışdır ki, o ASAN imzanı xx.xx.2025-ci il tarixdə əldə etdikdən sonra vəkili asan imza ilə elektron məhkəmə portalına daxil olmuş və Gəncə Apellyasiya Məhkəməsinin sözügedən qərarını götürmüşdür. Bundan başqa Tərtər rayon X1 müdiri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan da göründüyü kimi, onun ünvanına Gəncə Apellyasiya Məhkəməsinin göndərdiyi məktubdan başqa hər-hansı bir məktub daxil olmamışdır.
12. Kollegiya hesab edir ki, ərizədə qeyd olunan hallar üzürlü səbəblər hesab edilməməklə, m üddətin bərpa olunmasına əsas vermir. İlk öncə nəzərə alınmalıdır ki, Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2024-cü il 07 avqust tarixli qərarı elan olunarkən iddiaçı həmin məhkəmə iclasında iştirak etmiş, buna baxmayaraq iddiaçı tərəfindən kassasiya şikayəti 1 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Həmçinin, məhkəmə elektron informasiya sistemindən görünür ki, məhkəmə qərarı elektron sistemə yerləşdirilən zaman iddiaçının elektron kabineti mövcud olmuşdur. Asan imzanın aktiv olmaması ilə bağlı iddiaçının dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən imzanın konkret olaraq hansı tarixdən aktiv olmamasına dair sübut təqdim edilməmişdir. Bundan başqa həmin imzanın aktiv olub-olmamasına nəzərət etmək iddiaçının məsuliyyət sferasına aiddir.
13. Nəzərə a lınmalıdır ki, ötürülmüş müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Hazırkı halda isə iddiaçının ərizəsində istinad etdiyi hallar müddətin üzrlü səbəbdən buraxılmasına haqq qazandıra və buraxılmış müddətin bərpası üçün yetərli sayıla bilməz.
14. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçının ərizəsi təmin edilməməli, bunun üzərindən və həmçinin istinad olunan prosessual hüquq normalarına əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalı və şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır.
15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 07 avqust tarixli, 2-1(104)-402/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.