Məhkəmə qərarları › İş №2-1(102)-423/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-423/2024

08.05.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-423/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeydiyyata alınmış icarə hüququna dair yeni nümunəli çıxarışın verilməsi) 08.05.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inziba ti iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(107)-503/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Qəbələ rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 207 nömrəli sərəncamına əsasən, Qəbələ rayon Suvarma Sistemləri İdarəsinin istifadəsində olan ərazidən 1,02 ha torpaq sahəsi istirahət və iaşə obyektinin tikintisi məqsədilə iddiaçının uzunmüddətli icarəsinə ayrılmışdır.

2. Həmin torpaq sahəsinin 49 il müddətinə iddiaçının icarəsinə verilməsinə dair tərəflər arasında xx.xx.2004-cü il tarixli, 314 nömrəli icarə müqaviləsi bağlanmışdır.

3. Qeyd edilən hüquqmüəyyənedici sənədlər əsasında iddiaçının a dına sözügedən torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixdə JN-6009 (kod: ********) nömrəli torpaqdan müvəqqəti istifadəyə dair şəhadətnamə tərtib edilmişdir.

4. Eyni zamanda, sözügedən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixli, 2275 nömrəli icarə müqaviləsi bağlanmışdır.

5. İddiaçı sözügedən torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etmişdir.

6. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina olunduğunu bildirmiş və imtinanı onunla əsaslandırmışdır ki, təqdim olunmuş sənədlərin ekspertizası zamanı əldə olunan məlumatlar cavabdehdə mövcud olan e lektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə məkan göstəriciləri ilə müqayisədə faktiki torpaq sahəsinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, torpaq sahəsinin sənəd üzrə koordinatları ilə torpaq sahəsinin faktiki koordinatları arasında məsafə fərqi var və torpaq sahəsinin mülkiyyət növü dövlət təyinatlı meşə fondu torpaqlarına aiddir. Sözügedən torpaq sahəsinin yerləşdiyi ərazi dövlət mülkiyyətinə aiddir. Eyni zamanda, müəyyən olunmuşdur ki, torpaq sahəsinin faktiki vəziyyəti təqdim edilmiş sxematik planından fərqlidir. Qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyəti olub-olmaması barədə ƏMDK-nın Qəbələ Ərazi Şöbəsinə sorğu verilmiş və alınmış cavabda həmin torpaq sahəsinin dövlət mülkiyyəti olması bildirilmişdir. JN-6009 (kod: ********) nömrəli şəhadətnamə əsasında iddiaçının icarəsində olan 1,02 ha torpaq sahəsinin təyinatı dövlət torpaqlarına aid torpaqdır, torpaq sahəsinin mülkiyyətçisi dövlətdir. Eyni zamanda, iddia olunan torpaq sahəsinin koordinatlarına elektron baza məlumatlarında hər hansı bir dəyişiklik edilməmişdir. xx.xx.2003-ci ildə və hal-hazırda həmin torpaq sahəsi dövlət meşə fondu torpaqlarına aid olmuşdur. Qeyd olunan səbəbə görə də iddiaçının müraciətinin icrası mümkün olmamışdır.

7. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X1 Təsərrüfatı Mərkəzinin xx.xx.2023-cü il tarixli və xx.xx.2022-ci il tarixli məktublarında qeyd edilmişdir ki, iddiaçının icarəsində olan 1,02 ha torpaq sahəsi 1985-2006-cı illərin plan sxeminə əs asən dövlət meşə fonduna aid deyildir. Həmçinin həmin torpaq sahəsinin dövlət meşə fonduna aid olub-olmaması ilə bağlı əraziyə baxış keçirilmiş və məlum olmuşdur ki, həmin torpaq sahəsi dövlət meşə fonduna aid deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Qəbələ rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 207 nömrəli sərəncamı ilə dövlət fonduna aid torpaqlardan icarəyə verilmiş 1,02 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-6009 (kod: ********) nömrəli torpaqdan müvəqqəti istifadəyə dair şəhadətnamə əsasında onun icarəsində olan 1,02 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin ca vabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 207 nömrəli sərəncamı ilə Qəbələ rayon Suvarma Sistemləri İdarəsinin ərazisindən 1,02 ha torpaq sahəsi iddiaçıya istirahət və iaşə obyektlərinin tikintisi məqsədi ilə uzun müddətli icarəyə verilmişdir. Həmin torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixdə, o vaxt mövcud olan DTXK-nın Qəbələ rayon şöbəsi tərəfindən JN-6009 (kod: ********) nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə tərtib edilmişdir, həmin şəhadətnamədə də torpaq sahəsinin sxemi göstərilmişdir. İddiaçı həmin vaxtdan orada iaşə obyektləri inşa etdirmiş və torpaq sahəsinin verilmə təyinatına uyğun olaraq vətəndaşlara iaşə xidməti göstərir. İddiaçı icarə müqaviləsinin şərtlərinə uyğun hərəkət etmiş və hazırda da müqavilə şərtlərinə əməl etməkdədir. İddiaçı həmin torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. İddiaçıya həmin torpaq sahəsi bütün zəruri prosedur qaydalara əməl edilməklə icarəyə verilmişdir. Yəni aidiyyəti orqanlar tərəfindən tərtib edilmiş bütün sənədlər icarəyə verilmiş torpaq sahəsinin dövlət fonduna aid olduğunu göstərir. İşə əlavə edilmiş sənədlər də bunu təsdiq edir. Həmçinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X1 Təsərrüfatı İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu və Qəbələ rayon İcra Hakimiyyətinin Tikinti və mem arlıq şöbəsi tərəfindən tərtib edilmiş sxematik planla da bir daha təsdiq olunur ki, icarəyə götürülmüş həmin 1,02 ha torpaq sahəsi dövlət meşə fonduna aid deyildir. Ona görə də iddiaçı hesab edir ki, cavabdehin imtina məktubunda göstərdiyi xüsusatlar düzgün deyildir.

10. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim etdiyi etirazında imtinasındakı dəlillərə istinad edərək iddianın təmin olunmamasını xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X1 Təsərrüfatı Mərkəzi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

12. Ş əki İnzibati Məhkəməsinin (hakim: Vüqar Musayev) 12 iyun 2023-cü il tarixli, 2-1(116)-224/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə Qəbələ rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 207 nömrəli sərəncamı ilə dövlət fonduna aid torpaqlardan icarəyə verilmiş 1,02 ha torpaq sahəsinə dair tərtib edilmiş torpaqdan müvəqqəti istifadəyə dair JN-6009 (KOD ********) nömrəli şəhadətnaməyə əsasən 1,02 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia olunan torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi ilə bağlı sərəncamın və icarə müqaviləsinin mövcudluğu, o cümlədən həmin sənədlərin hazırda qüvvə də olması və mübahisələndirilməməsi işin mübahisəsiz halıdır. Həmçinin sözügedən şəhadətnamənin ləğvi və ya dəyişdirilməsi də iş materialları ilə müəyyən edilmir (xx.xx.2022-ci il tarixli 2275 nömrəli icarə müqaviləsinin yenilənməsi həmin şəhadətnamənin hüquqi qüvvəsinə hər hansı təsir göstərmir). Cavabdeh iddia tələbinə etirazını sözügedən torpaq sahəsinin meşə fondu torpaqlarına aid olması ilə əsaslandırır. Qanunvericiliyə əsasən, meşə fondu torpaqlarının icarəyə verilməsi ilə bağlı səlahiyyətli inzibati orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilmişdir.

14. Həmin torpaq sahəsinin həqiqətən də meşə fondu torpaqlarına aid olubolmaması ilə bağlı əsaslı şübhələr yarandığından, məhkəmə tərəfindən sözügedən torpaq sahəsinə dair xx.xx.2022-ci il tarix li, 2275 nömrəli icarə müqaviləsi bağlanarkən təyinatının necə müəyyən edilməsi, sonradan təyinat dəyişilmişdirsə, dəyişilməyə əsas olmuş məlumatların təqdim edilməsi, həmçinin sözügedən torpaq sahəsi meşə fondu torpaqlarına aid olduğu halda Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 2275 nömrəli torpaq icarə müqaviləsini iddiaçı ilə hansı əsasla bağlaması, müqavilənin qüvvədə olub-olmaması, meşə fondu torpaqlarına aid deyilsə, torpaq sahəsinin təyinatı və həmin torpaq sahəsinin meşə fondu torpaqlarına aid olması barədə cavabdeh orqanın verdiyi kadastr məlumatının əsaslı olub-olmaması barədə sonuncuya sorğu ünvanlanmışdır. Əmlak Məsələləri Dövlət Xidməti ilkin olaraq məhkəmə tərəfindən verilmiş sorğunu hazırkı cavabdehə yönəltmiş, təkrar sorğunun cavablandırılmasından isə yayınaraq həmin torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanmasına əsas olmuş sənədlərin surətlərini təqdim etmişdir.

15. Təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti özü də torpaq sahəsinin təyinatını araşdırarkən hazırkı cavabdehin mövqeyinə etimad göstərməmiş və torpaq sahəsinin meşə fondu torpaqlarına aid olub-olmamasını Meşələrin İnkişafı Xidmətinin X1 Təsərrüfatı Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubu əsasında müəyyən etmişdir. Belə ki, həmin məktubda sözügedən torpaq sahəsinin dövlət meşə fonduna aid olmadığı qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh orqana münasibətdə yuxarı inzibati orqan olan Əmlak Məsələləri Dövlət Xidməti mübahisəli torpaq sahəsinin xüsusiyyətləri ilə bağlı cavabdeh orqanın məlumatlarını mötəbər hesab etməmişdir. Həm çinin iş materiallarında olan Meşələrin İnkişafı Xidmətinin X1 Təsərrüfatı Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubunda da iddiaçının icarəsində olan 1,02 ha torpaq sahəsinin 1985-2006-cı illərin plan sxeminə əsasən dövlət meşə fonduna aid olmadığı qeyd edilmişdir.

16. Göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün qanuni əsaslar mövcud olduğu halda, cavabdeh orqan əsassız olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının həmin torpaq sahəsinə icarə hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində qeyd olunan əsaslardan heç biri müəyyən olunmamışdır.

17. Cavabd eh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Vəzirxan Məlikov /sədrlik edən və məruzəçi/, Rövşən Rəfiyev və Elçin Hüseynov) 21 sentyabr 2023cü il tarixli, 2-1(107)-503/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsi birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur. Cavabdeh tərəfindən ona səlahiyyət verən normaların dispozisiya şərtlərin ə və hüquqi nəticələrinə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

20. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

21. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlə t qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətl ər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada) Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların i stifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 66.3. Torpaqdan (o cümlədən, icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamə və tərəflər arasında bağlanılan icarə müqaviləsi ilə rəsmiləşdirilir. Maddə 66.4. Dövlət aktının, şəhadətnamənin, alqı-satqı, ipoteka, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. Maddə 66.5. Torpaq üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınır. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı ) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgənink iləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada et ibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzəri ndə icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbir lər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırı lmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə b ilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya i nstansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının artıq qeydiyyata alınmış icarə hüququna dair yeni nümunəli çıxarışın verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyə t və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının adına xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəs inin Qəbələ rayon şöbəsi tərəfindən JN-6009 (kod: ********) nömrəli torpaqdan müvəqqəti istifadəyə dair şəhadətnamə tərtib olunmuşdur. Həmin şəhadətnaməyə əsasən, Qəbələ rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 207 nömrəli sərəncamı və xx.xx.2004-cü il tarixli, 314 nömrəli icarə müqaviləsi ilə Qəbələ rayon Suvarma Sistemləri İdarəsinin ərazisindən istirahət və iaşə obyektinin tikintisi üçün iddiaçının uzunmüddətli icarəsinə ayrılmış 1,02 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüququ dövlət qeydiyyata alınmışdır.

37. Bu qərarın 25-ci bəndində istinad olunan normaya görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

38. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində qeydiyyata alınmış və sözügedən şəhadətnamə ilə rəsmiləşdirilmiş icarə hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi də onun iddia tələbinin məzmununa və iş üzrə materiallara əsasən, əslində torpaq sahəsi üzərində hüququn cavabdeh tərəfindən qeydiyyata alınmasına deyil, artıq qeydiyyata alınmış hüquqa dair yeni nümunəli çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Belə ki, iddiaçının həmin torpaq sahəsi üzərində hüququ səlahiyyətli dövlət orqanı tərəfindən artıq 2006-cı il iyulun 6-dək qeydiyyata alınmışdır. Məntiqi baxımdan müvafiq səlahiyyətli qeydiyyat orqanı tərəfindən iddiaçının adına aparılmış dövlət qeydiyyatı qanuna əsasən öz hüquqi qüvvəsini saxladığından, hazırkı mübahisəyə münasibətdə iddiaçın ın marağı hüququnun təkrar qeydiyyatının aparılması mənasında qiymətləndirilə bilməz. Bu baxımdan iddiaçının tələbinin torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınması kimi ifadə olunmasına baxmayaraq, əslində onun həqiqi niyyəti hüququna dair yeni nümunəli müvafiq sənədin əldə olunmasına yönəlmişdir.

39. Mübahisəli torpaq sahəsinin dövlət meşə fondu torpaqlarına aid olması barədə cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, iş üzrə birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən aparılmış məhkəmə araşdırması nəticəsində sözügedən torpaq sahəsinin meşə fondu torpaqlarına aid olmadığı müəyyən edilmişdir.

40. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, torpaq sahəsinin ayrılması barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı, hətta qanunla ayrılması məhdudlaşdırılan torpaq sahəsinə münasibətdə qəbul olunduğu təqdirdə belə, nəzərə almaq lazımdır ki, sərəncamında olan torpaq sahəsinin ayrılması ilə bağlı həmin orqanın səlahiyyəti ümumi xarakterli səlahiyyətdir və hətta qanunla ayrılması məhdudlaşdırılan torpaq sahələrinə belə şamil olunur. Belə ki, həmin torpaq sahələrinin ayrılması da icra hakimiyyəti orqanının torpaqayırma səlahiyyəti ilə ehtiva olunur və burada söhbət həmin orqanın səlahiyyətsizliyindən deyil, müvafiq səlahiyyətin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasından gedir. Qanunsuz inzibati aktlar isə yalnız qanunla müəyyən olunmuş qaydada və şərtlər daxilində buna subyektiv hüququ olan şəxslər tərəfindən mübahisələndirilə bilər və ya buna səlahiyyəti olan orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun müvafiq prinsipləri və normaları nəzərə alınmaqla ləğv edilə bilər.

41. Məhkəmə kollegiyası həmçinin ona diqqət çəkir ki, səlahiyyətli inzibati orqanın apardığı inzibati icraat mahiyyət etibarilə hakimiyyət iradəsinin formalaşması və həmin iradənin ifadə olunduğu inzibati aktın qəbulu məqsədlərinə xidmət edir. İnzibati icraatın gedişində yol verilmiş pozuntular icraatı aparan inzibati orqanın məsuliyyət sferasına aiddir və buna səlahiyyəti olmayan digər orqanlar, o cümlədən cavabdeh tərəfindən təftiş edilə və mübahisələndirilə bilməz.

42. Digər tərəfdən, iddiaçının təqdim etdiyi sözügedən şəhadətnamədə göstərilən torpaq sahəsi ilə cavabdehin elektron baza məlumatları arasında uyğunsuzluğun olması həmin şəhadətnamənin mötəbər olmadığı anlamına gəlmir. Bu zaman həm də cavabdeh tərəfindən həmin şəhadətnamənin mötəbərliyini şübhə altına alan hər hansı sübutun məhkəməyə təqdim olunmadığı, cavabdehin sadəcə olaraq həmin şəhadətnamədə göstərilən torpaq sahəsi ilə elektron baza məlumatlarında uyğunsuzluq olmasını iddia etməklə kifayətləndiyi də nəzərə alınmalıdır. Həmçinin iş üzrə materiallardan da həmin torpaq sahəsinin iddiaçıya ayrılmasının təkzib edilmədiyi, başqasına ayrılmadığı və dövlət reyestrində başqasının adına qeydiyyata alınmadığı, eləcə də həmin torpaq sahəsinin ayrıldığı vaxtdan iddiaçının faktiki istifadəsində olduğu və təyinatı üzrə istifadə edildiyi görünür. Məhkəmə tərəfindən bu xüsusatlar, eyni zamanda, mübahisəli torpaq sahəsi ilə bağlı iddia edilən texniki uyğunsuzluğun aradan qaldırılmasının cavabdeh in zibati orqanın məsuliyyət sferasına aid olduğu mübahisənin həlli baxımından nəzərə alınmaya bilməz.

43. Mübahisəyə dair işin faktiki hallarından görünür ki, iddiaçı torpaqdan müvəqqəti istifadəyə dair sözügedən şəhadətnaməni cavabdehə təqdim etmişdir. Həmin şəhadətnamənin mötəbərliyini və həqiqiliyini şübhə altına alan hər hansı hal müəyyən olunmamış, həmin şəhadətnamə qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış və ya geri çağırılmamışdır. 44. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbləri baxımından, müvafiq icraat nəticəsində qəbul edilmiş yekun qərar – inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüv vəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə yanaşma “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqedən də irəli gəlir. İstinad olunan həmin hüquqi mövqeyə görə, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstə rmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində qəbul etdikləri inzibati aktlara münasibətdə vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilər yaranmış olsun (bununla bağlı bax: “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı).

45. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Qeyd olunan hüquqmüəyyənedici sənəd geri çağırıl madığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.

46. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

48. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən məhk əmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(107)-503/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar