Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-393/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və Mürşüdlü Könül Müseyib qızının cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın qeyri-mümkünlüyü, subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və Mürşüdlü Könül Müseyib qızının cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs X10) qarşı “bağ sahəsinə dair qərarın və orderin qismən etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 03 sentyabr tarixli, 2-1(103)-3393/2024 nömrəli qərardadından iddiaçı Mürşüdlü Könül Müseyib qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Goradil bağlar sahəsindəki 194 nömrəli kooperativin B/S nömrəli orderindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 3/318 nömrəli qərarı ilə Görədil bağlar sahəsində 194 nömrəli BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 2034V nömrəli bağ sahəsi X6 ayrılmışdır.
2. RX Seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünü r ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 2034V nömrəli bağ sahəsinə X5 mülkiyyət hüququ qeydə alınaraq bu barədə onun adına ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir.
3. Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 114 nömrəli qərarından görünür ki, Binəqədi Bələdiyyəsinin inzibati ərazisi olan Goradil massivində Süleymanova (Mürşüdlü) Könül Müseyib qızı tərəfindən istifadə edilən bələdiyyə mülkiyyətinə məxsus 600 kv.metr bağ evi torpaq sahəsi onun icarəsinə verilmiş, bu barədə K.Süleymanova ilə xx.xx.2006-cı il tarixli 392 nömrəli müqavilə bağlanmış, müqavilənin müddəti xx.xx.2105-ci il tarixədək müəyyən edilmiş, torpaq sahəsinin situasiya planı müqaviləyə əlavə edilmişdir.
4. Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2006- cı il tarixli 114 nömrəli qərarından görünür ki, Binəqədi Bələdiyyəsinin inzibati ərazisi olan Goradil massivində Süleymanova (Mürşüdlü) Könül Müseyib qızı tərəfindən istifadə edilən bələdiyyə mülkiyyətinə məxsus 600 kv.metr bağ evi torpaq sahəsi onun icarəsinə verilmiş, bu barədə K.Süleymanova ilə xx.xx.2006-cı il tarixli 392 nömrəli müqavilə bağlanmış, müqavilənin müddəti xx.xx.2105-ci il tarixədək müəyyən edilmiş, torpaq sahəsinin situasiya planı müqaviləyə əlavə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1 və Mürşüdlü (Süleymanova) Könül Müseyib qızı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəm əyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X6 Binəqədi rayonu, Goradil kəndində yerləşən, 2034V nömrəli bağ sahəsinə dair verilmiş, xx.xx.2017-ci il tarixli (seriya RX №1189324), ********** nömrəli dövlət qeydiyyat nömrəsi və bununla bağlı Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar təsərrüfatının inkişafı ictimai birliyi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli B/S nömrəli orderin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X6 Binəqədi rayonu, Goradil kəndində yerləşən, 2034V nömrəli bağ sahəsinə dair verilmiş çıxarışın etibarsız hesab edilməsi vəzifəsinin cavadehlərin üzərinə qoyulması və qanunsuz aparılmış tikintinin c avabdeh tərəfindən sökülərək əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X10 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
7. İddiaçılar daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhər İcraiyyə Komitəsinin 27 mart 1991-ci il tarixli 3/318 nömrəli qərarının X6 Bakı şəhəri, Göradil bağ massivində 0,12 ha torpaq sahəsinin ayrılmasına aid olan hissədə, eləcə də həmin qərar əsasında verilmiş Б/С seiyalı, həmin tarixli orderin etibarsız sayılmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh qismində p rosessual iştirakına xitam verilmişdir
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 114 nömrəli qərarına, 3 aprel 2006-cı il tarixli, 373 saylı icarə müqaviləsinə əsasən X3 600 kv.m, 6 aprel 2006-cı il tarixli 396 saylı müqaviləyə əsasən isə İddiaçı1 600 kv.metr torpaq sahəsi bağ kimi istifadə məqsədilə xx.xx.2006-cı il tarixdən xx.xx.2105-ci il tarixədək icarəyə verilmişdir. İcarə müqaviləsinə əsasən iddiaçılar hər il 72 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. Binəqədi bələdiyyəsi tərəfindən iddiaçılar ayrılmış torpaq sahəsində bələdiyyə tərəfindən yerində torpaq sahəsinin dönmə nöqtələri göstərilməklə təhvil verildikdən sonra bələdiyyənin razılığı əsasında qeyd olunan ərazidə 2006-cı ilin may ayında bir metr hündürlüyündə hasar inşa edilmiş və dəmir qapı qoyulmuşdur. İcarəyə götürülmuş ərazidə bu müddət ərzində təsərrüfat işləri aparmış, torpağın münbitliyini və ekoloji şəraitini qorumuş, yaxşılaşdırmış, müxtəlif meyvə, bəzək ağacları əkmişlər. İcarəyə ayrılmış torpaq sahəsinin ətrafında yerləşən digər torpaq sahələri də Binəqədi bələdiyyəsi tərəfindən fiziki şəxslərin mülkiyyətinə və ya icarəsinə verilmişdir. Bu ərazilər vətəndaşların istifadəsinə verilərkən ərazi boş və yarasız sahədən ibarət idi. Bu sahədə tikinti işləri aparılarkən heç bir şəxs bu torpaq sahəsində bu işlərinin aparılması ilə bağlı hər hansı müraciət etməmişdir. Lakin iddiaçı bir gün bağ sahəsində kənar şəxslərin olduğunu görmüş, onlardan hansı səbəbdən bağa icazəsiz daxil olduqlarını və burada hansı səbəndən tikinti işləri apardıqların ı soruşduqda ona məlum olmuşdur ki, həmin torpaq sahəsi xx.xx.2017-ci il tarixdə cavabdeh tərəfindən üçüncü şəxsin adına Binəqədi rayonu, Goradil kəndində yerləşən 2034V nömrəli bağ sahəsi kimi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Həmin vaxta qədər heç kəs iddiaçıları narahat etməmiş, həmin torpağın ona ayrılması ilə bağlı müraciət etməmişdir. Hal-hazırda digər şəxs tərəfindən qanunsuz olaraq tikinti işləri aparılır. Dəfələrlə həmin şəxs xəbərdar olunsa da, əhəmiyyət verməmişdir. Qeyd olunan 2034V nömrəli bağ sahəsinə dair ilkin torpaq ayırma sənədləri olmalıdır və bu sənədlər verildiyi gündən istifadəçi tərəfindən bağ sahəsi istifadə olunmalıdır ki, bu da edilməmişdir. Digər tərəfdən torpaq sahəsinin plan və ölçüsündə göstərilir ki, plan və ölçünün tərtib edilməsinə əsas olan sənəd Bakı şəhəri İHnin Bağlar təsərrüfatının inkişafı ictimai birliyinin xx.xx.1991-ci il tarixli, B/S nömrəli orderidir. Həmin dövrdə adı çəkilən qurum fiziki və hüquqi şəxslərə torpaq sahəsi ayırmırdı. Həmin dövrə Azərbaycan SSR-nin Nazirlər Kabinetinin qərarı əsasında vətəndaşlara torpaq sahəsi müəssisələr tərəfindən yaradılmış kooperativlər tərəfindən ayrılırdı. Eyni zamada torpaq sahəsi ayrılsa idi, onun ayrıc aktı da olmalı idi. Ayrıc aktı olmadan adı çəkilən qurum tərəfindən torpaq səhəsinə hər hansı order verilə bilməz. Lakin cavabdehin 1991-ci il tarixdə ona torpaq sahəsinin ayrılması ilə bağlı orderindən məhrum olur ki, bu bağın harada yerləşməsi ilə bağlı yerin ayrıc aktı, plan sxemi vəs torpaqayırma sənədi yoxdur.
9. Üçüncü şəxs iddiaya qarşı etirazında qeyd etmişdir ki, iddiaçılar İddi açı1 və X4 cavabdehlərə qarşı iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. Belə ki, X1 rayonu, Goradil kəndində yerləşən 2034V nömrəli bağ sahəsinin qanuni mülkiyyətçisidir. X10 ilə iddiaçılar arasında daşınmaz əmlak barəsində hər hansı müqavilə imzalanmamış, həmçinin onun iddiaçılar qarşısında hər hansı öhdəliyi mövcud deyildir. Belə olan halda iddiaçıların üçüncü şəxsin qanuni sahibliyində, istifadəsində və sərəncamında olan torpaq sahəsinə hansı əsaslarla iddia irəli sürməsi anlaşılan deyildir. Bundan əlavə, iddia tərəfi qeyd olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmaması barədə əsaslı sübut təqdim etməlidir. Belə ki, qeyd olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması müvafiq Çıxarışla əsaslandırılmalıdır. İddia ərizəsində iddia tərəfinin qeyd etdikleri həqiqəti əks etdirmir. K.Sadıqov qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsində meyvə və ya bəzək ağacları əkilməmiş, inşa edilmiş hasar və dəmir qapı mülkiyyətçi X10 tərəfindən inşa edilmiş və quraşdırılmışdır. İş materiallarında olan şəkillərə nəzər saldıqda əyani olaraq görünür ki, fotoşəkillər müəyyən qədər kənardan çəkilmişdir. Ərazidə iddiaçılar və yaxud qeyri şəxslər tərəfindən hər hansı tikinti işləri aparılmamışdır.
10. Bakı İnzibati Məhkəməsinin (hakim S.Salahova) 2024-cü il 15 may tarixli, 21(112)-80/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə dəfələrlə müvafiq sor ğular göndərilmiş, İdarə xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bu səbəbdən, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 2034V nömrəli bağ sahəsinin digər fiziki şəxsin istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşmə halının dəqiqləşdirilməsi mümkün olmamışdır. Həmçinin işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda təkrar bildirilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Belə kı, sözügedən torpaq sahəsinin giriş-çıxış qapısı bağlı olduğu ndan iddiaçı tərəfindən göstərilən ərazidə ölçü işləri aparılması mümkün olmamışdır. Şərti göstərilən ərazi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir.
12. Eyni zamanda iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (Torpaq sahəsinin planı və ölçüsü, reyestr nömrəsi **********19) 2034V nömrəli bağ sahəsi kimi 0, 12 hektar torpaq sahəsi X5 xüsusi mülkiyyətinə rəsmiləşdirilmişdir. Mülki iş materiallarının 7-ci səhifəsinə əlavə edilmiş Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən tərtib edilmiş İddiaçı1 adına olan 600 kv.metr torpaq sahəsinin yerləşmə sxemində və mülki iş materiallarının 19-cu səhifəsin ə əlavə edilmiş Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən tərtib edilmiş X2 adına olan 600 kv.metr torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinatlar göstərilməməsi səbəbindən sözügedən torpaq sahələrinin sərhədlərini dəqiq olaraq müəyyən etmək və X5 xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 0, 12 hektar torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini təyin etmək mümkün olmamışdır.
13. Məsələ ilə bağlı həmçinin torpaq sahəsini ayıran Binəqədi bələdiyyəsinə müvafiq sorğu verilmiş, Bələdiyyə tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş sorğuya cavabda göstərilmişdir ki, Binəqədi qəsəbə Bələdiyyəsinin arxiv materiallarında vətəndaşlar Mürşüdlü (Süleymanova) Könül Müseyib qızı və İddiaçı1 ilə bağ və ya torpaq sahəsinə dair hər hansı formada müqavilə bağlanması və mülkiyyətə ayrılması barədə iş materiallarında sənədləşmə mövcud deyildir.
14. Göründüyü kimi, iddiaçılar təqdim etdikləri qərar, müqavilə və situasiya planına əsasən üçüncü şəxsin adına qeydə alınmış Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 2034V nömrəli bağ sahəsinin onların icarəsinə verildiyini, üçüncü şəxsin isə etibarsız sənəd əsasında həmin torpağa hüququnu qeydə aldırdığını iddia etsələr də, iş materialları ilə həmin torpaq sahəsinin məhz iddiaçıların icarəsinə verilmiş sahə olması öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçılar mübahisəli torpaq sahəsinin onlara ayrılmasını sübut edə bilmirlər, hazırkı məzmunda iddia qaldırmaq üçün səlahiyyətli hesab oluna bilməzlər. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia mümkün sayılmamalıdır.
15. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, S.Səlimova, P.Hüseynov) 2024-cü il 03 sentyabr tarixli, 2-1(103)-3393/2024 nömrəli nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin (hakim: S.Salahova) 2024-cü il 15 may tarixli, 2-1(112)-80/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. İddiaçı Mürşüdlü Könül Müseyib qızı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv e dilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
19. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri iddiaya qarşı təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı ha llarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şika yətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İd dianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏ SİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi m əsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. Hazırkı iş üzrə iddi açının hüquqi marağı Bakı şəhər İcraiyyə Komitəsinin 27 mart 1991-ci il tarixli 3/318 nömrəli qərarının X6 Bakı şəhəri, Göradil bağ massivində 0,12 ha torpaq sahəsinin ayrılmasına aid olan hissədə, eləcə də həmin qərar əsasında verilmiş Б/С seiyalı, həmin tarixli orderin etibarsız sayılmasına nail olmaqdan ibarətdir.
29. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.
30. Bu bax ımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
31. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv h üquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. 32. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. 33. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə i ddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”
34. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olması və cavabdeh tərəfindən həmin hüququn pozulması ehtimalının mövcudluğu mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın bununla bağlı mümkünlük şərtini yoxlamalıdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar üçüncü şəxsin etibarsız sənəd əsasında həmin torpağa hüququnu qeydə aldırdığını iddia etsələr də, iş materialları ilə üçüncü şəxsə məxsus torpaq sahəsinin məhz iddiaçıların icarəsinə verilmiş sahə olması öz təsdiqini tapmamışdır.
36. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, nə qədər ki, iddiaçılar mübahisəli torpaq sahəsin in onlara ayrılmasını sübut edə bilmirlər, hazırkı məzmunda iddia qaldırmaq üçün səlahiyyətli hesab oluna bilməzlər. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia mümkün sayılmamalıdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
38. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçıların hazırkı iddianı qaldırmaqda hər hansı subyektiv hüququnun mövcudluğu müəyyən edilmədiyindən, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Mürşüdlü Könül Müseyib qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 03 sentyabr tarixli, 2-1(103)-3393/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.