Məhkəmə qərarları › İş №2-1(102)-4035/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-4035/2025

11.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-4035/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh X1 Xidmət Mərkəzində Qeydiyyat şöbəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın qeyri-mümkünlüyü, şikayətin vəkil tərəfindən tərtib edilib imzalanmaması, vəkil orderinin şikayətə əlavə edilməməsi) 11.02.2026 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X1 Xidmət Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “ad və soyadın dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 7 avqust 2025-ci il tarixli, 2-1(106)-454/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, adının “Məhəmməd” adından “Şahin” adına, soyadının “Məmmədov” soyadından “Salmanov” soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Şirvan İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2-1(120)-1382/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2025-ci il tarixli, 2-1(106)-454/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3. Şikayət onu verə n şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi... əlavə olunur.

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qə rarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Mə hkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

9. İnzibati Prosessual Məcəllənin 90.3-cü və Mülki Prosessual Məcəllənin 67.1-ci, 407.3-cü və 407.4-cü maddələrinin tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə vəkilin orderi əlavə olunmalıdır. Kassasiya şikayəti yalnız həmin tələblərə riayət olunmaqla verildiyi hallarda icraata qəbul edilir.

10. Hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya mü mkün sayılmamalıdır.

11. İddiaçı kassasiya şikayətinə əlavə edilmiş ərizəsində kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmasını da xahiş etmişdir.

12. İş üzrə materiallardan görünür ki, iddiaçı kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə də müraciət etmiş və hüquqi yardım almaq məqsədilə kifayət edəcək maddi imkanının olmadığını sübuta yetirəcək sənəd təqdim etmədiyindən apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə onun ərizəsi təmin olunmamışdır. İddiaçı isə həmin qərardaddan kassasiya şikayəti verməmişdir.

13. Hər bir halda nəzərə alınmalıdır ki, vahid məhkəmə təcrübəsinə əsasən, proses iştirakçılarının dövlət büdcəsinin vəsaiti hesabına vəkil lə təmin edilməsi həmin şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olmamasının müəyyən edilməsindən asılıdır. Belə olan halda sübutetmə yükü üzərində olan iddiaçı məhkəməyə maddi imkanlarının aşağı olduğunu və buna görə də vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadığını təsdiq edən mötəbər sübut təqdim etməlidir. Bundan başqa, iddiaçının vəkilin xidmətlərindən istifadə etmək üçün hər hansı hüquq məsləhətxanasına müraciət etdiyi və ondan göstəriləcək xidmət müqabilində tələb olunan məbləğ də bəlli olmalıdır. Bunun əksi isə, onun imkanları nəzərə alınmaqla dövlət hesabına vəkillə təmin edilməsi məsələsinə qiymət verilməsini də mümkünsüz edir. Qeyd olunmalıdır ki, şəxsin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması mütləq xarakter daşımır və bu baxımdan, heç də bütün hallarda onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Belə ki, müraciət edən şəxs ən azından, məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı olduğunu, vəkillə təmsil olunmasına zərurətin yarandığını və vəkilin xidmət haqqını ödəmək imkanına malik olmadığını öz ərizəsində əsaslandırmağa və bunu təsdiq edən müvafiq sənədləri ərizəsinə əlavə etməyə borcludur. Nəzərə almaq lazımdır ki, ümumi mülahizələrlə ifadə olunan və həmin mülahizələrin yuxarıda qeyd olunmuş şəkildə hər hansı sənədlə təsdiq olunmadığı ərizələr əsaslı sayıla və təmin oluna bilməz. Belə yanaşma həmin institutdan sui-istifadə hallarının qarşısının alınması məqsədlərinə xidmət edir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyas ının xx.xx.2022-ci il tarixli 2-1(102)308/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-358/2022 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-109/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-95/2024 nömrəli, xx.xx.2024cü il tarixli 15(102)-5/2024 nömrəli qərarları).

14. Məhkəmə kollegiyası qeyd edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının kassasiya şikayətinin mümkün sayılmaması hazırkı halda, onun İnzibati Prosessual Məcəllənin 96.3-cü maddəsində təsbit edilmiş dinlənilmə hüququnun pozuntusunu da yaratmır. Belə ki, sözügedən normaya görə, kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır.

15. Dinlənilmə hüququ məhkəmədən mübahisə tərəflərinə öz mövqelərini bildirmək, sübutlarını və dəlillərini təqdim etmək üçün imkan və şərait yaradılmasını, tərəflərlə işin hallarının həqiqi müzakirəsinin aparılmasını tələb edir.

16. Məhkəmənin dinlənilmə hüququnu təmin etməklə bağlı vəzifəsi ilk növbədə, baxılmaqda olan iddia və ya şikayət barədə tərəfləri məlumatlandırmaqdan ibarətdir. Dinlənilmə hüququnun tam təmin edilə bilməsi üçün məzmunla bağlı tələblərə də riayət olunmalıdır. Belə ki, məhkəmə yalnız baxılmaqda olan iş və ya şikayət barədə məlumat verməməli, həm də məlumat verməklə bağlı vəzifəsini elə qaydada icra etməlidir ki, tərəflər mübahisə və ya şikayətlə bağlı işin faktiki və hüquqi vəziyyəti barədə dolğun məlumat sahibi olsunlar. Tərəflər yalnız bu qaydada məlumat sahibi olduqda iddiaya, etiraza və ya şikayətə dair məzmun baxımından öz mövqelərini ətraflı və məhkəm ənin gözlədiyi şəkildə göstərə, eləcə də öz dəlillərini və sübutlarını lazımi qaydada təqdim edə bilərlər. Məhkəmə dinlənilmə hüququ ilə bağlı vəzifələrini məhkəmə iclasında işin faktiki və hüquqi vəziyyətini proses iştirakçıları ilə müzakirə etməklə icra edə biləcəyi kimi, tərəflərə ünvanlandığı məhkəmə bildirişləri, sərəncamlar və digər yazışmalar vasitəsilə də yerinə yetirə bilər.

17. Bu mənada, iş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah” tərəflərə rəsmi qaydada təqdim olunmuşdur. Həmin izahda kassasiya şikayəti verilməsi qaydası tərəflərə ətraflı izah edilmiş, həmin tələblərə əməl olunmayacağı halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

18. Qeyd edilməlidir ki, həmin izah kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatın göndərildiyi kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri, xüsusən də şikayətə dair formal tələblərə əməl olunması ilə bağlı tələblər nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.

19. Lakin iddiaçı tərəfindən kassasiya şikayəti verilərkən izahda göstərilən tələblərə (kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilib imzalanması və şikayətə vəkil orderinin əlavə edilm əsi barədə) əməl olunmamışdır.

20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2025-ci il tarixli, 2-1(106)-454/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar