Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-395/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin planı və ölçüsü sənədində həmin torpaq sahəsinin nəqliyyat infrastrukturuna giriş-çıxış yolunun göstərilməməsi ilə bağlı yol verilmiş texniki səhvin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən, **********972 reyestr nömrəsi ilə qeydiyyata alınmış daşınmaz əmlakın dövlət reyestri orqanının xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışına əsasən xüsusi mülkiyyətində olan 0.02912 ha ölçülü torpaq sahəsinin texniki sənədində - “Torpaq sahəsinin planı və ölçüsü” sənədində həmin torpaq sahəsinin nəqliyyat infrastrukturuna giriş-çıxış yolunun göstərilməməsi ilə bağlı yol verilmiş texniki səhvin aradan qaldırılması (sözügedən torpaq sahəsini nəqliyyat infrastrukturu obyektlərinə - küçəyə və avtomobil yollarına bağlayan sahənin göstərilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3210/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 190 nömrəli qərarı ilə Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 600 kv. m torpaq sahəsinin alqı-satqı yolu ilə X1 qərara alınmışdır.
2. Həmin torpaq sahəsinə X5 adına xx.xx.2007-ci il tarixli A 002599 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanmış, sonuncunun mülkiyyət hüququ xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (0.059 ha torpaq sahəsi).
3. X9 həmin 0.0590 ha torpaq sahəsini xx.xx.2013-cü il tarixdə X4, sonuncu isə xx.xx.2013-cü il tarixdə X3.
4. X12 mülkiyyətində olan həmin 0.059 ha torpaq sahəsinin 0.02912 ha hissəsini iddiaçıya, 0.02988 ha hissəsini isə X2.
5. İddiaçının 0.02988 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına RX seriyalı, ******* nömrəli çıxarış verilmiş, həmçinin torpaq sahəsinə dair plan və ölçü tərtib edilmişdir.
6. İddiaçının mülkiyyətində olan daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 291.2 kv.m torpaq sahəsinin üzərində tikili yoxdur, elektron xəritə məlumatına əsasən, üç tərəfdən reyestrdən qeydiyyatdan keçmiş sahələrlə, bir tərəfdən (yol tərəfdən) reyestrdə qeydiyyata alınmamış fərdi e vlər və həyət sahələri ilə əhatələnmişdir. Faktiki olaraq ərizəçinin sahəsinə yol yoxdur.
7. İddiaçı ona məxsus torpaq sahəsinə yolun bərpa olunması ilə bağlı cavabdeh inzibati orqana müraciətlər etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla koordinatların keçmiş DTXK-nin kadastr planı və tərəflər arasında razılaşdırılmış bölgü eskizi əsas götürülərək tərtib olunduğunu, mövcud vəziyyətdə torpaq sahəsinin yolunun kim tərəfindən bağlanılması və bərpa edilməsi məsələsinin araşdırılmasının İdarənin səlahiyyətləri xaricində olduğunu, xx.xx.2023-cü il tarixli məktubla bölünən sahələrə giriş-çıxış yolunun sahənin şərq tərəfindən olduğunu bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məh kəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən, **********972 reyestr nömrəsi ilə qeydiyyata alınmış daşınmaz əmlakın dövlət reyestri orqanının xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışına əsasən xüsusi mülkiyyətində olan 0.02912 ha ölçülü torpaq sahəsinin texniki sənədində - “Torpaq sahəsinin planı və ölçüsü” sənədində həmin torpaq sahəsinin nəqliyyat infrastrukturuna giriş-çıxış yolunun göstərilməməsi ilə bağlı yol verilmiş texniki səhvin aradan qaldırılması (sözügedən torpaq sahəsini nəqliyyat infrastrukturu obyektlərinə - küçəyə və avtomobil yollarına bağlayan sahənin göstərilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səb ail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanlında yerləşən **********972 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0.02912 ha ölçülü torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestri orqanının xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışına əsasən onun xüsusi mülkiyyətindədir. 2013-cü il tarixdə torpaq sahəsini ilkin hüquq sahibindən alarkən torpaq sahənin sərbəst giriş-çıxışı, yol infrastrukturu ilə birbaşa əlaqəsi var idi. Bundan əvvəl hüquq sahibi olan X6 Badamdar Bələdiyyəsi tərəfindən verilmiş sxemdə də bu torpaq sahəsinin yol infrastrukturuna çıxışı olmuşdur. Sonradan onlar yaxın qohumu ilə birlikdə həmin torpağı almış, öz aralarında bölmüşlər. Bölgüdən sonra hər birinə 3 sota yaxın torpaq sahəsi ayrılmış, bunlar özü-özlüyündə ayrıca daşınmaz əmlak obyekti olm uşdur, indi də ayrıdır. Digər 3 sotun sahibinin küçəyə çıxışı olmuş, onun özünün də ayrıca çıxışı vardı. Son dövrlərə qədər 3 tərəfdən qonşu ilə əhatə olunmuş torpaq sahəsi bir tərəfdən açıq idi, iddiaçı buradan torpaq sahəsinə giriş-çıxış olaraq istifadə edirdi. Bir müddət əvvəl torpaq sahəsinə baş çəkməyə gedərkən məlum olmuşdur ki, torpaq sahəsinin giriş-çıxış yolu qonşuluqda torpaq sahəsi alan Aidə Bəndəliyeva adlı şəxs tərəfindən onun özünün dediyinə görə öz adına sənədləşdirilmişdir, bu səbəbdən onun giriş - çıxış sahəsi bağlanmışdır. Aidə Bəndəliyeva ona "öz sahəsindən” giriş-çıxış kimi istifadə etməyi də qadağan etmiş, məsələni reyestr orqanında həll etməyi bildirmişdir. Aidiyyəti orqanlara (bələdiyyə, icra hakimiyyəti və s.) müraciət edib onların nümayəndələrini əraziyə dəvət edər kən də Aidə Bəndəliyeva bildirmişdir ki, o, torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış/tanıtdırmış, ona müvafiq çıxarış və texniki sənəd verilmişdir. Hal-hazırda iddiaçı öz torpaq sahəsinə daxil ola, buradan istifadə edə bilmir, çünki torpaq sahəsinin giriş-çıxış yolları Aidə Bəndəliyevanın adına sənədləşdirilmiş torpaq sahəsi ərazisi ilə bağlanmışdır.
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə əsaslandırmışdır.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: S.İ.Salahova) 17 aprel 2024-cü il tarixli 21(112)-2152/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin planı və ölçüsü torpaq sahəsi barəsində yuxarıda qeyd olunan məlum atları əks etdirən texniki sənəddir. İddiaçı hazırda ona məxsus torpaq sahəsinə giriş-çıxış yolunun digər şəxslər tərəfindən zəbt olunduğunu, buna görə də torpaq sahəsinə daxil ola bilmədiyini iddia edərək, cavabdehdən ona məxsus torpaq sahəsinə giriş-çıxış yolunun yerinin müəyyən edilməsini və bunun torpaq sahəsinin planı və ölçüsündə əks olunmasını xahiş etsə də, cavabdehin qanunvericilikdən irəli gələn belə bir fəaliyyət istiqaməti və ya vəzifəsi mövcud deyildir. İşdə olan xx.xx.2013-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin bağlanması zamanı iddiaçı və X10 arasında tərtib edilmiş Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən torpaq sahəsinin bölgüsündən görünür ki, X12 tərəfindən onlara satılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanda yerləşən 0.059 ha torpaq sahəsindən İddiaçı verilən 0.02912 ha torpaq sahəsi və X7 verilən 0.02988 ha torpaq sahəsi, həmin torpaq sahələrinə yol tərəfdən giriş olması qeyd olunmuşdur. Məhkəmə iddiaçıya izah etmişdir ki, iddiaçı həmin sahənin hazırda başqa şəxsin sahibliyində olmasını iddia edirsə, onun Mülki Məcəllənin 158.1.3-cü maddəsinə uyğun olaraq həmin sahəyə servitut hüququ vardır. Beləliklə, iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab etmişdir ki, iddia təmin edilməməlidir.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və G.M.Abbasova) 18 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3210/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
17. İddiaçının kassasiya dəlilləri iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətin ə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tə rəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. …
20. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsi: Bənd 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və dig ər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra – hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 2.0.3. dövlət kadastrının və X13nın tərtib edilməsini və aparılmasını həyata keçirmək; 2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; 2.0.5. yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək; 2.0.6. torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; 2.0.7. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədl ərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; 2.0.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək. … Bənd 3.1.16. Daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifəsidir. …
21. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”: Bənd
1. Bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yan ında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü (bundan sonra - plan və ölçü) təsvir edilir. Bənd
4. Plan və ölçüdə aşağıdakılar göstərilir: 4.1. Dövlət Xidmətinin, habelə onun tabeliyində olan qurumun adı; 4.2. torpaq sahəsinin ünvanı, ünvan olmadıqda isə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq onun yerləşdiyi ərazi vahidi; 4.3. torpaq sahəsi üzərində hüquq sahibi haqqında məlumat: 4.3.1. fiziki şəxs olduqda - soyadı, adı, atasının adı; 4.3.2. hüquqi şəxs olduqda - tam adı (o cümlədən təşkilati-hüquqi forması); 4.4. torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı); 4.5. torpaq sahəsinin mülkiyyət növü; 4.6. torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn n övü; 4.7. torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi; 4.8. torpaq sahəsinin hüquq-müəyyənedici sənədlərdə əksini tapmış sahəsi (hektarla); 4.9. torpaq sahəsinin inventarlaşdırılma (çöl ölçmə) işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsi (hektarla); 4.10. torpaq sahəsində mövcud olan servitutlar barədə məlumat; 4.11. plan və ölçünün tərtib edilməsi üçün əsas olan sənədin rekvizitləri; 4.12. plan və ölçünün tərtib edilməsi tarixi; 4.13. torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı); 4.14. torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; 4.15. torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; 4.16. şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstə rilən işarələrin təsviri); 4.17. torpaq sahəsinin qonşu sərhədləri; 4.18. torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planı; 4.19. plan və ölçünün X13 Kitabında uçota alındığı nömrə və tarix (üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinə dair tərtib edilən plan və ölçü istisna olmaqla); … Bənd
5. Bu sənədin 4.5-ci, 4.6-cı və 4.7-ci bəndlərində göstərilən məlumatlar torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı hallarda plan və ölçüdə əks olunur. Bənd
6. Plan və ölçü yaşayış məntəqələri hüdudlarında yerləşən torpaq sahələri üzrə tərtib edildikdə, blankın arxa tərəfinin sol hissəsindəki göstəricilər doldurulur, digər torpaq sahələri (o cümlədən, kənd təsərrüfatı təyinatlı t orpaqlar) üzrə tərtib edildikdə arxa tərəfinin sağ hissəsindəki göstəricilər doldurulur.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qism ən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası kassasiya şikayətin in dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan xx.xx.2013-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin bağlanması zamanı iddiaçı ilə X10 arasında tərtib edilmiş Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən torpaq sahəsinin bölgüsündən görünür ki, X12 tərəfindən onlara satılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanda yerləşən 0.059 ha torpaq sahəsindən İddiaçı verilən 0.02912 ha torpaq sahəsi və X7 verilən 0.02988 ha torpaq sahəsi, həmin torpaq sahələrinə yol tərəfdən giriş olması qeyd olunmuşdur. Əgər iddiaçı həmin giriş yolunun hazırda başqa şəxsin sahibliyində olduğunu iddia edirsə, qanunvericiliyin tələbinə əsasən onun həmin sahəyə servitut hüququ vardır. Lakin hazırkı halda cavabdeh inzibati orqan tərəfindən iddiaçın ın hüquqları pozulmamış, hüquqların dövlət qeydiyyatı zamanı səhvə yol verilməmişdir.
28. Beləliklə, iddiaçının təkrarlanan kassasiya dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyindən və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, barəsində şikayət verilən məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3210/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.