Məhkəmə qərarları › İş №2-1(102)-421/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-421/2024

19.04.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-421/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkünsüzlüyü). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə qarşı “müqavilə üzrə öhdəliklərin y erinə yetirilməsi və MTK ilə bağladığı müqavilə ilə müəyyən edilmiş mənzilin və ya ödənilmiş pul məbləğinin qaytarılmasının təmin edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3346/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MMC və iddiaçı arasında bağlanılmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, cəmiyyət ünvan 1 ünvanında 14 mərtəbəli yaşayış evinin 9-cu mərtəbəsində, ümumi sahəsi 46 kv.m olan 1 otaqlı 65 nömrəli mənzili payçı olan iddiaçıya verməyi, payçı isə 17000 ABŞ dolları məbləği vaxtında və tamamilə ödəməyi, mənzili q əbul etməyi öhdəsinə götürmüşdür.

2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 mart 2012-ci il tarixli 121 nömrəli sərəncamı ilə ünvan 1 saylı yaşayış binasının yaxınlığında "xxxx" MMC-yə yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli Sərəncamı və 12305 nömrəli inşaat pasportu "xxxx" MTK-nın adına rəsmiləşdirilmişdir.

3. Bakı şəhər İcra Hakimiyyəti, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Mərkəzi Bank, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Yasamal rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologi ya Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC, “Azəriqaz” İB və "xxxx" MTK tərəfindən təsdiq edilmiş razılaşma sənədinə əsasən, cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi müəyyən öhdəliklər götürmüşlər.

4. İddiaçı cavabdeh “Şərur MTK”-ya qarşı ödənilmiş məbləğin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli 2(004)-666/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-12351/2019 nömrəli qətnaməsi ilə təmin edilmiş, birinci instansiya məhkəm əsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli 2(102)-1958/2020 nömrəli qərarı ilə təmin olunmamış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və MTK ilə bağladığı müqavilə ilə müəyyən edilmiş mənzilin və ya ödənilmiş pul məbləğinin qaytarılmasının təmin edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini bu qərarın 1-4-cü bəndlərində sadalanan işin halları ilə əsaslandırmışdır.

7. Bakı İnzibati Məhkəməsinin (hakim O.X.Həsənov) xx.xx.2023-cü il tarixli 2-1(112)4879/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə, iddiaçı hüquqlarının pozulma ehtimalı yarandığı anda, həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıb-daşımamasını müəyyən etməlidir. Hazırkı iş üzrə cavabdehlərin iddiaya cavab verməli olan şəxs olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehlərin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Belə ki, iş materiallarında olan razılaşmada cavabdehlərin "xxxx" MMC tərəfindən satılmış, lakin şəxslərə təhvil verilməmiş mənzillərə münasibətdə götürdüyü öhdəliklərin dairəsi konkretdir. Həmin razılaşma sənədindən də göründüyü kimi, pul məbləğlərinin ödənilməsi ilə bağlı cavabdehlərin hər hansı öhdəliyi müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, razılaşmanın "xxxx" MTK-nın öhdəlikləri adlanan hissəsində qeyd edilmişdir ki, MMC-nin qeyri-qanuni hərəkətlərindən zərər çəkmiş mənzil alıcılarının məskunlaşdırılmasına şərait yaradılması, mənzili almaqdan imtina etmiş alıcıların pul vəsaitinin, mənzillər digər alıcılar tərəfindən alındıqdan sonra geri q aytarılması kimi öhdəliklər "xxxx" MTK-ya aiddir. Məhkəmə hesab etmişdir ki, mülki məhkəmə qərarları hər bir halda hazırkı iş üzrə cavabdehlərdən pul məbləğinin qaytarılmasının inzibati icraat qaydasında təmin edilməsi əsasını yaratmır. Göründüyü kimi, cavabdehlərin razılaşma üzrə götürmüş olduğu öhdəliklər konkret müəyyən edilmişdir ki, cavabdehlər hazırkı iddiaya inzibati icraat qaydasında cavab verməli olmayan şəxslərdir. Hazırkı iş üzrə isə qeyd olunan şərtlər tam ödənilmədiyindən, yəni cavabdeh kimi göstərilən şəxslər inzibati orqanlar olsa da, həmin inzibati orqanların razılaşmada nəzərdə tutulmuş öhdəlikləri publiklik əlamətləri daşımadığından, hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılması imkanından da söhbət gedə bilməz. Publik münasibətlərdən o zaman söhbət gedə bilər ki, inzibati orqan ona məhz qanunvericiliklə həvalə edilmiş inzibati funksiyanı yerinə yetirmiş olsun və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olsun. Hazırkı iş üzrə iddiaçının istinad etdiyi öhdəliklər inzibati icraat qaydasında nəzərdə tutulmuş öhdəliklər hesab edilə bilməz. Bu zaman cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə münasibətdə qeyd edilməlidir ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və digər aidiyyəti qanunvericilik normalarının tələblərinə uyğun olaraq Bakı şəhər İcra Hakimiyyəti üçün müəyyən edilmiş inzibati funksiyalar müəyyəndir və cavabdeh məhz həmin sahə üzrə münasibətlərdə hakimiyyət səlahiyyətlərini yerinə yetirir. Bakı şəhər İcra Hakimiyyətinin isə razılaşmada nəzərdə tutulsa ydı belə, pul məbləğinin iddiaçıya ödənilməsinin təmini ilə bağlı götürmüş olduğu öhdəliyin publik sferaya aid olmasından söhbət gedə bilməz. Göründüyü kimi, istər razılaşma ilə onun üzərində pul məbləğinin ödənilməsinin təmin edilməsi ilə bağlı öhdəliyin müəyyən edilməmiş olması, istərsə də həmin öhdəlik müəyyən edilsə belə, bunun Bakı şəhər İcra Hakimiyyətinin publik sferaya aid olan öhdəliyi olmaması, iddianın mümkünlük şərtinin həmin cavabdehə münasibətdə ödənilmədiyi konkret olaraq müəyyən edilir. Məhkəmə hesab etmişdir ki, digər cavabdehlərə münasibətdə də vəziyyət oxşar qiymətləndirmə tələb edir. Belə ki, razılaşma sənədindən də göründüyü kimi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi zərərçəkmişlər barədə siyahının hazırlanması, yeni zərərçəkmiş şəxslər olarsa, problemlərinin arad an qaldırılması və müqavilə öhdəliklərinin müqavilə ilə müəyyən edilmiş müddətlərdə icra olunması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət edilməsi kimi öhdəlikləri öz üzərinə götürmüşdür. Halbuki, prokurorluq orqanları və daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında inzibati qaydada qiymətləndirilməli olan həmin öhdəliklər birbaşa nəzərdə tutulmamışdır. Həmin öhdəliklər ayrıca razılaşmada göstərilməsindən asılı olmayaraq, cavabdehlərin publik sferaya aid olan səlahiyyəti olsa da, inzibati icraat qaydasında qiymətləndirilməli olan münasibət deyildir. Belə ki, zərərçəkmiş şəxslərin problemlərinin aradan qaldırılması, qanunvericiliyin tələblərinə əməl edilməsi və s. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin inzibati xəta və ya cinayət i craatı qaydasında qiymət verdiyi publik səlahiyyət olsa da, həmin publik səlahiyyətin tənzimlənməsi, adından da göründüyü kimi, ayrıca icraat qaydasında mümkündür və həmin hallara inzibati icraat qaydasında qiymət verilməsi istisna edilir. Belə ki, hazırda zərərçəkmişlərin problemlərinin aradan qaldırılması sözü, cinayət törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək sözü ilə əvəz edilsə, aydın məsələdir ki, iddiaçı, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin inzibati icraat qaydasında tələb edilməsi hüququna malik olmayacaqdır. Belə ki, cinayət məsuliyyətinə cəlbetmə ilə bağlı səlahiyyətlər aidiyyət üzrə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir ki, hansısa razılaşmada nəzərdə tutulması onu həmin icraatdan kənarlaşdırmır. Bu səbəbdən dir ki, zərərçəkmiş şəxslərin problemlərinin aradan qaldırılmasının inzibati icraat qaydasında baxılmalı olmasından söhbət gedə bilməz, necə ki, cinayət məsuliyyətinə cəlbetmə barədə tədbirlər Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən digər icraat qaydasında həyata keçirilir. Odur ki, cinayət və ya inzibati xəta nəticəsində zərər çəkmiş şəxslərə münasibətdə görülməli olan tədbirlər də razılaşmada nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq aidiyyəti icraat qaydasında qiymətləndirilməlidir. İddiaçı isə hazırkı iddianı irəli sürməklə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin digər icraat qaydasında qiymət verməli olduqları publik mübahisəni inzibati icraat qaydasında həll etmək istəyir ki, burada iddianın mümkünlük şərtinin ödənilməsindən söhbət gedə bilməz. Məhkəmə əlavə o laraq, müqavilə öhdəliklərinin müqavilə ilə müəyyən edilmiş müddətlərdə icra olunması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət edilməsi formasında Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin götürmüş olduğu öhdəliyə münasibətdə də qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin cinayət və ya inzibati xəta hadisələrinə aidiyyəti olduğu halda həmin nəzarətdən söhbət gedə bilər ki, bu zaman müqavilə öhdəliklərinin icra edilməməsi və ya dələduzluq və s. kimi əməllərə qiymət verilməsi zərurəti ilə bağlı həmin müddəanın qeyd edilməsi başa düşülən olar. Lakin digər hallarda müqavilə öhdəliklərinin icra edilməməsinə münasibətdə həmin qurumların publik sferaya aid olan hansısa səlahiyyətindən söhbət gedə bilməz ki, mülki qanunvericilik lə müqavilə öhdəliklərinin icra edilməməsinin nəticələri və ona qiymət verməli olan məhkəmənin səlahiyyətləri ilə bağlı məsələ tənzimlənmişdir. Göründüyü kimi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi cinayət və inzibati xətaya aid sferada publik səlahiyyətləri digər icraat qaydasında həll etmək səlahiyyətinə malikdir, digər halda isə razılaşmada göstərilən öhdəliklərin icrasının ən azından inzibati icraat qaydasında qiymətləndirilməsindən, həmin məsələyə mahiyyəti üzrə baxılmasından söhbət gedə bilməz.

9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakim K,H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağ ızadə və İ.S.Şirinov) xx.xx.2023-cü il tarixli, 2-1(103)3346/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4879/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

13. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, hal-hazırda inzibati məhkəmə və kollegiyalar tərəfindən onun inzibati qaydada məhkəməyə müraciət etmək hüquqları mümkünsüz he sab edilməklə məhdudlaşdırılır. Hər iki məhkəmənin vəzifəsi iddiaçıya köməklik göstərilməsi olduğu halda, heç bir məhkəmə bunu etməmiş, sadəcə, ümumi əsaslarla öz qərardadlarını əsaslandırmağa çalışmışlar. Hesab edir ki, həm Azərbaycan Respublikasının Baş Prokurorluğu, həm də Daxili İşlər Nazirliyi öz üzərlərinə götürdükləri razılaşma üzrə öhdəlikləri layiqincə yerinə yetirməmişlər. Qanunun tələbinə əsasən, vətəndaşın hüququn pozulmasına orqanlar tərəfindən lazımınca diqqət göstərilməmişdir. Məhkəmələr cavabdehlərin hərəkətsizliyi nəticəsində iddiaçının həm maddi, həm də mənəvi ziyana düşməsinə öz qərarları ilə şərait yaratmışlar. İddiaçı tərəfindən mülki qanunvericiliyə uyğun olaraq bütün addımlar atıldığından, məhkəmələr inzibati iddia icraatında iddiaçının ərizəsini mümkünsüz hesab etmə klə səhv nəticəyə gəlmişlər. Belə ki, hər iki məhkəmə arasında yaranmış fikir ayrılığına görə iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Mülki məhkəmələr bildirir ki, bu işə inzibati qaydada baxılmalıdır, inzibati məhkəmələr isə mülki qaydada baxılmalı olduğuna istinad etməklə iddianı mümkünsüz hesab edərək yanlış nəticəyə gəlmişlər. Çünki hər 3 cavabdeh inzibati orqandır və onlar inzibati akt (razılaşma) nəticəsində üzərlərinə müvafiq öhdəliklər götürmüşlər və o öhdəliklərə də lazımınca diqqət yetirməmişlər ki, nəticədə bu hal da iddiaçının hər tərəfli ziyana düşməsi ilə nəticələnmişdir. Cavabdehlərin laqeyd münasibəti nəticəsində iddiaçı əlverişsiz vəziyyətə düşmüş, o, həm halal pulundan, həmdə cavabdehlərin öhdəlik götürdüyü müqaviləyə biganə münasibəti nəticəsində ona çatası mənzildən məh rum olmuş, hal-hazırda çıxılmaz vəziyyətə düşmüşdür. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsa sən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.... 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılı r. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 17. “ İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı iddianın mümkünlüyünə dair məsələnin tam və hərtərfəli araşdırılması təmin edilmişdir. Ona görə də, iddianın mümkünlüyü ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Bununla belə, m əhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

24. Göründüyü kimi, cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahi yyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa, iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa, bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə, iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır.

25. Hazırkı iş üzrə aşağı instansiya məhkəmələri tərəfindən cavabdehlərin iddiaya cavab verməli olan şəxs olub-olmaması istiqamətində yoxlama aparılmış və müəyyən edilmişdir ki, iş materiallarında olan razılaşmada cavabdehlərin "xxxx" MMC tərəfindən satılmış, lakin şəxslərə təhvil verilməmiş mənzillərə münasibətdə gö türdüyü öhdəliklərin dairəsi konkretdir və həmin razılaşma sənədindən də pul məbləğlərinin ödənilməsi ilə bağlı cavabdehlərin hər hansı öhdəliyi müəyyən edilməmişdir.

26. Razılaşmanın "xxxx" MTK-nın öhdəlikləri adlanan hissəsində qeyd olunmuşdur ki, MMC-nin qeyri-qanuni hərəktlərindən zərər çəkmiş mənzil alıcılarının məskunlaşdırılmasına şərait yaradılması, mənzili almaqdan imtina etmiş alıcıların pul vəsaitinin, mənzillər digər alıcılar tərəfindən alındıqdan sonra geri qaytarılması kimi öhdəliklər "xxxx" MTK-ya aiddir.

27. Göründüyü kimi, cavabdehlərin razılaşma üzrə götürmüş olduğu öhdəliklər konkret müəyyən edilmişdir ki, cavabdehlər hazırkı iddiaya inzibati icraat qaydasında cavab verməli olan şəxslər deyillər. Cavabdehlər inzibati orqan olsa da, cavabdehlərin razılaşmada nəzərdə tutul muş öhdəlikləri publiklik əlamətləri daşımadığından, hazırkı iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir.

28. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Başqa sözlə, publik münasibətlərdən o zaman söhbət gedə bilər ki, inzibati orqan ona məhz qanunvericiliklə həvalə e dilmiş inzibati funksiyanı yerinə yetirmiş olsun və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olsun. Hazırkı iş üzrə iddiaçının istinad etdiyi öhdəliklərin icra edilməməsi ilə bağlı mübahisələr inzibati məhkəmə icraatının predmetini təşkil etmir.

29. Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, razılaşmada nəzərdə tutulsaydı belə, pul məbləğinin iddiaçıya ödənilməsinin təmini ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin üzərinə götürmüş olduğu öhdəliyin publik sferaya aid olmasından söhbət gedə bilməz. Göründüyü kimi, istər razılaşma ilə Bakı şəhər İcra Hakimiyyətinin üzərində pul məbləğinin ödənilməsinin təmin edilməsi ilə bağlı öhdəliyin müəyyən edilməməsi, istərsə də həmin öhdəlik müəyyən edilsə belə, bunun Bakı şəhər İcra Ha kimiyyətinin məhz publik sferaya aid olan öhdəliyi hesab edilməməsi, iddianın mümkünlük şərtinin həmin cavabdehə münasibətdə ödənilmədiyi qənaətinə gəlməyə əsas verir.

30. Digər cavabdehlərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, razılaşma sənədindən də göründüyü kimi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi zərərçəkmişlər barədə siyahının hazırlanması, yeni zərərçəkmiş şəxslər olarsa, problemlərinin aradan qaldırılması və müqavilə öhdəliklərinin müqavilə ilə müəyyən edilmiş müddətlərdə icra olunması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət edilməsi kimi öhdəlikləri öz üzərinə götürmüşdür ki, bu da iddianın mümkünlük şərtinin həmin cavabdehlərə münasibətdə də ödənilmədiyi qənaətinə gəlməyə əsas verir.

31. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3346/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar