Məhkəmə qərarları › İş №2-1(102)-44/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-44/2025

16.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-44/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi ” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2024-cü il tarixli, 2-1(107)-284/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. N0 nömrəli hərbi hissə komandirinin N aprel N94-cü il tarixli, N №-li nizami hissə üzrə əmrilə N65-ci il təvəllüdlü X2 hərbi hissənin şəxsi heyət siyahılarına daxil edilərək, bütün növ təminatlarla təmin olunmuş və 2-ci motoatıcı batalyonuna göndərilmişdir (Əsas: adlı siyahı)

2. N0 nömrəli hərbi hissə komandirinin N may N94-cü il tarixli N №-li nizami hissə üzrə əmrindən görünür ki, sıravi X1 müalicə olunmaq üçün 223 nömrəli hərbi hospitala göndərildiyindən xx.xx.N94-cü ildən qazan təminatından çıxarılmışdır (Əsas: həkim rəyi). 3. “3 aydan artıq hospitalda olan hərbi qulluqçuların ştatdan kənarlaşdırılması haqqında” N0 nömrəli hərbi hissə koma ndirinin N sentyabr N94-cü il tarixli, 99 nömrəli əmrilə siravi X1 müalicə alması ilə əlaqədar ştatdan kənar edilərək, bütün növ təminat siyahılarından çıxarılmışdır (Əsas: həkim rəyi).

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-4127 nömrəli arxiv arayışından görünür ki, İddiaçı ondan ötrü ki, N65-ci il təvəllüdlü, Qəbələ RHK-dan çağırılmış X2 N0 nömrəli hərbi hissə komandirinin N aprel N94-cü il tarixli N №-li nizami hissə üzrə əmrilə hərbi hissənin şəxsi heyət siyahılarına daxil edilərək, bütün növ təminatlarla təmin olunmuş və 2 MAT-a göndərilmişdir (əsas: § 8, sıra 72, əmrdə soyadı Ağasiyev yazılıb). 2 MAT-ın hərbi qulluqçusu, sıravi X1 müalicə olunmaq üçün 223 nömrəli hərbi hospitala göndərildiyindən N0 n ömrəli hərbi hissə komandirinin N may N94-cü il tarixli N №-li hərbi hissə üzrə əmrilə xx.xx.N94-cü ildən qazan təminatından çıxarılmışdır (əsas: § 7, sıra 3, əmrdə soyadı Ağasiyev, atasının adı Cumax yazılıb). 3 (üç) aydan artıq hərbi hospitalda stasionar müalicədə olduğu üçün 2 MAT-ın hərbi qulluqçusu, sıravi X3 N0 nömrəli hərbi hissə komandirinin N sentyabr N94-cü il tarixli 99 №-li təşkilatı əmrilə ştatdan kənar edilərək, bütün növ təminat siyahılarından çıxarılmışdır (əsas: səh.279, sıra 394, əmrdə soyadı Ağasiyev, atasının adı Cumax yazılıb).

5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 213 saylı arayışından görünür ki, İddiaçı xx.xx.N84-cü il tarixdən xx.xx.N86-cı il tarixədək keçmiş SSRİ Silah lı Qüvvələrində müddətli hərbi xidmət keçmişdir. xx.xx.2015-ci il tarixində ehtiyatda olmağın son yaş həddinə çatdığına görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində hərbi qeydiyyatdan çıxarılmışdır.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.2022-ci il tarixli, 4/3-132N nömrəli məktubundan görünür ki, döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N94-cü il tarixdən sonra müalicədən xidmət yerinə qayıtması, hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına və bununla əlaqədar N0 nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 99 nömrəli əmrlə ştatdan kənar edildiyinə görə ona ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən im tina olunmuşdur.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 03 may 2024-cü il tarixli 1320 saylı məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N0 nömrəli hərbi hissənin xx.xx.N93-cü il tarixdən xx.xx.N94-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır.

8. Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, İddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.

9. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, Ağdam Hərbi Prokurorluğunun xx.xx.2023cü il tarixli, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, iddiaçı barəsində cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İ Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx N65-ci ildə Qutqaşen (Qəbələ) rayonu, Bum kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra sovet ordu sıralarında xx.xx.N84-xx.xx.N86- cu illərdə müddətli hərbi xidmətdə sıravi əsgər olmuşdur. N aprel N94-cü ildə Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün Qəbələ rayon Hərbi Komissarlığından səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və xx.xx.N94-cü il tarixindən N0 nömrəli hərbi hissə komandirinin N №-li nizami hissə üzrə əmrilə hərbi hissənin şəxsi heyət siyahılarına sıravi əsgər olaraq daxil edilərək, bütün növ təminatlarla təmin olunmuş və 2 MAT-a göndərilmişdir. xx.xx.N94-cü ildə döyüşlərdə yaralandığından stasionar müalicə olunmaq 223 nömrəli hərbi hospitala göndərildiyindən N0 nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli N №-li nizami hissə üzrə əmrilə xx.xx.N94-cü ildən qazan təminatından çıxarılmışdır. Müalicə olunduğu hərbi hospitalda stasionar müalicədə 3 aydan artıq qaldıqdan sonra yenidən N94-cü ilin sentyabr ayının ortalarında N0 №-li hərbi hissəyə qayıtsa da onu hərbi hissə qəbul etməyərək xx.xx.N94-cü il 99 №-li təşkilati əmrilə ştatdan kənar edilərək, bütün növ təminat siyahılarından çıxarılmışdır. Bildiyinə görə ən azı 3 gün döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara müharibə veteranı adı və statusu verilir. Lakin hal-hazıradək Qarabağda gedən döyüşlərdə iştirak etdiyinə və ya yaralanaraq hərbi xidmətə yararsız hesab olunmağına baxmayaraq, nə əlillik qrupu, nə də müharibə veteranı statusu ala bilməmişdir. Bunun nəticəsində yuxarıda qeyd edilən qanunda müharibə veteranları üçün nəzərdə tutulmuş bir sıra güzəşt və imtiyazlardan istifadə etmək imkanından məhrum olmuşdur.

12. Cavabdeh iddiaya qarşı təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçı İ.C.Ağasevin döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N94-cü il tarixdən sonra müalicədən xidmət yerinə qayıtması, hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına və bununla əlaqədar N0 nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 99 nömrəli əmrlə ştatdan kənar edildiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə də, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur

13. Şəki İnzibati Məhkəməsinin (hakim V.Ə.Musayev ) 21 iyun 2023-cü il tarixli, 21(116)-958/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hərbi xidmətdən qanuni əsasl arla ehtiyata buraxılmasına dair məlumat yoxdur. İddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması müəyyən olunsa da, onun xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar N96-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş ve rməlidir. Odur ki, iddiaçının “Müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. İddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən fa ktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir.

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər: (V.İ.Məlikov (sədrlik edən və məruzəçi), R.R.Rəfiyev və G.İ.Cavadova) 5 oktyabr 2023-cü il tarixli, 21(107)-525/2023 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(116)-958/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.M.Quliyev (sədrlik edən və məruzəçi), S.Ə.Kərimov və R.S.Nəbizadə) 2-1(102)593/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-525/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının 1-ci Qara bağ müharibəsində aparılmış döyüşlərdə hansı şəraitdə iştirak etməsi, necə və harada yaralanması, ümumiyyətlə N0 saylı hərbi hissənin döyüşlərdə iştirak etməsi araşdırılmamış, məhkəmələr sözügedən məsələlərin təhqiq edilməsinə çox səthi və formal yanaşmış, əslində bu istiqamətdə araşdırma aparmamışlar. Apellyasiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilmiş qənaətində də ziddiyyətli məqamlar mövcuddur, belə ki, apellyasiya məhkəməsi qərarında “onun (burada iddiaçı nəzərdə tutulur, Qeyd-Ali Məhkəmənindir) xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur”, yazdığı halda, növbəti cümlədə göstərir ki, “hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılma sı haqqında” 23 yanvar N96-cı il tarixli, 433 nömrəli Fərmandan sonra başlamışdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir”. Belə olan halda apellyasiya məhkəməsi tərəfindən sözügedən Fərmandan əvvəl, yəni 23 yanvar N96-cı il tarixindən öncə hərbiçilərin ordudan tərxis olunmasının hansı qaydada aparılması qeyd edilməli və bu qaydanın iddiaçıya tətbiq olunub-olunmamasına aydınlıq gətirilməli idi. Ələlxüsus ki, iddiaçı qulluq etdiyi hərbi hissədə fərarilik etməmiş, hərbi xidmətdən hansısa digər formada yayınmamış, qaçmamış, sözügedən məsələlərlə bağlı cinayət təqibinə məruz qalmamışdır ki, bu da işdə olan məhkəmənin hüquq müdafiə orqanlarına göndərmiş olduğu sorğuların çoxsaylı cavablar ından aşkar şəkildə müəyyən olunur. Eyni zamanda işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyinin mərkəzi arxivinin xx.xx.2022-ci il tarixli arayışına əsasən apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ondan ötrü ki, N65-ci il təvəllüdlü, Qəbələ RHK-dan çağırılmış X2 N0 nömrəli hərbi hissə komandirinin N aprel N94-cü il tarixli N №-li nizami hissə üzrə əmrilə hərbi hissənin şəxsi heyət siyahılarına daxil edilərək, bütün növ təminatlarla təmin olunmuş və 2 MAT-a göndərilmişdir (əsas: § 8, sıra 72, əmrdə soyadı Ağasiyev yazılıb). 2 MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı stasionar müalicə olunmaq üçün 223 nömrəli hərbi hospitala göndərildiyindən N0 nömrəli hərbi hissə komandirinin N may N94-cü il tarixli N №-li hissə üzrə əmrilə xx.xx.N94-cü ildən qazan təminatından çıxarılmışdır (əsas: § 7, sıra 3, əmrdə soyadı Ağasiyev, atasının adı Cumax yazılıb). 3 (üç) aydan artıq hərbi hospitalda stasionar müalicədə olduğu üçün 2 MAT-ın hərbi qulluqçusu, sıravi X3 N0 nömrəli hərbi hissə komandirinin N sentyabr N94-cü il tarixli 99 №-li təşkilatı əmrilə ştatdan kənar edilərək, bütün növ təminat siyahılarından çıxarılmışdır (əsas: səh.279, sıra 394, əmrdə soyadı Ağasiyev, atasının adı Cumax yazılıb). Burada qeyd edilməlidir ki, sözügedən arxiv arayışında N0 nömrəli hərbi hissə komandirinin xx.xx.N94cü il tarixli, xx.xx.N94-cü il tarixli və N sentyabr N94-cü il tarixli əmrlərinə istinad edilsə də, həmin əmrlər tam və hərtərəfli araşdırılması üçün arxivdən tələb edilməmişdir. Halbuki, iddiaçı məhz 3 aydan artıq hərbi hospitalda stasionar müalicədə oldu ğu üçün xx.xx.N94-cü il tarixli, 99 nömrəli təşkilatı əmrilə ştatdan kənar edilərək, bütün növ təminat siyahılarından çıxarılmışdır, yəni faktiki olaraq qulluq etdiyi hərbi hissədən tərxis olunmuşdur. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2024-cü il tarixli, 2-1(107)-284/2024 nömrəli qərarı ilə (sədrlik edən: E.Ş.Hüseynov, hakimlər: Ə.V.Kərimov və E.M.Mehdiyev) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(116)-958/2023 saylı qərarı ləğv edilmiş və yeni qərar qəbul edilərək iddia tələbi təmin edilmiş, İddiaçı İ Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafi ə Nazirliyinin üzərinə qoyulmuşdur.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhz 3 aydan artıq hərbi hospitalda stasionar müalicədə olduğu üçün xx.xx.N94-cü il tarixli, 99 nömrəli əmrilə ştatdan kənar edilərək, bütün növ təminat siyahılarından çıxarılmışdır, yəni faktiki olaraq qulluq etdiyi hərbi hissədən tərxis olunmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı xx.xx.N94-cü il tarixli, 99 nömrəli əmrilə tərxis olunduğundan ona Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar N96-cı il tarixli, 433 nömrəli Fərmanı şamil edilə bilməz. Yəni həmin Fərmanla hərbiçilərin ordudan tərxis olunması qaydası iddiaçıya tətbiq oluna bilməz.

23. Cavabdeh həmin qərardan kass asiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 3 aydan artıq hərbi hospitalda stasionar müalicədə olduğu üçün 2 MAT-ın hərbi qulluqçusu İ.C.Ağasiyev N0 nömrəli hərbi hissə komandirinin N sentyabr N94-cü il tarixli 99 nömrəli nizami hissə üzrə əmrilə ştatdan kənar edilərək, bütün növ təminat siyahılarından çıxarılmışdır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi iddiaçı hərbi xidmətdən ehtiyata buraxılmamışdır. Hərbi Hissə komandirinin həmin əmrində hərbi qulluqçunun ehtiyata buraxılmasına dair heç bir məlumat göstərilməyib. İddiaçı həmin vaxt müalicədə olduğundan və onun tutdu ğu vəzifənin digər hərbi qulluqçu ilə əvəz edilməsi zərurəti yarandığından (həmin vaxt şəxsi heyətin məhdud sayda olmasını nəzərə alsaq, vəzifənin vakant olmaması zərurəti yarandığından) siyahıdan çıxarılmışdır. Göründüyü kimi iddiaçı müalicə aldıqdan sonra xidmət yerinə qayıtmamış və qanuni əsaslarla ehtiyata buraxılmamışdır. Hərbi qulluqçular bir neçə hallarda, yəni ezamiyyətə, məzuniyyətə və ya müalicə müəssisəsinə göndərildikdə, xidmət yeri dəyişdirildikdə və ehtiyata buraxıldıqda hərbi hissənin siyahısından, qazan təminatlardan, habelə bütün növ təminatlardan çıxarılmış hesab edilir. İnzibati iş materiallarında olan sənədlərdən də göründüyü iddiaçı 3 aydan artıq müalicə müəssisəsində olduğundan ştatdan kənar edilərək bütün növ təminatlardan çıxarılmışdır. İddiaçı İ.C.Ağasiyevin ştatda n kənar edilməsi heç bir halda onun qanuni əsaslarla ehtiyata buraxılmasına dəlalət etmir. Çünki hərbi qulluqçu ehtiyata buraxılarkən adına tərtib edilmiş hərbi hissə komandirinin nizami hissə üzrə əmrində “onun ehtiyata buraxılması, ehtiyata buraxılmasına əsas olmuş yuxarı komandanlığın əmri (sərəncamı və s.) ehtiyata buraxılarkən qeydiyyata durmaq üçün hansı Rayon Hərbi Komissarlığına (indiki halda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə) göndərilməsi hökmən qeyd edilməlidir. Arxiv arayışından da göründüyü kimi iddiaçının ehtiyata və istefaya buraxılmasını təsdiq edəcək hərbi hissə komandirinin nizami hissə üzrə əmrdə yuxarıda qeyd edilən xüsusatlar mövcud deyildir. Əlavə olaraq bildirir ki, iddiaçının hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasına dair heç bir tibbi sənəd və ya möhtəbər sübutlar (hərbi həkim komissiyasının qərarı və s.) iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi halda məhkəmə kollegiyası iddiaçının iddia tələbini təmin etmişdir. Belə olan halda iddiaçının ştatdan kənar edilməsini, onun ehtiyata və ya istefaya buraxılması kimi göstərərək məhkəmə kollegiyası tərəfindən iddiaçının xeyrinə qərar qəbul etməsi yolverilməzdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin kassasiya şik ayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. …

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamə

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada ver ilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş ş əxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqa nları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini öz başına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəl illərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

31. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan n ormaları baxımından iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Hazırkı iş üzrə iddia çının hüquqi marağı “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi ilə bağlıdır.

36. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş halları ilə müəyyən olunur ki, X2 N0 nömrəli hərbi hissə komandirinin N aprel N94-cü il tarixli N №-li nizami hissə üzrə əmrilə hərbi hissənin şəxsi heyət siyahılarına daxil edilərək, bütün növ təminatlarla təmin olunmuş və 2 MAT-a göndərilmişdir. Stasionar müalicə olunmaq üçün 223 nömrəli hərbi hospitala göndərildiyindən N0 nömrəli hərbi hissə komandirinin N may N94-cü il tarixli N №-li hərbi hissə üzrə əmrilə xx.xx.N94-cü ildən qazan təminatından çıxarılmışdır. 3 (üç) aydan artıq hərbi hospitalda stasionar müalicədə olduğu üçün 2 MATın hərbi qulluqçusu, sıravi X3 N0 nömrəli hərbi hissə komandirinin N sentyabr N94-cü il tarixli 99 №-li təşkilatı əmrilə ştatdan kənar edilərək, bütün növ təminat siyahılarından çıxarılmışdır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlər lə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

38. N0 nömrəli hərbi hissə komandirinin N aprel N94-cü il tarixli, N №-li nizami hissə üzrə əmrindən görünür ki, N65-ci il təvəllüdlü X2 hərbi hissənin şəxsi heyət siyahılarına daxil edilərək, bütün növ təminatlarla təmin olunmuş və 2-ci motoatıcı batalyonuna göndərilmişdir.

39. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 03 may 2024-cü il tarixli 1320 saylı məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N0 nömrəli hərbi hissənin xx.xx.N93-cü il tarixdən xx.xx.N94-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır.

40. Göründüyü kimi iddiaçının adı döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında qeyd edilmişdir.

41. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi, döyüşlərdə iştirak etməsi və yaralanması mübahisə doğurmur.

42. Cavabdehin əsas dəlili iddiaçının qanuni əsasla ehtiyata buraxılma barədə məlumatın aşkar edilmədiyi barədədir.

43. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-4127 nömrəli arxiv arayışından görünür ki, İddiaçı ondan ötrü ki, N65-ci il təvəllüdlü, Qəbələ RHK-dan çağırılmış X2 N0 nömrəli hərbi hissə komandirinin N aprel N94-cü il tarixli N №-li nizami hissə üzrə əmrilə hərbi hissənin şəxsi heyət siyahılarına daxil edilərək, bütün növ təminatlarla təmin olunmuş və 2 MAT-a göndərilmişdir (əsas: § 8, sıra 72, əmrdə soyadı Ağasiyev yazılıb). 2 MAT-ın hərbi qulluqçusu, sıravi X1 müalicə olunmaq üçün 223 nömrəli hərbi hospitala göndərildiyindən N0 nömrəli hərbi hissə komandirinin N may N94-cü il tarixli N №-li hərbi hissə üzrə əmrilə xx.xx.N94-cü ildən qazan təminatından çıxarılmışdır (əsas: § 7, sıra 3, əmrdə soyadı Ağasiyev, atasının adı Cumax yazılıb). 3 (üç) aydan artıq hərbi hospitalda stasionar müalicədə olduğu üçün 2 MAT-ın hərbi qulluqçusu, sıravi X3 N0 nömrəli hərbi hissə komandirinin N sentyabr N94-cü il tarixli 99 №-li təşkilatı əmrilə ştatdan kənar edilərək, bütün növ təminat siyahılarından çıxarılmışdır.

44. Göründüyü kimi, cavabdeh təsdiq edir ki, iddiaçı uzun müddət hospitalda müalicədə olmuşdur və hərbi hiss ənin siyahısından çıxarılma hərbi hissə komandirinin əmri ilə həyata keçirilmişdir.

45. Həmçinin, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, Ağdam Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, iddiaçı barəsində cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır.

46. Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, İddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.

47. Göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidm ət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmişdir.

48. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı döyüş əməliyyatlarında iştirak edərək xəsarət aldığına görə uzun müddət hospitalda stasionar müalicədə olduğu üçün hərbi hissə komandirinin əmri ilə ştatdan kənar edilərək, bütün növ təminat siyahılarından çıxarıldığından, cavabdehin dəlili əsaslı deyildir.

49. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanıl malıdır.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2024-cü il tarixli, 21(107)-284/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar