Məhkəmə qərarları › İş №2-1(102)-404/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-404/2022

09.03.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-404/2022 09.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması, 52 yaş, pensiya hüququnun 1 iyul 2017-ci il tarixə qədər yaranması, müraciətdən əvvəlki dövr üzrə pensiya məbləğinin ödənilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə id diaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “50 yaşdan, yəni 16.01.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2278/2021 saylı, 2 noyabr 2021-ci il tarixli qərarından iddiaçı və cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Azərbaycan Respublikasının vət əndaşıdır, xx.xx.1965-ci ildə doğulmuşdur, Bakı şəhərində qeydiyyatdadır.

2. Əmək kitabçasında olan məlumatlara əsasən iddiaçı 01.09.1982-ci il tarixdən 01.07.1986-cı il tarixədək operator, 02.07.1986-cı il tarixdən 02.11.2009-cu il tarixədək Azərbaycan Hava Yolları QSC-nin Azal Aviasiya şirkətində bort bələdçisi vəzifəsində işləmişdir. 3. 25.01.2017-ci il tarixdən (52 yaşdan) iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

4. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququnun 50 yaşdan yarandığını bildirib pensiyanın 16 yanvar 2015-ci ildən təyin edilməsi və 2015-ci ilin yanvar ayından 2017-ci ilin yanvar ayına qədər olan dövr üzrə məbləğin ödənilməsi barədə 25 sentyabr 2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir.

5. Cavabdeh iddiaçının müraciətinə ca vab olaraq 26 noyabr 2020-ci il tarixli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə və 17-ci maddəsinin birinci və beşinci abzaslarına əsasən, həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinin tələbləri nəzərə alınmaqla iddiaçıya 16 yanvar 2017-ci il tarixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006 -cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajının ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Müəyyən edilmiş 50 yaş pensiya yaş həddi 1997-ci ilin avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü k imi, 01 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№-li siyahı üzrə qadınlar üçün 52 yaş müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 50 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 6 noyabr 2020-ci il tarixdə cavabdehə qarşı məhkəməyə müraciət edərək ona 50 yaşdan, yəni 16.01.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin ca vabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hal-hazıra kimi 58 il 05 ay ümumi və 54 il 07 ay güzəştli iş stajı vardır. Ümumi iş stajının 49 il 10 ayı, güzəştli iş stajı isə 46 ili (09.01.1982-07.01.1986-cı illərdə 03 il 10 ay ümumi, 02.07.1986-31.12.2005-ci illərdə Azərbaycan Hava Yolları QSC-nin Azal Aviasiya şirkətində bələdçi kimi 9934 uçuş saatı olmaqla 46 il) 1 yanvar 2006-cı ilə kimi qüvvədə olan Vətəndaşların pensiya təminatı haqqında qanunun 13-cü maddəsinin “d” bəndinə müvafiq olaraq hava gəmilərində bələdçi kimi işlədiyi illər güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajıdır. 2017-ci ilin fevral ayında güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün iddiaçı aidiyyəti üzrə inzibati orqana m üraciət etmiş və ona 16 yanvar 2015-ci ildən 50 yaşından pensiya təyin edilməsi əvəzinə 16 yanvar 2017-ci ildən 52 yaşından pensiya təyin edilmişdir. “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” haqqında Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il 231 nömrəli qərarı əsasında onun 01 yanvar 1997-ci ilə kimi ümumilikdə 27 il 08 ay güzəştli (5992 saat:18(ay):12(il) = 27.74 il= 27 il 08 ay), 31 il 06 ay ümumi iş stajı olmuşdur.

8. Cavabdehin iddia ərizəsinə dair etirazının dəlilləri 26 noyabr 2020-ci il tarixli imtinasının dəlilləri ilə eyni olmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin 7 iyun 2021-ci il tarixli (hakim Fərid Mədətli 21(112)-2526/2021 nömrəli iş) qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 50 yaşdan, yəni 16.01.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 5 oktyabr 2017-ci il tarixdən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, pensiya işində olan Azərbaycan Hava Yolları QSC-nin Azal Aviasiya şirkətinin 19.10.2017-ci il tarixli 07 nömrəli arayışın surətindən görünür ki, iddiaçının 02.07.1986-cı il tarixdən 01.01.2009-cu il tarixədək faktiki uçuş saatı ümumilikdə 11.802, 02.07.1986-01.01.1997-ci il tarixədək olan uçuş saatları isə 5.992 təşkil edir. Həmin faktiki uçuş saatları əsasında iddiaçının 01.08.1997-ci il tarixədək olan güzəştli sığorta stajı 27 il 08 ay təşkil edir. (5992 saat:18(ay):12(il) = 27.74 il= 27 il 08 ay (12x0,74=08ay) İddiaçının 01.09.1982-ci il tarixdən 01.07.1986-cı il tarixədək operator vəzifəsində işlədiyi müddət ilə faktiki uçuş saatı əsasında müəyyən edilmiş sığorta stajı nəzərə alındıqda, onun 31 il 06 ay 01 gün (3 il 10 ay 01 gün + 27 il 08 ay) ümumi sığorta stajı vardır. Qanunvericilikdə nəzərdə tutulmuş bütün şərtlər ödənildiyindən iddiaçıya pensiya hüququ yarandığı 16 yanvar 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 16 yanvar 2015-ci il tarixdən yaransa belə, ona ödənilməmiş pensiya (fərq) məbləğinin həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması mümkün deyildir. İddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə ilk dəfə 05.10.2020-ci il tarixdə cav abdehə müraciət etmişdir. Belə olan halda iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni 05.10.2017-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir.

11. Qərardan həm iddiaçı, həm də cavabdeh apelyasiya şikayəti vermişlər. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı İnzibati Məhkəməsinin mövqeyi razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X1-məruzəçi, X2 və X3, 2-1(103)-2278/2021 saylı iş) 2 noyabr 2021-ci il tarixli qərarla iddiaçı və cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 7 iyun 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

13. İddiaçı apelyasiya məhkəməsinin qərarını 19 noyabr 2021-ci il tarixdə almış, həmin qərardan verdiyi kasasiya şikayəti 17 dekabr 2021-ci il tarixdə apelyasiya məhkəməsinə daxil olmuş, şikayətində qərarın ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir.

14. Cavabdeh 25 noyabr 2021-ci il tarixdə apelyasiya məhkəməsinin qərarını almış, qərardan verdiyi kassasiya şikayəti 24 dekabr 2021-ci il tarixdə poçta təqdim edilmiş, şikayətində qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətlərinin dəlilləri

15. İddiaçı şikayətində bildirmişdir ki, 2017-ci ilin əvvəlində birinci dəfə pensiya təyin olunması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh 50 yaşdan, yəni 16 yanvar 2015-ci il tarixdən pensiya təyin etmək əvəzinə, 52 yaşdan, yəni 16 yanv ar 2017-ci il tarixdən pensiya təyin edib ödəmə aparmağa başlamışdır. 2020-ci ilin sentyabr ayında pensiya hüququnun yarandığı 50 yaşdan pensiyanın düzgün təyin edilərək yaranacaq fərqin ödənilməsi barədə yenidən təkrar cavabdehə müraciət etmişdir. Pensiya hüququ 2015-ci ildə yarandığından “Əmək pensiyaları haqqında” Qanunun iyul 2017-ci ildən qüvvədə olan 32.1-1-ci maddəsi ona tətbiq edilə bilməz.

16. Konstitusiya Məhkəməsi Plenumunun oxşar işlə bağlı 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyə görə 2015-yanvar 2017-ci il üzrə pensiya məbləği ona ödənilməlidir.

17. Cavabdehin şikayətinin dəlilləri 26 noyabr 2020-ci il tarixli imtina məktubunda olan dəlillərlə eyni olmuşdur (bu qərarın 5-ci bəndi). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kasasiya şikay ətlərinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu mü ddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 20. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çal ışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 21. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsin də nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ ver ən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 22. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) gös tərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbi q edilməlidir.

24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bil ər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətlərinin mümkünlüyü, kasasiya baxışının hədləri

25. İddiaçı və cavabdehin kasasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir. Şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayətlər qəbul oluna bilən hesab edilir.

26. Apelyasiya məhk əməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının tələblərinə əməl edilmişdir. 28. xx.xx.1965-ci ildə doğulmuş iddiaçı 01.09.1982-ci il tarixdən 01.07.1986-cı il tarixədək operator vəzifəsində, 02.07.1986-cı il tarixdən 02.11.2009-cu il tarixədək Azərbaycan Hava Yolları QSC-nin Azal Aviasiya şirkətində bort bələdçisi vəzifəsində işləmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə və 17-ci maddəsinin birinci və beşinci abzaslarına əsasən, həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respub likasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinin tələbləri nəzərə alınmaqla iddiaçıya 16 yanvar 2017-ci il tarixdən 2 nömrəli Siyahı üzrə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

29. İddiaçı hesab edir ki, 1 avqust 1997-ci il tarixə qədər lazım olan ümumi və güzəştli stajı topladığından, ona 52 yaşdan deyil, 50 yaşdan güzəştli şərtlə yaşa görə pensiya təyin edilməli, 50 yaşının tamam olduğu 16 yanvar 2015-ci il tarixdən 52 yaşının tamam olduğu 16 yanvar 2017-ci il tarixə qədər dövr üçün pensiya məbləği ona ödənilməlidir.

30. Qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə görə 1 avqust 1997-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, iddiaçının 50 yaşdan güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmış olacaqdır.

31. Apelyasiya instansiyası məhkəməsinin araşdırmasından görünür ki, iddiaçının 02.07.1986-cı il tarixdən 01.01.2009-cu il tarixədək faktiki uçuş saatı ümumilikdə 11.802, 02.07.1986-01.01.1997-ci il tarixədək olan uçuş saatları isə 5.992 təşkil edir. Həmin faktiki uçuş saatları əsasında iddiaçının 01.08.1997-ci il tarixədək olan güzəştli sığorta stajı 27 il 08 ay təşkil edir. (5992 saat:18 (ay):12(il) = 27.74 il= 27 il 08 ay (12x0,74=08 ay) İddiaç ının 01.09.1982-ci il tarixdən 01.07.1986-cı il tarixədək operator vəzifəsində işlədiyi müddət ilə faktiki uçuş saatı əsasında müəyyən edilmiş sığorta stajı nəzərə alındıqda, onun 31 il 06 ay 01 gün (3 il 10 ay 01 gün + 27 il 08 ay) ümumi sığorta stajı vardır.

32. Cavabdeh kasasiya şikayətində iddiaçının 1 avqust 1997-ci ilə qədər azı 20 il iş stajının olmaması, bu müddətin azı 10 ilini güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşə sayılmaması ilə bağlı hər hansı əsaslandırma verməmişdir.

33. İddiaçının 1 avqust 1997-ci il tarixə qədər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə azı 20 il iş stajı və azı 10 il güzəştli şərtlə yaşa görə pensiya hüququ verən stajı olduğundan, 50 yaşının tamam olduğu 16 yanvar 2015-ci il tarixdən güzəştli şərtlə yaşa görə pensiya hüququnun yaranması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, bu hissədə cavabdehin şikayətinin dəlilləri əsaslı olmadığından şikayət təmin edilmədən məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır. 34. 16 yanvar 2015-ci il tarixdən təyin edilən pensiyanın həmin vaxtdan ödənilməli olması barədə iddiaçının şikayətinin dəlillərini əsaslı saymayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

35. İşdə olan sənədlərdən görünür ki, iddiaçı pensiya təyin olunması ilə bağlı ilk dəfə 25 yanvar 2017-ci il tarixdə (səh.67) cavabdehə müraciət etmiş, cavabdeh 25 yanvar 2017-ci il tarixli qərarla iddiaçıya pensiya təyin etmiş (səh.66), pensiyanın ödənilməsinin əvvəlini iddiaçının 52 yaşının tamam olduğu 2017-ci ilin yanvar ayından hesablamış, iddiaçı həmin pensi yanı almağa başlamış, bundan sonra pensiyanın 52 yaşdan deyil, 50 yaşdan təyin edilib ödənilməsi ilə bağlı iddiaçı 2017-ci ilin iyul ayının 1-dək cavabdehə müraciət etməmişdir. Cavabdehə belə müraciət yalnız sentyabr 2020-ci il tarixdə olmuşdur. 36. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. Bu səbəbdən idd iaçıya müraciətdən əvvəlki üç ildən əvvələ olan dövr üçün pensiya hesablana bilməz. 37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli Qərardadının 75 və 76-cı bəndlərinə görə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) il lə məhdudlaşdırılmışdır. Sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzə rə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir.

38. Kollegiya nəticədə qərara almışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

39. Qanunvericiliyin, o cümlədən Qərardadın tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasib ətdə də tətbiq edilməlidir. 40. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən (8 oktyabr 2020-ci il tarixli) qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edil miş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

41. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər t əyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.

42. Lakin hazırkı işlər üzrə kasasiya instansiyası məhkəməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını, ərizəçilərin müvafiq tarixlərdə pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün aidiyyəti inzibati orqanlara müraciət etməmələrinin səbəblərini nəzərə almadan, yalnız həmin məhkəmənin yuxarıda qeyd edilmiş qərardadına əsaslanmaqla iddiaları rədd etmişdir”.

43. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarının işığında işin faktiki halı ilə bağlı bildirir ki, iddiaçının əmək pensiyası hüququ 2017-ci il 1 iyul tarixdən əvvəl yaranmış, iddiaçı həmin vaxta qədər bununla bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının pensiyasını 2017-ci ilin yanvar ayından təyin edib ödəməyə başlamış, lakin iddiaçı pensiyanın 2017-ci ilin yanvar ayından deyil, 50 yaşının tamam olduğu vaxtdan, yəni 2015-ci ilin yanvar ayından ödənilməli olması barədə 1 iyul 2017-ci il tarixədək cavabdehə müraciət etməmişdir.

44. Odur ki, pensiyanın 2015-ci ilin yanvar ayından ödənilməli olması barədə iddiaçının şikayətinin dəlilləri, yanvar 2015-ci ildən təyin edilməli olmaması barədə cavabdehin şikayətinin dəlilləri əsaslı olmadığından iddiaçının və cavabdehin şikayəti təmin edilməməli, apelyasiya instans iyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2278/2021 saylı, 2 noyabr 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar