Məhkəmə qərarları › İş №2-1(102)-438/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-438/2021

21.04.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-438/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı sosial yardımın təyin edilməsi, ailə tərkibi barədə məlumatların düzgün göstərilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Məmmədova Türkan Şahin qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı sosial yardımın təyin edilməsi tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(107)467/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçının ünvanlı sosial yardımın təyin olunması ilə bağlı xx xxxxxxx 2017-ci il tarixli, **********46501 nömrəli müraciətinin təmin edilməsindən “ailə tərkibinin düzgün göstərilməməsi” səbəbinə istinadla cavabdeh tərəfindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh ******* saylı, xx xxxxxx 2018-ci il tarixli məktubu ilə iddiaçıya tövsiyə edilmişdir ki, o, ailə tərkibini düzgün göstərərək ərizə-bəyannamədə qeyd edib y enidən sənədlərini Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) göndərsin. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 2.İddiaçı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ünvanlı sosial yardımın təyin olunmasından imtina qərarının ləğv olunması və müraciət olunan tarixdən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə tərkibi haqqında arayışı notariat orqanında təsdiqlədib xx xxxxxxx 2017-ci il tarixdə “Ərizə-bəyannamə” ilə əlaqə vasitəsi olan “VEMTAS”a müraciət etmişdir. VEMTAS ərizəni qəbul etmiş və ailənin maddi-məişət ş əraitinin müayinəsinin aparılması üçün DSMF-nin Mingəçevir şəhər şöbəsinin sosial yardım üzrə işçisinə tapşırıq vermişdir. “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni həyata keçirən şöbənin sosial yardım işçisi, ünvanda yaşayan keçmiş ailə üzvləri olan valideynlərin ailəsini öz ailəsinin üzvü kimi yox, ayrı ailə kimi göstərməsi bəhanəsi ilə sosial yardımın təyinatından imtina edilməsi barədə qəbul etdiyi qərarını 90 gün ərzində 5 dəfə elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürmüşdür. 4.Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-80/2020 nömrəli qərarı (hakim – İ.H.Cabbarov) ilə iddia təmin edilmiş, cavabdehin iddiaçıya ünvanlı sosial yardımın təyin olunmasından imtina qərarının ləğv edilməsi və cavabdehin üzərinə iddiaçıya müraciət etdiyi xx x xxxxxx 2017-ci il tarixdən ünvanlı sosial yardımın təyin olunaraq məbləğin birdəfəlik ödənilməsi öhdəliyi qoyulmuşdur. 5.Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqan iddiaçının ünvanında yaşayan onun valideynlərini iddiaçının ailə üzvü qəbul etdiyindən sosial yardımın verilməsindən imtina etmişdir. Ancaq Ailə Məcəlləsinin 56.2-ci maddəsində qeyd olunur ki, uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir. Qeyd olunan maddənin tələbindən görünür ki, iddiaçının ünvanında yaşayan valideynləri iddiaçı və onun övladını saxlamağa və maddi cəhətdən təmin etməyə borclu de yillər. 6.Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı ərizə-bəyannamədə ərizəçinin 2 nəfər ailə üzvü göstərildiyi halda, maddi-məişət şəraitinin müayinəsi zamanı məlum olmuşdur ki, ərizəçinin atası və anası da həmin ünvanda yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.7.1-ci bəndinə əsasən ərizəbəyannamədə qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir. Məhkəmə isə qərar qəbul edərkən iddiaçının ailə tərkibini səhv göstərdiyinə görə ona ünvanlı sosial yardımın təyin olunmasından imtina olunmasını nəzərə almamış, iddia tələbini təmin etməklə maddi hüquq normalarını pozmuşdur. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat 7.Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(107)-467/2020 nömrəli qərarı (sədrlik edən və məruzəçi hakim – V.İ.Məlikov, hakimlər – R.R.Rəfiyev və İ.H.Şükürov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-80/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 8.Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin h üquqi mövqeyi ilə razılaşmışdır. 9.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri 10.Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə ərizəçinin müraciəti ilə bağlı ailənin maddi və məişət şəraitinin yoxlanılması üçün şöbənin ünvanlı sosial yardım üzrə işçisinə tapşırıq verilmişdir. Şöbənin əməkdaşları tərəfindən ərizəçinin maddi şəraitinin yoxlanılması zamanı “ərizə-bəyannamə”-də qeyd edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən ona sosial yardım təyin olunmasından imtina edilmişdir. Belə ki, “ərizə-bəyannamə”-də ərizəçinin 2 nəf ər ailəsi göstərildiyi halda, maddi-məişət şəraitinin müayinəsi zamanı məlum olmuşdur ki, ərizəçinin atası və anası da həmin ünvanda yaşayırlar. Qaydaların 3.7.1-ci bəndinə əsasən “ərizə-bəyannamə”-də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 11.Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 12.Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. 13.İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmi şdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 14.“Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; Maddə

3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 15.Az ərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması,verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektro n imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddə-sində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Bənd 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd e dilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X4 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailəni n sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 16.İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəm ə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 17.Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 18.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 19.Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 20.Kassasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, iddiaçının müraciəti ilə əlaqədar onun maddi-məişət şəraitinin yoxlanılması zamanı “ərizə-bəyannamə”-də qeyd edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən ona sosial yardım təyin olunmasından imtina edilmişdir. Belə ki, “ərizə-bəyannamə”-də ərizəçinin 2 nəfər ailəsi göstərildiyi halda, maddi-məişət şəraitinin m üayinəsi zamanı məlum olmuşdur ki, ərizəçinin atası və anası da həmin ünvanda yaşayırlar. Qaydaların 3.7.1-ci bəndinə əsasən isə “ərizəbəyannamə”-də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir. 21.Aşağıda göstərilənlərə əsasən məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. 22.Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı müraciət edərkən ondan ailə üzvləri barədə məlumat verilməsi də tələb olunmuşdur. Bu məlumatların elektron qaydada doldurulması zamanı iddiaçıdan həm öz ailə üzvləri barədə, həm də əgər varsa, onunla eyni ünvanda yaşayan digər ailə(lər) barədə də məlumat verilməsi istənilmişdir. İddia çı da məlumatları məhz elektron sistemin ondan tələb etdiyi qaydada doldurmuş, həm öz ailəsi, həm də onunla birgə eyni ünvanda yaşayan digər ailə (valideynlərinin ailəsi) barədə məlumatı sistemə daxil etmişdir. 23.İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının verdiyi bu məlumatlar faktiki olaraq doğru məlumatlar olmuşdur, çünki tərəflərin hər ikisi bu faktı təsdiq edirlər ki, həmin ünvanda 2 nəfərdən ibarət iddiaçının ailəsi (özü və qızı) və 2 nəfərdən ibarət iddiaçının valideynlərinin ailəsi (atası və anası) yaşayırlar. 24.Cavabdehin uyğunsuzluq kimi istinad etdiyi hal isə ondan ibarətdir ki, iddiaçı özünün ailə tərkibini səhv göstərmişdir, atası və anası da onunla eyni ünvanda yaşadıqları üçün məhz iddiaçının ailə üzvləri olmuşlar və iddiaçı müraciətində onları da özünün ailə üzvl əri kimi göstərməli olduğu halda, bunu etməmiş, nəticədə isə ərizə-bəyannamədə göstərilən məlumatlarda uyğunsuzluq yaranmışdır. Bu isə ünvanlı dövlət sosial yardımın təyin edilməsində imtina üçün əsas vermişdir. 25.Cavabdehin sözügedən mövqeyinin əsassız və qanunsuz olduğu ilə bağlı mövqeyini məhkəmə tərkibi aşağıdakılarla izah edir. 26.“Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun ailəyə belə bir anlayış vermişdir qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər. 27.Odur ki, ünvanlı dövlət sosial yardımla bağlı mübahisələrdə məhz bu anlayış əsas götürülməlidir. Buna görə isə ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsər rüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmış olmaları müəyyən olunmalıdır. 28.Digər tərəfdən isə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı elektron müraciətin edilməsi zamanı şəxslərdən eyni ünvanda yaşadıqları həm öz ailə üzvləri, həm də digər ailə(lər) barədə məlumat vermələri tələb olunur. Beləliklə, həm mövcud qanunvericilik, həm də ünvanlı dövlət sosial yardım almaq üçün müraciətləri qəbul etmək üçün dövlət tərəfindən yaradılmış sistemin özü prinsip etibarilə bir ünvanda bir neçə ayrı ailə(lər)nin yaşamasının mümkünlüyünü qəbul edir. Məhz buna görə də, müraciəti qəbul edən elektron sistem şəxsdən öz ailəsi ilə bağlı məlumatlarla yanaşı, varsa eyni ünvanda yaşayan digər ailə(lər) barədə məlumat vermələrini də tələb edir. 29.Qeyd olunanlar nəzərə alındıqda hazırk ı işin halları baxımından müəyyən edilir ki, iddiaçı müraciəti qəbul edən sistemin ondan tələb etdiyi qaydada davranmış, eyni ünvanda yaşadığı digər ailə (atası və anası) barədə də məlumat vermişdir. 30.Cavabdeh həmin məlumatın “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.7.1-ci bəndində təsbit edilmiş uyğunsuzluq halını yaratdığını bildirirsə, o halda, bunu mötəbər qaydada sübut etməlidir. Belə sübutetmə isə aydın və mübahisəsiz şəkildə onu müəyyən etməlidir ki, iddiaçının ailəsi ilə valideynlərinin ailəsi birgə yaşamaqla yanaşı, həm də birgə təsərrüfat aparırlar. Çünki, yuxarıda da qeyd olunduğu kimi ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı münasibətlərdə ailə hesab edilə bi lmək üçün sadəcə şəxslərin eyni ünvanda birgə yaşamalarının müəyyən edilməsi kifayət etmir, həm də birgə yaşayan həmin şəxslərin eyni zamanda, ümumi birgə təsərrüfat apardıqları da müəyyən olunmalıdır. 31.Hazırki işin hallarından isə müəyyən olunur ki, cavabdeh ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edərkən yalnızca birgə yaşama halının mövcuduğuna istinad etmiş, birgə yaşayan şəxslərin ümumi birgə təsərrüfat apardıqlarını ümumiyyətlə araşdırmamış və müəyyən etməmişdir. Belə ki, cavabdeh bu zaman sübut kimi yalnız öz əməkdaşları tərəfindən iddiaçının maddi-məişət şəraitinin müayinəsinə əsaslanmışdır. Lakin nəzərə almaq lazımdır ki, sözügedən müayinə zamanı yalnız iddiaçının atası və anasının həmin ünvanda yaşadıqları müəyyən edilmişdir, hansı ki, iddiaçı özü də bu halı tə sdiq edir. Müayinə zamanı qeyd edilən birgə yaşayan şəxslərin ümumi birgə təsərrüfat apardıqları halı isə müəyyən olunmamışdır. 32.Beləliklə, qanunvericiliyin tələblərinə əsasən iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilə bilməsi üçün onun özünün ailəsinin valideynlərinin ailəsi ilə eyni ünvanda birgə yaşamaları faktının müəyyən edilməsi özlüyündə kifayət etmirdi, Qaydaların 3.7.1-ci bəndində təsbit edilmiş uyğunsuzluq halının mövcudluğuna istinad edilə bilməsi üçün bu zaman həm də birgə yaşayan sözügedən şəxslərin ümumi birgə təsərrüfat apardıqları halı da müəyyən olunmalı idi. Cavabdeh isə ümumi birgə təsərrüfat aparılma halının mövcudluğunu müəyyən etmədən ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina etmişdir. Ona görə də, ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı qərarın qəbul edilməsindən imtina olunması qanuni olmamış, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Müvafiq olaraq məhkəmələr cavabdehin üzərinə iddiaçının tələbini təmin edən inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoymaqda haqlı olmuşlar. 33.Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(107)-467/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar