Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-4171/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlilliyin təyin edilməsi”) 11.02.2026 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı şəhəri 2 №li X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi və aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4171/2025 nömrəli, 8 oktyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçıya ilkin əlillik təyinatı Bakı Xocasən Sağlamlıq Mərkəzinin xx.xx.2019-cu il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. 2.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli 10579 nömrəli Şəhadətnamədən müəyyən olunur ki, Komissiy a aşağıda qeyd olunan nəticəyə gəlmişdir: Diaqnoz: G 40.1 “Epilepsiya, tez-tez epileptik tutmalarla” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir; Diaqnoz: F 06.5 “Mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retrograd amneziya, özünə xəsarət yetirmə, qıcolma tutmaları ilə. Barotravma nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. 3.10579 saylı Xəstəlik haqqında şəh adətnaməyə görə, İddiaçı həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır, 1 nəfər müşayiətçiyə zərurət vardır. 4.İddiaçıya növbəti əlillik təyinatı üçün Bakı 2 nömrəli X4 tərəfindən xx.xx.2024-cü il tarixdə R00234650EBT nömrəli göndəriş imzalanmışdır. 5.Bakı 2 nömrəli X4 tərəfindən verilmiş forma 088 arayışa görə iddiaçıda: -Əsas diaqnoz: “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarət əlamətləri, qıcolma tutmları ilə” (F07.0) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi; -Yanaşı xəstəliklər: “- G40.1; Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, Epilepsiya, tez-tez epileptik tutmalarla; Azərba ycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi; -Yanaşı xəstəliklər: T70.0; Qulağın barotravması; Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi; -Yanaşı xəstəliklər: H93.3; Eşitmə sinirinin xəstəlikləri; Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi; -Yanaşı xəstəliklər: H90.3; Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi; Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi; -Status localis- xx.xx.2014-xx.xx.2014, xx.xx.2017-xx.xx.2018-ci il tarixlərədək SQ BKHda "Epilepsiya, nadir tutmalarla" diaqnozu ilə stasionar müalicədə olm uşdur. Stasionar müalicəyə baxmayaraq, şikayətləri davam etdiyindən xx.xx.2018-ci il tarixdə MN MHHK tərəfindən "Epilepsiya, tez-tez epileptik tutmalarla" diaqnozu ilə şəhadətləndirilərək "Xəstəliklər cədvəlinin 21 b maddəsinin İİİ qrafasına əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" qərarı verilmişdir. xx.xx.2018-ci il tarixdə ehtiyata buraxılmışdır. Deməsinə görə xx.xx.2016-cı ildə döyüşlərdə “Barotravma” xəsarət alıb. PSİXİ STATUS: Huşu aydındır. Bələdliyi bütün növlər üzrə saxlanılıb, durğundur. Ünsiyyətə daxil olur, suallara həvəssiz cavab verir. Əhval ruhiyyəsi dəyişkəndir. Daxilən gərgin, narahatdır. Emosional labildir. Qavrama pozuntuları və sayıqlama fikirləri qeyd olunmur. HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yara rlılıq haqqında qərarı: Xəstəliklər cədvəlinin 21a, 17a, 14b, 38c maddəsinin İİİ qrafasına və ƏTC-yə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi - həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən: D həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır; Müşayiətçiyə zərurət var: 1 nəfər.
6. İnzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixdə qiymətləndirmə həyata keçirilərək “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbilə imtina qərarı verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat 7.İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərinin qanunsu z sayılması, İddiaçı əlillik dərəcəsinin bərpası və pensiyanın ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyinin Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 8.Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsini, üçüncü şəxs qismində isə Bakı şəhəri 2 №-li X1 göstərməklə, məhkəmədən Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun barəsində xx.xx.2024-cü il tarixində qəbul edilmiş “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə Qərarın ləğv edilməsi və ona 13 dek abr 2024-cü il tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup (6180 faiz) əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 9.İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 2019-cu ildə hərbi xidmət dövründə epilepsiya xəstəliyi diaqnozu qoyularaq İİ qrup əlillik dərəcəsi almışdır. Həmin əlillik dərəcəsinə əsasən ona pensiya təyin edilmişdir. Daha sonra, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə əlillik dərəcəsi təsdiqlənmiş və pensiya məbləği artırılmışdır. Lakin 13 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillik dərəcəsinin dayandırılması qərarı verilmişdir. Bu qərar, xəstəliyinin tam şəkildə sağalmaması və hətta daha da ağırlaşmasına baxmayaraq qəbul edilmişdir. Onun tərəfindən təqdim edilən sənədlər nəzərə alınmadan əsassız və qərəzli şəkildə pensiyasının dayandırılması qərarı verilmişdir. Əlillik dərəcəsinin bərpası məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, imtina verilmişdir. 10.Bakı İnzibati Məhkəməsinin 18 avqust 2025-ci il tarixli 2-1(112)-7234/2025 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2Sosial Ekspertiza Komissiyasının xx.xx.1991-ci il təvəllüdlü İddiaçı barəsində qəbul etdiyi “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” aldığı hərbi travmaya görə xx.xx.2024-cü il tarixdən İİ qrup (61-80 faiz) əlilliyin təyin edilməsi ilə bağlı qərar qəbul olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. 11.Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçıda olan “Üzvi (İİ Qarabağ Müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünəxəsarət əlamətləri, qıcolma tutmaları ilə” meydana gəlmişdir. Göründüyü kimi, iddiaçıda olan xəstəl iklər iddiaçıya əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Bununla belə, əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerin ə yetirməklə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar və ya hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar yaranması “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə uyğun olaraq hərbi-həkim komissiyasının rəyinə əsasən müəyyən edilir. Odur ki, əlilliyi ümumi səbəblərlə müəyyən edilmiş şəxs əlilliyinin xüsusi səbəblərdən hər hansı birindən yaranmasını mübahisələndirirsə, hərbi-həkim komissiyasının rəyinə istinad etməlidir, həmin rəy olmadan əlilliyin səbəbinin göstərilən səbəblərdən biri ilə əvəz edilməsinə yol verilmir. 12.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat 13.Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 2-1(103)-4171/2025 nömrəli, 8 oktyabr 2025-ci il tarixli qərarı ilə (hakimlər: A.Oruczadə /sədrlik edən və məruzəçi/, G.Abbasova və E.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, dəqiqləşdirilmişmiş iddia tələbi təmin edilmiş, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 65-80% pozulmasının xx.xx.2024-cü il tarixli göndəriş nəzərə alınmaqla müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. 14.Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia tə ləbinin dəyişdirilməsinə dair ərizəsini nəzərə alaraq qeyd edir ki, şəxsə əlillik statusunun verilməsinin təmin edilməsi xx.xx.2024-cü il tarixli göndəriş nəzərə alınmaqla müəyyən olunmalıdır. Belə ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə əsasən əlilliyin təyinat tarixini inzibati orqan göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. Əlilliyin səbəbli əlaqəsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, bu hal mübahisəli deyildir. Belə ki, cavabdeh inzibati orqan şəxsdə olan xəstəliyin məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 10579 nömrəli xəstəlik haqqında Şəhadətnaməsində qeyd edilən xəstəliklə bağlı olmasını inkar etmir. F06.5 Mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retrograd amneziya, özünə xəsarət yetirmə, qıcolma tutmaları ilə. Barotravma nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıda olan həm əsas diaqnoz, həm də yanaşı xəstəliklərin səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırmışdır ki, birinci instansiya məh kəməsi iddiaçıya təyin edilən əlilliyin müddətini də müəyyən etməmişdir. Bununla bağlı məhkəmə kollegiyasının qənaəti ondan ibarət olmuşdur ki, iddiaçının əsas diaqnozu F07 üzvi mənşəli şəxsiyyət pozuntusu orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyininə əsas versə də, iddiaçıda həmçinin yanaşı xəstəliklərin ağırlaşmış forması mövcuddur. Belə ki, iş materiallarına əlavə olunmuş ATU-nin X5 rəyindən də aydın olur ki, onda hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur. Hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunma Meyarları”nda isə eşitmə zəifliyi ikitərəfli İV dərəcə müddətsiz əlilliyin təyininə əsas verir. 15.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəb ul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri: 16.Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na müvafiq olaraq iddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi”nə dair qərar qəbul edilmişdir. Məhkəmə işə baxarkən faktiki olaraq yalnız ekspert rəyinə əsaslanaraq öz mülahizəsinə uyğun şəkildə və işi lazımi qaydada araşdırmayaraq vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki iddiaçıda sözügedən diaqnoz aşkar edilməmişdir. Xüsusilə vurğulanmalıdır ki, iddiaçıya münasibətdə diaqnoz əlillik təyinatına əsas vermiş olsa idi belə, F07.0 diaqnozlu xəstəlik üzrə qiymətləndirmədə orqanizmin 65-80 faiz aralığında pozulmasına görə 2 il müddətinə əlillik təyini nəzərdə tutulmuşdur, eləcə də “Əlilliyin müəyyən olunması Meyarları”nın həmin bəndi (7.6.2) üzrə ümumiyyətlə “müddətsiz” əlillik nəzərdə tutulmamışdır. Lakin məhkəmə kollegiyası istinad edilən normanın tələbini belə pozaraq iddiaçıya müddətsizlik əlillik təyin edilməli olması qənaətinə gəlmişdir. Eləcə də, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 18.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti 65-80 2 il 9.1.3. eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İV dərəcə 40 5 il 19.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 f aiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 20.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yal nız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında ba xılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİ YANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 21.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 22.Apellyasiya instansiyası məhkəməsinin qərarı yalnız cavabdeh qurum tərəfindən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissələrdə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 23.Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 24.İş üzrə iddiaçının apellyasiya i craatındakı dəqiqləşdirilmiş və məhkəmə tərəfindən təmin olunmuş tələbi belə olmuşdur: İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 65-80% pozulmasının xx.xx.2024-cü il tarixli göndəriş nəzərə alınmaqla müddətsiz təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması. 25.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “iddiaçının əsas diaqnozu “F07 Üzvi mənşəli şəxsiyyət pozuntusu” orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyininə əsas versə də, iddiaçıda, həmçinin yanaşı xəstəliklərin ağırlaşmış formas ı mövcuddur. Belə ki, iş materiallarına əlavə olunmuş ATU-nin X5 rəyindən də aydın olur ki, onda “Hər iki qulaqda 4-cü dərəcə neyrosensor tip ağıreşitmə” qeyd olunur. Hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunma Meyarları”nda isə “Eşitmə zəifliyi ikitərəfli İV dərəcə” müddətsiz əlilliyin təyininə əsas verir.” 26.Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə göndərişdə qeyd olunmuş diaqnozları qiymətləndirərkən “Əlilliyin müəyyən olunması Meyarları”nın müxtəlif bəndlərində nəzərdə tutulmuş hüquqi nəticələri birgə tətbiq etməklə yekun nəticəyə gəlmişdir. Belə ki, məhkəmə həmin Meyarların 7.6.2.2-ci bəndində psixi pozuntularla bağlı nəzərdə tutulmuş və orqanizmin funksiyalarının 65–80 faiz pozulmasını şərtləndirən halları əsas götürmüş, eyni zamanda 9.1.4-cü bənddə “e şitmə zəifliyi İV dərəcə, ikitərəfli” xəstəliyi üçün müəyyən edilmiş əlilliyin müddətsiz təyinatı imkanını da tətbiq etmişdir. 27.Beləliklə, apellyasiya instansiyası məhkəməsi hər iki diaqnozun mahiyyət etibarilə iddiaçıya əlillik təyinatı aparılmasına hüquqi əsas yaratdığı qənaətində olmuşdur. Bununla əlaqədar sözügedən göndərişdə apellyasiya məhkəməsinin əsas götürdüyü ikinci diaqnoz “H90.3 - Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi” yanaşı xəstəlik olaraq göstərilməklə yanaşı, həm də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli 10579 nömrəli Şəhadətnamədə “...Barotravma nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qu laqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə” kimi qeyd edilmişdir. 28.İş üzrə birinci instansiya məhkəməsinin icraatında keçirilmiş ekspertiza nəticəsində verilmiş T302/2025 nömrəli ekspert rəyində isə belə nəticəyə gəlinmişdir ki, iddiaçı hazırda “Barotravma, ikitərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət, ikitərəfli neyrosensor tip ağıreşitmə sağda İ (bir), solda İİİ-İV (üç-dörd) dərəcə...” xəstəliyindən əziyyət çəkir. 29.Göründüyü kimi, iş üzrə mötəbər sübut növü qismində çıxış edən ekspert rəyi ilə təsdiqlənmiş yuxarıda göstərilən diaqnoz “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin 9.1.4-cü bəndində göstərilən “eşitmə zəifliyi İV dərəcə, ikitərəfli” diaqnozuna deyil, daha çox 9.1.3-cü bənddə öz əksini tapmış “eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İV dərəcə” diaqnozuna uyğun gəlir. Həmin diaqnoz şəxsdə orqanizmin funksiyalarının 40 faiz dərəcədə pozulması kimi qiymətləndirilir və 5 il müddətinə əlillik təyinatı üçün hüquqi əsas yaradır. 30.Nəzərə alınmalıdır kı, “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin: 7.6.2.2-ci bəndinə əsasən həmin bənddə göstərilən psixi pozuntu halları mövcud olduqda şəxsə orqanizmin funksiyalarının 65–80 faiz pozulma dərəcəsi ilə 2 il müddətinə əlillik təyinatı aparıla bilər; 9.1.3-cü bəndinə əsasən isə “eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İV dərəcə” diaqnozu müəyyən edildikdə şəxsə orqanizmin funksiyalarının 40 faiz pozulma dərəcəsi ilə 5 il müddətinə əlillik təyinatı mümkündür. 31.Belə olan halda məhkəmə kollegiyası iddiaçıda hər iki diaqnoz əsasında xəstəli yin mövcudluğu faktının öz təsdiqini tapdığını nəzərə alaraq və həmin xəstəliklərə uyğun gələn hər iki normanın müstəqil tətbiq predmetinə malik olub, hər birinin ayrıca hüquqi nəticə doğurduğunu qiymətləndirərək hesab edir ki, əlilliyin təyinatı adı çəkilən Meyarlarda ağırlaşmada (qiymətləndirmədə) hansı xəstəlik üzrə və həmin xəstəlik üçün normativ qaydada müəyyən edilmiş pozulma faizi və müddət çərçivəsində həyata keçirilməlidir. 32.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11-ci bəndində göstərilmişdir ki, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışm azlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 33.Həmçinin həmin Qaydaların 1.14-cü bəndinə əsasən peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyə nləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 34.Buna görə də məhkəmə kollegiyası iddiaçıya əlilliyin konkret olaraq hansı xəstəlik üzrə və həmin xəstəlik üçün normativ qaydada müəyyən edilmiş pozulma faizi və müddət çərçivəsində təyinatını qiymətləndirərkən iddiaçıda hazırda mövcud olan və “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə əksini tapan iki diaqnozdan ən ağırının və bu diaqnozun da ağırlaşdıcı hallarının orqanizmin funksiyalarının daha çox pozulma faizinə səbəb olmasını nəzərə alır. 35.Göstərilən normalar hazırkı işin hallarına tətbiq edildikdə müəyyən olunur ki, yuxarıda qeyd edilən diaqnozlar arasında orqanizmin funksiyalarının pozulmasının ən yüksək fa izi (65-80%) əsas diaqnoz kimi göstərilmiş “F07 – üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu üzrə Qiymətləndirmədə (7.6.2.2) müəyyən edildiyindən iddiaçıya əlillik təyinatı aparılarkən məhz həmin faiz miqdarı əsas göstərici kimi qəbul edilməlidir. 36.Bununla yanaşı, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11-ci bəndində nəzərdə tutulmuş – “orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilməsi”nə dair hissəyə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya instansiya məhkəməsinə təqdim etdiyi sonuncu dəqiqləşmə ərizəsindəki tələbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyaların ın 65-80% pozulmasının xx.xx.2024-cü il tarixli göndəriş nəzərə alınmaqla müddətsiz təyin edilməsi” barədə olmuşdur. Yəni, iddiaçının onda mövcud olan xəstəliklərə görə orqanizmin funksiyalarının pozulmasının faiz göstəricilərinin fərqli olması səbəbindən ən yüksək olan göstəricinin “10 faiz artırılması” ilə bağlı tələbi olmamışdır. Məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələblərinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bu səbəbdən məhkəmə kollegiyası işin hallarına iddia tələbi həddində hüquqi qiymət verərək hesab edir ki, əsas diaqnoz (F07.0, Qiymətləndirmə 7.6.2.2.) üzrə Meyarlarda nəzərdə tutulmuş orqanizmin funksiyalarının 65–80 faiz pozulması aralığı daxilində məsələyə münasibət bil dirilməlidir. 37.İddia tələbinin “əlilliyin müddətsiz təyin edilməsi” barədə hissəsinə gəldikdə isə kollegiya qeyd edir ki, ekspert rəyi ilə iddiaçının hazırda “Barotravma, ikitərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət, ikitərəfli neyrosensor tip ağıreşitmə sağda İ (bir), solda İİİ-İV (üç-dörd) dərəcə...” xəstəliyindən əziyyət çəkdiyi qeyd olumuşdur ki, bu da Meyarların 9.1.3-cü bəndində öz əksini tapmış “eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İV dərəcə” diaqnozuna uyğun gəlir. 38.Məhkəmə kollegiyası iddiaçıda mövcud olan hər iki xəstəliyə görə əlilliyin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11 və 1.14-cü maddələrinə əsasən təyinatının mümkünlüyünü tanıyır, lakin xüsusilə vurğulayır ki, apellyasiya məhkəməsinin iddiaçıya əlillik təyinatı barədə qənaəti Mey arların 9.1.4-cü bəndində göstərilən xəstəliklə bağlı deyil, “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Qiymətləndirmə 7.6.2.2” bəndinə əsasən aparılmışdır ki, bu diaqnoz da orqanizmin funksiyalarının 65-80% pozulmasının məhz “müddətsiz” təyinatı üçün əsas vermir. Belə ki, adı çəkilən diaqnozlu xəstəlik üzrə qiymətləndirmədə orqanizmin 65-80 faiz aralığında pozulmasına görə 2 il müddətinə əlillik təyinatı nəzərdə tutulmuşdur. Ümumiyyətlə, “Əlilliyin müəyyən olunması Meyarları”nın həmin (7.6.2) bəndi üzrə “müddətsiz” əlillik təyinatı nəzərdə tutulmamışdır. 39.Odur ki, iddia tələbinin “əlilliyin müddətsiz təyin edilməsi” hissəsində təmin edilməsi üçün hüquqi əsas mövcud olmamışdır. Məhkəmə kollegiyası bu qənaətini həm də onunla əsaslandırır ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11-ci bəndində əlilliyin hər hansı bir halı üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlilliyin müddətsiz müəyyən edilməsi göstərilmişdir. Hazırkı işdə isə iddiaçıda mövcud olan xəstəliklərin Meyarların 7.6.2.2 və 9.1.3-cü bəndlərində qeyd olunan diaqnozlardan hər hansının “müddətsiz” əlillik təyinatı üçün əsas verdiyi göstərilməmişdir. 40.Həmçinin “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin 7. “Psixi və davranış pozuntuları” adlanan bölməsinin sonunda verilmiş Qeydə əsasən: Şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi aşağıdakılara əsaslanır: - şəxsiyyətin koqnitiv, emosional, davranış və şəxslər arası sahədə anomaliyalarının təzahür dərəcəsi;.... - sosial təhlükəli davranışların ağırlığı və tezliyi (ətrafdakılara qarşı qanunazidd və ya aqresiv davranışlar və intihar cəhdləri);.. 41.İş materiallarını araşdıraraq və təqdim edilmiş tibbi sənədləri qiymətləndirərək Kollegiya belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı hüquqi qiymətləndirmə düzgün aparılmamışdır. 42.Belə ki, xx.xx.2024-cü il tarixli göndərişdə iddiaçının əsas diaqnozu kimi “F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində yaranmış), depressiv daxilolmalar, özünə xəsarət əlamətləri və qıcolma tutmaları ilə müşayiət olunan” qeyd edilmişdir. Kollegiya hesab edir ki, göstərilən diaqnoz iddiaçının faktiki klinik vəziyyətinə daha uyğun olmaqla yanaşı, onun sosial müdafiə hüquqlarının tam və effektiv təmin olunmasına da xidmət edir. 43.Azərbayca n Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin 7.6.2.2-ci bəndinə əsasən üzvi mənşəli şəxsiyyət pozuntuları zamanı orqanizmin funksiyalarının 65–80 faiz pozulması müəyyən edildikdə müvafiq müddətə, yəni 2 il müddətinə əlillik təyin edilir. İş materiallarında olan tibbi sənədlər, epikrizlər, müayinə və ekspert rəyləri iddiaçının psixi və nevroloji vəziyyətində davamlı, ifadəli və sosial adaptasiyanı əhəmiyyətli dərəcədə məhdudlaşdıran pozuntuların mövcudluğu faktını təsdiq edir. 44.Həmçinin işdə olan xx.xx.2024-cü il tarixli, 10579 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi təsdiq edilmişdir. Bu hal iddiaçının sağlamlıq vəziyyətinin hərbi xidmətlə birbaşa bağlı olduğunu göstərir və sosial təminat hüququnun müəyyən olunması zamanı nəzərə alınmalıdır. 45.Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıda mövcud olan və “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə əksini tapan iki diaqnozdan ən ağırının- “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozunun və bu diaqnozun da 7.6.2.2 bənddə göstərilən ağırlaşdıcı hallarının orqanizmin funksiyalarının daha çox pozulma faizinə - 65-80%-ə səbəb olması nəzərə alınmaqla əlillik təyinatının Meyarların 7.6.2.2 bəndində müəyyən edilmiş müddət çər çivəsində, yəni 2 il müddətinə aparılması hüquqi cəhətdən əsaslı və məqsədəuyğundur. 46.Kollegiya əlavə olaraq qeyd edir ki, adıçəkilən Meyarların 7.6.2.2-ci bəndi əsasında əlillik təyinatının 2 il müddətinə müəyyən edilməsi iddiaçının gələcəkdə əlillik hüququnun yenidən qiymətləndirilməsi imkanını istisna etmir. Belə ki, “Əlilliyin müəyyən olunması Meyarları”nın tələblərinə uyğun olaraq müddətli əlillik təyin edilmiş şəxsin sağlamlıq vəziyyəti və orqanizmin funksiyalarının davamlı pozulma dərəcəsi müəyyən edilmiş müddət başa çatdıqdan sonra o, yenidən tibbi-sosial qiymətləndirməyə cəlb oluna bilər. Təkrar qiymətləndirmə zamanı həmin dövrdə mövcud olan klinik-funksional göstəricilər əsasında əlilliyin davam etdirilməsi, müddətsiz müəyyən edilməsi və ya dəyişdirilməsi məsələsinə hüquqi qiym ət verilə bilər. 47.Həmçinin iddiaçıya izah edilir ki, əlillik müddətində əlilliyə səbəb olan başqa xəstəlik və zədə aşkar olunduğu halda, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi üçün aidiyyəti tibb müəssisəsinin həkim məsləhət komissiyasına müraciət edə, tibbi-sosial ekspertiza komissiyası isə “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11 və 1.14-cü bəndlərinə uyğun iddiaçıda əlillik müəyyən edə bilər. Belə yanaşma həm normativ tənzimləmənin sisteminə, həm də sosial təminat hüquqlarının səmərəli müdafiəsi prinsipinə uyğun hesab olunur. 48.Beləliklə, məhkəmə kollegiyasının yekun qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşu nun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. 49.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4171/2025 nömrəli 8 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı xx.xx.2024-cü il tarixli göndəriş nəzərə alınmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməs i öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar qətidir.