Məhkəmə qərarları › İş №2-1(102)-424/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-424/2021

23.02.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-424/2021 23.02.2021 ALİ MƏHKƏMƏ İddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina; peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıya uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil1, cavabde hin vəkili Vəkil2 iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.11.2020-ci il tarixli, 21(103)-1409/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı xx.xx.1957-ci il tarixində anadan olmuş, 29.09.2003-cü il tarixindən 01.03.2005-ci il tarixinədək “X1”MMC-də təkrarqarametal Tədarükü sexində kran sürücüsü vəzifəsində, 01.03.2005-ci il tarixindən 01.09.2009-cu il tarixinədək poladəritmə s exində təkrarqarametal emalı sexində kran maşinisti vəzifəsində, 01.09.2009-cu il tarixindən 05.11.2014-cü il tarixinədək təkrarqarametal Tədarükü şöbəsində kran maşinisti vəzifəsində, 19.03.2015-ci il tarixindən 22.07.2016-cı il tarixinə kimi “X2” Birgə Müəssisəsində körpülü kran operatoru peşəsində işləmişdir. İddiaçı 23.11.2016-cı il tarixindən hal-hazıradək “X3” ASC-də Fasonlu hissələrin metaltökmə sahəsində zərərli, tozlu və isti şəraitində kran maşinisti vəzifəsində işləyir.

2. İddiaçının 60 yaşı tamam olduğu 28.05.2017-ci il tarixindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin 2019-cu ilin may ayından ona təyin edilmiş əmək pensiyasının ödənilməsi dayandırılmışdır.

3. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh 16.05.2019-cu il tarixli məkubla bildirmişdir ki, cari təftiş zamanı “X1” MMC-də 29.09.2003-cü ildən 01.05.2005-ci ilədək və 01.09.2009-cu ildən 05.11.2014-cü ilədək Təkrarqarametal Tədarükü şöbəsində kran maşinisti kimi iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısına aid olmadığı aşkar olunmuşdur. Bu səbəbdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığından təyin olunmuş əmək pensiyası dayandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh orqanın imtina məktubu formal xarakter daşıyır və əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 3-cü “Metallurgiya İstehsalatı” bölməsinin 3.6 (a) yarımbəndinə metallurgiya istehsalatının kran maşinistləri kimi öz əksini tapmışdır. Beləliklə, cavabdeh orqanın pensiya ödənişini dayandırması qanunsuz olduğundan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunması zərurəti yaranmı şdır. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.11.2019-cu il tarixli, 2-1(82)2305/2019 nömrəli qərardadına əsasən inzibati iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

7. Cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı bölməsinin (3) polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində (3.6) kran maşinistləri (krançılar) və metallurgiya istehsalatının kran maşinistl əri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı İdarəyə təqdim etdiyi “X1” MMC-nin iddiaçıya dair 03.10.2017-ci il və 04.10.2017-ci il tarixli 112/A və 283/L nömrəli müvafiq arayışlarında Təkrarqarametal Tədarükü sahəsində 29.09.200301.03.2005-ci il və 01.09.2009-05.11.2014-cü il tarixləri arasındakı dövr ərzində kran sürücüsü və kran maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sahə Siyahıda qeyd olunan sahəyə uyğun deyil. Bununla əlaqədar məhkəmə təcrübəsində vardır ki, güzəştli şərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün iddiaçının çalışdığı peşələrin siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) ilə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrinin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Baxılan halda isə müvafiq vəzifə sözügedən siyahıda nəinki açıq şəkildə, ümumiyyətlə göstərilməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1000/2020 saylı 19.05.2020-ci il tarixli qərarı ilə (hakim Fərid Mədətli) iddianın təmin edilməməsi qərara alınmışdır.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının 29.09.2003-cü ildən 01.05.2005-ci il tarixinədək və 01.09.2009-cu ildən 05.11.2014-cü il tarixinədək təkrarqarametal tədarükü şöb əsində kran maşinisti kimi işlədiyi peşə güzəştli iş stajı hesab olunmadığından, iddiaçı 60 yaşının tamam olduğu 28.05.2017-ci il tarixinə qədər 12 il 6 aydan çox güzəştli iş stajı toplamadığından ona cavabdeh tərəfindən güzəştli şərtlərlə təyin olunmuş yaşa görə əmək pensiyasının dayandırılması əsaslı olmuşdur və hazırkı halda həmin pensiyanın bərpa edilməsinə əsas yoxdur.

10. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.11.2020-ci il tarixli, 21(103)-1409/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Xəyalə Cəmilova, hakimlər – Eyvaz Nağıyeva və Vidadi Məmmədov) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1000/2020 saylı 19.05.2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Məhkəmə qərarı iddiaçıya 02.12.2020-ci il tarixində təqdim edilmişdir.

14. İddiaçı 11.12.2020-ci il tarixində həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.11.2020-ci il tarixli, 2-1(103)1409/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəli lləri

15. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı və Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahısına daxil olsa da, məhkəmə bunun əksini qeyd edərək iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

16. İddiaçının çalışdığı peşələrin Nazilər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının 3-cü bəndinin 3.6 (a) yarımbəndində göstərilən metallurgiya istehsalatının kran maşinistləri olması sübut edildikdə n sonra cavabdeh inzibati orqan iddiaçının təkrarqarametal emalı və tədarükü sahəsində işlədiyini, amma adıçəkilən Siyahının 3.6 (a) yarımbəndində yalnız istehsal sahəsində zərərli işlərdə işləyən şəxslərin güzəştli şərtlərlə pensiya almaq hüququnun olmasını səbəb gətirərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Lakin cavabdehin bu mövqeyindən sonra Bakı Apellyasiya Məhkəməsi iddiaçının işlədiyi müəssisəyə sorğu göndərmiş, “X1” MMC tərəfindən məhkəməyə ünvanlanmış 02.10.2020-ci il tarixli, 154/L saylı cavab məktubunda iddiaçının təkrarqarametal emalı və tədarükü sahəsində zərərli və təhlükəli istehsalar prosesində kran maşinisti vəzifəsində çalışması, həmin vəzifənin isə Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı qərarı i lə təsdiq edilmiş Siyahının 3-cü Metallurgiya İstehsalatı bəndinin 3.6 (a) yarımbəndində metallurgiya istehsalatının kran maşinistləri kimi öz əksini tapdığı göstərilmişdir.

17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 nömrəli qərarının 2.4-cü maddəsində göstərilir: “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə qərarının 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir.

18. Bundan sonra cavabdehin nümayəndəsi məhkəmədə bildirmişdir ki, iddiaçının iş stajı kifayət etməd iyindən o güzəştli şərtlərlə pensiya ala bilməz. Hansı ki, məhkəmə iclası zamanı işdə olan sübutlar araşdırılarkən müəyyən ölündür ki, iddiaçının güzəştli şərtlərlə pensiya almaq üçün kifayət qədər iş stajı mövcuddur. Buna baxmayaraq, məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul etmişdir. Odur ki, məhkəmənin cavabdehin mövqeyinə istinad edərək iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququnu tanımaması qanuni hesab oluna bilməz.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəli llərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 09.12.1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21.01.2007-ci il tarixli Qərarlar). b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin rə dd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində”göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan”şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

24. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahısının “Metallurgiya istehsalı (qara metallar)” adlı III bölməsinin (kod:20400000) Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması (kod 20402000) yarımbölməsinin “a” yarımbəndinə əsas ən kran maşinistləri (krançılar) (kod 2040200a—13790) və metallurgiya istehsalatının kran maşinistlərinin (2040200a—13792) işlədiyi iş güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına hesablanır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması” adlı 3.6-cı bəndinin “a” yarımbəndinə əsasən kran maşinistlərinin (krançılar) işlədiyi iş güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına hesablanır.

26. Ali Məhkəmənin İnzibati Kollegiyasının 14.07.2020-c i il tarixli 2-1(102)1309/2020 nömrəli qərarında qeyd edilmişdir ki, “İddiaçı çalışdığı qatarlarının maşinist köməkçisi, qatar maşinisti, hərəkət qatarlarının maşinisti peşələri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 və 2 nömrəli, həmçinin 23.01.2007-ci il tarixli 12 saylı Siyahılarında qeyd olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə bunu nəzərə almamış, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ olmasını qeyd etsə də, bu mövqeyini əsaslandırmamış, hansı səbəbdən iddiaçının çalışdığı peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edildiyini göstərməmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının çalışdığı peşələrin müvafiq Siyahının hansı bəndinə uyğun olduğunu dəqiq göstərməli idi”.

27. Ali Məhkəmənin İnzibati Kollegiyasının 14.07.2020-ci il tarixli 2-1(102)1311/2020 nömrəli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda əl ilə qaynaq aparan elektrik qaynaqçıları, həmçinin polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar göstərilmişdir. Beləliklə, iddiaçının işlədiyi vəzifələr (əl ilə qaynaq apar an elektrik qaynaqçıları, polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli və 23.01.2007-ci il tarixli 12 nömrəli qərarları ilə təsdiqlənmiş siyahılarda konkret göstərilmişdir”.

28. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 96.8. Şikayət əsassızdırs a, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbi q olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Hazırkı qərarın 23-cü bəndində göstərilən normaların tələblərindən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element” mövcud olmalıdır: a) İddiaçının 60 yaşına çatması; a) İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

33. İddiaçının 60 yaşına çatması və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. İddiaçı kassasiya şikayətində cavabdehin iddiaçının zəruri iş stajının olmamasına istinad etdiyini qeyd etsə də, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əm ək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. Odur ki, cavabdehin bu dəlili əsassızdır.

34. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya əvvəllər təyin edilmiş növdə pensiya üzrə ödənişlər sonradan dayandırılmış və buna əsas olaraq iddiaçının “X1” MMC-də 29.09.2003-cü ildən 01.05.2005-ci il tarixədək və 01.09.2009-cu ildən 05.11.2014-cü il tarixədək Təkrarqarametal Tədarükü şöbəsində kran maşinisti kimi işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığının aşkar edildiyi göstərilmişdir.

35. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddə sində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüquq u verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

36. Buna uyğun olaraq iddiaçının dəlilləri aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçının göstərilən dövr ərzində “X1” MMC-də Təkrarqarametal Tədarükü şöbəsində kran maşinisti kimi işlədiyi peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır.

36. Belə ki, iddiaçı sözügedən dövrdə “Təkrarqarametal Tədarükü şöbəsində kran maşinisti” peşəsində çalışmış, Siyahıda isə yalnız “metallurgiya istehsalı sahəsində çalışan kran maşinistləri” güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrə aid edilmişdir.

37. İddiaçının digər dəlili isə ondan ibarətdir ki, o, Azərbaycan Respublik ası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması” adlı 3.6-cı bəndinin “a” yarımbəndində qeyd olunmuş kran maşinistləri (krançılar) peşəsində işlədiyindən onun həmin dövrdə işlədiyi iş stajı güzəştli iş stajına hesablanmalıdır.

38. İddiaçının bu dəlili də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və haqlı olaraq qeyd edilmişdir ki, iddiaçının istinad etdiyi Siyahının həmin bəndində qeyd olunmuş kran maşinistləri (krançılar) polad və ferroərintilər istehsalı, qa rışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması üzrə sahələrdə işlədikləri halda həmin iş stajı güzəştli iş stajına hesablanır. İddiaçı isə “təkrarqarametal istehsalı” sahəsində deyil, “tədarükü və emalı sahəsində” kran maşinisti vəzifəsində işləmişdir.

39. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı qərarın 26-27-ci bəndlərində qeyd olunan qərarların məzmunundan görünür ki, oxşar tələblə bağlı işlər üzrə formalaşmış Ali Məhkəmənin mövqeyinə görə iddiaçının çalışdığı peşələrin müvafiq Siyahının hansı bəndinə uyğun olduğu dəqiq göstərilməli, həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Siyahılarında konkret göstərilməlidir. Yuxarıda qeyd olunanlardan isə aydın olur ki, iddiaç ının çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda əks olunan peşələrlə eynilik təşkil etmir. Belə ki, qanunvericiliklə məhz “təkrarqarametal istehsalı” sahəsində işləyən “kran maşinisti” peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında nəzərdə tutulduğu halda, iddiaçı həmin sahədə yox, “təkrarqarametal tədarükü” sahəsində “kran maşinisti” peşəsində çalışmışdır.

40. Odur ki, iddiaçının “X1” MMC-də 29.09.2003-cü ildən 01.05.2005-ci il tarixədək və 01.09.2009-cu ildən 05.11.2014-cü il tarixədək Təkrarqarametal Tədarükü şöbəsində kran maşinisti kimi işlədiyi dövr g üzəştli iş stajının hesablanmasında nəzərə alına bilməz. Belə olduqda isə, iddiaçının güzəştli iş stajı tələb edilən 12 il 6 aydan az təşkil edir.

41. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə məhkəməyə bunun əksini təsdiq edən hər hansı sənəd təqdim etməmişdir.

42. Göründüyü kimi, iddiaçının tələb edilən güzəştli iş stajının mövcudluğu öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.11.2020-ci il tarixli, 21(103)-1409/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar