Məhkəmə qərarları › İş №2-1(102)-389/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-389/2024

02.02.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-389/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxx qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin tibb müəssisəsinin ilkin göndərişin təqdim etdiyi tarixdən müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxx qarşı “xx.xx.2021-ci il tarixdə təyin edilmiş ikinci dərəcəli əlilliyin tibb müəssisəsinin ilkin göndərişin təqdim etdiyi tarixdən (xx.xx.2021-ci il) müəyyən edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” təl əbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2803/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyətinə 18 saylı Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K70- K77 - Qaraciyər xəstəlikləri => K74 - Qaraciyərin fibrozu və sirrozu => K74.3 - Birincili biliar sirroz; Diaqnozun mətni: Qara ciyərin C virus mənşəli sirrozu, subkompensasiya mərhələsi. Həzm funksiyasının pozulması.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə.” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir.

2. Elektron təyinatla xx.xx.2016-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K70-K77 - Qaraciyər xəstəlikləri => K74 - Qaraciyərin fibrozu və sirrozu => K74.3 - Birincili biliar sirroz; Diaqnozun mətni: Qara ciyərin C virus mənşəli sirrozu, subkompensasiya mərhələsi. Həzm funksiyasının pozulması.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə.” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir.

3. Əlilliyin səbəbinin bitməsi ilə əlaqədar iddiaçının əlillik vəziyyətinə yenidən Bakı şəhər 7 nömrəli Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K70-K77 - Qaraciyər xəstəlikləri => K74 Qaraciyərin fibrozu və sirrozu => K74.3 - Birincili biliar sirroz; Diaqnozun mətni: Qaraciyərin fibrozu və sirrozu, Qaraciyərin C virus mənşəli sirrozu, subkompensasiya mərhələsi. Uşaqlığın selikaltı leyomioması, Endometriyanın hiperplaziyası. Servikal kanalın tam stenozu. Uşaqlıq yolundan qanaxma. Portal hipertenziya, Aşağı ətraf venalarının varikoz genəlməsi, Hər iki aşağı ətrafın varikozu. İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet tip 2 insulindən asılı; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir.” səbəbi ilə imtina verilmişdir.

4. Bakı şəhər 7 nömrəli Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K70-K77 - Qaraciyər xəstəlikləri => K74 - Qaraciyərin fibrozu və sirrozu => K74.5 - Dəqiqləşdirilməmiş biliar sirroz; Diaqnozun mətni: Qaraciyərin fibrozu və sirrozu, Qaraciyərin C virus hepatiti Portal hipertenziya, Splenomeqaliya.; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Müayinələr yetərli deyil. Ağırlaşmalar təsdiqini tapmır.” səbəbi ilə imtina verilmişdir.

5. Daha sonra iddiaçının cavabdeh tərəfindən xx.xx.2021-ci ildə əyani müayinəsi həyata keçirilmiş və müayinə aktına əsasən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2-ci bəndinə uyğun olaraq ümumi xəstəlik səbəbilə 2-ci dərəcə müddətsiz əlillik dərəcəsi müəyyən olunmuşdur. Əyani müayinənin nəticəsi Əlillik altsisteminə işlənərək, Bakı şəhər 7 nömrəli Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi ilə Səbəbi: Ümumi xəstəlik; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K70-K77 - Qaraciyər xəstəlikləri => K74 Qaraciyərin fibrozu və sirrozu => K74.5 - Dəqiqləşdirilməmiş biliar sirroz; Diaqnozun mətni: Qaraciyərin fibrozu və sirrozu, Qaraciyərin C virus mənşəli sirrozu, subkompensasiya mərhələsi. Assit, Portal hipertenziya, Başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya, Splenomeqaliya..; Meyar: 2.2 İkinci dərəcə əlilli k => 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (üm...;” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona xx.xx.2021-ci il tarixdə təyin edilmiş ikinci dərəcəli əlilliyin tibb müəssisəsinin ilkin göndərişin təqdim etdiyi tarixdən (xx.xx.2021ci il) müəyyən edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, uzun illərdir ki, qaraciyərin C virus mənşəli sirrozundan əziy yət çəkir. Xəstəliyi səbəbindən ona 2014-cü il tarixdən ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Lakin daha sonra xx.xx.2020-ci il tarixində cavabdeh orqan tərəfindən əlilliyi əsassız olaraq dayandırılmış, xx.xx.2021-ci il tarixində onun təşəbbüsü ilə yenidən ikinci dərəcəli əlillik (müddətsiz) müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı bu xəstəlikdən uzun illərdir ki, əziyyət çəkir və qaraciyərin C virus mənşəli sirrozu xəstəliyinin sağalması mümkünsüzdür. Bununla bağlı olaraq hal-hazırda müayinə və müalicə olunsa da, sözügedən xəstəliyin müalicəsi mümkün deyildir. Bu səbəbdən də xəstəliyi ilə əlaqədar daimi müayinə və müalicəyə ehtiyacı vardır. Xəstəlik səbəbindən ağrılarını yüngülləşdirə bilmək, öz normal həyatına davam edə bilmək üçün həkim tövsiyəsi ilə günlük dərman preparatları q əbul edir ki, onların məbləği də olduqca yüksək olmaqla (200 manat) onun maddi vəziyyətinə uyğun deyildir. Qaraciyərin C virus mənşəli sirrozu xəstəliyi sağalan xəstəlik olmadığından ona yenidən xx.xx.2021-ci ildə əlillik müəyyən edilmişdir. Halbuki, təyin edilmiş əlillik dayandırılmamalı, xx.xx.2020-ci il tarixindən bərpa edilməli idi. Belə ki, əlillik dayandırılan zaman da (xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək) o, bu xəstəliklə mübarizə aparmışdır. İddiaçı illərdir ki, bu xəstəlikdən əziyyət çəkir. Beləliklə, qaraciyərin C virus mənşəli sirrozu xəstəliyi sağalmadığı halda dayandırılmış əlilliyinin yenidən xx.xx.2021-ci il tarixində müəyyən edilməsi əlilliyinin əsassız olaraq xx.xx.2020-ci il tarixində dayandırılmasının bariz nümunəsidir. Milli Onkoloji Mərkəzi tərəfindən təqdim edilm iş xəstəlik tarixindən çıxarışdan da aydın olur ki, o, uzun illər qaraciyərin C virus mənşəli sirrozu xəstəliyindən müalicə olunur. Təyin edilmiş ikinci dərəcəli əlilliyin xx.xx.2020-ci il tarixindən bərpa edilməsi məqsədilə cavabdehə rəsmi qaydada müraciət etsə də, xəstəliyinə müvafiq olaraq xx.xx.2020-ci il tarixindən əlillik dərəcəsinin müəyyən edilməsindən imtina olunmuşdur. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir.

8. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhər 7 nömrəli Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında əlilliyinin qiymətləndirilməsi zamanı ona “Göndərişin natamam doldurulması - Səbəb: Müayinələr yetərli deyil. Ağırlaşmalar təsdiqini tapmır” səbəbi ilə imti na verilmişdir, yəni həmin vaxt üçün göstərilən səbəbə görə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirmə əyani müayinə aktı ilə aparılaraq göstərilən səbəb aradan qalxdıqdan sonra isə ona Bakı şəhər 7 nömrəli Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci ildən müddətsiz əlillik dərəcəsi verilmişdir. Bu səbəbdən də, iddiaçının əlilliyin təyinat tarixinin xx.xx.2020-ci il tarixdən qeyd olunması tələbi əsassız və qanunsuzdur. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 3.3-1-ci bəndinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qeyd olunan n orma “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə AR Qanunu ilə 2 iyul 2021-ci ildə qüvvəyə minmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2021-ci il tarixdə verilən əlillik təyinatı barədə qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o, 2022-ci ildə, yəni təxminən 1 il sonra əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 4 aprel 2022-cü il tarixli, 2-1(112)-5136/2023 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdə təyin edilmiş ikinci dərəcəli əlilliyin, tibb müəssisəsinin ilkin göndərişin təqdim etdiy i xx.xx.2021-ci il tarixdən müəyyən edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, 7 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişində və sonradan xx.xx.2021-ci il tarixdə təqdim etdiyi göndərişində göstərilmiş diaqnozlar eynidir. Belə olan halda əyani müayinənin nəticələrinə əsasən cavabdehin 03 iyun 2021-ci il tarixdə qəbul etdiyi qərarında 7 saylı şəhər poliklinikasının ilkin, yəni xx.xx.2021-ci il tarixli göndərişi nəzərə alınmaqla əlilliyin müəyyən edilməsi məsələsi həll olunmalı idı.

11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 1

2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2803/2023 nömrəli qərarı ilə (hakimlər R.Səmədov – sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 4 aprel 2022-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əlilliyin müəyyən edilməsi üçün 7 saylı şəhər poliklinikası xx.xx.2021-ci il tarixdə və daha sonra xx.xx.2021-ci il tarixdə cavabdehə müvafiq göndərişləri təqdim etmişdir. Cavabdeh - əlavə müalicəyə ehtiyacı olması, müayinələr yetərli deyil - əsasları ilə iddiaçıya əlilliyin müəyyən edilməsindən imtina barədə qəra rları qəbul etmişdir. Lakin sonradan cavabdeh xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçını xx.xx.2021-ci il tarixdə əyani müayinə edərək, ona ikinci dərəcəli müddətsiz əlilliyin müəyyən edilməsi barədə qərar qəbul etmişdir. İddiaçıya əlilliyin təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarın qəbul edilməsi üçün əsas olmuş Əyani müayinə aktında göstərilmişdir ki, “səhiyyə müəssisənin göndərişində göstərilmiş diaqnoz öz təsdiqini tapır. 14. 7 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişində və sonradan xx.xx.2021-ci il tarixdə təqdim etdiyi göndərişində göstərilmiş diaqnozlar eynidir. Belə olan halda əyani müayinənin nəticələrinə əsasən cavabdehin 03 iyun 2021-ci il tarixdə qəbul etdiyi qərarında 7 saylı şəhər poliklinikasının ilkin, yəni xx.xx.2021-ci il tar ixli göndərişi nəzərə alınmaqla əlilliyin müəyyən edilməsi məsələsi həll olunmalı idı.

15. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırmaq üçün “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1, 3.2, 3.3, 3.3-1, 3.4, 3.5, 3.6-cı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.1, 1.2, 2.1, 2.2, 2.3, 2.4, 3.7-ci bəndlərinə istinad etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayətində işin hallarını sadalamış və iddiaya dair etiraz ərizəsində irəli sürülən dəlilləri təkrarlamışdır. Əlavə olaraq kassator apellyasiya məhkəməsi tərəfindən prosessual müddətin ötürülməsinə qiymət verməmişdir. Belə ki, iddiaç ının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2021-ci il tarixdə verilən əlillik təyinatı barədə qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2022-ci ildə, yəni təxminən 1 il sonra əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir.

17. Cavabdeh kassasiya şikayətində Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasına və İPM-in 38.1-ci maddəsinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbə bi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddət bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlar ını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə

6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət T ibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barəd ə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

21. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallard a isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərt ərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə ape llyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MOVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayət i yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki hallan ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, kassasiya şikayətinin təkrarlanan dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. Hazırkı iş üz rə iddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin tibb müəssisəsinin ilkin göndərişin təqdim etdiyi tarixdən (xx.xx.2021-ci il) müəyyən edilməsinə yönəlmişdir.

29. Bununla bağlı işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçıya ilk dəfə xx.xx.2014-cü il tarixdə ilkin müayinə nəticəsində ümumi xəstəlik səbəbilə “Qara ciyərin C virus mənşəli sirrozu, subkompensasiya mərhələsi. Həzm funksiyasının pozulması” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuş, sonradan xx.xx.2015-ci ildən eyni diaqnozla 5 il müddətinə əlillik təyin edilmişdir. Əlillik müddətinin bitməsi ilə əlaqədar iddiaçının əlilliyin müəyyən edilməsi üçün 7 saylı şəhər poliklinikası xx.xx.2021-ci il tarixdə və daha sonra xx.xx.2021-ci il tarixdə cavabdehə müvafiq göndərişləri (088 nömrəli forma) təqdim etmiş, cavabdeh - əlavə müalicəyə ehtiyacı olması, müayinələr yetərli deyil - əsasları ilə iddiaçıya əlilliyin müəyyən edilməsindən imtina barədə qərarları qəbul etmişdir.

30. Halbuki, daha sonra cavabdeh tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçı cavabdeh tərəfindən əyani müayinəyə dəvət edilərək ona xx.xx.2021-ci il tarixdə ikinci dərəcəli müddətsiz əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilmişdir.

31. Əyani müayinə aktında göstərilmişdir ki, “səhiyyə müəssisənin göndərişində göstərilmiş diaqnoz öz təsdiqini tapır”.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 5 ilə təyin olunmuş əlilliyin müddəti xx.xx.2020-ci ildə bitmiş və eyni diaqnozla “Qara ciyərin C virus mənşəli sirrozu, subkompensasiya mərhələsi. Həzm funksiyasının pozulması” iddia çının növbəti əlillik müddətsiz olaraq xx.xx.2021-ci ildə müəyyən edilmişdir. 33. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinin tələblərinə görə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin tarixinin qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

34. İddiaçının tələbi göstərilən maddi hüquq normalarının tələbi baxımından əsaslıdır.

35. Kassasiya şikayətinin iddiaçı tərəfindən iddia qaldırılması üçün prosessual müddətin ötürülməsi ilə bağlı dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və bu cür iddialara İPM-in 38-ci maddəsində qeyd olunan iddia müddətləri şamil edilmir.

36. Beləliklə, ape llyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 19-21a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2803/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar