Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-423/2023 10.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2546/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 59 nömrəli arayışa əsasən iddiaçı 1 sentyabr 1978-ci il tarixində Lənkəran 113 nömrəli Texniki Peşə Məktəbinə təhsil müddəti 3 illik olan “geniş profilli traktorçu-maşınçı, kənd təsərrüfatı texnikasının təmiri üzrə çilingər” ixtisası üzrə (əyani) qrupa qəbul edilmiş, 24 aprel 1981-ci il tarixdə məktəbi bitirmiş, bu barədə B-137072 nömrəli diplom almışdır.
2. NL ******* nömrəli hərbi biletə əsasən iddiaçı 22 may 1981-ci il tarixdən 20 iyun 1983-cü il tarixədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur.
3. İT-İ ******* nömrəli, 20 iyul 1980-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1984-cü il tarixdən Bakı stasionar dərin özüllərin dayaq hissələrinin istehsalı zavodunda qaynaqçı şagirdi (Əmr 102/k 12.10.84); - xx.xx.1984-cü il tarixdən Çerepovetsk metal konstruksiyalar zavodunda köçürmə qaydasında 1 nömrəli yığım-qaynaq sexinə elektrik qaynaqçısının şagirdi (Əmr №243-k 23.10.84); - xx.xx.1985-ci il tarixdən Yarımavtomat maşınlarda 2-ci dərəcəli elektrik qaynaqçısı (Əmr №107 xx.xx.1985); - xx.xx.1985-ci il tarixdən avtoqaynaq sexinə y/ a maşınlarda 2-ci dərəcəli elektrik qaynaqçısı (Əmr №218-k 26.07.85); - xx.xx.1985-ci il tarixdən avtoqaynaq sexində yarımavtomat maşınlarda 3-cü dərəcəli elektrik qaynaqçısı (Əmr №578 xx.xx.1985); - xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Bakı stasionar dərin özüllərin zavodunda 3 nömrəli sexə yarımavtomat maşınlarda 3-cü dərəcəli elektrik qaynaqçısı (Əmr №115/k 1.04.86); - xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Çerepovetsk metal konstruksiyalar zavodunda 3 nömrəli yığım-qaynaq sexinə yarımavtomat maşınlarda 4-cü dərəcəli elektrik qaynaqçısı (Əmr №187k xx.xx.1986); - xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixə qədər Qaz Sənayesi Nazirliyi Bakı stasionar dərin özüllərin dayaq hissələrinin istehsalı zavodunun Tikinti-əl ilə qaynaq idarəsində elektrik qaynaqç ısı (Əmr №123k 29.09.87); - xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixə qədər “Şelflayihətikinti” LSTB elektrik qaynaqçısı (Əmr № 2/k 06.02.90); - xx.xx.1991-ci ildən xx.xx.1992-ci il tarixə qədər “Azərborukəmərtikinti” tresti TQİ-3də elektrik qaynaqçısı (Əmr №35/k 15.04.91); - xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixə “Azərborukəmərtikinti” tresti TQİ-1də 5-ci dərəcəli elektrik qaynaqçısı (Əmr №42/k 7.05.92); - xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək (Əmr №42/k 7.05.92); - xx.xx.1997-ci tarixdən xx.xx.1998-ci il tarixədək Ayxalsk tikinti-quraşdırma tresti “Almazı Rossii-Saxa” Səhmdar Cəmiyyəti Uzaq Şimal rayonu (Rusiya) Tİ-4-ə müvəqqəti əl ilə qaynaq üzrə 5-ci dərəcəli elektrik qaynaqçısı (Əmr №4 13.01.97); - xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədə k Ayxalsk tikinti-quraşdırma tresti “Almazı Rossii-Saxa” Səhmdar Cəmiyyəti Uzaq Şimal rayonunda elektrik qaynaqçısı (Əmr №568 29.09.98); - xx.xx.2003-cü ildən xx.xx.2007-ci ilədək "xxxx" LTD-də əmək müqaviləsinə əsasən qaynaqçı (Ə/m 127122 xx.xx.2003); - xx.xx.2007-ci il tarixdən hal-hazıradək müxtəlif peşələrdə işləmişdir. 4. "xxxx" SC PSC Ayxalsk dağ-zənginləşdirmə kombinatı tərəfindən verilmiş “Sığorta pensiyaları haqqında” xx.xx.2013-cü il tarixli 400-FZ nömrəli Federal qanunun 30, 32-ci maddələrinə uyğun olaraq əmək pensiyasının vaxtından əvvəl təyin olunması hüququnu verən staja hesab olunan iş dövrləri üzrə işin xüsusi xarakterini və ya əmək şəraitini dəqiqləşdirən arayışa əsasən iddiaçı xx.xx.1998-ci il tarixdən (Əmr № 568, xx.xx.1998-ci il) xx.xx.2003-cü il tarixədək (Əmr № 3, xx. xx.2003-cü il) Uzaq Şimal Rayonunda "xxxx" SC (QSC) Ayxal dağ-zənginləşdirmə kombinatında İstilik elektrik şəbəkələri və mənzil təsərrüfatı müəssisəsinin TVK sahəsində kəsim və əl üsulu ilə qaynaq işləri üzrə elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir. “Sığorta pensiyaları haqqında” xx.xx.2013-cü il tarixli 400-FZ nömrəli Federal qanunun 30-cu maddəsinin 1-ci bəndi 1.1-ci yarımbəndinə uyğun olaraq, yaşa görə əmək pensiyasının vaxtından əvvəl təyin olunması hüququ verən iş stajı 4 il 3 ay 4 gün təşkil edir. 5. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, HR-2019/BOS/GHA/R00/209 nömrəli arayışa əsasən iddiaçı həmin MMC-də xx.xx.2003-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək qaynaqçı peşəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2007-ci il tarixində xitam ver ilmişdir (xx.xx.2007-ci il tarixli, 757/07 saylı əmr). "xxxx" MMC xx.xx.2001-ci il tarixindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxan hissələrinin blok modullarının metal konstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Burada metal konstruksiya işlərinin əsası polad vərəqələrdən metal boruların düzəldilməsi və quraşdırılması, qaynağı və dəmir-beton bloklarının hazırlanmasıdır. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci hissədə (Ümumi peşələr) öz əksini tapmış “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır.
6. SOCAR Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun xx.xx.2019-cu il tarixli, SOCAR**********80020123X00058 nömrəli güzəştli arayışına əsasən iddiaçı “Şelflayihətikinti” LSTB-nin 1 saylı Tikinti Quraşdırma idarəsinin 1 nömrəli sahəsində xx.xx.1987-ci il tarixindən (xx.xx.1987-ci il tarixli 122/k nömrəli əmr) xx.xx.1990-cı il tarixinədək (xx.xx.1990-cı il tarixli 12/k nömrəli əmr) elektrik qaynaqçısı peşəsində işləmişdir (iş stajı 2 il 4 ay). “Şelflayihətikinti” LSTB-nin İxtisaslaşdırılmış Tikinti Quraşdırma idarəsində xx.xx.1990-cı il tarixindən (xx.xx.1990-cı il tarixli 2/k nömrəli əmr) xx.xx.1991-ci il tarixinədək (x x.xx.1991-ci il tarixli 25/k nömrəli əmr) elektrik qaynaqçısı peşəsində işləmişdir (iş stajı 1 il 2 ay 14 gün). “Şelflayihətikinti” LSTB-nin 1 saylı Tikinti Quraşdırma idarəsinin 2 nömrəli sahəsində xx.xx.1992-ci il tarixindən (xx.xx.1992-ci il tarixli 42/k nömrəli əmr) xx.xx.1996-cı il tarixinədək (xx.xx.1996-cı il tarixli 1/k nömrəli əmr) elektrik qaynaqçısı peşəsində işləmişdir (iş stajı - 3 il 7 ay 26 gün). Texnoloji prosesə əsasən iddiaçının işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bölməsində göstərilən əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uy ğundur və onun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı vardır.
7. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq 31 may 2021-ci il tarixli, **********6 nömrəli məktub ünvanlayaraq ona pensiya təyin edilməsindən imtina etmişdir.
8. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi 1 yanvar 2006-cı il tarixinədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 2 ay 9 gün (xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı 57 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuş, 1983-cü ildən əmək fəaliyyəti ilə məşğul olaraq xx.xx.1986-xx.xx.1987-ci illərdə (1 il 5 ay) Bakı stasionar dərin özüllərin dayaq hissələrinin istehsalı zavodunda 3 nömrəli sexində yarımavtomat maşınlarda 3- cü dərəcəli elektrik qaynaqçısı vəzifəsində, xx.xx.1987-xx.xx.1991-ci illərdə (3 il 6 ay 15 gün) Qaz Sənayesi Nazirliyi Bakı stasionar dərin özüllərin dayaq hissələrinin istehsalı zavodunun Tikinti-əl ilə qaynaq idarəsi (22.04.88-ci il tarixli 1/PO nömrəli əmrinə uyğun olaraq BDÖZ-nin TKİ-nin adı dəyişdirilərək “Şelflayihətikinti” LSTB adı verilib), xx.xx.1991-xx.xx.1996-cı illərdə (4 il 9 ay 15 gün) “Azərborukəmərtikinti” tresti TQİ-3-də 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində, xx.xx.1997-xx.xx.2003-cü illərdə (5 il 8 ay) Ayxalsk tikinti-quraşdırma tresti “Almazı Rossii-Saxa” Səhmdar Cəmiyyəti Uzaq Şimal rayonu (Rusiya) Tİ-4-ə müvəqqəti əl ilə qaynaq üzrə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində, xx.xx.2003-xx.xx.2007-ci illərdə (4 il 2 ay) "xxxx" LTD-də əmək müqaviləsinə əsasə n qaynaqçı vəzifəsində, xx.xx.2011-xx.xx.2012-ci il illərdə (1 il 5 ay) H.Əliyev adına Bakı dərin özüllər zavodu özüllərin yığılması və quraşdırılması sexinin 1 saylı sahəsində 5-ci dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı, xx.xx.2012-xx.xx.2017-ci illərdə (4 il 4 ay 15 gün) "xxxx" MMC-də bağlanmış əmək müqaviləsinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçısı, xx.xx.2018-ci il tarixdən bu günədək (3 il 2 ay) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqaztikinti” tresti 3 saylı Tikinti-Quraşdırma bölümündə bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq 4 saylı tikinti-quraşdırma sahəsində ƏÖD-5 (beş) olmaqla müvəqqəti əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifələrində işləmişdir. İş məlumatlarından və arxiv arayışından da göründüyü kimi Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə 22 il 10 ay güzəştli şərtlərə malik iş stajı var. Bununla əlaqədar cavabdehə edilmiş xx.xx.2021-ci ildə edilmiş müraciətinə xx.xx.2021-ci ildə verilmiş cavabda iddiaçının güzəştli şərtlərlə cəmi 7 il 2 ay stajının olması əsası ilə imtina edilməsinin heç bir hüquqi əsası yoxdur.
11. Cavabdeh iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçıya ünvanladığı imtina məktubunun dəlilləri eynilik təşkil edir.
12. Məhkəmə sorğusu əsasında daxil olmuş SOCAR Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” xx.xx.2022-ci il tarixli, SOCAR***** *****80020123X0026 nömrəli arayışına əsasən iddiaçı Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən elektrik qaynaqçısı peşəsində: “Şelflayihətikinti” LSTB-nin 1 saylı Tikinti Quraşdırma idarəsinin 1 nömrəli sahəsində xx.xx.1987-ci il tarixdən (xx.xx.1987-ci il tarixli 122/k nömrəli əmr) xx.xx.1990-cı il tarixədək (xx.xx.1990-cı il tarixli 12/k nömrəli əmr), “Şelflayihətikinti” LSTB-nin İxtisaslaşdırılmış Tikinti Quraşdırma idarəsində xx.xx.1990-cı il tarixdən (xx.xx.1990-cı il tarixli 2/k nömrəli əmr) xx.xx.1991-ci il tarixədək (xx.xx.1991-ci il tarixli 25/k nömrəli əmr); “Şelflayihətikinti” LSTB-nin 1 saylı Tikinti Quraşdırma idarəsinin 2 nömrəli sahəsində xx.xx.1992-ci il tarixdən (xx.xx.1992-ci il tarixli 42/k nömrəli əmr) xx.xx.1996-cı il tarixədək (xx.xx.1996-cı il tarixli 1/k nömrəli əmr) işləmişdir. İşlədiyi peşə üzrə iş stajı 7 il 2 ay 10 gündür. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: polad metalkonstruksiyalarda, müxtəlif diametrli borularda, xüsusi hissələrdə, ayrı-ayrı birləşmələrdə, elementlərdə və dirsəklərdə şaquli “yuxarı” və şaquli “aşağı” qövs qaynağı işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 2 nömrəli əlavəsindəki XXXİİİ-ümumi peşələr bölməsində 23200000-19906 “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” vəzifə kodunda müəyyən e dilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir.
13. Bakı İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2-1(112)-1386/2022 nömrəli qərarı (hakim M.C.Qarayeva) ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ümumi iş stajının iş materiallarındakı sənədlər (diplom, hərbi bilet və əmək kitabçaları) əsasında xx.xx.2006-cı il tarixə qədər tələb olunan 25 ildən artıq olduğu müəyyən edilmişdir. Ümumiyyətlə, cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı nə imtina məktubunda, nə də ki məhkəməyə təqdim edilmiş etirazda mübahisələndirilməmişdir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabç asında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. «Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında» Sazişin şərtlərindən göründüyü kimi, Rusiya Federasiyasında işləyən vətəndaşların həmin dövlətdə əldə etdikləri iş stajı pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınır. X2 Federasiyasında işləyən vətəndaşlara orada işlədikləri dövrlərin pensiya təyinatı zamanı iş stajı kimi nəzərə alınması təminatı verilmişdir. Buna baxmayaraq, cavabdeh inzibati orqan Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müvafiq sazişin olmasını nəzərə almam ış, iddiaçının Rusiya Federasiyasında işləyib-işləməməsini araşdırmadan müvafiq dövrü sığorta stajı kimi nəzərə almamışdır.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2546/2022 nömrəli qərarı (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və X.A.Cəmilova) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2-1(112)-1386/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq q eyd etmişdir ki, hərbi xidmət və təhsil illəri də daxil olmaqla iddiaçının ümumi stajı 25 ildən çoxdur ((1981.xx.xx-1978.09.01 = 2 il 7 ay 23 gün) + (1983.xx.xx-1981.05.22 = 2 il 28 gün) + (1986.xx.xx-1984.10.24 = 1 il 8 ay 4 gün) + (1987.xx.xx-1986.07.22 = 1 il 1 ay 15 gün) + (1990.xx.xx-1987.10.01 = 2 il 4 gün) + (1991.xx.xx-1990.02.01 = 1 il 2 ay 14 gün) + (1992.xx.xx-1991.04.15 = 1 il 1 gün) + (1996.xx.xx-1992.05.07 = 3 il 7 ay 25 gün) + ( 1996.xx.xx-1996.01.26 = 7 ay) + (1998.xx.xx-1997.01.04 = 1 il 5 ay 14 gün) + (1998.xx.xx-1998.06.24 = 2 ay 20 gün) + (2003.xx.xx-1998.10.01= 4 il 3 ay 4 gün) + (2006.xx.xx-2003.02.18 = 2 il 10 ay 13 gün) = 25 il 1 ay 10 gün). İddiaçının xüsusi iş stajı 12 il 6 aydan artıq olmaqla, ümumilikdə 16 il 04 ay 10 gündür (xx.xx.1987-xx.xx.1990-cı illərdə ( 3 il 1 ay), xx.xx.1990-xx.xx.1991-ci illərdə (1 il 02 ay 14 gün), xx.xx.1992-xx.xx.1996-cı illərdə (3 il 7 ay 25 gün), xx.xx.1996xx.xx.1996-cı illərdə (7 ay) “Şelflayihətikinti” LSTB-nin Tikinti Quraşdırma idarələrində, xx.xx.1997-xx.xx.1998-ci illərdə (1 il 5 ay 14 gün), xx.xx.1998-xx.xx.2003-cü illərdə (4 il 3 ay 5 gün) Ayxalsk tikintiquraşdırma tresti “Almazı Rossii-Saxa” Səhmdar Cəmiyyəti Uzaq Şimal rayonunda (Rusiya Federasiyası), xx.xx.2003-xx.xx.2006-cı illərdə (2 il 10 ay 13 gün) "xxxx" LTD-də əl ilə qaynaq aparan elektrik qaynaqçı peşələri). Cavabdehin apellyasiya şikayətində Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında sazişin qüvvəyə minməməsinə dair dəlili ilə bağlı qeyd olunmuşdur ki, iddiaçı Rusiya Federasiyasının ərazisində xx.xx.1998-xx.xx.2003-cü illərdə işləmiş, qeyd edilən Saziş isə 21 aprel 2001-ci il tarixdə qəbul edilmişdir. Belə olan halda həmin saziş iddiaçının Rusiya Federasiyasının ərazisində işlədiyi dövrün müəyyən bir hissəsində (xx.xx.1998-ci ildən 21 aprel 2001-ci il tarixə) qüvvədə olmamışdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edildiyi üçün qeyd edilən dövrlər də iddiaçının xüsusi və ümumi stajına hesablanmalıdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasından da göründüyü kimi o, xx.xx.1997-xx.xx.2003-cü illərdə (5 il 8 ay) Ayxalsk tikinti-quraşdırma tresti “Almazı Rosii-Saxa” səhmdar cəmiyyəti Uzaq Şimal rayonu (Rusiya Federasiyası) Tİ-4-ə müvəqqəti əl ilə qaynaq üzrə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. Qanunvericiliklə vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtlərinə uyğun olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında sosial təminat sahəsində saziş qüvvəyə minmədiyindən iddiaçının Rusiya Federasiyasının ərazi sində işlədiyi illərin iş stajına daxil edilməsi mümkün deyil. Bu səbəbdən də iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı da 25 ildən az təşkil edir. İddianın təmin edilməsi üçün faktiki əsaslar və hüquqi əsaslar mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinin tələbləri nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərə rli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əm ək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə
23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
22. Qüvvədən düşmüş “Vətəndaşlar ın pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.... 23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-c i il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 23200000 - XXXİİİ. Ümumi peşələr... 23200000—19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları... 25. 31.07.2022-ci il tarixədək qüvvədə olan, Azərbaycan Respublikasının 3 aprel 2001-ci il tarixli, 114-İİQ nömrəli (rəsmi dərc edilmə tarixi xx.xx.2001-ci il) Qanunu ilə təsdiq edilmiş 5 no yabr 1999-cu ildə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Saziş: Maddə 1 Bu Sazişin məqsədləri üçün aşağıdakı terminlər bu mənaları ifadə edir: «vətəndaşlar» — Azərbaycan Respublikasının və ya Rusiya Federasiyasının ərazisində yaşayan və bu dövlətlərin pensiya təminatı sahəsində qanunvericiliyinin şamil olunduğu şəxslər; «daimi yaşayış yeri» — vətəndaşın müvafiq dövlətin qanunvericiliyi ilə müəyyən olunan və ya bu qəbildə tanınan daimi yaşadığı yer; «əmək (sığorta) stajı» — Tərəflərdən hər birinin dövlətinin qanunvericiliyinə müvafiq olaraq pensiya təminatını həyata keçirmək üçün nəzərə alınan və pensiya təminatı üçün sığorta ödənişləri aparılan əmək v ə digər fəaliyyət müddəti, həmçinin Tərəflərin hər birinin qanunvericiliyinə uyğun olaraq əmək (sığorta) stajına bərabər tutulan istənilən digər müddətlər; «səlahiyyətli orqanlar»: Azərbaycan Tərəfindən — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; Rusiya Tərəfindən — Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi. Bu Sazişdə işlədilən bütün digər anlayış və ya ifadələr müvafiq dövlətin qanunvericiliyi ilə onlara verilən mənanı daşıyır. Maddə 2 Vətəndaşların, həmçinin onların ailə üzvlərinin pensiya təminatı onların ərazisində daimi yaşadıqları dövlətin qanunvericiliyi üzrə həyata keçirilir. Maddə 3 Bu Saziş, onun 9-cu maddəsində sadalanan şəxslərin pensiya təminatı istisna olmaqla, vətəndaşların hər bir dövlətin qanunvericiliyi ilə müəyyən edilmiş və ya e diləcək pensiya təminatının bütün növlərinə şamil olunur. Maddə 4 Tərəflər, öz dövlətlərinin ərazilərində daimi yaşayan, o cümlədən digər Tərəfin dövlətinin ərazisindən köçüb gəlmiş (məskunlaşmış) bütün vətəndaşlara pensiya təminatı sahəsində öz dövlətinin vətəndaşları ilə eyni hüquqlar verirlər. Maddə 5 Bu Saziş üzrə pensiya təminatının həyata keçirilməsi ilə əlaqədar bütün xərcləri belə təminatı verən dövlət çəkir. Maddə 6
1. Vətəndaşlara pensiyaların təyin edilməsi onların daimi yaşayış yeri üzrə aparılır.
2. Güzəştli əsaslarla və xidmət illərinə görə pensiyalar da daxil olmaqla, pensiya hüququnun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının və (və ya) Rusiya Federasiyasının qanunvericiliyi üzrə və o cümlədən, bu Saziş qüvvəyə minənədək də əldə edilmiş, həmçinin keçmiş SSRİ-nin tərk ibinə daxil olan dövlətlərin ərazisində 1992-ci il yanvarın 1-nə qədər qazanılmış əmək (sığorta) stajı nəzərə alınır.
3. Bir Tərəf dövlətin ərazisindən digər Tərəfin dövlətin ərazisinə köçmüş və köçəndən sonra da işləmiş vətəndaşlara pensiyanın həcmi köçəndən sonra qazanılmış əmək haqqından (gəlirdən) hesablanır. Bir Tərəfin dövlətindən digər Tərəfin dövlətinin ərazisinə köçəndən sonra işləməmiş və ya köçüb gəldiyi Tərəfin dövlətinin qanunvericiliyi üzrə pensiya təyin olunan zaman əmək haqqının hesablanması üçün tələb olunan minimum iş dövrünə malik olmayan vətəndaşlara pensiyanın məbləği, onların ərazisinə köçdükləri Tərəfin dövlətinin pensiya təyin edərkən götürdüyü analoji fəaliyyət göstərən müvafiq peşə və ixtisası olan işçinin orta aylıq əmək haqqından hesablanır. Yuxarıda göstərilən qaydada orta aylıq əmək haqqının müəyyən edilməsi mümkün olmadığı halda, pensiyanın məbləği vətəndaşın köçüb gəldiyi Tərəfin dövlətinin ərazisində pensiya təyin olunan vaxta qədər mövcud olan orta aylıq əmək haqqından hesablanır.... Maddə 8 Azərbaycan Respublikasının və Rusiya Federasiyasının ərazisində, həmçinin 1992ci il yanvarın 1-nə qədər keçmiş SSRİ-nin tərkibinə daxil olan dövlətlərin ərazisində, o cümlədən bu Saziş qüvvəyə minənə qədər da, müəyyən olunmuş qaydada verilən pensiya təminatı üçün zəruri sənədlər leqallaşdırılmadan qəbul edilir. Maddə 9 Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Silahlı Qüvvələri və Sərhəd qoşunlarının hərbi qulluqçularının, daxili işlər və dövlət təhlükəsizlik orqanlarının rəis və sıravi heyətindən olan şəxslərin, həmçinin onların ailə üzvl ərinin pensiya təminatı onların yaşadıqları dövlətin qanunvericiliyi və xüsusi sazişlərlə tənzimlənir. Maddə 10 Tərəflərin dövlətlərinin ərazisində pensiya təminatını həyata keçirən orqanlar bir-biri ilə onların səlahiyyətli orqanları arasındakı sazişlə müəyyən olunan qaydada əməkdaşlıq edirlər. Səlahiyyətli orqanlar arasında həll olunmamış məsələlər Tərəflər arasında danışıqlar predmeti sayılır. Maddə 12
1. Bu Saziş, Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili proseduraları yerinə yetirməsi haqqında sonuncu yazılı bildiriş verilən tarixdən qüvvəyə minir....
4. Bu Sazişin müddəalarına müvafiq olaraq vətəndaşların əldə etdiyi pensiya təminatı hüquqları ona xitam verildiyi halda da qüvvədə qalır....
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin h allarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kas sasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəmə sinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, habelə işin faktiki halları tam və hərtərəfli olaraq araşdırılmamışdır.
30. Ona görə də, kassasiya şikayəti qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
31. Məhkəmə kollegiyasının bu qənaəti aşağıdakı səbəblər dən irəli gəlir.
32. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətindən imtina edərək onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az (7 il 2 ay 9 gün) olmasını qeyd etmişdir.
33. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçının xx.xx.1997-xx.xx.2003-cü illərdə (5 il 8 ay) Rusiya Federasiyasında (Ayxalsk tikinti-quraşdırma tresti “Almazı RosiiSaxa” səhmdar cəmiyyəti Uzaq Şimal rayonu Tİ-4) işlədiyi müddər həm ümumi, həm də xüsusi staja aid edilməməlidir. Cavabdeh buna əsas kimi Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında sosial təminat sahəsində bağlanmış Sazişin qüvvəyə minmədiyini qeyd etmişdir.
34. Cavabdehin şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qey d edir.
35. İşin müəyyən olunmuş hallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən Azərbaycan Respublikasının 3 aprel 2001-ci il tarixli, 114-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş 5 noyabr 1999-cu ildə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişə istinad edərək iddiaçının Rusiya Federasiyasında işlədiyi illəri onun həm ümumi, həm də xüsusi iş stajına daxil etmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin 12-ci maddəsinin 1-ci bəndinə əsasən bu Saziş, Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili proseduraları yerinə yetirməsi haqqında sonuncu yazılı bildiriş verilən tarixdən qüvvəyə minir.
37. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd edilən Sazişin Azərbaycan Respublikasında qüvvəyə minməsi ilə bağlı Azərbaycan Respublikasının 3 aprel 2001-ci il tarixli, 114-İİQ nömrəli Qanununa istinad etsə də, həmin Sazişin Rusiya Federasiyasında qüvvəyə minib-minməməsini araşdırmamışdır. Belə ki, Sazişin Azərbaycan Respublikasında təsdiq edilməsinə baxmayaraq Rusiya Federasiyasında qüvvəyə minməməsi hazırkı iş üzrə iddianın təmin edilməsi zamanı həmin Sazişin müddəalarına istinad edilməsini mümkünsüz edir.
38. Bundan başqa, nəzərə alınmalıdır ki, “Azərbaycan Respubli kası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında 8 iyul 2022-ci il tarixdə yeni Qanun qəbul edilmiş və həmin Qanun 31 iyul 2022ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunla 26 aprel 2022-ci il tarixdə imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilə təsdiq edilmişdir. Həmin müqavilənin 20-ci maddəsinin 12-ci bəndlərinə əsasən müqavilənin qüvvəyə minməsi üçün bu Müqavilə ratifikasiya edilməlidir və bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir.
39. Lakin apellyasiya instansiya məhkəməsi iddiaçıya münasibətdə tətbiq olunduğu halda həmin Müqavilənin də Rusiya Federasiyasında ratifikasiya edilib-edilməməsini araşdırmamışdır.
40. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisə üzrə iddiaçının Rusiya Federasiyasında işlədiyi illərin ona pensiya təyinatı zamanı onun ümumi və xüsusi iş stajına aid edilməsi ilə bağlı istinad etdiyi Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında bağlanmış müvafiq Sazişin (hal-hazırda isə müvafiq Müqavilənin) qanuni qüvvəyə minməsini araşdırmadan həmin hüquqi sənədə istinad edərək yekun nəticəyə gəlməkdə haqlı olmamışdır.
41. İş üzrə təkrar apellyasiya baxışı zamanı 5 noyabr 1999-cu ildə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin, eləcə də, 26 aprel 2022-ci ildə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin Rusiya Federasiyasında ratifikasiya olunub-olunmaması, həmin Sazişin və Müqavilənin tələblərinə əsasən qüvvəyə minib-minməməsi ilə bağlı müvafiq dövlət orqanlarına (o cümlədən Azərbaycan Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə) sorğu edilməli, beynəlxalq müqavilələrin qüvvəyə minməsi məsələsi araşdırılmalı, yalnız bundan sonra həmin beynəlxalq sənədlərin hazırkı işə tətbiq edilməli olub-olmaması məsələsinə qiymət verilməlidir.
42. Bəhs olunanların müəyyən edilməsi iş üzrə düzgün qərarın qəbul olunması üçün əhəmiyyət daşıyır.
43. Apellyasiya məhkəməsi tərəfindən İPM-in 12, 48 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir.
44. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edil sin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2546/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.