Məhkəmə qərarları › İş №2-1(102)-451/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-451/2025

11.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-451/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanaraq təminat xərcliyindən artıq miqdarda müəyyən edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 03 sentyabr 2024-cü il tarixli, 21(103)-2241/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2000-ci il tarixdən xüsusi rütbəli şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan, yəni xx.xx.2002-ci il tarixdə iddiaçı daxili işlər orqanlarında yenidən xidmətə cəlb olunmuş və xx.xx.2021-ci il tarixdə xidmətdən tərxis olmuşdur. İddiaçının xidmət müddəti təqvimi hesablama ilə 34 il 2 ay 11 gün, imtiyazlı hesablama ilə 39 il 4 ay 13 gün təşkil edir.

2. İddiaçı cavabdehə müraciət edərək, yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

3. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 9.6.1-ci, 20.14.1-ci və 20.15-ci maddələrinə uyğun olaraq iddiaçının əmək pensiyası xx.xx.2022-ci il tarixindən 39 il 4 ay 13 gün xidmət müddətinə görə yenidən hesablanaraq təminat xərcliyinin (1395,75 manat) 100 faizi – 1395,75 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış ümumilikdə 4697,53 manat fərq məbləğinin 4274,77 manat hissəsi xx.xx.2022 - xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sa yına bölünərək hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla ona ödənilmiş, qalan 422,76 manat hissəsinin isə cari ilin iyun ayında onun müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 1535,33 manata, 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1761,02 manata çatdırılaraq ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pensiyasının xx.xx.2023-cü il tarixindən etibarən təminat xərcliyinin 112 faiz həcmində yenidən hesablanaraq ödənilməsi vəzifəsinin c avabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20 il 1 ay 4 gün güzəştli qaydada hesablanmaqla 12 il 5 ay təqvim ili ilə xx.xx.2000-ci il tarixindən yaşa görə pensiyaya çıxmış və ona təminat xərcliyinin 50 faiz miqdarında qulluq stajına görə əlavə ödənilmişdir. Sonradan, yəni xx.xx.2002-ci il tarixdən iddiaçı yenidən xidmətə cəlb olunmuş və xx.xx.2021-ci il tarixdə daxili işlər orqanlarından tərxis olmuşdur. Tərxis tarixinə 39 il 4 ay 13 gün güzəştli qaydada hesablanmaqla 34 il 2 ay 11 gün təqvim ili iş stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə xx.xx.2022-ci il tarixli, 530-VİQD nömrəli Qanunla müəyyən edilmiş dəyişikliklərə uyğun olaraq təminat xərcliyinin yenidən hesab lanması, yenidən hesablanmış 1395,75 manat (təminat xərcliyinin 100%-i həcmində) pensiyanın xx.xx.2022-ci il tarixdən ödənilməsi təmin edilmişdir. Lakin yenidən hesablanmış pensiya xx.xx.2023-cü il tarixdən etibarən təminat xərcliyinin 112 faizi həcmində ödənilməli idi. Çünki “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyasının 20.15-ci maddəsinə əsasən, Qanunun 20.14-cü maddəsində göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin (Ə2-S3) əmək pensiyası ilə birlikdə məbləği (Ə-S+S=P4) müvafiq təminat xərcliyindən (T) artıq ola bilməzdi. Həmin Qanunun xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyasının 20.15-ci maddəsində “məbləği” sözündən sonra “təyinat tarixində” sözləri əlavə edilmiş, bununla da xx.xx.2023-cü il tarixdən etibarən hərbi qull uqçuların və xüsusi rütbəli şəxslərin (vergi, gömrük və polis orqanı işçilərinin) əmək pensiyasına əlavənin (Ə-S) əmək pensiyası (S) ilə birlikdə məbləğinin (Ə-S+S=P) pensiyanın yenidən hesablanması tarixindən müvafiq təminat xərcliyindən artıq ola bilməsinin mümkünlüyü müəyyən edilmişdir. Belə ki, pensiya təyinatı ilə pensiyanın yenidən hesablanması fərqli anlayışlardır və məhz bu səbəbdən əmək pensiyasının yenidən hesablanması Qanunun 7-ci fəslində, əmək pensiyasının təyin edilməsi isə 8-ci fəslində ayrıca təsbit edilmişdir. Qanunun 20.15-ci maddəsinin xx.xx.2023-cü il tarixdən sonrakı redaksiyasını pensiya təyinatı və pensiyanın yenidən hesablanması anlayışlarının işığında şərh etdikdə, aydın olur ki, xx.xx.2023-cü il tarixədək istər təyin edilən pensiyaların, istərsə də yenidən hesabla nan pensiyaların məbləği təminat xərcliyinin məbləğindən artıq ola bilməzdisə (T%+S-S<=T), xx.xx.2023-cü il tarixdən sonra yenidən hesablanan pensiyaların məbləği təminat xərcliyinin məbləğindən artıq ola bilər (T%+SS>T). Həmin müddəaları iddiaçının vəziyyətinə tətbiq etdikdə, bu nəticəyə gəlmək olur ki, onun pensiyası xx.xx.2023-cü il tarixdən etibarən təminat xərcliyinin 112 faizi ((1395,75*1,12)+S-S=1395,75*1,12=1563,24 manat) həcmində ödənilməlidir.

6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Buna uyğun olaraq, cavabdehin xx.xx.2023-cü il tarixli, 317-1/3-7-7231/2023 nömrəli qərarı ilə iddiaçının pensiyası “Əmək pensiyaları haqqında” Qanunu n 9.6.1-ci, 20.14.1-ci və 20.15-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli, 772 nömrəli məlumat vərəqinə əsasən, 39 il 4 ay 13 gün xidmət müddətinə görə yenidən hesablanmış və onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanuna müvafiq dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən təminat xərcliyinin (1395,75 manat) 100 faizi məbləğində müəyyən edilmişdir. İddia tələbinə gəldikdə isə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 20.15-ci maddəsinə əsasən, bu Qanunun 20.14-cü maddəsində göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği təyinat tarixində müvafiq təminat xərcliyindən artıq ola bilməz. Qanunun 20.15-ci madd əsinin köhnə redaksiyasına əsasən, əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği müvafiq təminat xərcliyindən artıq ola bilməzdi. xx.xx.2022-ci il tarixli Qanunda nəzərdə tutulan qaydada əmək pensiyalarının indeksləşdirilməsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarının təminat xərcliyindən artıq məbləğdə pensiya almasına səbəb olacağından həmin maddəyə dəyişiklik edilməsi zərurəti yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış ümumilikdə 4697,53 manat fərq məbləğinin 4274,77 manat hissəsi xx.xx.2022 - xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayın a bölünərək hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla iddiaçıya ödənilmiş, qalan 422,76 manat hissəsinin isə cari ilin iyun ayında onun müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Həmçinin, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda da qeyd olunduğu kimi, iddiaçının əmək pensiyası indeksləşdirilmə ilə əlaqədar artırılmış və ödənilməsi təmin edilmişdir. Beləliklə, iddiaçının pensiyası onun aylıq vəzifə maaşına edilən sonrakı artımlara əsasən yenidən hesablana və müvafiq təminat xərcliyindən artıq ola bilməz.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: Ləman Musayeva) 27 fevral 2024-cü il tarixli, e-2-1(112)-3826/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyalar ı haqqında” Qanunda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Qanunla həmin Qanunun 1-ci, 6-cı, 20-ci, 26-cı, 29-cu və 45-ci maddələri yeni redaksiyada qəbul edilmiş və xx.xx.2023-cü il tarixdən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə edilən dəyişikliyə əsasən, təminat xərcliyinin (pul təminatının) anlayışından “(sonrakı artımlar da nəzərə alınmaqla)” sözləri çıxarılmışdır. Bununla da, hərbi qulluqçuların pensiyasının onların aylıq vəzifə maaşına edilən sonrakı artımlara əsasən yenidən hesablanması istisna edilmişdir. Həmin Qanunun 20.14.1-ci maddəsinə edilmiş dəyişikliklə “əlavələr” sözündən sonra “pensiya təyinatı tarixinədək” sözləri əlavə edilmişdir. Həmin maddənin yeni redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Bu Qanunun 20.1.11-ci madd əsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, - yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, - 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla.” Göründüyü kimi, həmin dəyişikliy in qüvvəyə minməsindən sonra əmək pensiyasına əlavələr müəyyən edilərkən yalnız pensiya təyin olunan tarixədək olan təminat xərcliyində baş vermiş artımlar nəzərə alınmışdır. Sözügedən Qanunun 20.15-ci maddəsinə “məbləği” sözündən sonra “təyinat tarixində” sözləri əlavə edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 20.15-ci maddəsinin tələblərinə görə, bu Qanunun 20.14-cü maddəsində göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği təyinat tarixində müvafiq təminat xərcliyindən artıq ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. İddia tələbi əsassız olduğundan rədd edilməlidir.

9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tə min olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Səadət Səlimova və Kamran Əkbərov) 03 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2241/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində Qanunun 20.14 və 20.15-ci maddələrində göstərilən “təyinat tarixində” ifadəsinin “yenidən hesablama” ifadəsindən fərqləndirilməli olduğunu bildirmişdir. İddiaçıya görə xx.xx.2022-ci il tarixli Qanunda “yenidən hesabla nma tarixinədək” ifadəsi deyil, məhz “təyinat tarixinədək” ifadəsi qeyd olunmuşdur və cavabdehin xx.xx.2022-ci il tarixdə apardığı hesablama təyinat deyil, yenidən hesablamanı ifadə edir. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan normaların iddiaçının qeyd etdiyi mənada şərh edilməsi onun pensiyasının ilkin təyinat tarixi olan xx.xx.2000-ci il tarixədək sonuncu təminat xərcliyindəki artımlar nəzərə alınmaqla hesablanması ilə nəticələnərdi.

12. Digər tərəfdən iddiaçı qeyd edir ki, pensiyanın məbləği yalnız pensiya təyin olunan tarixdə təminat xərcliyindən artıq ola bilməz, lakin təyinatdan sonrakı istənilən dövrdə təminat xərcliyindən artıq ola, bu səbəbdən də hətta 112 faiz həcmində hesablana bilər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiyanın məbləği təyinat tarixində tə minat xərcliyindən artıq ola bilməz, lakin təyinatdan sonrakı dövrlərdə təminat xərcliyindən artıq ola bilər. Lakin pensiyanın məbləğinin təminat xərcliyindən artıq olması yalnız pensiya məbləğinin ildə bir dəfə indeksləşdirilməsi ilə əlaqədar artması səbəbindən baş verir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda da qeyd olunduğu kimi, iddiaçının əmək pensiyasının indeksləşdirmə ilə əlaqədar artırılaraq ödənilməsi təmin edilmişdir.

13. Pensiyanın təminat xərcliyinin 100%-dən artıq məbləğdə hesablanması pensiya qanunvericiliyinə və pensiyanın anlayışına birbaşa ziddir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan son ra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Hərbi qulluqçulara münasibətdə belə gəlir qismində təminat xərcliyi çıxış edir. Göründüyü kimi, heç bir halda şəxs pensiya təyinatından əvvəl aldığı əməkhaqqı və ya digər gəlirindən artıq məbləğdə pensiya ala bilməz. Bu, sosial ədalət prinsipinin pozulmasına səbəb olardı. Beləliklə, iddiaçının əmək pensiyası onun aylıq vəzifə maaşına edilən sonrakı artımlara əsasən yenidən hesablana və müvafiq təminat xərcliyinin 112 faizi həcmində müəyyən edilə bilməz.

14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təm in olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduq dan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; Maddə 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, r ütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Maddə 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Maddə 9.5 (xx.xx.2024-cü il tarixədək qüvvədə ola n redaksiyada). Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: Maddə 9.5.1 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; Maddə 9.6 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. h ərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; Maddə 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hə rbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla; 20.14.1 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; Maddə 20.15 (xx.xx.2 023-cü il tarixədək qüvvədə olan redaksiyada). Bu Qanunun 20.14-cü maddəsində göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği müvafiq təminat xərcliyindən artıq ola bilməz. Maddə 20.15 (xx.xx.2023-cü il tarixdən qüvvədə olan redaksiyada). Bu Qanunun 20.14-cü maddəsində göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği təyinat tarixində müvafiq təminat xərcliyindən artıq ola bilməz. Maddə 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məb ləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Maddə 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (ta m və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiy a şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi pensiyasının xx.xx.2023cü il tarixindən etibarən təminat xərcliyinin 112 faiz həcmində yenidən hesablanaraq ödənilməsinə nail olmaqdan ibarətdir.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının pensiyasının xx.xx.2023-cü il tarixindən etib arən təminat xərcliyinin 112 faiz həcmində yenidən hesablanaraq ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. İddiaçının kassasiya şikayətində təkrar istinad etdiyi dəlil ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.15-ci maddəsinin xx.xx.2023-cü il tarixədək qü vvədə olan redaksiyasına görə, həmin Qanunun 20.14-cü maddəsində göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği müvafiq təminat xərcliyindən artıq ola bilməzdi. xx.xx.2023-cü il tarixdən qüvvədə olan dəyişikliyə əsasən həmin maddəyə “məbləği” sözündən sonra “təyinat tarixində” sözü əlavə olunmuş, həmin müddəa pensiya təyinatına aid edilmişdir. İddiaçı hazırda pensiyanın təyin edilməsini deyil, pensiyanın yenidən hesablanması xahiş edir. Pensiya yenidən hesablanarkən isə həmin maddəyə əsasən, əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği müvafiq təminat xərcliyindən artıq ola bilər.

28. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilinə münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.15-ci maddəsinə sözügedən dəyişikli k Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli, 627-VİQD nömrəli Qanunu ilə edilmişdir. Həmin Qanunla, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 1-ci, 6-cı, 20-ci (digər bəndlər üzrə), 26-cı, 29-cu və 45-ci maddələrinə də müvafiq dəyişikliklər olunmuşdur.

29. Həmin dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2023-cü tarixədək, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə müvafiq olaraq yalnız əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi nəzərdə tutulduğu halda, xx.xx.2023-cü il tarixdən həmin Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, əmək pensiyasının həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin də indeksləşdirilməsi nəzərdə tutulmuşdur.

30. Belə tənzimləmə əmək pensiyasının əlav ələrlə birlikdə müəyyən edilmiş məbləğinin müvafiq təminat xərcliyindən artıq ola biləcəyinin mümkünlüyünü təsbit edir və bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 20.15-ci maddəsinə “təyinat tarixində” ifadəsi əlavə olunmuşdur. Başqa sözlə, Qanunun 20.15-ci maddəsi həmin Qanunun 20.14-cü maddəsində göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləğinin təyinat tarixində müvafiq təminat xərcliyindən artıq ola bilməyəcəyini, təyinat tarixindən sonra isə bunun 29.1-ci maddəyə əsasən indeksləşdirmə, habelə 37.3-cü maddəsinə uyğun olaraq pensiya kapitalına əsasən pensiyanın yenidən hesablanma ilə əlaqədar mümkünlüyünü nəzərdə tutur.

31. Bundan başqa, iddiaçı onun pensiyasının xx.xx.2023-cü il tarixdən etibarən təminat xərcliyinin 112 faizi miqdarın da yenidən hesablanması ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 20.14.1-ci maddəsinin tətbiq olunmasını tələb edir. Həmin normaya görə, əmək pensiyasına əlavələr hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla müəyyən edilir.

32. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixdən yenidən xidmətə cəlb olunmuş və xx.xx.2021-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən azad olunmuşdur. İddiaçı həmin dövrdə işləyən pensiyaçı kateqoriyasına aid olmuş və yalnız tərxis olunduqdan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən onun barəsində cavabdehə yeni məlumat vərəqəsi göndərilmişdir. Bu baxımdan iddiaçı onun pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 20.14.1-ci maddəsinə əsasən yenidən hesablanmasını tələb etməkdə haqlı sayıla bilməz.

33. Belə ki, istinad olunan normaya müvafiq dəyişikliklər iddiaçının xidmətdə olduğu dövrdə və tərxis olunandan əvvəl, yəni iddiaçı işləməyən pensiyaçılar kateqoriyasına keçməzdən əvvəl edilmiş və qüvvəyə minmişdir. Bu mənada iddiaçı xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş norma ilə bağlı qanuni gözlənti prinsipinə əsaslana bilməz.

34. Bu zaman həm də nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indek sləşdirilir. Həmin Qanunun 37.3cü maddəsinə uyğun olaraq işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır.

35. Hazırkı mübahisəyə münasibətdə həmçinin cavabdehin məlumat vərəqəsinə bağlı olduğu və iddiaçı barəsində məlumat vərəqəsinin cavabdehə 2021-ci ildə iddiaçı tərxis olunduqdan sonra təqdim edildiyi də nəzərə alınmalıdır.

36. Bu qərarın 28-34-cü bəndlərində qeyd olunanlar baxımından iddiaçının yaşa görə əmək pensiyasının xx.xx.2017-ci il tarixədək qüvvədə olan 20.14.1-ci maddəsinə əsasən yenidən hesablanması üçün həmin dövrdə cavabdehə iddiaçı barəsində məlumat vərəqəsi göndərilməsi və ya iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi şərti ödənilmiş olmalı idi. Lakin iş üzrə materiallardan həmin şərtlərin iddiaçıya münasibətdə ödənildiyi müəyyən edilmir.

37. Beləliklə, iddiaçı, pensiyasının xx.xx.2023-cü il tarixindən etibarən təminat xərcliyinin 112 faiz həcmində yenidən hesablanaraq ödənilməsini tələb etməkdə haqlı sayıla bilməz. Odur ki, iddiaçıya həmin məzmunda müraciətin təmin edilm əsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

38. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2241/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar