Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-428/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “04 iyun 2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikin ci dərəcəli əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli, 2-1(106)-55/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 740 saylı qərarına əsasən iddiaçıya “Yumşaq toxumaların zədələnməsi ilə sağ çiyin və sağ körpücükaltı nahiyələrin dəlib keçən odlu silahla güllə yaralanması” diaqnozu qoyulmuş, səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi müəyyən edilmişdir.
2. İddiaçının əlillik vəziyyətinə Saatlı rayon Mərkəzi Xəstəxanasının xx.xx. 2011-ci il tarixli göndərişi əsasında baxılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar (X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S10-S19 - Boynun travmaları => S11 - Boynun açıq yarası => S11.8 - Boynun digər hissələrinin açıq yarası; Diaqnozun mətni: Yumşaq toxumaların zədələnməsi ilə sağ çiyin və sağ körpücükaltı nahiyələrin dəlib keçən odlu silahla güllə yaralanması, sağ bazu oynağının kontrakturası, kəskin gedişli, asteno-nevrotik sindrom, xr.pielonefrit tez-tez kəskinləşmələrlə, xr.hepatoxolesistit, ağ ciyərlərin xr.abstruktiv bronxit xəstəliyi) 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
3. İddiaçının əlillik vəziyyətinə Saatlı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndə rişi əsasında baxılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik (X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S41 - Yuxarı ətraf qurşağı və bazunun açıq yaraları; Diaqnozun mətni: Yumşaq toxumaların zədələnməsi ilə sağ çiyin və sağ körpücükaltı nahiyələrin dəlib keçən odlu silahla güllə yaralanması, sağ bazu oynağının kontrakturası, kəskin gedişli, astenonevrotik sindrom, xr.pielonefrit tez-tez kəskinləşmələrlə, xr.hepatoxolesistit, ağ ciyərlərin xr.abstrruktiv bronxit xəstəliyi) 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
4. İddiaçının əlillik vəziyyətinə Saatlı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik (X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S41 - Yuxarı ətraf qurşağı və bazunun açıq yaraları; Diaqnozun mətni: Yumşaq toxumaların zədələnməsi ilə sağ çiyin və sağ körpücükaltı nahiyələrin dəlib keçən odlu silahla güllə yaralanması, sağ bazu oynağının kontrakturası, kəskin gedişli, astenonevrotik sindrom, xr.pielonefrit tez-tez kəskinləşmələrlə, xr.hepatoxolesistit, ağ ciyərlərin xr.abstrruktiv bronxit xəstəliyi) 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
5. İddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Azərbaycan Respub likasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik (X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S41 - Yuxarı ətraf qurşağı və bazunun açıq yaralanması; Diaqnozun mətni: Yumşaq toxumaların zədələnməsi ilə sağ çiyin və sağ körpücükaltı nahiyələrin dəlib keçən odlu silahla güllə yaralanması, sağ bazu oynağının kontrakturası, kəskin gedişli, asteno-nevrotik sindrom, xr.pielonefrit tez-tez kəskinləşmələrlə, xr.hepatoxolesistit, ağ ciyərlərin xr.abstrruktiv bronxit xəstəliyi) 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
6. Əlillik müddəti bitdikdən sonra iddiaçı barəsində Saatlı rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli, 0309003AAPHZ nömrəli göndər iş tərtib edilmişdir.
7. Həmin göndərişə əsasən, iddiaçının əsas diaqnozu – Y36.4 “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması. Sağ bazu oynağının dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət”, ağırlaşmaları –R52.2 “Digər daimi ağrı, sağ bazı əzələlərinin hipertrofiyası. Daimi ağrı sindromu”, M24.5 “Oynaqların kontrakturası. Metallik yad cisim, sağ bazu oynağının yaxınlaşdırıcı kontrakturası və ağırlaşma”, L91.0 “Hipertrofik çapıq, sağ çiyin nayihəsinin geniş həcmli dartıcı, bərkimiş, ağrılı kelloid çapığı”, yanaşı xəstəlik – İ10 “Essensial (biricili) hipertenziya, arterial hipertoniya İİ mərhələ İİİ əlavə risk (L10)” qeyd edilmişdir.
8. İddiaçının əlillik vəziyyətinə Saatlı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və 05 iyul 2021-ci il tarixdə diaqnozun əlillik əlaməti təyin etməməsi, diaqnoz və ağırlaşmasının əlilliyin təyininə əsas verməməsi səbəbi ilə imtina verilmişdir.
9. Sözügedən imtina qərarından iddiaçı tərəfindən verilmiş şikayətlə əlaqədar 27 avqust 2021-ci il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və bu barədə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyası tərəfindən 17 sentyabr 2021-ci il tarixli, **********7 nömrəli qərar qəbul edilmişdir. Qərarın 2-ci bəndində qeyd edilmişdir ki, iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlilk və ağırlaşması kimi qeyd edilmiş “Yumşaq toxumaların zədələnməs i ilə sağ çiyin və sağ körpücükaltı nahiyələrin dəlib keçən odlu silahla güllə yaralanması, sağ bazu oynağının kontrakturası, kəskin gedişli, asteno-nevrotik sindrom, xr.pielonefrit tez-tez kəskinləşmələrlə, xr.hepatoxolesistit, ağ ciyərlərin xr.abstruktiv bronxit xəstəliyi” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Zədələnməyə uyğun çapıq sahələri qeyd olunsa da, funksional pozuntular müəyyən edilmir. Ətraflarda əzələ gücü normaldır, reflekslər adekvat, əzələ qatı simmetrikdir. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qəra r qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2011-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən təyin edilmiş ikinci dərəcəli əlilliyin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
11. İddiaçı tələbini hazırkı qərarın 1-8-ci bəndində qeyd olunan hallarla əsaslandırmışdır.
12. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya əlillik təyinatından imtina barədə xx.xx.2021-ci ildə qərar qəbul edilsə də o, 2021ci ilin dekabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləlik lə də, iddiaçının İPM-nin 38-ci maddəsinin tələbinə əsasən, mübahisələndirmə haqqında iddiadan inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, həmçinin məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində və İPM-in 39-cu maddəsinin tələbinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin e dildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçdikdən sonra məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o, 2021-ci ilin dekabr ayında, yəni təxminən 6 ay sonra xx.xx.2021-ci il tarixli göndəriş əsasında verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır.
13. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X3” publik hüquqi şəxsi tərəfindən həmin orqanın eksperti ilə yanaşı, cavabdehin tibbi-sosial ekspertini n iştirakı ilə 13 may 2022-ci il tarixli, T 212/2022 nömrəli rəy verilmişdir. Həmin rəydə qeyd edilir ki, “hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Odlu silah yaralanması, sağ bazu oynağının dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət, digər daimi ağrı, sağ bazu əzələlərinin hipertrofiyası, daimi ağrı sindromu, oynaqların kontrakturası, metallik yad cisim, sağ bazu oynağının yaxınlaşdırıcı kontrakturası” diaqnozu ilə əlaqədar şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması m eyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. Həmin diaqnozla əlaqədar onun hazırda əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) ehtiyacı yoxdur.
14. Ekspertiza tədqiqatı cavabdehin ekspertinin iştirakı ilə keçirildiyindən iş üzrə təkrar məhkəmə tibbi-ekspertizası təyin edilmişdir. Təkrar ekspertiza tədqiqatı zamanı verilmiş 30 oktyabr 2022-ci il tarixli, 955 saylı rəydən görünür ki, vətəndaş İddiaçı adına tibb müəssisəsinin göndərişlərində qeyd edilən “hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Odlu silah yaralanması, sağ bazu oynağının dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət, digər daimi ağrı, sağ bazu əzələlərinin hipertrofıyası, daimi ağrı sindromu, oynaqların kontrakturası, metallik yad cisi m, sağ bazu oynağının yaxınlaşdırıcı kontrakturası” müxtəlif klinikalarda xəstənin müayinə və müalicəsi zamanı müəyyən edilmişdir. Həmin diaqnozla əlaqədar onun hazırda əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) ehtiyacı yoxdur.
15. Şirvan İnzibati Məhkəməsinin (hakim: F.N.Abbasov) 17 may 2023-cü il tarixli 21(120)-225/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2011-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafıəsi ilə əlaqədar səbəbindən təyin edilmiş ikinci dərəcəli əlilliyin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2021-ci il tarixdə fasiləsiz ikinci dərəcə əlillik müddəti 10 il təşkil etmiş, növbəti müayinəyə zərurət olmadan müddətsiz ikinci dərəcə əlillik hüququ yaranmış, lakin nəinki iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin olunması təmin edilməmiş, əksinə heç bir əsas olmadan xx.xx.2021-ci il tarixdə ona əlilliyin təyin olunmasından imtina edilmiş, bununla da, onun qanuni hüquqlarına kobud şəkildə müdaxilə olunmuşdur.
17. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, əlilliyinin növbəti dəfə qiymətləndirilməsindən imtina barədə cavabdehin qərarının ləğv edilməsi və ona 04 iyun 2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərin ə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
19. Məhkəmənin 05 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir.
20. Daha sonra məhkəmənin 18 yanvar 2024-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh tərəfindən yenidən inzibati icraatın aparılması üçün cavabdehə bir aylıq müddət təyin edilmişdir.
21. Məhkəmə qərardadının icrası nəticəsində cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək diaqnozun əlillik əlaməti təyin etməməsi barədə 01 mart 2024cü il tarixli, 3-17-4/3-3-1593/2024 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, anamnestik məlumatlarda, instrumental və və obyektiv müayinələrdə əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir.
22. İşin məhkəmə araşdırması zamanı birinci instansiya məhkəməsində icraat zamanı verilmiş ekspert rəylərində qeyd olunan məlumatlar natamam olduğundan kollegiya tərəfindən iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. ElmiTədqiqat Ortopediya və Travmatologiya İnstitutunun xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi əsasında ver ilmiş 18 iyul 2024-cü il tarixli, T456/2024 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı müayinədən keçirilərkən mütəxəssis travmatoloq komissiyası tərəfindən ona “odlu silah yaralanmasından sonra, sağ döş qəfəsinin ön, yuxarı 1/3-nin boylama böyük həcmli kobud dartıcı çapıq toxuması və sol əlin İ barmağının üzərində ovuc səthində, sol Vİİ qabırğa səviyyəsində yumşaq toxumalarda iki ədəd metal qəlpə, sağ X, Xİ qabırğaların bitişmiş sınığı, hər iki bazunun böyük qabarı nahiyəsində lokal osteoporozu, aktomioclavikulyar oynaqların artrozu, sağda İ-İİ dərəcəli, hər iki bazu oynağının yaxınlaşdırıcı kontrakturası (sağda-25 dər, solda 30-dər uzaqlaşma), sol əlin barmağının yarım bükülmüş vəziyyəti, açıcı-bükücü kontrakturası/, tutma funksiyasının pozulması, əzələ atrofiyası, daimi ağrı sindromu ilə (Y36.2, Y36.4, L90.5, M79.5, S22.4, M81.2, M19.2, M.24.5, Z73.6, M62, K32.1) diaqnozu müəyyən edilmişdir.
23. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və P.V.Hacıyev) 25 sentyabr 2024cü il tarixli, 2-1(106)-55/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, müvafiq səhiyyə müəssisəsi və ekspertlər tərəfindən iddiaçının orqanizmində müəyyən edilmiş patofunksional pozuntular (odlu silah yaralanmasından sonra, sağ döş qəfəsinin ön, yuxarı 1/3-nin boylama böyük həcmli kobu d dartıcı çapıq toxuması və sol əlin İ barmağının üzərində ovuc səthində, sol Vİİ qabırğa səviyyəsində yumşaq toxumalarda iki ədəd metal qəlpə, sağ X, Xİ qabırğaların bitişmiş sınığı, hər iki bazunun böyük qabarı nahiyyəsində lokal osteoporozu, aktomioclavikulyar oynaqların artrozu, sağda İ-İİ dərəcəli, hər iki bazu oynağının yaxınlaşdırıcı kontrakturası (sağda- 25 dər, solda 30-dər uzaqlaşma), sol əlin bağmağının yarımbükülmüş vəziyyəti, açıcı-büküçü kontrakturası/, tutma funksiyasının pozulması, əzələ atrofiyası, daimi ağrı sindromu ilə) həm 2022-ci il iyulun 1-dək qüvvədə olmuş, həm də həmin tarixdən sonra qəbul edilmiş meyarlarla müqayisəli təhlil edildikdə müəyyən olunur ki, həmin pozuntulara əsasən qoyulmuş diaqnozların heç biri əlillik təyinatına əsas vermir. Xüsusilə qeyd edilir ki, sözügedən diaqnoz (xəstəliklər) müvafiq hüquq yaratmamasına baxmayaraq, iddiaçıya ilkin və sonrakı əlillik təyinatları da həmin xəstəliklər əsasında aparılmışdır. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçıya münasibətdə etimadın qorunması prinsiplərinə istinad etməsi qənaəti ilə razılaşmır.
25. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin cavabdeh inzibati orqanının iddiaçıya müddətsiz əlillik təyin etməli olması barədə qənaətinə münasibətdə qeyd etmişdir ki, iddiaçı 10 il müddətində əlillik vəziyyətində olsa da belə, ona növbəti dəfə əlillik təyin edildiyi təqdirdə müddətsiz təyinat məsələsinə baxıla bilərdi. Hazırki halda isə növbəti təyinatdan imtina edilmişdir.
26. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və id dianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
27. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
28. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”: Bənd 1.2. TSEK öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərə ncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnaməni, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur. 1.3. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudl uğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 1.5. Əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir.... 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır.... 4.3. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir.... 4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X4 (bundan sonra - TSERAS) ötürülür. 4.9-1. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi tə sdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir.... 4.16. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qay dası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir.... 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa o lunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaran ması. Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədr i və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarla nmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
31. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə: 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5-M24.6,M25.6,M67.1,M99.0);...
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
33. Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə” Təlimat: 2.2. " Azərbaycan R espublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir:... 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıc ını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa;...
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikay ətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir....... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyi şdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNS TANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
38. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və travma alması işin mübahisələndirilməyən halıdır.
39. İşin mübahisələndirilən halı və iddianın hüquqi əsası hazırda iddiaçıda mövcud olan xəstəliyin diaqnozunun əlillik təyinatına əsas verib-verməməsi ilə bağlıdır.
40. İddiaçının iddia ərizəsinin, eləcə də kassasiya şikayətinin məzmunundan müəyyən edilir ki, onun h azırkı tələbi ona əlillik müddətinin bitdiyi 04 iyun 2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir.
41. Cavabdeh, eləcə də, onun imtinasını əsaslı hesab edən apellyasiya məhkəməsi iddiaçıda aşkar edilən xəstəliklərin əlilliyin təyin edilməsinə əsas olmadığı qənaətinə gəlsə də, işdən görünür ki, Saatlı rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 0309003AAPHZ nömrəli göndərişdə (Forma 088) qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları olan xəstəliklər iş üzrə alınmış ekspert rəyləri ilə təsdiq edilmiş və həmin xəstəliklərdən M24.5 “Oynaqların kontrakturası. Metallik yad cisim, sağ bazu oynağının yaxınlaşd ırıcı kontrakturası və ağırlaşma” diaqnozun göndərişin tərtib edildiyi dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əlillik təyinatına əsas verdiyi müəyyən edilmişdir.
42. Belə ki, hazırkı qərarın 14–22-ci bəndlərində qeyd edilən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsi tərəfindən verilmiş 30 oktyabr 2022-ci il tarixli, 955 nömrəli və 18 iyul 2024-cü il tarixli, T456/2024 nömrəli ekspert rəylərindən, eləcə də, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən müayinə zamanı iddiaçıya “Odlu silah yaralanmasından sonra sağ döş qəfəsinin ön, yuxarı 1/3-nin boylama böyük həcmli kobud dartıcı çapıq toxuması və s ol əlin İ barmağının üzərində ovuc səthində, sol Vİİ qabırğa səviyyəsində yumşaq toxumalarda iki ədəd metal qəlpə, sağ X, Xİ qabırğaların bitişmiş sınığı, hər iki bazunun böyük qabarıq nahiyəsində lokal osteoporozu, aktomioclavikulyar oynaqların artrozu, sağda İ-İİ dərəcəli, hər iki bazu oynağının yaxınlaşdırıcı kontrakturası (sağda - 25 dər, solda 30 - dər uzaqlaşma), sol əlin barmağının yarım bükülmüş vəziyyəti, açıcı-bükücü kontrakturası, tutma funksiyasının pozulması, əzələ atrofiyası, daimi ağrı sindromu ilə (Y36.2, Y36.4, L90.5, M79.5, S22.4, M81.2, M19.2, M24.5, Z73.6, M62, K32.1) diaqnozu qoyulduğu, həmçinin, onun barəsində tərtib edilmiş 0309003AAPHZ nömrəli göndərişdə qeyd olunan həm Y36.4 kodlu əsas diaqnoz, həm də onun ağırlaşmaları olan R52.2, M24.5 və L91.0 kodlu xəstəlikləri n onda aşkar edildiyi müəyyən edilir.
43. Göründüyü kimi, iş üzrə məhkəmə-tibbi ekspertizasının, eləcə də, ixtisaslaşdırılmış tibb müəssisəsinin rəylərindən müəyyən edilir ki, iddiaçı 0309003AAPHZ nömrəli göndərişdə qeyd edilən həm əsas diaqnoz, həm də onun ağırlaşmalarından əziyyət çəkir.
44. Apellyasiya instansiyası məhkəməsi iddiaçıda aşkar edilən xəstəliklərin heç birinin ümumiyyətlə əlillik təyinatına əsas vermədiyini qeyd etsə də, göndərişin tərtib edildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3 və 2.3.2-ci bəndlərinin tələblərindən görünür ki, xx.xx.2021-ci il tarixli, 0309003AAPHZ nömrəli göndərişdə qeyd edilən və hazırda iddiaçıda aşkar edilən əsas diaqnozun ağırlaşması olan XBT 10 M24.5 kodlu xəstəlik üçüncü dərəcə əlilliyin təyin edilməsinə əsas verir.
45. Nəzərə almaq lazımdır ki, şəxsin əvvəlki əlilliyinin təyin edilməsi üçün əsas olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etməsi ilə həmin pozuntu, çatışmazlıq və xəstəliyin “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin və ya “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması ilə bağlı şərtlər vəhdətdə mövcud olmalıdır. Yəni, əvvəlki əlilliyə əsas olan pozuntu, çatışmazlıq və xəstəlik qanunvericiliyin tələbinə görə artıq əlilliyin müəyyən edilməsi üçün əsas sayılmırsa, şəxsin etimadın qorunması hüququna istinad edilə bilməz.
46. Hazırkı halda isə iddiaçıya M24.5 kodlu xəstəlik əsasında cavabdeh tərəfindən 2011-ci ildən başlayaraq 10 il müddət ərzində ikinci dərəcəli əlillik təyin edilsə də, həmin diaqnozun qanunveriliyin tələbinə əsasən iddiaçıya münasibətdə ikinci dərəcəli deyil, üçüncü dərəcəli əlilliyin təyin olunmasına əsas verdiyi müəyyən edilmişdir.
47. Belə olan halda, kollegiya hesab edir ki, diaqnozun əlillik təyinatına əsas verməməsi ilə bağlı cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur.
48. Hazırda iddiaçıda aşkar edilən M24.5 kodlu xəstəlik 0309003AAPHZ nömrəli göndərişin tərtib edildiyi dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin tələbinə əsasən üçüncü dərəcə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edildiyindən kollegiya hesa b edir ki, ona üçüncü dərəcəli əlillik təyin edilməlidir.
49. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində əlilliyin səbəb əlaqəsini qeyd etməsə də, kollegiya qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçının hüquqi marağı ona məhz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi barədədir.
50. İPM-nin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyildir.
51. Odur ki, xəstəliyin səbəb əlaqəsinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası özünün xx.xx.2010-cu il tarixli, 740 nömrəli qərarında qeyd olunan “Yumşaq toxumaların zədələnməsi ilə sağ çiyin və sağ körpücükaltı nahiyələrin dəlib ke çən odlu silahla güllə yaralanması” diaqnozunu travma kimi qiymətləndirərək, travmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığını təsdiq etmişdir.
52. Hazırda iddiaçıda aşkar edilən M24.5 kodlu xəstəlik “Oynaqların kontrakturası. Metallik yad cisim, sağ bazu oynağının yaxınlaşdırıcı kontrakturası və ağırlaşma” diaqnozudur.
53. Kollegiya qeyd edir ki, tibbi ədəbiyyat məlumatlarına əsasən, bazu sümüyü çiyinlə dirsək arasında yerləşir və yuxarıda çiyin sümüyü, aşağıda dirsək oynağını əmələ gətirir və dirsək sümüyünə birləşir. Güllə yaralanması özü isə oynaqlarda hərəkətlərin azalmasına və nəticədə kontrakturaya səbəb ola bilər.
54. Göründüyü kimi, hazırda iddiaçıda aşkar edilən M24.5 kodlu diaqnozun başlanğıcı məhz MNHHK-nin qərarında qeyd olunan diaqnoz olmaqla, hazırkı xəstəliyi həmin diaqnozun kəskinləşməsidir. 55. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə” Təlimatın qərarın 33-cü bəndində qeyd olunan normalarının tələbindən aydın olduğu kimi, şəxsin əlilliyin təyininə əsas verən müvafiq xroniki xəstəliyinin başlanğıcı və ya kəskinləşməsi onun cəbhədə olduğu dövrə təsadüf edirsə, başqa sözlə, hazırkı xəstəliklə həmin dövrdə alınmış və ya kəskinləşmiş xəstəlik arasında səbəbli əlaqə varsa, onun əlilliyinin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” hesab edilir.
56. Odur ki, iddiaçının əsas xəstəliyinin ağırlaşması olan M24.5 kodlu xəstəliyi Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travm adır.
57. Əlilliyin təyin edilməsi tarixinə münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçı tələbində ona əlilliyin əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən verilməsini xahiş etmişdir.
58. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
59. Beləliklə, Qaydaların tələblərind ən göründüyü kimi, əlilliyin təyini və ya bundan imtina, yalnız bu barədə müvafiq qərarın qəbul edilməsi nəticəsində öz hüquqi qüvvəsini alır.
60. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, tibbi müəssisəsi tərəfindən iddiaçı barəsində xx.xx.2022-ci il tarixdə TSEK-ə G00046087MJF nömrəli göndəriş verilmiş, cavabdeh həmin göndəriş əsasında iddiaçının əlilliyini qiymətləndirərək xx.xx.2021-ci il tarixdə iddiaçıya əlillik təyin olunmasından imtina etmişdir. Bundan sonra iddiaçı həmin qərardan şikayət versə də, imtina qərarı dəyişdirilmədən saxlanılmışdır.
61. Başqa sözlə, inzibati orqanın əlilliyin təyin edilməsindən imtina barədə qərarı xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir.
62. İddiaçı isə tələbində ona əlilliyin imtina cavabının verildiyi xx.xx.2021-ci il tarixdən deyil, əli llik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən verilməsini xahiş etdiyindən kollegiya hesab edir ki, iddianın tələbi bu hissədə də qismən təmin edilməli, ona xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.
63. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi hazırkı qərarın 29-34-cü bəndlərində sadalanan qanunvericilik normalarının tələblərinə cavab vermədiyindən iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilm əli, iddiaçıya xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” üçüncü dərəcəli əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli, 2-1(106)-55/2024 nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia qala