Məhkəmə qərarları › İş №2-1(102)-406/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-406/2024

02.02.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-406/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı xxx cavabdeh xxx qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin ayrılmasına dair sərəncamın etibarsızlığının tanınması; iddia müddətinin ötürülməsi, subyektiv hüquq, iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı xxx cavabdeh xxx qarşı (üçüncü şəxs: Rəhimova (İmanova) Arzu Əsədulla qız) “Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 892 nömrəli sərəncamının etibarsızlığının tanınmas ı” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 2-1(103)-56/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyətinin başçısının 892 nömrəli, 14 sentyabr 2000-ci il tarixli Sərəncamı ilə Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsi, ev 16b, mənzil 26-da yaşayan iş üzrə üçüncü şəxs Rəhimova (İmanova) Arzu Əsədulla qızına fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən 600,0 kv.m. torpaq sahəsi ayrılmışdır. Üçüncü şəxs daha sonra həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində 16 noyabr 2011-ci il tarixdə qeydə aldıraraq Seriya MA ******* saylı çıxarış almışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 892 nömrəli sərəncamının etibarsızlığının tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ARDNŞ-nin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün Qaradağ rayonun ərazisində torpaq sahəsi ayrılmışdır. Neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin 30,1 ha hissəsinin SOCAR-ın təsisçiliyi ilə yaradılmış Neftçi MTK-nın daimi istifadəsin ə ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2011-ci il tarixində 213 nömrəli Sərəncam imzalanmışdır. Qeyd edilən sərəncamın birinci hissəsinin a) bəndinə əsasən, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan qəsəbəsindən Qobu qəsəbəsinə gedən yolun şimal və cənub hissəsində yerləşən “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində olan torpaq sahəsi - 30,1 ha Socar-ın təsisçiliyi ilə yaradılmış "xxxx" MTK-nın daimi istifadəsinə ayrılmışdır. Həmin sərəncamın 1.1-ci hissəsinə əsasən, sözügedən sərəncam, sənaye təyinatlı torpaq sahələrinin yaşayış məntəqələri torpaqlar kateqoriyasına keçirilməsi barədə Nazirlər Kabinetinin müvafiq sərəncamı olduqdan sonra qüvvəyə minməsi müəyyən edilmişdir. Bundan sonra, AR Nazirlər Kabinetini n 19 yanvar 2012-ci il tarixli 9s nömrəli sərəncamı ilə SOCAR-ın “Azneft” İB-nin Ə.Əmirov adına NQÇİnin istifadəsində olan torpaq sahəsinin 30,1 ha hissəsi sənaye təyinatlı torpaq sahəsinin kateqoriyasından yaşayış məntəqələri torpaqları kateqoriyasına keçirilmişdir. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı Sərəncamı ilə yuxarıda qeyd edilən 30,1 ha torpaq sahəsindən vətəndaş Rəhimova (İmanova) Arzu Əsədulla qızına fərdi yaşayış evinin tikintisi üçün 600,0 kv.m torpaq sahəsi ayrılmışdır. Bu səbəbdən Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 nömrəli Sərəncamı SOCAR-ın qanunvericiliklə müəyyən edilmiş sahiblik və istifadə hüquqlarını kobud şəkildə pozduğundan, həmin sərəncamın etibarsızlığı tanınmalıdır. Rəhimova (İ manova) Arzu Əsədulla qızına ayrılmış 600,0 kv.m torpaq sahəsi SOCAR-ın sahiblik və istifadə hüquqlarını pozmaqla ayrıldığı üçün qanunsuzdur. Belə ki, qeyd edilən torpaq sahəsi vətəndaş A.Rəhimovaya ayrılarkən həmin torpaq sahəsinin ümumiyyətlə hələ kateqoriyası dəyişdirilməmişdir. Nazirlər Kabinetinin yuxarıda göstərilən sərəncamından göründüyü kimi həmin torpaq sahəsinin kateqoriyası yalnız 19 yanvar 2012-ci il tarixində dəyişdirilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-23/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2291 nömrəli ekspert rəyinin nəticəvi hissəsində göstərilmişdir ki, 1. "xxxx" MMC-nin d irektoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 29 aprel 2021-ci il tarixli 40 saylı məktubu ilə göndərilmiş mütəxəssis Davud Sultanovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən X1 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsinin ayrılması baədə Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı sərəncamı qəbul edilərkən, həmin torpaq sahəsi İddiaçı istifadəsində olan torpaq sahəsinə daxil olmaması istisna edilmir.

2. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 14 sentyabr 2000-ci il tarixli, 892 saylı sərəncamı ilə X1 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində ayrılan 600 kv.metr torpaq sahəsi hazırda Azərbaycan Respublikası Dövlət Şirkətinin təsis etdiyi "xxxx" MTK-nın istifadəsində o lan (rəyin təsviri hissəsində qeyd edilmiş sərəncamla təyinatlı yaşayış məntəqələrinin torpaqlarına aid edilmiş) torpaq sahəsinin hüdüdları daxilinə düşür.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-25/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli (hakim M.Qarayeva) qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 892 nömrəli sərəncamı etibarsız inzibati akt hesab edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sərəncamla ayrılan mübahisəli torpaq sahəsinin əvvəllər dövlətin mülkiyyətində saxlanılan sənaye təyinatlı torpaq sahəsi olduğu müəyyən olunmuşdur. Bununla bağlı olaraq məhkəmə tərəfindən torpaqşünaslıq ekspertizası təyin edilərək ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısını n 14 sentyabr 2000-ci il tarixli, 892 saylı sərəncamı ilə X1 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində ayrılan 600 kv.metr torpaq sahəsi hazırda Azərbaycan Respublikası Dövlət Şirkətinin təsis etdiyi "xxxx" MTK-nın istifadəsində olan (rəyin təsviri hissəsində qeyd edilmiş sərəncamla təyinatlı yaşayış məntəqələrinin torpaqlarına aid edilmiş) torpaq sahəsinin hüdüdları daxilinə düşür. Göründüyü kimi SOCAR-ın “Azneft“ İB-nin Ə.Əmirov adına NQÇİ-nin istifadəsində olmuş sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan torpaq sahələrindən təyinatı dəyişdirilmədən cavabdehin sərəncamı ilə iş üzrə üçüncü şəxsə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır.

8. İş üzrə üçüncü şəxs apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və yeni qərar qəbul edilmək lə, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1030/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizas təyin edilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/226 nömrəli ekspert rəyinin nəticəvi hissəsində göstərilmişdir ki:

1. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı Sərəncamı ilə Rəhimova (İmanova) Arzu Əsədulla qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.m torpaq sahəsinin koordinatları və yerləşmə mövqeyi naturaya uyğundur. Ayrılan zaman və hal-hazırda yaşayış məntəqəsinin torpaqlarına aiddir.

2. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı Sərəncamı ilə Rəhimova (İmanova) Arzu Əsədulla qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.m torpaq sahəsi ayrılan zaman Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 676 saylı sərəncamı ilə Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin istifadəsindən geri alınmış 292,7 ha torpaq sahəsinin hüdudları daxilində tam yerləşir.

3. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı Sərəncamı ilə Rəhimova (İmanova) Arzu Əsədulla qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.m torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2011-ci il tarixdə 213 nömrəli sərəncamı ilə "xxxx" MTK-nın daimi istifadəsinə ayrılmış daha sonra xx.xx.2011-ci il tarixli 447 saylı sərəncamla düzəliş edilmiş Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan qəsəbəsindən Qobu qəsəbəsinə gedən yolun şimal və cənub hissəsində yerləşən “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində olan 21,2 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmir.

4. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı Sərəncamı ilə Rəhimova (İmanova) Arzu Əsədulla qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.m torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2011-ci il tarixində 213 nömrəli sərəncamı İlə "xxxx" MTK-nın daimi istifadəsinə ayrılmış 30,1 ha torpaq sahəsinin sonradan həmin sərəncamda düzəliş nəticəsində azaldılmış olan 8,9 ha torpaq sahəsi daxilində yerləşir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 21(103)-56/2023 nömrəli qərardadı ilə (hakimlər: A.Oruczadə – sədrlik edən və məruzəçi, K.Əkbərov və R.Səmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı Sərəncamı ilə Rəhimova (İmanova) Arzu Əsədulla qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.m torpaq sahəsi hal-hazırda yaşayış məntəqəsinin torpaqlarına aiddir və sözügedən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 67 8 saylı “Torpaq sahəsinin geri alınması haqqında” Sərəncamına əsasən, Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində olan torpaq sahəsindən geri alınmış 292,7 ha torpaq sahəsinin, həmçinin, Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2011-ci il tarixində 213 nömrəli sərəncamı İlə "xxxx" MTK-nın daimi istifadəsinə ayrılmış 30,1 ha torpaq sahəsinin sonradan həmin sərəncamda düzəliş nəticəsində azaldılmış olan 8,9 ha torpaq sahəsi daxilində yerləşir. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı Sərəncamı ilə Rəhimova (İmanova) Arzu Əsədulla qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.m torpaq sahəsi İddiaçındən geri alınmış torpaq sahəsinin daxilində yerləşdiyi üçün iddiaçının həmin sərəncamı mübahisələndirmək üçün su byektiv hüququ mövcud deyildir.

13. Mövqeyini hüquqi cəhətdən əsaslandırmaq üçün apellyasiya məhkəməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına istinad etmişdir.

14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, sonrakı prosessual hərəkətləri edilməsi üçün işi apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi qərəzli və əsassız olaraq bu nəticəyə gəlmişdir ki, mübahisəli torpaq sahəsi İddiaçındən geri alınmış torpaq sahəsinin daxilində yerləşdiyi üçün iddiaçının həmin sərə ncamı mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyildir. Halbuki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)23/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə torpaqşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2291 nömrəli ekspert rəyinin nəticəvi hissəsində göstərilmişdir ki, 1. "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 29 aprel 2021-ci il tarixli 40 saylı məktubu ilə göndərilmiş mütəxəssis Davud Sultanovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən X1 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 14 sentya br 2000-ci il tarixli 892 saylı sərəncamı qəbul edilərkən, həmin torpaq sahəsi İddiaçı istifadəsində olan torpaq sahəsinə daxil olmaması istisna edilmir.

2. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 14 sentyabr 2000-ci il tarixli, 892 saylı sərəncamı ilə X1 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində ayrılan 600 kv.metr torpaq sahəsi hazırda Azərbaycan Respublikası Dövlət Şirkətinin təsis etdiyi "xxxx" MTKnın istifadəsində olan (rəyin təsviri hissəsində qeyd edilmiş sərəncamla təyinatlı yaşayış məntəqələrinin torpaqlarına aid edilmiş) torpaq sahəsinin hüdudları daxilinə düşür.

16. Kassasiya şikayətinin hüquqi əsasını “İnzibati İcraat haqqında” Qanunun 65.1-ci maddəsi təşkil edir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İş üzrə üçüncü şəxs kassasiya şik ayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 2-1(103)-56/2023 nömrəli qərardadını dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Mülki Prosessual Məcəllə (Məcəllənin 26-cı fəsli 10 iyun 2011-ci il tarixli 143İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir): Maddə 296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Maddə 297.1. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərək ətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin. Maddə 297.2. Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tu tulan fərdi və normativ hüquqi aktlar. Maddə

298. Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

19. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarını n və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasi təsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

20. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təq dirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

26. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdehin 2000-ci il tarixdə qəbul edilmiş sərəncamının etibarsız hesab edilməsi ilə bağlı 2017-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

27. Mübahisələndirilən sərəncamın iddiaçıya məlum olma tarixi konkret müəyyən olunmasa da, həmin sərəncamla ayrılmış torpaq sahəsinin üçüncü şəxsin istifadəsində olması barədə məlumatsız olması aradan keçən kifayət qədər uzun müddət nəzərə alındığında ağlabatan görünmür.

28. İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə).

29. Şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən edilməyibsə, 1 аy müddətində ərizə ilə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir (həmin Məcəllə 298-ci mаddə).

30. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək müvаfiq icrа hаkim iyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrının, hərəkətinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də, mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

31. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddianı mümkünsüz hesab edərkən iddiaçının subyektiv hüquqa malik olmadığına istinad etmişdir. Buna dair mövqe onunla əsaslandırılmışdır ki, cavabdehin mübahisələndirilən Sərəncamı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsi, B akı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 678 sərəncamı ilə İddiaçı Quruda X3 İstehsalat Birliyinin müvafiq olaraq xx.xx.1999-cu il tarixli 011/238 nömrəli məktubu nəzərə alınaraq Qaradağ rayon ərazisində yerləşən və Dövlət Neft Şirkətinə məxsus olan torpaq sahələri Neft Şirkətindən geri alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmə sorğusuna əsasən həmin Sərəncamlar məhkəməyə təqdim edilmiş, həmin Sərəncamlar hazırda ləğv və ya etibarsız hesab edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, torpaq sahələri geri alındığından iddiaçı mübahisəli ərazi ilə bağlı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa da malik olmamışdır. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, kassator həmin halı və ona dair təqdim olunan sübutları ink ar etməmiş, hər hansı əks dəlil irəli sürməmişdir.

32. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 18-19a bəndlərində qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2023-cü il tarixli, 21(103)-56/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar