Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-4348/2025 12.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi (əmək kitabçasının mötəbərliyi); oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fi lialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 oktyabr 2025-ci il tarixli, 2-1(103)-3203/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı iddia ərizəsiilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyin cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşədə çalışmışdır. Ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə 12 il 6 ay güzəştli şərtlər tətbiq edilə biləcək iş yerlərində iş stajı tələb edilir. Onunxx.xx.1985-ci il tarixli, ******* nömrəli əmək kitabçasında qeyd edildiyi kimi, “Stork Technical Services” LTD şirkətinin Azərbaycandakı nümayəndəliyində xx.xx.2012-ci il tarixindən xx.xx.2013-cü il tarixədək işləmiş, 01 iyun 2013-cü il tarixindən isə "xxxx" MMC-də işləməkdədir. O, güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 2 noyabr 2023-cü il tarixində müraciət etmiş və xx.xx.2023-cü il tarixli, 3-17-1/2-H278246/2023 nömrəli imtina məktubunda təqdim edilən arayışda həmin dövrün güzəştli iş stajına aid olubolmamasını müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. O, "xxxx" MMC şirkətinə və “Stork Technical Services” LTD şirkətinin Azərbaycandakı nümayəndəliyinə müraciətlər ünvanlayaraq, iş yerləri və faktiki gördüyü iş barəsində müvafiq arayış verilməsini xahiş etmiş, "xxxx" MMC şirkəti tərəfindən verilən arayışa əsasən, onun "xxxx" MMC şirkətində 01 iyun 2013-cü il tarixindən On/0306 nömrəli əmək müqaviləsinə əsasən, izolyasiya işləri üzrə briqadir vəzifəsinə təyin edildiyi, 01 may 2020-ci il tarixində 020/135 nömrəli əmrə əsasən izolyasiyaçı vəzifəsinə keçirildiyi və 16 iyul 2020-ci il tarixindən etibarən 020/234 nömrəli əmrə əsasən izolyasiya işləri üzrə briqadir vəzifəsində çalışdığı, "xxxx" MMC-də işlədiyi vəzifələr üzrə sosial sığorta (əmək) stajının 10 il 10 ay 16 gün təşkil etdiyi bildirilmişd ir. Onun “Stork Technical Services” LTD şirkətinin Azərbaycandakı nümayəndəliyində sosial sığorta (əmək) stajı isə 1 il 1 ay 28 gün təşkil edir. Lakin “Stork Technical Services” LTD şirkətinin Azərbaycandakı nümayəndəliyinə ünvanlanan məktub həmin şirkətin qeydiyyatda olduğu ünvanda fəaliyyət göstərmədiyindən geri qayıtmışdır. O, neft-qaz terminalında izolyasiyaçı və izolyasiya işləri üzrə briqadir kimi işləməklə, işlədiyi vəzifə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinin (a) yarımbəndinə uyğundur.
3. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya etirazda və etiraza əlavədə qeyd edilmişdir ki, iddiaçının təqd im etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı 12 il 6 aydan az, yəni 10 il 05 ay təşkil edir. İddiaçının xx.xx.2013-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də işlədiyi dövr güzəştli iş stajına daxil edilmiş, lakin qanunvericiliklə tələb olunan müddət tamamlanmamışdır. Eyni zamanda qeyd olunmuşdur ki, iddiaçının güzəştli sahədə işlədiyini iddia etdiyi "xxxx" LTD Şirkətində xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövrün güzəştli iş stajına daxil edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçı bununla bağlı güzəştli iş stajını təsdiq edən arayışı inzibati orqana təqdim etməmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (Qanunun 21.2-ci ma ddəsində qeyd edilənlər istisna olunmaqla) xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrləri (ümumilikdə 5 ay)iddiaçının həm ümumi, həm də güzəştli stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də, adıçəkilən şəxsin ümumi iş stajı 42 il 5 ay 27 gün (xx.xx.2006-cı il tarixinədək 24 il 6 ay 27 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982xx.xx.1984-cü il (hərbi xidmət dövrü), xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1994cü il, xx.xx.1994-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 11 ay), güzəştli iş stajı isə 10 il 7 ay 29 gün (xx.xx.2013xx.xx.2024-cü il tarixləri arasındakı dövr) təşkil edir.
4. Bakı İnzibati Məhkəməsinin (hakim: T.R.Məlikov) 10 aprel 202 5-ci il tarixli, e-21(112)-1709/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı, 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsinin əsaslandırması: 5.1. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. Cavabdehin əsas dəlili odur ki, iddiaçı tərəfindən güzəştli iş stajını təsdiq edən güzəştli arayış təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, cavabdeh özü də iddiaçının mübahisələndirilməyən güzəştli iş stajını n 10 il 07 ay 29 gün (xx.xx.2013-xx.xx.2024) olduğunu qəbul etmişdir. İddiaçının 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olduğundan, nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən əslində mübahisələndirilməyən iş stajı xx.xx.2013-xx.xx.2023-cü il dövrü əhatə edir ki, bu da 09 il 09 ay 07 gün təşkil edir. Doğrudur ki, həmin staj qarşılığında iddiaçının güzəştli pensiya hüququ yaranmamış olur. Lakin nəzərə alınmalıdır ki, iddiaçının "xxxx" MMC-də işlədiyi izolyasiyaçı peşəsi, həmçinin onun “Rigblast Energy Services LTD”, “RBG” və “Stock Technical Services LTD” şirkətində işlədiyi izolyasiyaçı vəzifəsi də güzəştli iş stajına daxil edilməlidir. 5.2. İddiaçının qeyd olunan xarici və artıq fəaliyyətini dayandırmış müəssisələrdə işlədiyi dövrlərlə bağlı güzəştli arayışların əldə olunması obyektiv səbə blərdən mümkün olmamışdır. Hüquqi baxımdan güzəştli arayış şəxsin fəaliyyəti ilə bağlı güzəştli rejimi sübut etmək üçün əsas vasitə olsa da, bu sənədin əldə olunmaması hallarında şəxsin hüquqları zərər çəkməməlidir. Məhz belə hallarda məhkəmə təcrübəsində eyni fəaliyyət növü ilə məşğul olan analoji müəssisədən sorğu alınması ilə alternativ sübutetmə tətbiq olunur. Hazırkı işdə də məhz bu prinsip əsas götürülmüş, "xxxx" MMC-yə sorğu ünvanlanmış və müəyyən olunmuşdur ki, iddiaçının icra etdiyi izoləedici-plyonkaçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neftqaztikinti” trestinin istehs alat sahələrinin aid olduğu 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsindəki “izolyasiyaçılarplyonkaçılar” peşəsi ilə uyğunluq təşkil edir. Belə olan halda iddiaçının güzəştli iş stajı 12 il 06 aydan (mübahisələndirilməyən 09 il 09 ay 07 gün + 04 il 04 ay 16 gün (xx.xx.2002xx.xx.2005 + xx.xx.2012-xx.xx.2013) = 14 il 01 ay 23 gün ))) çox təşkil edir.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və N.X.Nəbizadə) 30 oktyabr 2025-ci il tarixli, 2-1(103)-3203/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədə n saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyin ə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülmə mişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadlarda (xx.xx.2024-cü il tarixli 2-1(102)-1734/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)-3360/2024 nömrəli) formalaşmış mə hkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür.
14. Bundan əlavə, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
15. Hazırkı iş üzrə iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (60 yaşa) çatması, 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iddiaçıya məxsus əmək kitabçası; iş yerindən verilmiş güzəştli arayış və məhkəmə sorğularına cavab məktubları) öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, iddiaçı azı 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajına malik olduğundan, 60 yaşından güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir.
16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Ka ssasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
18. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 oktyabr 2025-ci il tarixli, 2-1(103)-3203/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulund