Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-387/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması; bələdiyyə və ya dövlət mülkiyyətində olmasının müəyyənləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, iddiaç ı Sumqayıt şəhər Bələdiyyəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli iclasının 06 saylı qərarı ilə sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəlləri ərazisində, N.Nərimanov küçəsində yerləşən 114 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 13 sentyabr tarixli, 2-1(105)261/2024 nömrəli qərarından iddiaçı və üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə ya zılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli müraciətinə əsasən Sumqayıt şəhər İH Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 14 və 29-cu məhəllələr arası ərazidə, N.Nərimanov küçəsində sahibkarlıq məqsədilə Sumqayıt bələdiyyəsinə torpaq sahəsi ayılmasına dair xx.xx.2012-ci il tarixli rəy verilmiş və Sumqayıt bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 12 nömrəli qərarı ilə bələdiyyənin 14 və 29-cu məhəllələr arası ərazidə N.Nərimanov küçəsində yerləşən 114 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurana başlanmışdır. DTXK-nin Sumqayıt şəhər şöbəsi torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etməmiş və Sumqayıt bələdiy yəsinin adına sahibkarlıq məqsədilə icarəyə ayrılan 114 kv.m torpaq sahəsi ilə bağlı 426830 nömrəli plan-ölçü sənədi hazırlanaraq X4 kitabında xx.xx.2013-cü ildə 5802 nömrə ilə uçota alınmışdır.
2. İddiaçı həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla (bildiriş) müraciətdən imtina edərək bildirmişdir ki, xəritə məlumatlarında qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin 92,56 kv.m hissəsi dövlət mülkiyyəti kimi qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt bələdiyyəsinin xx.xx.2012-ci il tari xli iclasının 06 saylı qərarı ilə sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəlləri ərazisində, N.Nərimanov küçəsində yerləşən 114 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vətəndaş X2 ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəllələri ərazisində, Nəriman Nərimanov küçəsində yerləşən faktiki istifadəsində olan 114 kv.m torpaq sahəsinin qüvvədə olan torpaq qanunvericiliyinə uyğun şəkildə adına sənədləşdirilməsini xahiş etmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində a yrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı hər hansı məhdudiyyətlər və yüklülüklər müəyyən olunmadığından, bələdiyyənin xx.xx.2012- ci il tarixli 12 saylı iclasının 06 saylı qərarı ilə hərracın (müsabiqənin) keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasını məqsədəuyğun hesab edilmişdir. Sumqayıt Bələdiyyəsinin müvafiq müraciəti əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixli, 69a saylı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən isə xx.xx.2012-ci il tarixli, 02/554 saylı rəylər verilərək sözügedən torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Eyni zamanda, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini n Sumqayıt şəhər şöbəsi ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı Sumqayıt Bələdiyyəsinin adına “Torpaq sahəsinin planı və ölçüsü”nü hazırlamış və həmin sənəd xx.xx.2013-cü il tarixdə 5802 nömrə ilə X4 kitabında uçota alınmışdır. Həmin sənədlər də əlavə edilməklə Sumqayıt Bələdiyyəsi tərəfindən rəsmi qaydada cavabdehə müraciət edilərək qeyd olunan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatından keçirilməsi xahiş edilsə də, cavabdeh bu günədək bələdiyyənin torpaq sahəsi üzərində qeydiyyatını həyata keçirməmişdir. Cavabdeh inzibati orqan nə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş və mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətdə olduğunu təsdiq edən torpaqayırma sənədlərinə əhəmiyyət verməmiş, nə də torpağın dövlət mülkiyyətində olduğunu təsdiq edən hər hansı hüquq müəyyənedici sənədlərin surətlərini bələdiyyəyə təqdim etməmişdir. Halbuki, müvafiq qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə torpaqları, o cümlədən mübahisələndirilən torpaq sahəsi də 2001-ci ildə rəsmi şəkildə Sumqayıt şəhəri ərazisində bələdiyyə mülkiyyətinə aid edilmiş torpaq sahələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada təhvili işləri həyata keçirilərkən tərtib edilmiş protokol, akt və digər torpaqayırma sənədlərinə əsasən Sumqayıt Bələdiyyəsinə təhvil verilmiş və həmin dövrdə qüvvədə olmuş qanun normalarına əsasən müvafiq qaydada xəritələşdirilərək keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində dövlət torpaq reyestrində və X4nda dövlət qeydiyyatından keçmişdir. Bu səbəbdən cavabdehin mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olması barədə bildirdikləri tamamilə əsassız və qanunaziddir.
5. Cavabdehin yazılı etirazının dəlilləri iddiaçının tələbindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 2021-ci il 04 may tarixli, 2-1(118)-724/2021 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti və xx.xx.2022-ci il tarixli 2-1(118)67/2022 nömrəli qərardadı ilə X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
7. Sumqayıt İnzibati Məhkəməsinin 2022-ci il 11 noyabr tarixli, 2-1(118)-67/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, 92,56 kv.m torpaq sahəsi torpaqların elektron kadast bazasında dövlət torpa ğı kimi qeydə alınmışdır. Həmçinin sözügedən torpaq sahəsi, “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli Fərmanın 3-cü bəndinin və AR ƏMDK- nin yanında DƏDRX-nin xx.xx.2010-cu il tarixli RX23/06/866 nömrəli məktubunun icrası ilə bağlı idarəyə təqdim olunmuş dövlət əmlaklarının siyahısında "Ləman" şirkətinə məxsus obyektin yerləşdiyi torpaq sahəsi (iş kodu 63878, registr nömrəsi ********) kimi göstərilmiş və bunun əsasında daşınmaz əmlakın rəqəmli kadastr xəritəsində dövlət əmlakı kimi təsvir olunması məlum olmuşdur. Sumqayıt bələdiyyəsi qeyd etmişdir ki, aparılmış araşdırmalar nəticəsin də ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı hər hansı məhdudiyyətlər və yüklülüklər müəyyən olunmadığından, bələdiyyənin xx.xx.2012-ci il tarixli 12 saylı iclasının 06 saylı qərarı ilə hərracın (müsabiqənin) keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması məqsədəuyğun hesab edilmişdir. Lakin, bələdiyyənin nümayəndəsi bildirmişdir ki, torpaq sahəsi faktiki olaraq X1 istifadəsindədir.
9. Bundan əlavə Sumqayıt Bələdiyyəsi sadalanan sənədləri 2012-ci ildə əldə etsə də, öz hüquqlarını dövlət qeydiyyatına aldırmamış, ona 2012-ci ildə verilən sənədlərin hazırda səlahiyyətli olan qurumda qeydiyyatının olması müəyyən edilmir. Hazırda səlahiyyətli olan qurumum baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin 92,56 kv.m hissəsi dövlət mülkiyyəti kimi qeydiyyata alınmışdır. Məhkəmə hesab etmişdir ki, qeyd edilənlər cavabdeh inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir. Torpaq sahəsinin bələdiyyə və ya dövlətə aid olmasının müəyyən edilməsi mahiyyəti etibarı ilə dövlət qurumları arasında olan icraat nəticəsində müəyyən olunan məsələdir və dövlət qurumları arasında olan mübahisələr inzibati məhkəmə icraatının araşdırması ola bilməz və bununla bağlı problemlər yuxarı inzibati orqan tərəfindən həll edilməlidir. Lakin hazırkı iddia mövcud hüququn qeydə alınması ilə bağlı olduğu üçün məhkəmə iddianı mümkün hesab etmiş, hazırkı iddianı iki inzibati orqan arasında olan mübahisə kimi qiymətləndirməmişdir.
10. Eyni zamanda iddiaçıya izah edilmişdir ki, xəritə baza məlumatlarında aparılmış qeydiyyatlar dan narazıdırsa, qanunvericiliyə uyğun olaraq səlahiyyətli yuxarı inzibati orqana müraciət etməsi istisna edilmir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsində birinci icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) 2023-cü il 26 may tarixli, 2-1(105)-193/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2022-ci il 11 noyabr tarixli, 2-1(118)-67/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaş mışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 25 oktyabr tarixli, 2-1(102)-2255/2023 nömrəli qərarı ilə (hakimlər R.Nəbizadə /sədrlik edən və məruzəçi/, Z.Quliyev və S.Kərimov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-193/2023 nömrəli, 2023-cü il 26 may tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir.
16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarının 13-16-cı səhifələrində olan bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında protokol, xx.xx.2001-ci il tarixli akt və Sumqayıt şəhər ərazisində bələdiyyə və xüsusi mülkiyyətə aid olan torpaqların eksplikasiyası sənədlərinə məhkəmələr tərəfindən diqqət yetirilməyərək hazırki mübahisə predmeti olan torpaq sahəsinin həmin sənədlərdə qeyd olunan torpaq sahələrinin tərkibində olub-olmaması araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə predmeti olan 114 kv.m torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinə təhvil verilən torpaq sahəsi olub-olmaması, habelə bələdiyyəyə təhvil verilən torpaq sahələrin xəritə sxemində həmin torpaq sahəsinin göstərilib-göstərilməməsi barədə heç bir araşdırma aparmamışdır. Yəni həmin torpaq sahəsinin bələdiyyəyə təhvil verilən torpaq sahələrinə aid olub-olmaması yoxlanılmamışdır. Bundan başqa, iddiaçını n istinad etdiyi torpaq sahəsinin plan-ölçü sənədində qeyd edilən qərarda bələdiyyənin torpaq sahəsini özünün icarəsinə verildiyi göstərilmişdir. Bu anlaşılmazlığı məhkəmə aradan qaldırmamışdır. Həmçinin, iddiaçının adına 114 kv.m torpaq sahəsinə dair verilmiş plan-ölçü sənədi X4 kitabında xx.xx.2013-cü il tarixdə uçota alınmışdır. Apellyasiya məhkəməsi torpaq sahəsinin həqiqətən də DT və XK tərəfindən X4 kitabında uçota alınıbalınmamasını yoxlamamış, alınmışdırsa, uçota alınmanın hansı ilkin sənədlər əsasında aparılmasını aydınlaşdırmamışdır. ç) apelyasiya instansiya məhkəməsində aparılan ikinci icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Məmmədov Zaur /sədrlik edən və məruzəçi/, Cabbarova Gülnar və Hüseynov Mirbahəddin) 2024-cü il 13 sentyabr tarixli, 2-1(105)-261/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2022-ci il 11 noyabr tarixli, 2-1(118)-67/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, mübahisələndirilən 92,56 kv.m torpaq sahəsi dövlət mülkiyyəti kimi torpaqların elektron kadastr bazasında qeydə alınmış, həmçinin, həmin torpaq sahəsi Sumqayıt bələdiyyəsinin elektron xəritəsindən çıxarışda da dövlət mülkiyyəti kimi əks olunmuşdur. Bu səbəbdən də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyildir.
19. Qərardan narazı qalan iddiaçı və üçüncü şəxs kassasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini x ahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri
20. Kassasiya şikayətlərinin dəlilləri iddia ərizəsinin və əvvəlki kassasiya şikayətinin dəlilləri ilə oxşar məzmunludur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Bələdiyyə torpaqlarının tərkibi 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edi lmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 2.3. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər. 2.4. Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Maddə
4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaq larını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək;.... Maddə
5. Bələdiyyə torpaqlarının idarə edilməsində bələdiyyələrlə müvafiq icra hakimiyyəti orqanları arasında münasibətlərin tənzimlənməsi 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 5.2. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edilən gündən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsi ilə bələdiyyə torpaqlarının idarə olunması sah əsində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər həyata keçirilə bilməz. 5.3. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. 5.4. Müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyrihökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağı dakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyya tın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul e dir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayətləri vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. 26.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndir ildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyas ı məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Sumqayıt bələdiyyəsinin xx.xx.2012-ci il tarixli iclasının 06 saylı qəra rı ilə sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəlləri ərazisində, N.Nərimanov küçəsində yerləşən 114 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və çıxarış verilməsi ilə bağlı olmuşdur.
31. Apellyasiya instansiya məhkəməsi təkrar araşdırma zamanı kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-yə sorğu edərək mübahisəli torpaq sahəsinin həqiqətən də DT və XK tərəfindən X4 kitabında uçota alınıb-alınmaması, alınmışdırsa, uçota alınmanın hansı ilkin sənədlər əsasında aparılması barədə məlumat verilməsi, torpaq sahəsinin bələdiyyəyə təhvil verilən torpaq sahələrinə aid olub-olmaması, aid olduğu təqdirdə buna dair sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim olunması, torpaq sahəsinin iş materiallarında olan bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında protokol, xx.xx.2001-ci il tarixli akt və Sumqayıt şəhər ərazisində bələdiyyə və xüsusi mülkiyyətə aid olan torpaqların eksplikasiyası sənədlərində qeyd olunan torpaq sahələrinin tərkibində yerləşib-yerləşməməsi barədə məlumat verilməsi xahiş olunmuşdur.
32. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilmişdir ki, Cavabdeh təqdim etdiyi məlumatda ərazi idarəsinin mövcud arxiv materiallarına əsasən Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəllələr arası ərazidə N.Nərimanov küçəsində yelrləşən 114 kv.m torpaq sahəsi Sum qayıt bələdiyyəsinin 11 dekabr 2012-ci il tarixli 12 saylı Qərarı əsasında 15 fevral 2013-cü il tarixli AN-426830 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə Sumqayıt bələdiyyəsinin icarəsinə verilmiş və X4 kitabında 5802 nömrə ilə qeydiyyata alınmışdır. Elektron məlumat bazasında araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən ərazi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 23 dekabr 1999-cu il tarixli 896 nömrəli Sərəncamı ilə “Ləman” şirkətinə ayrılmış torpaq sahəsidir və elektron məlumat bazasında Dövlət Əmlakı kimi öz əksini tapmışdır. 21 iyun 2001-ci il tarixində Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının və Sumqayıt bəllədiyyəsinin sədrinin təsdiq etdiyi Sumqayıt bələdiyyəsinə bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında Protokola əsasən Sumqayıt bələdiyyəs inə torpaqlar təhvil verilərkən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının yuxarıda adıçəkilən Sərəncamı nəzərə alınmamış və sözügedən ərazi bələdiyyə mülkiyyətinə aid edilmişdir. Sumqayıt şəhəri ərazisində aparılmış Torpaqların elektron kadastr uçotu məlumatları əsasında Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası’’na uyğun olaraq, 2019-cu ildə Sumqayıt bələdiyyəsinin xəritəsi hazırlanmış, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı və Sumqayıt bələdiyyəsinin sədri tərəfindən təsdiq edilərək Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təhvil verilmişdir. Təsdiq olunaraq aidiyyəti üzrə təqdim olunmuş Sumqayıt şəhərinin bələdiyyə xəritəsində sözügedən ərazi dövlət mülkiyyətində göstərilmişdir.
33. Beləliklə, apellyasiya instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 23 dekabr 1999-cu il tarixli 896 nömrəli Sərəncamı ilə “Ləman” şirkətinə ayrılmış torpaq sahəsi olmuş, 21 iyun 2001-ci il tarixində Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının və Sumqayıt bəllədiyyəsinin sədrinin təsdiq etdiyi “Sumqayıt bələdiyyəsinə bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında” Protokola əsasən Sumqayıt bələdiyyəsinə torpaqlar təhvil verilərkən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının yuxarıda adıç əkilən Sərəncamı nəzərə alınmamış və sözügedən ərazi bələdiyyə mülkiyyətinə aid edilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası’’na uyğun olaraq, 2019-cu ildə Sumqayıt bələdiyyəsinin xəritəsi hazırlanmış, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı və Sumqayıt bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş Sumqayıt şəhərinin bələdiyyə xəritəsində sözügedən ərazi dövlət mülkiyyətində göstərilmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kass asiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 13 sentyabr tarixli, 2-1(105)-261/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.