Məhkəmə qərarları › İş №2-1(102)-452/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-452/2025

31.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-452/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotu Təşkili Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: riskli vergi ödəyicisi siyahısından çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “riskli vergi ödəyicisi siyahısından çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 12 sentyabr tarixli, 21(103)-3233/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********214000 nömrəli qərarına əsasən, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" Məh dud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 15 sentyabr 2021-ci il tarixli, **********214000 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2024-cü il 01 aprel tarixli, xx.xx.2024-cü il tarixli, 21(112)-5509/2024 nömrəli qərardadı ilə iddia tələbi “”Bakı Dizayn-Tikinti Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyicisi” siyahısından çıxarılması öhdəliy inin cavabdehə həvalə edilməsi” şəklində icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublkası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin 15 sentyabr 2021-ci il tarixli, **********214000 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Cəmiyyətin əsas fəaliyyəti “Ofis və Ticarət müəssisəsləri üçün mebellərin istehsalı” fəaliyyətidir. Cəmiyyət fəaliyyəti dövründə heç bir riskli vergi əməliyyatı və sair əməliyyatlar həyat keçirməmiş və aparmamışdır. Qərarın qəbul edilməsi qanuni və əsaslı deyil, cavabdeh orqanın qərarında müəyyən edilmişdir ki, vergi ödəyicisi tərə findən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə cəmi 148.3 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda “Yelo Bank” X1, “Yelo Bank” 28 may Filialının mebelləri və “Yelo Bank” 28 may Filialının əlavə mebelləri" qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən mal (iş, xidmət) müəyyən edilməmişdir. Cəmiyyətin fəaliyyət növünün “Ofis və ticarət müəssisələri üçün mebellərin istehsalı” fəaliyyətinin olduğunu və təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığını müəyyən edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən cəmiy yəti riskli vergi ödəyicisi hesab edərək qanunsuz qərarın qəbul edilməsinə nail olmuşdur. Cavabdeh orqanın cəmiyyət barəsində qəbul etdiyi qərarda gəldiyi nəticə əsaslı və qanuni deyil, cəmiyyətin faktiki olaraq vergi orqanına təqdim etdiyi elektron qaimə fakturalarda fərqli mal çeşidi olmamışdır. Obyektin sənədləri tam hazır olmadığından qeydiyyata alınma yubanmış, sonradan qanuni əsaslarla qeydiyyat məsələsi həllini taparaq müvafiq qaydada kod verilmişdir. Cavabdehin etirazı:

5. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki "xxxx" MMC-nin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı xx.xx.2021-xx.xx.2021-ci il tarixdə cəmi 148,3 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda " Yelo bank, X1, Yelo bank, 28 May filialının mebelləri və Yelo bank, 28 May filialının əlavə m ebelləri" qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Cəmiyyətin fəaliyyəti növü ofis və ticarət müəssisələri üçün mebellərin istehsalı kimi qeyd olunmuşdur. Lakin təsərrüfat subyekti (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab olunmuş və vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********650600 nömrəli “Riskli vergi ödəyicisi olması barədə” bildiriş göndərilmiş və tərəfindən aparılan əməliyyatl arın araşdırılmasına zərurət yarandığı bildirilmişdir. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə görə vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Həmin Məcəllənin 13.2.70-ci maddəsinə görə vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarda qeyd edilən digər bir əsas isə vergi ödəyicisinin qeydiyyatda olan təsərrüfat subyektinin mövcud olmamasıdır. Meyarların 2.1.3-cü bəndinə görə, idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatd a olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Vergi Məcəlləsinin 33.2-ci maddəsinə görə bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyini n və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Göründüyü kimi, vergi qanunvericiliyi təsərrüfat subyektini uçota qoymağı vergi ödəyicisi üçün vəzifə olaraq müəyyən etmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1.-ci, 3.1.1.-ci və 2.1.3-cü bəndlərinə əsasən hüquqi şəxs "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2021- ci il tarixli **********214000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmiş, xx.xx.2021-ci il tarixində saat 17:18:49-da tərəfindən oxunmuşdur. Təhlil zamanı müəyyən olmuşdur ki, Vergi ödəyicisinin müraciəti əsasında xx.xx.2024-cü il tarixində təsərrüfat subyektinin (obyektin) qeydiyyata alındığı müəyyən olunsa da, xx.xx.2021-xx.xx.2021-ci il tarixdə cəmi 148,3 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar vergi ödəyicisi tərəfindən ləğv edilməmişdir. Beləliklə, araşdırmanın nəticəsi olaraq iddiaçı tərəfindən riskli əməliyyatların aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin (hakim A.Əhədova) 2024-cü il 20 may tarixli, 2-1(112)5509/2024 nömrəli qərarı ilə iş üzrə iddia təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin üzərinə həvalə edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, meyarların 3.1.1-ci bəndinin tələblərinə görə vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə fakturalarda göstərdiyi malla aldığı və ya idxal etdiyi malların çeşidləri fərqli olduqda, başqa sözlə, vergi ödəyicisinin idxal etdiyi və ya aldığı malı deyil, həmin maldan fərqli çeşiddə mal satdığı (təqdim etdiyi) halda ödəyicinin apardığı əməliyyat riskli əməliyyat, özü isə riskli vergi ödəyicisi hesab olunur. Hazırkı işin hallarını qeyd edilən normanın tələbləri ilə müqayisəli təhlil etdikdə müəyyən olunur ki, iddiaçının istehsal etdiyi və e-qaimələrdə “Yelo bank, X1, Yelo bank, 28 May filialının mebelləri və Yelo bank, 28 May filialının əlavə mebelləri" adıyla satdığı mebellərin əldə edilməsini (satın alınması və yaxud idxalı) təsdiq edən sənədləri yoxdur. İddiaçı qeyd edilən mebel məhsullarının hazırlanması üçün zəruri olan malmaterialı e-qaiməsiz, vergi ödəyicisi olmayan şəxslərdən əldə etdiyini bildirmişdir. Göründüyü kimi iddiaçının təqdim etdiyi mala dair xərc sənədi olmadığı müəyyən olunmuş olsa da, lakin bu hal onun aldığı ilə satdığı malın fərqli çeşdiddə olduğu qənaətinə gəlməyə əsas vermir. İddiaçının aldığı (idxal etdiyi) mal bəlli olmadığı halda həmin malın satış sənədlərindəki mal çeşidindən fərqli mal olduğunu müəyyən etmək mümkünsüzdür. Dolayısı ilə, qeyd edilən meyarların 3.1.1-ci yarımbənddə olan dispozisiy a şərti iddiaçıya münasibətdə ödənilmir.

8. İddiaçı digər vergi ödəyicisi ilə malın təqdim edilməsi ilə bağlı müqavilələr, təhviltəslim aktları, e-qaimə fakturaları təqdim etmiş, cavabdeh orqan sözügedən xx.xx.2021xx.xx.2021-ci il tarixdə 148,3 min manat dəyərində malların təqdim edildiyini inkar etməmişdir. Belə olan halda satış əməliyyatı baş tutmuş, əmtəəsiz əməliyyat olduğu sübuta yetirilmədiyi və ya iddia edilmədiyi halda malların e-qaimə fakturalarının birtərəfəli qaydada-iddiaçı tərəfindən ləğvinə zərurət yoxdur. Başqa sözlə, vergi ödəyicisinin müqavilə öhdəliklərini yerinə yetirərək təhvil verdiyi malların e-qaimə fakturalarının ləğv edilməsi, (dolayısı ilə müvafiq əməliyyatın baş tutduğu qəbul edildiyi halda malın geri tələb edilməsi, ödənilmiş vəsaitin müvafiq hesaba qaytarılması və s.) şərti ilə vergi ödəyicisinin riskli vergi ödəyici siyahısından çıxarılmasına məcbur edilməsi qanuni və əsaslı hesab edilə bilməz.

9. Digər tərəfdən hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının təsərrüfat fəaliyyəti mebel istehsalı olmaqla həmin fəaliyyətin həyata keçirilməsi üçün ilkin olaraq müvafiq təsərrüfat obyekti qeydiyyatda olmadığı halda, vergi ödəyicisi xx.xx.2024-cü il tarixdə AZ0119, Abşeron Rayonu, Novxani, Novxani Kəndi ev.1 m.1 ünvanında yerləşən obyekti təsərrüfat subyekti (obyekti) olaraq qeydiyyata aldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” ilə vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edildiyi və riskli vergi ödəyicisi siy ahısına daxil edilməsinin hüquqi əsasları qeyd edilmiş olsa da, lakin hazırkı tarixədək vergi ödəyicisinin riskli vergi ödəyici siyahısından çıxarılmasının hüquqi əsasları (meyarları) qanunvericiliklə tənzimlənməmişdir. Bu halda məhkəmə hesab edir ki, bir halda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısında saxlanılması daimi hesab edilə bilməz, o zaman müvafiq olaraq riskli vergi ödəyicisi siyahısına daxil edilməsinə əsas vermiş hallar aradan qalxdığında vergi ödəyicisi riskli vergi ödəyicisi siyahısından çıxarılmalıdır.

10. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər M.Qarayeva /sədrlik edən və məruzəçi/, P.Hüseynov və İ.Şirinov) 2024-cü il 12 sent yabr tarixli, 21(103)-3233/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin 2024-cü il 20 may tarixli, 2-1(112)-5509/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh qeyd olunan qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etira z təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı “Vergi ödəyicisinin risk meyarları və verg i ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin 21 noyabr 2024-cü il tarixinə qədər olan redaksiyasının 2.1-ci bəndinə əsasən aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda;... 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təq dim edilmiş mallara münasibətdə).

18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (fakt iki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğ v etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİ N MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələb i rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

22. Hazırkı işdə iddiaçının hüquqi marağı onun riskli vergi ödəyiciləri siyahısından çıxarılmalı olması ilə bağlıdır. Cavabdeh vergi orqanı iddiaçının riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi barədə xx.xx.2021-ci il tarixli **********214000 nömrəli qərarını onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin fəaliyyəti təhlil olunmuşdur. xx.xx.2021- xx.xx.2021-ci il tarixdə cəmi 148,3 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə satışda " Yelo bank, X1, Yelo bank, 28 May filialının mebelləri və Yelo bank, 28 May filialının əlavə mebelləri" qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Cəmiyyətin fəali yyəti növü ofis və ticarət müəssisələri üçün mebellərin istehsalı kimi qeyd olunmuşdur. Lakin təsərrüfat subyekti (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir.

23. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının istehsal etdiyi və e-qaimələrdə “Yelo bank, X1, Yelo bank, 28 May filialının mebelləri və Yelo bank, 28 May filialının əlavə mebelləri" adıyla satdığı mebellərin əldə edilməsini (satın alınması və yaxud idxalı) təsdiq edən sənədləri yoxdur. İddiaçı qeyd edilən mebel məhsullarının hazırlanması üçün zəruri olan mal-materialı e-qaiməsiz, vergi ödəyicisi olmayan şəxslərdən əldə etdiyini bildirmişdir. Göründüyü kimi iddiaçının təqdim etdiyi mala dair xərc sənədi olmadığı müəyyən olunmuş olsa da, lakin bu hal onun aldığı ilə satdığı malın fərqli çeşiddə olduğu qənaətinə gəlməyə əsas vermir. İddiaçının aldığı (idxal etdiyi) mal bəlli olmadığı halda həmin malın satış sənədlərindəki mal çeşidindən fərqli mal olduğunu müəyyən etmək mümkünsüzdür.

24. Məhkəmə Kollegiyası xatırladır ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir (normanın mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan redaksiyası). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1-ci bəndində riskli əməliyyat hesab olunan əməliyyatlar təsbit edilmişdir: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edilməsi və vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

25. Məhkəmə Kollegiyası qeyd edir ki, meyarların 3.1.2-ci bəndinə əsasən, vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) riskli əməliyyat hesab olunur. İstinad olunan normanın məzmununda istifadə edilən “aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə” ifadəsi ümumiyyətlə alış sənədi olmayan malların təqdim edilməsi halını da əhatə edir. Belə ki, norma alınan və ya idxal olunan malın həcmindən artıq olma ilə bağlı dizpozisiya şərti müəyyən edir ki, həm qismən, həm də ümumiyyətlə alış sənədinin olmaması halı bu məzmunla əhatə olunur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)1462/2024 nömrəli qərarı).

26. Beləliklə, vergi ödəyicisinin aldığı malın sayından asılı olmayaraq, həmin malın sayından artıq mal satması Meyarların 3.1-ci bəndinə əsasən riskli əməliyyat hesab olunmalıdır. Əks hal, həm də ümumiyyətlə alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin, qismən alış sənədi olan vergi ödəyiciləri ilə müqayisədə bazarda üstünlük əldə etməsinə, o cümlədən malların ümumiyyətlə alış sənədi olmadan alınmasına əsassız stimul yaradır.

27. Nəticədə, cavabdeh ver gi orqanının satışda olan malların alışı ilə bağlı qanunla müəyyən edilmiş təsdiqedici sənədlər təqdim etmədiyinə görə iddiaçının riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi barədə qərarı qanuni olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

28. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmamalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 v ə Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 12 sentyabr tarixli, 2-1(103)-3233/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar