Məhkəmə qərarları › İş №2-1(102)-438/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-438/2019

16.01.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-438/2019 16.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-438/19) Bakı şəhəri 16 yanvar 2019-cu il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Zamiq Hüseynovun, cavabdehin vəkili Fərhad Rəfibəylinin iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Binəqədi rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı A pelyasiya Məhkəməsinin İİK-nın 18 oktyabr 2018-ci il tarixli 21(103)-2076/2018 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 yanvar 2019cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 03 dekabr 1980-cı il tarixdən 01 iyun 1998-ci il tarixə kimixx-də toxucu sexində yun və pambıq iplikdən hazırlanan yun ədyal, yun şal, baş örtükləri və pamçarpayı örtükləri, pambıq-bəz toxumasında “toxucu” peşəsində işləmişdir. İddiaçı iddia edir ki, işlədiyi həmin peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, pe şələrin, vəzifələrin və göstəricilərin siyahısında göstərilmişdir. O, 52 yaşından güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 26.01.2018-ci il tarixli cavab məktubu ilə onun 03 dekabr 1980-cı il tarixdən 01 iyun 1998-ci il tarixədək işlədiyi peşələrin həmin Siyahıda göstərilmədiyini əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. İddiaçı cavabdeh DSMF-nin Binəqədi rayon şöbəsinə qarşı 06 may 2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün təyin olunmuş əmək pensiyası məbləğinin hesablanaraq birdəfəyə iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsibarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətn də birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 12 iyun 2018-ci il tarixli iş № 2-1(81)-2412/2018, (sədrlik edən hakim Ş.Məmmədova) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 12 iyun 2018-ci il tarixli qərarının ləğv edilməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 18 oktyabr 2018-ci il tarixli iş № 2-1(103)-2076/2018 (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, V.Ağayev və A.Nuriyeva) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2-1(81)-2412/201 8 saylı qərarının ləğv edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,iş materiallarında olanxx-dən işlədiyi sahənin güzəştli şərtlərlə pensiyaya çıxmağa hüquq verir kimi arayış verilmişdir. Həmin zəruri işin nəticəsidir ki, o, bu gün də müalicə alır və hal-hazırda da xroniki xəstədir. Onunla eyni vaxtda eyni işdə işləyən iş yoldaşlarının güzəştli şərtlərlə pensiyaya çıxmasını apelyasiya məhkəməsinə bildirsə də, buna məhəl qoymadı. Bundan başqa, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2-1(103)-2076/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qərarında hakim göstərir ki, “konkret halda, iddiaçının çalışdığı toxucu peşəsinin yüngül sənaye sahəsinə aid olduğunu nəzərə al saq, 2 nömrəli Siyahıda belə peşələrə rast gəlinməsi mümkündür”, lakin iddia ərizəsini rədd edir. Bu hakimin işə baxılmasında qərəzli olmasını sübut edir. Onu da qeyd etmək istəyir ki, qərarda hakimin qeyd etdiyi ştrix kodlar onun işlədiyi vaxt yox idi. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya 18 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2076/2018 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Z.Hüseynov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulması na yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da, vəkili Z.Hüseynovunçıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili F.Rəfibəyli kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin vəkilin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasi ya instansiyası məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahis əyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 18 oktyabr 2018-ci il tarixli, 2-1(103)2076/2018 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinin apelyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2-1(81)-2412/2018 saylı qərarının ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına əsaslanmaqla belə hesab etmişdir ki, iddiaçının güzəştli pensiya hüquq verən peşələrdə çalışdığı öz təsdiqini tapmır. Məhkəmə kollegiyası İddiaçı kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə apelyasiya instansiyası məhkəməsinin iddiaçının rədd edilməsinin hansı əsaslardan və səbəblərdən qənaətə gəlməsini araşdırmağı zəruri hesab edir. Belə ki, apelyasiya instansiyası məhkəməsi 18 oktyabr 2018-ci il tarixli qərarında göstərir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə isə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli Siyahı”ları təsdiq edilmişdir: 1 nömrəli Siyahı - “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısını; 2 nömrəli Siyahı - “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı özündə əks etdirir. Konkret halda, iddiaçının çalışdığı toxucu peşəsinin yüngül sənaye sahəsinə aid olduğunu nəzərə alsaq, 2 nömrəli Siyahıda belə peşələrə rast gəlinməsi mümkündür. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin «b» bəndi nin tələbi baxımından, qadınlara - 01 avqust 1997-ci ilədək 50 yaşından, 2000-ci ilin avqust ayının 1-dən isə 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası o halda təmin oluna bilər ki, birincisi, onlar 2 nömrəli Siyahıda nəzərdə tutulan əmək şəraiti zərərli və ağır olan peşələrdə işləməli, ikincisi, ümumi stajı 20 ildən, zərərli və ağır peşədə isə iş stajı 10 ildən az olmamalıdır. İddiaçının isə əmək kitabçasına əsasən, 20 ildən çox iş stajı mövcud olsa da 2 nömrəli Siyahıda nəzərdə tutulan peşədə onun ən azı 10 il çalışdığı müəyyən olunmur. Daha konkret, onun iddia etdiyi pambıq və yun istehsalatında işlədiyi toxucu peşəsi ümumiyyətlə həmin Siyahıda zərərli və ağır peşələr sırasında mövcud deyil. Belə ki, iş materiallarının 16-cı vərəqində olanxx-nin 23 nömrəli 22 noyabr 2016-cı il tarix li arayışında izah edilir ki, iddiaçı 1980-cı ildən 01 iyun 1998-ci ilə qədər müəssisənin toxucu sexində - yun və pambıq iplikdən hazırlanan yun ədyal, yun şal, baş örtükləri və pamçarpayı örtükləri, pambıq-bez toxumasında “toxucu” peşəsində işləmişdir (Daha sonra həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 2007-si il tarixli 12 saylı qərarı ilə güzəştli pensiyaya hüquq verdiyi qeyd olunur). Lakin, nə əvvəllər qüvvədə olan 2 nömrəli Siyahının “XX, Yüngül sənaye" hissəsinin “ümumi peşələr” bölməsində (********) şrifti), eyni zamanda, “Pambıq" (2210300 şrifti) və “yun” (22105000 şrifti) istehsallı sahələrində, habelə “XXXİİİ. Ümumi peşələr” (23200000 şrifti) hissəsində, nə də ki hazırda qüvvədə olan Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında “26. “Yüngül sənaye” hissəsində “ümumi peşələr (26.1) bölməsində və pambıq (26.2), yun (26.4) istehsali sahələrində, habelə “32. Toxuculuq istehsalatı”nda eyni zamanda həmin Siyahının “35. Ümumi peşələr.” hissəsində toxucu peşəsinin güzəştli pensiya hüquq verən zərərli və ağır peşələrə aid edildiyi müəyyən olunmur. 2 nömrəli Siyahıda yalnız kətan toxucuları (2200200a - 11602 şrifti) və yaş toxumada məşğul olan tesma toxucuları (2210400a - 19136 şrifti), 23 yanvar 2007-ci il tarixdə təsdiq olunmuş Siyahıda isə yalnız 26.1-ci ümumi peşələr bölməsində kətan toxucuları, 32-ci “Toxuculuq istehsalı bölməsi”ndə isə - metal və sintetik tor toxuyan toxucu ları güzəştli şərtlərlə pensiya hüququ verən zərərli və ağır peşələrə aid edilmişdir. Burada məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin sözügedən qərarında “konkret halda, iddiaçının çalışdığı toxucu peşəsinin yüngül sənaye sahəsinə aid olduğunu nəzərə alsaq, 2 nömrəli Siyahıda belə peşələrə rast gəlinməsi mümkündür” qənaətinə xüsusi diqqət yetirməyi zəruri hesab edir ki, belə ki, sonradan apelyasiya instansiyası məhkəməsi yazır ki, “iddiaçının isə əmək kitabçasına əsasən 20 ildən çox iş stajı mövcud olsa da, 2 nömrəli Siyahıda nəzərdə tutulan peşədə onun ən azı 10 il çalışdığı müəyyən olunmur. Daha konkret onun iddia etdiyi pambıq və yun istehsalatında da işlədiyi toxucu peşəsi ümumiyyətlə həmin Siyahıda zərərli və ağır peşələr sırasında mövcud deyil”. Göründüyü kimi apelyas iya instansiyası məhkəməsinin qənaətləri arasında konkret ziddiyyətlər mövcuddur və onlar tam araşdırılaraq aradan qaldırılmamışdır. Belə ki, əgər iddiaçının çalışdığı toxucu peşəsinin yüngül sənaye sahəsində 2 nömrəli Siyahıda rast gəlinməsi mümkündürsə, o zaman iddiaçının toxucu kimi çalışmağa başladığı yerli sənayesinə aid müəssisənin Dövlət tərəfindən yüngül sənayesi müəssisəsinə verilərək iddiaçının orada yenə də toxucu kimi işləməyə davam etməsi və sözügedən 2 nömrəli Siyahıda olan peşələrə, yəni, güzəştli şərtlərlə pensiya hüququ verən şəxslərin arasına apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə düşməməsi, halbuki apelyasiya instansiyası məhkəməsi yazır ki, “iddiaçının çalışdığı toxucu peşəsinin yüngül sənaye sahəsinə aid olduğunu nəzərə alsaq, 2 nömrəli Siyahıda belə peşəl ərə rast gəlinməsi mümkündür” əsaslı sayıla bilməz və məsələ apelyasiya instansiyası məhkəməsində təkrar olaraq tam, hərtərəfli və obyektiv araşdırılaraq, eyni zamanda maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə, iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Belə olan halda kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyas ının 18 oktyabr 2018-ci il tarixli, 2-1(103)2076/2018 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar