Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-442/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı dövlət sosial yardımının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı dövlət sosial yardım təyinatından imtina edilməsi barədə qanunsuz qərarının ləğv edilməsi və 295 manat olmaqla ünvanlı döv lət sosial yardım məbləğinin təyin olunaraq xx.xx.2022-ci il tarixdən aztəminatlı ailəyə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)441/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ayrı-ayrı vaxtlarda cavabdehə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmişdir. İddiaçıya sosial yardımın təyin olunmasından aşağıdakı səbəblərdən imtina edilmişdir: -xx.xx.2022-ci il tarixli müraciətə təmsilçinin (İddiaçı) xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi; - xx.xx.2022-ci il tarixli müraciətə İddiaçı üçün qeyd olunmuş VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmaması və "xxxx" ASC tərəfindən təqdim edilən məlumata əsasən **********0140 abonent kodu ilə bağlı uyğunsuzluğun aşkar edilməsi; -xx.xx.2022-ci il tarixli müraciətə İddiaçı üçün qeyd olunmuş VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmaması; -xx.xx.2022-ci il tarixli müraciətə İddiaçı üçün qeyd olunmuş VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmaması; -xx.xx.2022-ci il tarixli müraciətə İddiaçı üçün qeyd olunmuş VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmaması; -xx.xx.2022-ci il tarixli müraciətə telefon nömrəsinin yanlış qeyd edilməsi; -xx.xx.2022-ci il tarixli müraciətə maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması; -xx.xx.2022-ci il tarixli mür aciətə başqa şəxsə aid olan telefon nömrəsinin qeyd edilməsi; -xx.xx.2022-ci il tarixli müraciətə maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması.
2. İddiaçının sonuncu xx.xx.2023-cü il tarixli müraciəti cavabdeh tərəfindən qəbul edilərək ona xx.xx.2023-cü ildən (bir il müddətinə) ünvanlı dövlət sosial yardımı təyin edilmiş, daha sonra iddiaçının uşağı 8 yaşına çatdığından 01 avqust 2023-cü il tarixdə ünvanlı dövlət sosial yardımın təyinatı bitmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin ünvanlı dövlət sosial yardım təyinatından imtina edilməsi barədə qanunsuz qərarının ləğv edilməsi və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət edilən xx.xx.2022-ci il tarixdən hər ay üçün 295 manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin təyin olunaraq xx.xx.2022-ci il tarixdən aztəminatlı ailəyə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ailəsi orta aylıq gəlirləri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan sosial yardım almaq hüququna malik olan aztəminatlı ailədir. İddiaçı ünvanlı sosial yardım almaq üçün cavabdehə qanunvericiliyin tələbinə uyğun olaraq ilkin olaraq xx.xx.2022-ci il tarixdə VEMTAS elektron sistemi va sitəsilə müraciət etmiş, VEMTAS tərəfindən təmsilçinin (İddiaçı) xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi səbəbi ilə sosial yardımın təyin olunmasından imtina cavabı edilmişdir. İddiaçı tərəfindən ünvanlı sosial yardımın təyin olunması üçün xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müraciətləri VEMTAS elektron sistemi tərəfindən zəruri məlumatların qurumlarla yoxlanılmasından sonra tələbin təmin olunmasından imtina edilmişdir. Qeyd olunan imtina səbəbləri kimi iddiaçının müvafiq məlumatları öz təsdiqini tapmaması olmuşdur.
5. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubunda iddiaçının ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ilk dəfə xx.xx.2022-ci il tarixli **********73001 nömrəli ərizə ilə müraciət etdiyini bildirmişdir. Həmin müraciətə qanunla nəzərdə tutulmuş müddət ərzində baxılmış və xx.xx.2022-ci il tarixdə qurumlarla yoxlama əsasında VEMTAS tərəfindən təmsilçinin (İddiaçı) xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi səbəbi ilə ÜDSY təyin edilməsindən imtina edildiyini bildirmişdir. İddiaçı tərəfindən VEMTAS elektron sistemi vasitəsilə ÜDSY-i almaq üçün 10 dəfə fərqli tarixlərdə müraciət edilmişdir. Həmçinin təmsilçinin sonuncu xx.xx.2023-cü il tarixli **********927 nömrəli müraciəti cavabdeh tərəfindən araşdırılır və hazırkı tarixə qədər imtina verilməmişdir, yəni təmsilçinin müraciəti ilkin mərhələdən keçmişdir. Qeyd olunmalıdır ki, iddiaçının xx.xx.2022-ci il t arixli müraciətinə cavabdeh tərəfindən ərizə-bəyannamədə qeyd olunan məlumatlarda uyğunsuzluq aşkar edilməsi (VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmaması) səbəbilə (Qaydaların 3.7.1-ci bəndinə müvafiq olaraq) imtina verilməsi qanunauyğun olmuşdur. Təmsilçinin sonrakı müraciətlərinə ilkin mərhələdə VEMTAS tərəfindən imtina verilməmişdir, həmin müraciətlərdə artıq VÖEN-lə bağlı məlumat ərizəbəyannamədə təmsilçi tərəfindən doğru daxil edildiyindən, imtinalar fərqli əsaslarla, xüsusilə maddi-məişət şəraitinin keçirilməsi ilə bağlı olmuşdur.
6. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1314/2023 nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixdən ünvanlı dövlət sosial yardım məbləğinin təyin edilərək birdəfəlik ödənilməsi öhdəliy inin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən VEMTAS-a məlumatların natamam və ya doğru daxil edilməməsi öz təsdiqini tapır. Görünən əsaslarla tələbin təmin edilməsindən insan müdaxiləsi olmadan imtina olunmuşdur. Bu zaman, müvafiq sistem vasitəsi ilə məlumatlar yoxlanılmış, daxil edilən məlumatlarla əldə olunan məlumatlar arasında uyğunsuzluq olduğundan növbəti mərhələyə keçmədən tələb təmin olunmamışdır. Lakin, iddiaçının xx.xx.2022-ci il tarixli müraciəti iddiaçının telefon nömrəsini yanlış olaraq qeyd edildiyi əsasında təmin edilməmişdir. Bu zaman, ilkin olaraq VEMTAS-a daxil olunan məlumat yoxlanılmış, yerində maddi-məişət şəraitinin yoxlanılması zərurəti yaranmışdır. Göstərilən “telefon nömrəsinin yanlış daxi l edilməsi” əsasında iddiaçıya ünvanlı sosial yardımın təyin olunmasından imtina edilmişdir. Həmin imtina əsasına münasibətdə qeyd edilmişdir ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.7-ci bəndinə uyğun olaraq cavabdehin imtinası əsaslı olmamışdır. Müvafiq sistem vasitəsilə yoxlanılmış məlumatlarda yanlışlıq aşkar olunmadığı halda, yerində müayinə nəticəsində elektron məlumatlara aid yanlışlıq təsbit olunmuşdur.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbini n təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-374/2023 nömrəli qərarı ilə (hakimlər: V.Məlikov -sədrlik edən və məruzəçi, E.Mehdiyev və R.Rəfiyev) apellyasiya şikayətləri təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1314/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində icraat
13. Azərbaycan Respublikası Ali Məh kəməsinin 26 aprel 2024-cü il tarixli, 2-1(102)308/2024 nömrəli qərarı ilə (hakimlər: İ.Hüseynov -sədrlik edən və məruzəçi, X.Məmmədov və İ.Şəfiyev) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(107)-374/2023 nömrəli qərarı ləğv edilərək işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
14. İşə baxmış məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehin ünvanlı dövlət sosial yardım təyinatından imtina edilməsi barədə qanunsuz qərarının ləğv edilməsi və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət edilən xx.xx.2022-ci il tarixdən hər ay üçün 295 manat olmaqla ünvanlı dövlət sosial yardım məblə ğinin təyin olunaraq xx.xx.2022-ci il tarixdən aztəminatlı ailəyə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Başqa sözlə, iddiaçı məhz xx.xx.2022-ci il tarixli müraciətin təmin olunmasından imtina barədə qərarın ləğv edilməsini və cavabdehin üzərinə sosial yardımın xx.xx.2022-ci il tarixdən təyin edilərək ödənilməsini tələb etmişdir. İddiaçının məhkəmə tərəfindən təmin olunan məzmunda tələbi olmamışdır. Bu səbəbdəndir ki, iddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək irəli sürdüyü iddianın təmin olunmasını xahiş etmişdir....məhkəmə predmeti bölünən iddianı, bunun üçün əsaslar olduqda qismən təmin edə bilər. Hazırkı halda bu, yalnız iddiaçının göstərdiyi xx.xx.2022-ci il tarixli birinci mürac iətlə bağlı baş verə bilərdi. Əks halda, məhkəmə İPM-in 13-cü maddəsində nəzərdə tutulmuş imkanları nəzərdən keçirməli idi. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verməsə də, cavabdehin kassasiya şikayəti ilə bağlı iddiaçının məhkəmə kollegiyasına yazılı müraciətinin məzmunundan göründüyü kimi, o, sosial yardımın təyin edilməsi və ödənilməsi tələbinin məhz xx.xx.2022-ci il tarixli müraciətinə əsasən (həm də sosial yardımın ödənilmədiyi 10 aylıq müddət üçün) təmin olunmasında israrlıdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-441/2024 nömrəli qərarı ilə (hakimlər: T.Həsənov -sədrlik edən və məruzəçi, Ə.Kərimov və E.Hüseynov) apellyasiya şikayətləri qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1314/2023 nömrəli qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının ünvanlı sosial yardımın 16 (on altı) ay (məhkəmənin təmin etdiyi müddət və cavabdeh orqanın təyin etdiyi müddət) ərzində, həmçinin 22 (iyirmi iki) ay (iddiaçının tələb etdiyi müddət və cavabdeh orqanın təyin etdiyi müddət) ərzində ona ödənilməsini tələb etməklə bağlı subyektiv hüququ yoxdur, belə ki, bu subyektiv hüquq qanunla 12 (on iki) ayla, yəni bir illə məhdudlaşdırılmışdır. Belə ki, Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1- dən etibarən 1 il müddətinə təyin ol unur. Qanunvericiliyin sözügedən tələbindən də göründüyü kimi sosial yardım bir müraciət əsasında yalnız bir il müddətinə təyin oluna bilər. Hazırkı mübahisə üzrə iddiaçının tələbi isə yardımın təyinatdan əvvəlki on ay üzrə ödənilməsidir. Halbuki iddiaçıya xx.xx.2023-cü il tarixli, **********92701 nömrəli müraciəti əsasında xx.xx.2023-cü ildən (bir il müddətinə) artıq ünvanlı dövlət sosial yardımı təyin edilmişdir.
17. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, onun ailəsi aztəminatlıdır və “Ünvanlı dövlət sosial yardımı haqqında ” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq sosial yardım almaq hüququna malikdir. Qanuna əsasən, orta aylıq gəliri ehtiyac meyarından aşağı olan ailələr ünvanlı sosial yardım almaq hüququna malikdir. Lakin iddiaçının 23 aprel 2022-ci il tarixdə VEMTAS sistemi vasitəsilə verdiyi ilk müraciətinə imtina cavabı verilib. Bu imtinanın əsas səbəbi kimi iddiaçının adında VÖENin olması göstərilmişdir. Halbuki, 2015-ci ildən vergi ödəyicisi kimi qeydiyyatda olmasına baxmayaraq, onun hər hansı gəlir əldə etmədiyinə dair dəqiq araşdırma aparılmamışdır. Bundan sonra iddiaçı bir neçə dəfə yenidən müraciət etmişdir. Lakin müxtəlif əsassız səbəblərlə (telefon nömrəsi, kommunal xidmətlər, ailə xərcləri və məişət şəraiti və s.) yenə də imtina cavabı almışdır. Maraqlıdır ki, bu imtinalar ın heç biri yerində araşdırılmamış və müvafiq dövlət orqanları tərəfindən tam şəkildə sübut olunmamışdır. İddiaçı hesab edir ki, o, VEMTAS sisteminə natamam və ya səhv məlumat daxil etməmişdir. Cavabdeh orqan isə onun təqdim etdiyi məlumatlar əsasında ortaya çıxan uyğunsuzluğun səbəbini sübut etməmişdir. Bu da inzibati orqanların şəffaf və əsaslandırılmış qərar qəbul etmədiyini göstərir.
19. İddiaçı qeyd edir ki, VEMTAS sisteminə təqdim olunan məlumatlarla bağlı hər hansı natamamlıq və ya uyğunsuzluq aşkar edilsə belə, cavabdeh orqan bu uyğunsuzluqların nədən ibarət olduğunu sübut etməmişdir. Azərbaycan Respublikasının "İnzibati İcraat Haqqında" Qanununun 19.1-ci maddəsinə əsasən, təqdim olunan sənədlər və dəlillər həqiqətə uyğun olmadığı sübuta yetirilmədikcə mötəbər hesab olunmalıdır. Bu baxımdan, cavabdeh orqanın iddiaçının təqdim etdiyi məlumatların uyğunsuzluğunu sübut etməməsi, qanuni tələblərə ziddir.
20. İddiaçı üçüncü dəfə – 08 fevral 2023-cü il tarixdə "Ərizə bəyannamə" ilə müraciət etdikdən sonra ona 372,99 manat məbləğində sosial yardım təyin olunub. Bu fakt iddiaçının sosial yardım almaq hüququnu təsdiqləyir. Lakin əvvəlki müraciətlərdə imtina cavabı verildiyi halda, üçüncü müraciətdə sosial yardımın təyin olunması, əvvəlki imtina qərarlarının qanunsuz olduğunu göstərir. İddiaçı bu məqamın həm birinci instansiya, həm də apellyasiya məhkəmələrində araşdırılmadığını bildirir. Hətta Ali Məhkəmənin xx.xx.2024 tarixli qərarında da birinci instansiya məhkəməsinin işin faktiki hallarını tam araşdırmaması və prosessual qanunvericiliyin pozulması qeyd olunub.
21. İddiaç ı xx.xx.2022 tarixindən başlayaraq hər ay üçün 295 manat sosial yardımın xx.xx.2022 tarixindən hesablanaraq birdəfəlik verilməsini tələb edib. Lakin cavabdeh və məhkəmə bu tələbin əsaslandırılmasına diqqət etməmişdir. İddiaçı hesab edir ki, məhz bu tarixdən hesablanmanın aparılması hüquqi baxımdan əsaslıdır. Bu səbəbdən məhkəmələrin bu məsələni araşdırmaması və qərarda əsaslandırmaması qanunvericiliyin tələblərinə uyğun deyil.
22. Kassasiya şikayətinin hüquqi əsasını “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 3-cü, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci, 2. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7-ci bəndləri və İPM-in 12.1, 12.2, 12.3, 48.1, 80.1-ci maddələri təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-441/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... Maddə
25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.... V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 25. “İnzibati icraat haqqında” Qanun: Maddə
12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir.... Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması i nzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 26. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun Maddə
3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, a ilənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər Maddə
8. Sosial yardımın təyin olunması müddəti 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il mü ddətinə təyin olunur.... 27. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalar
3. Sosial yardımın təyin olunması və təyin olunmasından imtina edilməsi 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı et dikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 3.7-1. Bölmə və ya Mərkəzin sosial yardım üzrə işçisi tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsi aparılarkən aşağıdakı halların aşkar edilməsi səbəbindən sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarıldıqda və həmin ailənin növbəti müraciəti zamanı bu hallar aradan qaldırılmadıqda maddi-məişət şəraitinin müayinəsi aparılmadan ailəyə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır: 3.7-1.1. ailənin “Ərizə-bəyannamə”də göstərdiyi ünvan düzgün olmadıqda; 3.7-1.2. ailənin əmlakı barədə məlumat düzgün göstərilmədikdə.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmi yyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsa slandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mü bahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia qismən təmin edilməlidir.
32. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı “Ərizə bəyannamə” ilə müraciət edilən x x.xx.2022-ci il tarixdən hər ay üçün 295 manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin təyin olunaraq xx.xx.2022-ci il tarixdən aztəminatlı ailəyə birdəfəlik verilməsinə yönəlmişdir.
33. Apellyasiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması səbəbindən iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, Qanunvericiliyin tələbindən də göründüyü kimi sosial yardım bir müraciət əsasında yalnız bir il müddətinə təyin oluna bilər. Hazırkı mübahisə üzrə iddiaçının tələbi isə yardımın təyinatdan əvvəlki on ay üzrə ödənilməsidir. Halbuki iddiaçıya xx.xx.2023-cü il tarixli, **********92701 nömrəli müraciəti əsasında xx.xx.2023-cü ildən (bir il müddətinə) artıq ünvanlı dövlət sosial yardımı təyin edilmişdir.
34. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qeyd edilən möv qeyini aşağıdakı səbəblərdən qanuni və əsaslı hesab etmir.
35. Belə ki, “Ünvanlı Dövlət Sosial Yardımı haqqında" Qanunun 3-cü maddəsinə əsasən aztəminatlı ailələr sosial yardım almaq hüququna malikdirlər.
36. Həmin Qanunun 8-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1- dən etibarən 1 il müddətinə təyin olunur.
37. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixindən ünvanlı sosial yardım almaq üçün rəsmi şəkildə dəfələrlə cavabdehə müraciət etmişdir.
38. İddiaçının sosial yardım üçün etdiyi müraciətlərə cavabdeh orqan tərəfindən müxtəlif səbəblərlə (VÖEN-in olması, gəlir məlumatlarının təqdim olunmaması, digər texniki və formal səbəblər) imtina cavabları verilmişdir.
39. İnzibati icraat haqqında Qanunun 19.1-ci maddəsinə əsasən təqdim olunan sənəd lər həqiqətə uyğun olmadığı sübuta yetirilmədikcə mötəbər hesab olunmalıdır.
40. Cavabdeh orqan isə təqdim olunan məlumatların uyğunsuz olduğunu iddia etsə də, bu uyğunsuzluğun nədən ibarət olduğunu sübuta yetirməmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir.
42. Lakin cavabdeh yuxarıda qeyd olunan uyğunsuzluqları, (o cümlədən VÖEN-ilə bağlı gəlir məlumatlarının təqdim olunmaması) öz səlahiyyətləri çərçivəsində müvafiq orqanlara sorğu verərək əldə etmək və araşdırmaq imkanı olsa da, bunun etməmiş və nəticədə xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmişdir.
43. İddiaçının müraciətləri nəticəsində, xx.xx.2023 tarixin dən ona sosial yardım təyin edilmiş, lakin uşağının 8 yaşı tamam olduğu üçün bu yardım xx.xx.2023 tarixindən dayandırılmışdır. Bu hal onu göstərir ki, iddiaçının sosial yardım almaq hüququ əvvəldən mövcud olmuşdur və ilkin imtinalar cavabdeh orqanın qanunsuz qərarlarının nəticəsi olmuşdur.
44. Nəticə etibarilə, iddiaçının sosial yardım üçün verdiyi müraciətlərdə qanuni tələblərə cavab verməsinə baxmayaraq, cavabdeh orqan tərəfindən imtina cavabları əsassız olaraq verilmişdir.
45. Beləliklə, iddiaçının sosial yardım almaq hüququnun xx.xx.2022 tarixində yarandığı müəyyən olunduğundan, inzibati orqanın qanunsuz və əsassız imtina qərarları səbəbindən iddiaçı yalnız xx.xx.2023–xx.xx.2023 tarixləri arasında cəmi 6 ay sosial yardım ala bilmişdir. Halbuki, əgər ilkin müraciət düzgün qiymətləndiril səydi, iddiaçı 12 aylıq dövr üçün – yəni xx.xx.2022 tarixindən başlayaraq – sosial yardım almaq hüququndan istifadə edəcəkdi.
46. Azərbaycan Respublikasının Konstitusiyasına və ümumi hüquq prinsiplərinə əsasən, ədalət prinsipi dövlətin hüquq müstəvisində insan hüquq və azadlıqlarını qorumağın əsas tələblərindən biridir. Əgər bir şəxsin hüquqları qanunsuz hərəkətlər nəticəsində pozulubsa, bu hüquqların tam şəkildə bərpa olunması hüquqi ədalətin tələbidir.
47. Bu kontekstdə, iddiaçının sosial yardım almaq hüququ xx.xx.2022-ci il tarixində yaranıb, lakin cavabdeh orqanın qanunsuz imtina qərarları səbəbindən o, yalnız xx.xx.2023 tarixindən etibarən sosial yardım ala bilib. Bu isə iddiaçının hüququnun qismən pozulduğunu və nəticədə maddi zərər çəkdiyini göstərir.
48. Əgər dövlət orqanının qanun suz qərarları nəticəsində şəxs öz qanuni hüququndan yararlana bilməyibsə, onun hüququnun tam bərpa olunması üçün yalnız gələcək dövrə yönəlik tədbirlər kifayət deyil. Ədalət prinsipinə görə, həmin şəxs itirdiyi hüquqların nəticələrini də bərpa etməli, yəni geriyə dönük olaraq hüquqlarının təmin olunması üçün müvafiq addımlar atılmalıdır.
49. Belə olan halda, iddiaçının ailəsinin aztəminatlı olduğu nəzərə alınsa, sosial yardımın gecikdirilməsi və 6 ay müddətində bu yardımın təmin edilməməsi onların maddi rifahını birbaşa zərbə altına qoyduğundan bu zərərin kompensasiya olunması üçün iddiaçıya həmin 6 aylıq sosial yardım məbləğinin ödənilməsi zəruridir.
50. Məhkəmə kollegiyası hesab edir ki, bu yanaşma, həm hüquqi ədalətin, həm də sosial ədalətin təmin olunmasına xidmət edir.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək iddiaçıya 6 ay üzrə ödənilməmiş ünvanlı dövlət sosial yardımın birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli 2-1(107)-441/2024 nömrəli qərardadı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilərək iddiaçıya 6 ay üzrə ödənilməmiş ünvanlı dövlət sosial yardımın birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərar qətidir.