Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3895/2025 28.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi, prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi, kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabel iyində Sosial Xidmətlər Agentliyinə qarşı “putyovkalarla təmin olunma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 sentyabr 2025-ci il tarixli, 2-1(103)-3227/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionallarda və turist bazalarında istirahət üçün putyovkalarla təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim: L.S.Musayeva) 12 iyun 2025-ci il tarixli, 21(112)-10459/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İdd iaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və O.N.İsmayılov) 24 sentyabr 2025-ci il tarixli, 2-1(103)-3227/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
4. Apellyasiya instansiyası məhkəməsinin qərardadı 29 sentyabr 2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış və həmin tarixdə tərəflərə elektron kabinet vasitəsilə çatdırılmışdır.
5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və O.N.İsmayılov) 01 oktyabr 2025-ci il tarixli, 2-1(103)-3227/2025 nömrəli qərardadı ilə ərizə təmin edilərək İddiaçı dövlət hesabına vəkillə təmin olunmuşdur.
6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərardadı 06 oktyabr 2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış və həmin tarixdə İddiaçı elektron kabinet vasitəsilə çatdırılmışdır.
7. İddiaçı 07 oktyabr 2025-ci il tarixdə dövlət hesabına hüquqi yardım göstərilməsi ilə bağlı vəkillə müqavilə bağlamış və həmin tarixdə vəkil orderi yazılmışdır.
8. İddiaçı 17 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 sentyabr 2025-ci il tarixli, 2-1(103)-3227/2025 nömrəli qərardadından kassasiya şikayəti, eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 9-1. İnzibati məhkəmə icraatının elektron qaydada aparılması... 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edil mənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə
24. Prosessual müddətlərin bərpa olunması Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhk əmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ
10. Məhkəmə kollegiyası hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli, həmçinin şikayət üzrə kassasiya aşağıda qeyd olunan səbəblərdən mümkün sayılmamalıdır.
11. Belə ki, kassasiya şikayəti İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verildikdə kassasiya icraatı mümkündür.
12. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə əsa sən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
13. Hazırkı işin halları qeyd olunan mümkünlük şərtləri baxımından araşdırılarkən, kassasiya şikayətinin İPM-in 94-c ü maddəsində müəyyən olunmuş 10 gün müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
14. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 oktyabr 2025ci il tarixli, 2-1(103)-3227/2025 nömrəli qərardadı ilə ərizə təmin edilərək İddiaçı dövlət hesabına vəkillə təmin olunmuş, 07 oktyabr 2025-ci il tarixdə o, dövlət hesabına hüquqi yardım göstərilməsi ilə bağlı vəkillə müqavilə bağlamış və həmin tarixdə vəkil orderi yazılmışdır. Qərardaddan kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 10 gün prosessual müddətin 16 oktyabr 2025-ci il tarixdə bitməsinə baxmayaraq, həmin qərardaddan verilən kassasiya şikayəti 17 oktyabr 2025-ci il tarixdə təqdim edilmişdir.
15. Ərizəçinin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsində qeyd edilmişdir ki, vəkil bürosu tərəfi ndən vəkilə xx.xx.2025-ci il tarixdə kassasiya şikayəti yazmaq üçün vəkil orderi və qərarın surəti verilmişdir. Vəkil tərəfindən müraciət edilərək sistemə əlavə edilməyi və qərardadla tanış olub şikayət yazmağını nəzərə alaraq ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş edir.
16. Bu qərardadın 9-cu bəndində istinad olunan İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
17. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürməsi mübahisəsizdir. Ərizədə qeyd edilən hallar, müddətin ərizəçinin təqsiri olmadan, ondan asılı olmayan səbəb lərdən buraxılması, beləliklə də, müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsi qənaətinə gəlmək üçün əsas hesab edilə bilməz. Odur ki, ərizə təmin edilməməli, ərizəçiyə münasibətdə kassasiya şikayətinin vaxtında verilməməsindən irəli gələn hüquqi nəticə tətbiq edilməli, verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalıdır.
18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 sentyabr 2025-ci il tarixli, 2-1(103)-3227/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.