Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-416/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X4rşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcə əlillik təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X4rşı “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar, xx.x x.2021-ci il tarixdən 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-511/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı əlillik vəziyyətinə Mingəçevir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J90-J94 - Plevranın digər xəstəlikləri => J94 - Plevranın digər zədələnmələri => J94.8 Digər dəqiqləşdirilmiş plevral hallar, Diaqnozun mətni: Döş qəfəsinin sağ yarısı nın dəlib keçən güllə yaralanmasından sonrakı qalıq əlaməti Tez-tez kəskinləşən pnevnamiya Plevral bitişmə TÇ İİ dər Diz oynaqlarının kontrakturası; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
2. Mingəçevir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J90-J94 - Plevranın digər xəstəlikləri => J94 - Plevranın digər zədələnmələri => J94.8 - Digər dəqiqləşdirilmiş plevral hallar; Diaqnozun mətni: Döş qəfəsinin sağ yarısının dəlib keçən güllə yaralamasından sonrakı qalıq əlaməti Tez- tez kəskinləşən pnevnamiya Plevral bitişmə TÇ İİ dər Diz oynaqlarının kontrakturası; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
3. Mingəçevir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 0288003AABH0 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 - Döş qəfəsinin travmaları => S20 - Döş qəfəsinin səthi travması => S20.8 - Döş qəfəsinin digər v...; Diaqnozun mətni: Döş qəfəsinin sağ yarısını dəlib keçən güllə yaralanmasından sonrakı v-t.tez-tez kəskinləşmələrlə emf izema TÇ İİ dərəcə. Diz oynağın kontrakturası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Döş qəfəsinin sağ yarısını dəlib keçən güllə yaralanmasından sonrakı v-t.tez-tez kəskinləşmələrlə emfizema TÇ İİ dərəcə.Diz oynağın kontrakturası” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
4. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3:XİX SinifTravmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 Döş qəfəsinin travmaları => S20 - Döş qəfəsinin səthi travması => S20.8 - Döş qəfəsinin digər v...; Diaqnozun mətni: Döş qəfəsinin sağ yarısını dəlib keçən güllə yaralanmasından sonrakı v-t.tez-tez kəskinləşmələrlə emfizema TÇ İİ dərəcə.D iz oynağın kontrakturası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Döş qəfəsinin sağ yarısını dəlib keçən güllə yaralanmasından sonrakı v-t.tez-tez kəskinləşmələrlə emfizema TÇ İİ dərəcə.Diz oynağın kontrakturası” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
5. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0288003AAGTW saylı göndərişi əsasında baxılmış və “X3:XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu...; Diaqnozun mətni:Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, döş qəfəsinin sağ yarısının dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyəti (x x.xx.1993) kompensator emfizema, ağ ciyərlərin kompensator emfizemaslxroniki respirator çatmamazlıq, xroniki tənəffüs çatmamazlığı İİ dərəcə.qarışıq tip əhəmiyyətli ventilyasiya pozğunluğu.ayda 12-14 dəfə boğulma tutmaları olur.digər emfizema, ağ ciyərlərin emfizeması; Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşmaları əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 247 nömrəli qərarından görünür ki, iddiaçı ŞHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmışdır, o, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi M.A.Topçubaşov adına X8 X2 mü ayinə və müalicə olunduğu yaralanma, xəstəlik-diaqnoz: “Köks qəfəsinin sağ yarısına keçən güllə yarası, sağtərəfli hemopnevmotoraks” və xx.xx.1993-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi diaqnoz: “Döş qəfəsinin sağ yarısına nüfuz edən, odlu güllə yaralanması nəticəsində sağtərəfli hemopnevmotoraks (xx.xx.1993) tənəffüs funksiyasının pozulmaması ilə. Döş qəfəsinin sağ yarısının yumşaq toxumalarında yad cisim (metal qəlpə 0,5x0,3 sm)” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2021-ci il tarixli 1586 nömrəli göndərişi, xx.xx.2021-ci il tarixli 536 nömrəli arayışı, M.A.Topçubaşov adına X8 X1 verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.1993-cü il tarixli 4153 nömrəli arayış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır”. 7. “Mingəçevir şəhər Mingəçevir Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli PHŞ6/61/2-629/2023 nömrəli məktubuna əlavə olunmuş Tibbi Sosial Ekspert Komissiyasının 0288003AAGTW nömrəli imtina cavabından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, Diaqnoz: Əlillik əlaməti təyin etməməsi. Diaqnoz və ağırlaşmaları əlilliyin təyininə əsas vermir qeydi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
8. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-4/2-13724/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti nin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətlərinin dövlət tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilməsi zamanı qulluq keçdiyi qurumun Hərbi Həkim Komissiyasının qərarı və ya şəhadətnaməsi əsas götürülür. İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən əlillik vəziyyəti Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının göndərişləri və şəxsin müraciəti əsasında X6sosial ekspert komissiyasında xx.xx.2022 və xx.xx.2023-cü ildə keçirilən əyani müayinə yolu ilə ətraflı qiymətləndirilmiş və hər iki halda diaqnozun əlillik ə laməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Xəstənin sağlamlıq vəziyyətinin müayinəsində göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində döş qəfəsinin sağ yarısına keçən güllə yarası. Sağ tərəfli hemopnevmotoraksdan sonrakı vəziyyət. Ağciyərlərin emfizeması. Xroniki tənəffüs çatışmazlığı 2-ci dərəcə” diaqnozunun göndərişlərin rəsmiləşdirildiyi tarixlərdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-cı il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” və 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq əlilliyin təyininə əsas vermədiyi müəyyən edilmişdi r. Belə ki, müayinə zamanı saturasiyası (Sp02) 96% müəyyən edilmiş, çəkisi 55 kq, boyu 167 sm, auskultasiyada ağciyərlər üzərində normal vezikulyar tənəffüs eşidilmişdir. Sağ döş qəfəsinin ön səthində və sol budun orta 1/3-də çapıq toxumalar izlənilmişdir. Keçirilmiş əməliyyata (torakotomiya və torakosintez) müvafiq sağ döş qəfəsində -7-8 sm ölçüdə yumşaq toxuma çapığı, yuxarı orta laparotomiya çapığı, qarnın ön sağ səthində keçirilmiş əməliyyata (appendektomiya) müvafiq çəp kəsik, sol budun iç səthində -20-25 sm ölçüdə postop çapıq izlənilmişdir. Aşağı ətraflarda pulsasiya dolğun, dəri hərarəti normal, atrofiya, ödem, parez, iflic izlənilməmişdir. X9 Xəstəlikləri İnstitutunun xx.xx.2021-ci il tarixli spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli ventilyasiya pozğunluğu Qeyd olunur” kimi qeyd olunsa da, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli diz oynağının MRT müayniəsinin nəticəsi “Ön çarpaz bağa (ACL) hissəvi qopma və buna bağlı olaraq incəlmə, iç yan bağ (MCL), bayır yan bağ (LCL) Greyd İ strain. Medial meniskusda İİ dərəcə degenerasiya. Lateral meniskusda İİ dərəcə degenerasiya” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2023-ci il tarixli 50374 nömrəli protokol Tam Abdomen USM müayinəsinin nəticəsi “Qaraciyərin sağ payı-122sm, sol pay 54 mm. Exostrukturası zəif struktur dəyişikliklər. Exoqenlik cüzi yüksəlib. Parenximada 6 mm ölçüdə kalsinat görünür. Qaraciyər xarici və daxili öd axarlarında genişlənmə yoxdur. Dalaq normal exostruktur u-homogen. Hər iki böyrəkdə duz kristalları, 3-4 mm ölçüdə konkrementlər izlənilir” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspert Komissiyasına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “2-ci qrup müharibə əlilliyi dərəcəsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 10.16.06.2023-cü il tarixli məhkəmə icasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Azərb aycan Respublikasının müdafiəsi ilə əlaqədar, xx.xx.2021-ci il tarixdən 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1975-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, 18 yaşı tamam olduqdan sonra həqiqi hərbi xidmətə çağırılmışdır. Qısa müddətli təlimdən sonra Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda mübarizəyə cəlb olunmuşdur. Ağır döyüş əməliyyatlarında iştirak etmişdir. Sonuncu döyüşdə Ağdərə rayonu (indiki Tərtər rayonu ərazisi olan) Talış kəndində olmuşdur. 23 iyul 1993-cü ildə Ağdərənin Talış kəndi uğrunda gedən ağır döyüşlərdə sağ çiyin nahiyəsindən güllə yarası və mərmi partlayışı nəticəsində döş qəfəsindən, bədənin müəyyən nahiyələrindən ağır yaralanmışdır. İddiaçını hərbi vertolyot vasitəsilə Bakı şəhərinə təxliyyə edib, hospitala yerləşdirmişlər. Uzun müddət müalicə alsa da, ağciyərində olan qəlpələrin (yad cisimlərin) çıxarılması mümkün olmamışdır. 1993-cü ildən mütəmadi olaraq müalicə olunmuşudur. 2007-ci ildən Qarabağ müharibəsi əlili kimi İİ qrup əlillik dərəcəsi verilərək, pensiya təyin olunmuşdur. Komissiya vaxtı çatdıqca müayinə olunub, səhhətində problemlərin getdikcə dərinləşməsi müəyyən olunmuşdur. Belə ki, diz oynaqlarında da kəskin ağrılar baş verməyə başlamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 23 Saylı Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0004 №li xx.xx.2016-cı il tarixli müayinə olunan şəxs barədə məlumatdan görünür ki, ona Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Müayinə tarixi: xx.xx.2016; Növbəti müayinə tarixi: xx.xx.2021, Əmək qabiliyyətinin itirilməsi: 0%; TSEK-in diaqnozu: Döş qəfəsinin sağ yarısını dəlib keçən güllə yarasından sonrakı v-t.tez-tez kəskinləşənmələrlə emfizema TÇ İİ dərəcə. Diz oynağının kontrakturası. Əlilliyin müəyyən olunması meyarı: 2.2. ikinci dərəcə əlillik = Digər: Döş qəfəsinin sağ yarısını dəlib keçən güllə yaralanmasından sonrakı v-t.tez-tez kəskinləşmələrlə emfizema TÇ İİ dərəcə. Diz oynağının kontrakturası diaqnozu qoyulmuşdur. Növbəti müayinədən sonra iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi qeyd edilmişdir. 12.Cavabdeh tərəfindən təqdim edilmiş etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinə Mingəçevir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Mingəçevir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Mingəçevir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 0288003AABH0 saylı göndərişi əsasında baxılmış və bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0288003AAGTW saylı göndərişi əsasında baxılmış və “X3:XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, döş qəfəsinin sağ yarısının dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyəti (xx.xx.1993) kompensator emfizema, ağ ciyərlərin kompensator emfizeması, xroniki respirator çatmamazlıq, xroniki tənəffüs çatmamazlığı dərəcə.qarışıq tip əhəmiyyətli ventilyasiya pozğunluğu.ayda 12-14 dəfə boğulma tutmaları olur. digər emfizema, ağ ciyərlərin emfizeması; Mərkəzə göndərilməni n/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşmaları əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. 13.Şəki İnzibati Məhkəməsinin (hakim V.Ə.Musayev) 03 iyul 2023-cü il tarixli, 21(116)-39/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar, xx.xx.2021-ci il tarixdən 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi qoyulmuşdur. 14.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 247 nömrəli qərarı ilə müəyyən edilir ki, iddiaçıya qoyulmuş “Köks qəfəsinin sağ yarısına keçən güllə yarası, sağtərəfli hemopn evmotoraks” və “Döş qəfəsinin sağ yarısına nüfuz edən, odlu güllə yaralanması nəticəsində sağtərəfli hemopnevmotoraks (xx.xx.1993) tənəffüs funksiyasının pozulmaması ilə. Döş qəfəsinin sağ yarısının yumşaq toxumalarında yad cisim (metal qəlpə 0,5x0,3 sm)” diaqnozunun səbəb əlaqəsində - “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarına əsasən xəsarətlərin, xəstəliklərin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi haqqında qərarı Hərbi-həkim komissiyası çıxardığından və iddiaçıya qoyulmuş diaqnoz istinad olunan Əsasnamənin tələbləri baxımından iddiaçıya ikinci dərəcəli əlilliyin təyin edilməs i üçün əsas olduğundan cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. 15.Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçi: V.İ.Məlikov, hakimlər: R.R.Rəfiyev və E.Ş.Hüseynov) 2-1(107)-511/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2-1(116)-39/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ b. Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətində işin halları, imtina məktubunun dəlilləri təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Həmçinin əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibb i-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibb i əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız müvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas olduğu halda qərar qəbul etməli olmasına rəğmən əlilliyin təyin edilməsi və bunun cavabdeh orqan olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişdirməyərək, ciddi qanun pozuntusuna yol vermişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)511/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respu blikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əl illiyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edi lməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 22. 01 iyul 2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” Bənd 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanl arı məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Bənd 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:... 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84J86.9,J91-J95.8);....
23. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat” Bənd 2.5. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.5.1. xəstəlik şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, yaxud şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına v ə ya hərbi xidmətə daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış) dövrünə aid etmək mümkündürsə; 2.5.2. xəstəlik şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; 2. 5.3. şəxs xəsarəti hərbi xidmət dövründə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; 2.5.4. xəsarət hərbi xidmət (hərbi toplanış) dövründə alınmışsa, lakin müraciət anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” Bənd 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Bənd 7.2 a) hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı çıxarır. “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əkskəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əkskəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa v ə hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsasl andırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə k assasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. İşin faktik i hallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 247 nömrəli qərarı ilə iddiaçıya “Köks qəfəsinin sağ yarısına keçən güllə yarası, sağtərəfli hemopnevmotoraks” və “Döş qəfəsinin sağ yarısına nüfuz edən, odlu güllə yaralanması nəticəsində sağtərəfli hemopnevmotoraks (xx.xx.1993) tənəffüs funksiyasının pozulmaması ilə. Döş qəfəsinin sağ yarısının yumşaq toxumalarında yad cisim (metal qəlpə 0,5x0,3 sm)” diaqnozu qoyulmuş və səbəb əlaqəsində - “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir.
35. Cavabdeh orqan iddiaçıya əlilliyin təyin edilməsindən “Diaqnoz və ağırlaşmaları əlilliyin təyininə əsas verməməsi” səbəbi ilə imtina etmişdir.
36. İş üzrə birinci instansiya məhkəmə si tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 43 nömrəli, 23 yanvar 2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, iddiaçı barəsində tibb müəssisəsində tərtib olunmuş göndərişdə (TSQ 088 №-li Formada) qeyd olunan “Döş qəfəsinin sağ yarısının dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyəti (xx.xx.1993), kompensator emfizema, ağciyərlərin kompensator emfizeması, xroniki respirator çatmamazlığı, xroniki tənəffüs çatmamazlığı İİ dərəcə, qarışıq tip əhəmiyyətli ventilyasiya pozğunluğu, ayda 12-14 dəfə boğulma tutmaları olur, digər emfizema. ağciyərlərin emfizeması” diaqnozu onun stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborator-instrumental müayinələrin əsasında düzgün m üəyyən edilmişdir.
37. Göründüyü kimi ekspert rəyi ilə göndərişdə qeyd edilmiş J43.8 və J96.1 kodlu diaqnozlu xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.3 və 2.2.4-cü bəndlərinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verir.
38. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0288003AAGTW saylı göndərişində iddiaçıda olan xəstəliklər (əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər) ayrı-ayrılıqda müvafiq XBT-10 kodlarına uyğun olaraq göstərilmişdir.
39. Kollegiya qeyd edir ki, hazırkı işin hallarına əsasən müəyyən olunur ki, İddiaçı əvvəllər-xx.xx.2007, xx.xx.2014, xx.xx.2015-ci i l və elektron təyinatla xx.xx.2016-cı il tarixdə də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir.
40. Kollegiya qeyd edir ki, səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışına əsasən, “01 iyul 2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.3 və 2.2.4-cü bəndlərinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (Ağırlaşma J43.8-digər emfizema. ağciyərlərin emfizeması, J96.1- xroniki respirator çatmamazlığı, xroniki tənəffüs çatmamazlığı İİ dərəcə, qarışıq tip əhəmiyyətli ventilyasiya pozğunluğu, ayda 12-14 dəfə boğulma tutmaları olur) göstərilməsinə, həmçinin iddiaçının xəstəliyi hərbi xidmət dövründə alması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 247 saylı 24 avqust 2021-ci il tarixli qərarı ilə öz təsdiqini tapmasına baxmayaraq iddiaçıya hərbi xidmətlə əlaqədar ikinci dərəcə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
41. Cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
42. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
43. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadl ığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona ə lillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur
44. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
45. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
46. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
47. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yana şma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
48. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-511/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.