Məhkəmə qərarları › İş №2-1(102)-4256/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-4256/2025

11.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-4256/2025 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: inzibati orqanın xx.xx.2011-ci il tarixədək edilmiş hərəkətlərinin mübahisələndirilməsinə dair iddianın qeyri-mümkünlüyü, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Zülfüqarova (İbrahimova) Fəridə Şamil qızı, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı “çıxarışın və texniki pasportun hissəvi ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 oktyabr 2025-ci il tarixli, 2-1(105)-1051/2025 nömrəli qərardadından iddiaçılar İddiaçı3 və İddiaçı7 tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs "xxxx" MMC-nin adına verilmiş torpağa mülkiyyət hüququna dair xx.xx.2003-cü il tarixli, JN-0872 (kod: ********) nömrəli dövlət aktının, həmin dövlət aktı ə sasında işlənən xx.xx.2014-cü il tarixli, RX ******* nömrəli çıxarışın və texniki pasportun, torpağa mülkiyyət hüququna dair JN-0034 (kod ********) dövlət aktı ilə onlara məxsus 1,60 ha hissəsində ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdirlər.

2. Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 2-1(118)5067/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 oktyabr 2025-ci il tarixli, 2-1(105)-1051/2025 nömrəli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

4. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən çıxarışın verilməsinə əsas olan torpağa mülkiy yət hüququna dair JN0872 nömrəli dövlət aktının tərtib edilməsinə əsas olmuş sənəd tərəflər arasında Quba rayon notariat kontorunda bağlanmış xx.xx.2003-cü il tarixli, 4-Ə 173 reyestr nömrəli alqısatqı müqaviləsidir. Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 4Ə-173 reyestr nömrəli müqavilənin xx.xx.2003-cü il tarixdə "xxxx" MMC barəsində deyil, digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Bu fakta əsaslanaraq, iddiaçı haqlı olaraq mübahisələndirilən dövlət aktının və çıxarışın saxta notarial əqdlərə və ya heç mövcud olmayan sənədlərə əsaslandığını irəli sürmüş və bunun nəticəsi olaraq da, inzibati orqanın hərəkətlərində vəzifə saxtakarlığı və xidməti səlahiyyətlərin hüdudlarından kənara çıxma əlamətlərinin olduğunu iddia edərək, məsə lənin inzibati məhkəmə icraatı qaydasında həll edilməsinin zəruriliyini əsaslandırmışdır. Kollegiya vurğulayır ki, mövcud qanunvericiliyə əsasən, əgər daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas olmuş mülki-hüquqi əqdin (alqısatqı müqaviləsinin) saxta olduğu, heç mövcud olmadığı və ya tərəflər arasında bağlanılmadığı aşkar şəkildə sübut olunursa (məsələn, rəsmi arxiv məlumatları ilə), bu hal artıq sırf mülki mübahisə çərçivəsindən kənara çıxaraq, həmin saxta sənədlər əsasında dövlət reyestrində qeydiyyat aparan inzibati orqanın hərəkətlərinin qanunauyğunluğunun yoxlanılması zərurətini ortaya qoyur. Belə ki, inzibati orqanın funksiyası təqdim edilmiş sənədlərin mövcudluğunu, qanuniliyini və həmin orqanın səlahiyyətlərinə aid olmasını yoxlamaqdan ibarət olduğu halda, bu cür aşkar saxtakarlığa əsaslanan qeydiyyatın aparılması, inzibati orqanın öz üzərinə düşən qeydiyyat öhdəliyini düzgün icra etməməsi deməkdir və bu hərəkət (yaxud hərəkətsizlik) İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddiaçılar mülkiyyət hüquqlarının pozulmasının bilavasitə 2003-2004-cü ildə baş verdiyini bildirdiklərindən "xxxx" MMC-nin adına xx.xx.2003-cü il tarixli dövlət aktının hazırlandığı (torpaq sahəsindən istifadə edildiyi) andan öz hüquqlarının pozulması haqqında aşkarlıqla məlumatlı olmalı idilər. İşin hallarından, eləcə də iddiaçının etirafedici izahatından bəlli olur ki, tərəflərin bu haldan məlumatları olmuşdur (iddiaçılar ən geci 2004-cü ildə məlumatlı olmalı idilər, çünki iddia ərizəsində qeyd edilir ki, torpaq sahəsi 2004-cü ilədək onların faktiki istifadələrində olmuşdur). Göründüyü kimi, iddiaçıların mülkiyyət hüquqlarının pozulmasından məlumatlı olduqları müddətin başlanğıc anı kimi ən geci 2004-cü ilin sonu qəbul edilməlidir. Kollegiya hesab edir ki, hazırkı mübahisə 2011-ci ilə qədər, yəni İnzibati Prosessual Məcəllə qanuni qüvvəyə minənə qədər yaranmışdır, o zaman isə sözügedən məsələlərin həlli Mülki Prosessual Məcəllənin 27 fəsli ilə tənzimlənirdi ki, orada da iddia müddəti 1 (bir) ay müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçılar tərəfindən uzun müddət keçdikdən sonra (təxminən 21 il sonra) cavabdeh inzibati orqana qarşı hazırkı tələblə məhkəməyə müraciət edilmişdir. Hazırkı tələb Mülki Prosessual Məcəllənin 298-ci m addəsində müəyyən edilən bir aylıq müddəti keçdikdən sonra irəli sürüldüyündən, İnzibati Prosessual Məcəllədə və Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarında əksini tapan iddianın qanuni mümkünlüyü şərtləri, xüsusən də iddia müddətinə əməl olunması meyarı pozulmuşdur və bu pozuntu üzrlü səbəblərlə əsaslandırılmamışdır.

5. İddiaçılar İddiaçı3 və İddiaçı7 kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdirlər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

6. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolle giyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kas sasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təc rübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər ”.

8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azə rbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların, həmçinin inzibati orqanların hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2107/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2394/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2985/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)2940/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-384/2024 nömrəli qərarları).

10. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçılar kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onlar üçün əlçatan və bəlli olmuşdur.

11. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da mü əyyən olunmur.

12. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 oktyabr 2025-ci il tarixli, 2-1(105)-1051/2025 nömrəli qərardadından iddiaçılar İddiaçı3 və İddiaçı7 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar