Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-414/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlillik təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2021-ci il tarixdən ikinci qrup əlilliyin təyin olunması barədə müvafiq aktın qəbul edilməsi öhdəliyinin icrasının cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2024-cü il tarixli, 2-1(105)137/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əlillik vəziyyətinə Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və ümumi xəstəlik (X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110-115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 110 Essensial [birincili] hipertenziya; Diaqnozun mətni: Arterial hipertenziya İİ dərəcə əlavə risk İV) səbəbindən ikinci dərəcə əlillik səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
2. İddiaçının əlillik vəziyyətinə Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014cü il t arixli göndərişi əsasında baxılmış və ümumi xəstəlik səbəbindən (X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110-115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 110 - Essensial [birincili] hipertenziya; Diaqnozun mətni: Arterial hipertenziya İİİ dərəcə QDÇ İİ dərəcə; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın..) səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
3. İddiaçının əlillik vəziyyətinə “Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və ümumi xəstəlik (X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110-115 - Qan təzyiqinin yüksək olması ilə xəstəliklər => 110 - Essensial [birincili] hipertenziya; Arterial hipertenziya İİİ dərəcə QDÇ İİ dərəcə; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın...) səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
4. Daha sonra iddiaçının əlillik vəziyyətinə Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və əlavə müalicəyə ehtiyac olması, 2012-dən sonra stasionar müalicənin olmaması, yazılan diaqnoz və ağırlaşmaların əlillik təyin etməyə əsas verməməsi səbəbilə imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, da ha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən ikinci qrup əlilliyin təyin olunması barədə müvafiq aktın qəbul edilməsi öhdəliyinin icrasının cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. İddiaçının tələbi hazırkı qərarın 1-4-cü bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.
7. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazını iddiaçının müraciətindən imtinada sadalanan hallarla əsaslandırmışdır.
8. İşin məhkəmə araşdırması zamanı “Məhkəmə Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsi tərəfindən verilmiş T163/2023 nömrəli rəydə qeyd edilmişdir ki, iddiaçı məhkəmə-tibbi müayinədən keçərkən Ak.C.Abdullayev adına X1 göndərilmiş və aparılmış müayinələr əsasında “J20.8, J11.0, E11.8, J50.0-ÜJX stabil gərginlik stenokardiyası İ f.s hipertoniya xəstəliyi İİ dərəcə (krizli gedişlə), insulindən asılı olmayan şəkərli diabet, insulin tələbi dəqiqləşdirilməmiş ağırlaşmalarla XÜÇ İ F.S AF-55 faiz diaqnozu qoyulmuşdur və hazırda həmin xəstəliklərdən əziyyət çəkir.
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: L.E.Mirzəyeva) 04 avqust 2023-cü il tarixli 2-1(118)-184/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, inzibati iş materiallarında olan sənədlərin surətindən göründüyü kimi, iddiaçıya ilkin olaraq “əsas diaqnoz: durğunluq, ürək çatışmamazlığı olmadan, ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, ürək çatışmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertoniya; arterial hipertenziya İİ dərəcə ə.r İİİ; ağırlaşma: İ 25 ürəyin işemik xəstəliyi, İ67.4 hipertenziv ensefalopatiya, İ20.8 Stenokardiyanın digər formaları, gərginlik stenokardiyası; yanaşı xəstəliklər E11.9 insulindən asılı olmayan şəkərli diabet, ağırlaşmalarsız şəkərli diabet tip 2; K76.0 Qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, qaraciyərin piy distrofiyası, G63.2 diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə), diabetik polinevropatiya, F48.0 nevrasteniya, asteno nevrotik vəziyyət, H52.4 presbiopiya” təyin edilmişdir və bu diaqnozlar əsasında iddiaçıya ikinci qrup əlillik təyin edilmişdir. Cavabdeh orqan növbəti müayinə zamanı isə “diaqnoz əlillik ə laməti təyin etməməsi – səbəb: diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” əsası ilə iddiaçıya əlilliyin təyin olunmasından imtina etmişdir. Məhkəmə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin olunması məqsədilə ekspertiza təyin etmiş, “Məhkəmə Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsin T163/2023 nömrəli rəyində qeyd edilmişdir ki, iddiaçı məhkəmə-tibbi müayinədən keçərkən Ak.C.Abdullayev adına X1 göndərilmiş və ona aparılmış müayinələr əsasında “J20.8, J11.0, E11.8, J50.0-ÜJX stabil gərginlik stenokardiyası İ f.s hipertoniya xəstəliyi İİ dərəcə (krizli gedişlə), insulindən asılı olmayan şəkərli diabet, insulin tələbi dəqiqləşdirilməmiş ağırlaşmalarla XÜÇ İ F.S AF-55 faiz diaqnozu qoyulmuşdur və hazırda həmin xəstəliklərdən əziyyət çəkir. Veril miş ekspert rəyindən göründüyü kimi, iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Qeyd olunan hal ekspert rəyi ilə də öz əksini tapmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçıda onda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvəllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. İddiaçı ona 11 yanvar 2021-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir.
11. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməs i barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, İ.R.Quliyev və G.İ.Cabbarova) 23 avqust 2024cü il tarixli, 2-1(105)-137/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, apellyasiya icraatı zamanı məhkəmə kollegiyası tərəfindən cavabdeh inzibati orqanın iddiaçının əyani müayinəsində iştirak etməyən ekspert-həkimi mütəxəssis qismində cəlb edilməklə, təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Təkrar ekspertiza tədqiqatı üzrə Məhkəmə-Tibbi Ekspertiza və X8 publik hüquqi şəxs (məhkəmə-tibb eksperti X7, cavabdehin tibbi-sosial eksperti X6) tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli, T901/2023 nömrəli ekspert rəyi ilə ilkin ekspert rəyində qeyd edilənlər təsdiqlənərək, İ67.4 “Hipertenziv ensefalopatiya” diaqnozlu xəstəlik istisna olmaqla, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə göstərilən əsas xəstəlik və ağırlaşmaların hazırda onda aşkar edildiyi qeyd olunmuşdur. Əlavə olaraq, göndərişdə qeyd edilən xəstəliklər nəzərə alınmaqla, onun əyani müayinəsində aşkar edilmiş patomorfoloji dəyişikliklərin əlillik dərəcəsinin təyini zamanı istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağl amlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın hər hansı bəndinə aid etmək mümkün olmadığı bildirilmişdir. Məhkəmə kollegiyasının sorğusu əsasında Ak..C.M.Abdullayev adına Elmi -X5 tərəfindən iddiaçının elektro-kardioqramma, exokardioqrafiya müayinələri aparılmış və müayinələr nəticəsində məhkəməyə xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli tibbi rəylər, exo-kardioqrafiya və elektro-kardioqramma müayinələrinin nəticələri təqdim edilmişdir. Tibbi rəydən görünür ki, iddiaçının müayinəsi nəticəsində ona “ÜİX stabil gərginlik stenokardiyası İ F.S. Hipertoniya xəstəliyi İİ dərəcə (krizli gedişlə), insulindən asılı olmayan şəkərli diabet, ins ulin tələbi dəqiqləşdirilməmiş ağırlaşmalarla XÜÇ İ F.S AF-55%” diaqnozu qoyulmuşdur. Eyni zamanda, EXOKQ müayinəsinin nəticəsindən də müəyyən edilir ki, iddiaçıda İ20.8 və İ11.9 kodlu “ÜİX stabil gərginlik stenokardiyası İ F.S. Arterial hipertenziya İİİ dərəcə” diaqnozlu xəstəliklər aşkar edilmişdir.
14. Məhkəmə iclasında tibbi-sosial eksperti X6 rəydə qeyd edilənlərlə əlaqədar izahatında bildirmişdir ki, iddiaçıda göndərişdə qeyd edilən xəstəliklər aşkar edilsə də, həmin xəstəliklərin patomorfoloji dəyişiklikləri əlilliyin təyininə əsas verməmişdir. Belə ki, hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması Meyarları”nın tələbinə görə, “Hipertoniya xəstəliyi” diaqnozunda əlillik səviyyəsi hədəf orqanların funksiyalarının mülayim və ciddi zədələnməsi ilə müəyyən edilir. Hədəf orqanlarına b eyin, ürək, böyrəklər və göz aid olunur. Beyin üçün zədələnmə insult və ensefalopatiyalardır. Böyrəklər üçün minimal zədələnmə “Xroniki böyrək çatışmazlığı İ mərhələ, qanda kreatinin səviyyəsi 123 mkmol/l-dən yüksək olunması” tələb olunur. Göz üçün görmə sinirinin ödemi, qansızma və görmə itiliyinin müvafiq dərəcədə zəifləməsi olmalıdır. Ürək üçün ağırlaşmalar “Miokard infarktı, stenokardiya İİİ f.s, xroniki ürək çatışmazlığı, XÜÇ İİ və İİİ mərhələ” olması tələb olunur. Obyektiv olaraq xəstədə fiziki yük zamanı təngnəfəslik, aşağı ətraflarda ödemlər, (qarın, plevra və perikard) maye toplanması olmalıdır. İddiaçıda heç bir prosedur və açıq ürək əməliyyatı icra olunmamışdır. Şəkərli diabet xəstəliyi üçün əlillik səviyyəsində diabetik nefropatiya, diabetik retinopatiya, diabetik makroangiopat iyalar, aşağı ətrafların pəncə, baldır, bud nahiyəsində amputasiyası” kimi ağırlaşmaların olması tələb olunur. İddiaçıda sadalanan ağırlaşmalardan heç biri aşkar olunmamışdır.
15. Beləliklə, məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə-tibbi ekspertiza tədqiqatı ilə, eləcə də, Ak..C.M.Abdullayev adına X2 tərəfindən verilmiş tibbi rəylərlə müəyyən edilmişdir ki, həqiqətən də iddiaçı 0215003AAC5J nömrəli (Forma-088) göndərişdə qeyd edilən həm əsas diaqnoz, həm də onun ağırlaşmalarından əziyyət çəkir. Kollegiya hesab etmişdir ki, iddiaçı barəsində xx.xx.2021-ci il tarixli, 0215003AAC5J nömrəli göndərişin tərtib edildiyi dövrdə NK-nın 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması Meyarlarına dair” Əsasna mə qüvvədə olduğundan, cavabdehin imtinasının qanuniliyinə həmin Əsasnamənin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir. Göndərişdə qeyd edilən İ11.9 kodlu əsas diaqnoz Əsasnamədə birbaşa öz əksini tapmasa da, onun ağırlaşmaları olan İ20.8 və İ25 XBT kodlu xəstəliklər Əsasnamənin 2.2, 2.2.1-ci bəndlərinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verir. Eyni zamanda, iddiaçının əsas diaqnozu olan İ11.9 kodlu, onun ağırlaşmaları İ20.8 və İ25 kodlu, habelə yanaşı xəstəlik olan G63.2 kodlu xəstəliklər hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın müvafiq olaraq 2-ci "Qan dövranı sisteminin xəstəlikləri” bölməsinin 2.1-ci və 2.2-ci bəndlərində və 11 -ci “Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları” bölməsinin 11.2.4-cü bəndində əlilliyin təyininə əsas verən xəstəliklər kimi təsbit edilmişdir. Meyarların 2.1.1- 2.1.3-cü bəndlərinə əsasən, İ11.9 kodlu xəstəlik, 2.2.1-2.2.3-cü bəndlərinə əsasən isə İ20.8 və İ25 kodlu xəstəliklər orqanizmin funksiyalarının müvafiq olaraq 35-60, 65-80 və 85-100 faiz pozulmasına görə, 11.2.4.1-ci bəndinə əsasən, G63.2 kodlu xəstəlik orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
17. Cavab deh kassasiya şikayətində iddiaya qarşı yazılı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.... Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqəda r çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik;... Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə gön dəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə ar aşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəy yən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməy ə verilir.... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşd ırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şi kayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edil mişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşk il etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxar ıda istinad olunan normalarına görə iddiaçıya müvafiq əlillik təyin edilməli olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır.
29. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozunt usuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2024-cü il tarixli, 2-1(105)-137/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.